İran və Hindistandan olan turistlər Azərbaycandan "üz döndərib" .....                     “Dəniz yalnız insanlar üçün yaradılmayıb, at da yazıqdır, sərinləsə, dünya dağılmaz” .....                     Ermənistan Zəngəzura nəzarəti Türkiyəyə verməyi planlaşdırır .....                     Qayıbovun BATIRDIĞI SAHƏ... .....                     Naxçıvan bələdiyyəsinin nəzdində yaradılmış şirkət ləğv olunur .....                     "Ona deyin, sözlərinə diqqət etsin! Çox təhlükəli ərazilərə girir" .....                     Azərbaycanda şirkət torpağını satışa çıxarır .....                     "4 övladımı itirdim" .....                     "İki abituriyentdən biri universitetə düşməyəcək, ona görə ki... " .....                     Ölkəyə milyardlar qazandıran neftçilər BİT-BİRƏ İÇİNDƏ... .....                     "Bu gün mənə dəyən zərbə, sabah sizə dəyə bilər!" .....                     "Yaradıcı insan üçün diqqət önəmlidir" .....                     “Azərterminalkompleks” Birliyinin tenderi ləğv edildi .....                     Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib? .....                     Bu şirkətin İdarə Heyətinin sədri işdən çıxdı .....                     Zəngəzurun statusu dəyişdi: İrəvanın dostu razılaşdı .....                     Azərbaycan banklarının adından saxta profillər açaraq kartlardan pul oğurlayan Türkiyə vətəndaşı həbs edilib .....                     "Bu şirkətin sahibi kimdir, axı?" .....                     Maliyyə Nazirliyinin jurnalı bağlanır .....                     Azərbaycanın mebel şirkəti səhmdarlarını .....                     Bakıda həkim iş başında qəfildən vəfat etdi .....                     “Tərtər Kəndkimya” ATSC-nin rəhbərliyi seçiləcək .....                     Aİ Paşinyanın “qələmini qırdı” .....                     Mingəçevir səhiyyəsinin AĞLAMALI HALI... .....                     Rəsmi İrəvanın “Artsaxbank” üzərindən yeni HOQQABAZLIĞI... .....                     Şərurun baş həkimi rəsmən özbaşına qalıb... .....                     8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi .....                     Rusiya ilə birgə sərhəd komissiyası ləğv olunur .....                     Trampın Rusiya ilə əlaqələrinə dair gizli sənədlər tapıldı .....                     Azərbaycanda uniforma biznesi .....                     Bakıda ƏMLAK ÇEKİ DAVASI .....                     ABŞ İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib .....                     "Adıma VÖEN açdırmışdılar..." .....                     "Ölkənin resursları yetərli olsa, dövlət büdcəsi kəsirlə tərtib edilməz" .....                     Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir .....                     İranda Bakıya görə “müharibə” başladı .....                     Rusiya hələ də Azərbaycana özünün bir parçası kimi baxır .....                     Oğlu deputatlığa namizəd idi... .....                     “Belə bir layihə ətrafında fikirləşməyə dəyər” .....                     "Rusiya Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır" .....                 

Paşinyan niyə "sülhə" tələsir? - GƏLİŞMƏ
Tarix: 10-09-2024, 18:10 | Çap et
Paşinyan niyə "sülhə" tələsir?
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana çərçivə sülh müqaviləsini imzalamağı təklif edib.

Paşinyan bu barədə “İrəvan dialoqu” beynəlxalq konfransında çıxışı zamanı danışıb.

Qeyd edək ki, Ermənistan hökumətinin başçısı sülh müqaviləsinin mətni ilə bağlı avqustun 31-də verdiyi açıqlamanı yenidən təkrarlayıb. O, sülh müqaviləsinin yekun variantının preambula hissəsi də daxil olmaqla 17 bəndindən 13-nün razılaşdırıldığını demişdi.

İndi yenidən həmin mövzuya qayıdan Nikol Paşinyan Azərbaycanla razılaşdırılmış hissə üzrə ilkin sülh sazişi imzalamağa hazır olduğunu bəyan edib.

“Mən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara müraciət etməliyəm. Artıq saziş layihəsinin 80 faizi razılaşdırılıb.

İndiyə qədər mövcud olan nəticələrə əsasən, 13 bənd tam razılaşdırılıb.

İki cümlədən ibarət daha 3 maddə qismən razılaşdırılıb. Bu maddələrdəki təkliflərdən biri razılaşdırılıb, digəri razılaşdırılmayıb.

Nəzərə alaq ki, razılaşdırılmış müddəalar bütün beynəlxalq səviyyədə tanınmış və ya münasibətlərin qurulması üçün əsas, nəzərdə tutulmuş təməl müddəaları əhatə edir. Biz təklif edirik ki, hazırda razılaşdırılanları götürək, imzalayaq, əsas sənədimiz olsun və sonra digər məsələlər üzrə müzakirələr davam etdirilsin.

Üstəlik, sülh müqaviləsinin razılaşdırılmış maddələrindən biri hər iki tərəfə birgə mexanizm vasitəsilə müzakirələri davam etdirməyə imkan verəcək mexanizmi nəzərdə tutur.

Sülh müqaviləsinin razılaşdırılmış hissəsində Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan faktı demirəm. Biz bu təklifi açıq və rəsmi şəkildə vermişik. Mən yaxın gələcəkdə razılaşdırılmış sülh və münasibətlərin qurulması haqqında sazişin mətnini imzalamağa hazır olduğumu bildirirəm”.

Nikol Paşinyan tərəflər arsında ciddi fikir ayrılığına səbəb olan bəndlərin məzmununu tam açıqlamasa da, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənın sentyabrın 9-da verdiyi açıqlama mübahisəli mövzulara aydınlıq gətirir.

O bildirib ki, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə Azərbaycan tərəfinin iyun ayında təqdim etdiyi şərhlərə Ermənistan avqust ayının sonunda, təqribən 70 gün sonra şərhlərini göndərib.

“Ermənistan tərəfi, Azərbaycanın təqdim etdiyi şərhlərə adekvat reaksiya vermək əvəzinə layihədə əks olunması zəruri olan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərib. Layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni təqribən 80 faizi razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması hələlik mümkün olmayıb.

Ancaq bu o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır.

Bu məqbul hesab edilə bilməz. Çünki sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir.

Azərbaycana qarşı ərazi iddialarını davam etdirən, keçmiş münaqişənin qalığı olan Minsk qrupunun işinin bərpasına çalışan Ermənistanın “sülh sazişi”nin mətninin əhatə dairəsini azaldaraq onu hər bir formada imzalamağa çağırış etməsi bu ölkənin əsl niyyəti barədə bir çox suallar yaradır.

Saziş layihəsinin imzalanması üçün Ermənistan ilk növbədə, hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən Konstitusiyasında müvafiq dəyişikliklər etməlidir.

Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları son 4 ilə yaxın müddətdə yerinə yetirməyib.

Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunması barədə fikirlər ilə bağlı isə qeyd edək ki, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barədə müzakirə aparmayıb.

Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

Azərbaycan XİN-dən verilən açıqlama Ermənistanın sülh sazişinin əsas prinsipləri üzrə razılaşmadan imtina etdiyini və ya onun müzakirəsini növbəti mərhələyə saxlamağın tərəfdarı olduğunu deməyə əsas verir.

Bu halda əsas prinsiplər istisna olmaqla daha çox texniki və ümumi məsələlər barədə konsensus əldə olunub. Paşinyan hökuməti Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddilarının çıxarılmasına dair tələbi yerinə yetirməkdən imtina edib.

Söhbət Konstitusiyasının preambula hissəsində Müstəqillik Bəyannaməsinə istinad hissəsindən gedir. Bu isə Qarabağın Ermənistan ərazisi kimi konstitusiyada təsbit olunması deməkdir.

Yəni Ermənistan bununla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozmaqda davam edir. Belə olan halda, tərəflər arasında hər hansı sülh sazişi imzalana bilməz. Çünki bu, Azərbaycan Konstitusiyasına ziddir.

Ayxan Hacızadənin mediaya açıqlaması da göstərir ki, Azərbaycan tərəfi əsas prinsiplər üzrə razılıq əldə olunmadan sülh müqaviləsi imzalanmasının əleyhinədir.

Qeyd edək ki, Ermənistan Konstitusiya referendumunun sonrakı mərhələdə keçiriləcəyinə dair çərçivə sazişinə hər hansı öhdəliyin daxil edilməsinə dair təkliflə də çıxış etməyib.

Rəsmi İrəvan yalnız 2027-ci ildə Ermənistan Konstitusiyanın yeni mətninin qəbul ediləcəyi barədə şifahi vədlər verməklə kifayətlənir. Ona görə də 2027-ci ildə və ya ondan sonra Ermənistan hakimiyyətinin konstitusiyanı dəyişəcəyinə hər hansı təminat yoxdur. Yəni bu bənd üzrə ümumiyyətlə, razıəlaşma əldə edilməyib.

Bu isə çərçivə sazişinin Ermənistanın maraqlarına uyğun imzalanması deməkdir. Üstəlik, Paşinyan hakimiyyəti bu bəyanatı səsləndirməklə sülh tərəfdarının Azərbaycan deyil, Ermənistan olduğunu nümayiş etdirməyə çalışır.

Azərbaycan və Ermənistan arasında mübahisəli qalan digər məsələ Zəngəzur dəhlizininin açılması ilə bağlıdır. Azərbaycan Ermənistandan 2020-ci il 10 noybar Bəyanatının 9-cu bəndini yerinə yetirməyi tələb edir. Lakin Ermənistan tərəfi Azərbaycan ərazisində Zəngəzur dəhlizinə çıxışı təmin edəcək nəqliyyat-kommunikasiya vasitələrinin təhlükəsizliyinə Rusiya qoşunlarının və ya beynəlxalq mühafizə şirkətinin cəlb edilməsi kimi təxrtibatçı təkliflər verir.

10 noyabr Bəyanatında belə bir razılaşma nəzərdə tutulmadığından Azərbaycan bu təklifdən imtina edir. Bununla da Ermənistan özünü Zəngəzur dəhliznin açılmasının tərəfdarı, Azərbaycanı isə prosesi pozan tərəf kimi təqdim etmək istəyir.

Halbuki Azərbaycan çərçivə sülh sazişinin imzalanması üçün Zəngəzur dəhlizinin açılması məsələsinin müqaviləsinin mətnindən çıxarılaraq növbəti mərhələyə saxlanılmasına razılıq verib. Ancaq həm Bakıdan, həm İrəvandan gələn bəyanatlar Ermənistanın sözügedən məsələni növbəti mərhələdə müzakirə etmək barədə çərçivə sazişində hər hansı öhdəlik imzalamaq fikrində olmadığına dəlalət edir.

Bu baxımdan, Azərbaycan tərəfi indiki şəraitdə Ermənistanı daha çox qane edən şərtlər əsasında hər hansı sülh sənədinin imzalanmasını məqsədəuyğun hesab etmir. Ermənistan nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasının vacibliyini bildirməklə bu məsələ üzrə qismən razılaşmaya nail olunduğunu iddia edir. Reallıqda Paşinyan hökuməti qeyd edilən istiqamətdə konkret addım atmağa tələsmir.

Digər məsələ isə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Bu məsələnin qismən razılaşdırıldığını söyləmək olar. Yəni hər iki tərəf sərhədlərin Almatı Bəyannaməsinə uyğun olaraq müəyyənləşməsi barədə 19 aprel 2024-cü il tarixli 8-ci iclasının protokolunu imzalayıb.

Delimitasiya və demarkasiya prosesinin əsasnaməsi də həmin protokola əsaslanır. Lakin sərhədlərin delimitasiyasında hansı dövrün xəritələrinin tətbiq olunacağı mübahisəli qalır. Ermənistan 1976-cı ildən sonra və Almatı Bəyannaməsinin imzalandığı 1991-ci ilə aid xərtitələrdən istifadə olunmasını vacib hesab edir.

Bununla da rəsmi İrəvan Sovet dövründə Azərbaycandan qanunsuz olaraq aldığı ərazilərə nəzarəti əldə saxlamağa çalışır. Azərbaycan isə 1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra tərtib edilmiş istənilən xəritələrin tətbiqinin tərəfdarıdır.

Nəhayət, sonuncu mühüm bəndlərdən biri Azərbaycanın və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması ilə bağlıdır. Tərəflər 2022-ci il Praqa və 2023-cü il Brüssel bəyannamələri ilə bu barədə razılaşma əldə ediblər. Ancaq Ermənistan Azərbaycana qarşı ərazi iddilarını davam etdirməklə həmin bəyannamələri pozur.

Hazırda Ermənistan Azərbaycanın 4 anklav kəndini işğal altında saxlayır, konstitusiyasında istinad etdiyi Müstəqillik Bəyannaməsi ilə Qarabağı öz ərazisi elan edib. Ona görə də bu razılaşma da nisbi xarakter daşıyır və Azərbaycanın təklif etdiyi 5 bəndlik sülh prinsiplərinə ziddir. Paşinyan hökuməti Ermənistanın 28 743 k.km. ərazi bütövlüyünün sülh sazişinin mətninə daxil edilməsini tələb edir.

Lakin ərazi bütövlüyü yalnız sərhədlərin delimitasiyası və demarakasiyası prosesi başa çatdıqdan sonra müəyyənləşə bilər. Hazırda Azərbaycanla Ermənistan arasında şərti sərhəd mövcuddur. Sərhədlər razılaşdırıldıqdan sonra Ermənistanın ərazisi barədə konkret rəqəmlər söyləmək mümkündür.

Müşfiq Abdulla
“Cebheinfo.az”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran və Hindistandan olan turistlər Azərbaycandan "üz döndərib" – Kəskin azalma var
Bu gün, 10:41
“Dəniz yalnız insanlar üçün yaradılmayıb, at da yazıqdır, sərinləsə, dünya dağılmaz” - Müsavat başqanının müavini
Bu gün, 10:38
Ermənistan Zəngəzura nəzarəti Türkiyəyə verməyi planlaşdırır - Matevosyan
Bu gün, 10:33
Qayıbovun BATIRDIĞI SAHƏ... - Təcili müdaxilə olmazsa...
Bu gün, 10:25
Naxçıvan bələdiyyəsinin nəzdində yaradılmış şirkət ləğv olunur
Bu gün, 10:21
"Ona deyin, sözlərinə diqqət etsin! Çox təhlükəli ərazilərə girir" - Tramp Medvedevə xəbərdarlıq edib
Bu gün, 10:18
Azərbaycanda şirkət torpağını satışa çıxarır - YIĞINCAQ
Bu gün, 10:16
"4 övladımı itirdim"
Bu gün, 10:14
"İki abituriyentdən biri universitetə düşməyəcək, ona görə ki... " - Təhsil ekspertindən ŞOK AÇIQLAMA
Bu gün, 10:05
Ölkəyə milyardlar qazandıran neftçilər BİT-BİRƏ İÇİNDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:02
"Bu gün mənə dəyən zərbə, sabah sizə dəyə bilər!" - NARAZILIQ VAR...
Bu gün, 09:56
"Yaradıcı insan üçün diqqət önəmlidir"
Bu gün, 09:45
“Azərterminalkompleks” Birliyinin tenderi ləğv edildi
Bu gün, 09:41
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Bu gün, 09:36
Bu şirkətin İdarə Heyətinin sədri işdən çıxdı
Bu gün, 09:31
Zəngəzurun statusu dəyişdi: İrəvanın dostu razılaşdı – “Dəhlizə o ölkə nəzarət edəcək”
Bu gün, 09:28
Azərbaycan banklarının adından saxta profillər açaraq kartlardan pul oğurlayan Türkiyə vətəndaşı həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
"Bu şirkətin sahibi kimdir, axı?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:17
Maliyyə Nazirliyinin jurnalı bağlanır
Bu gün, 09:06
Azərbaycanın mebel şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 09:03
Bakıda həkim iş başında qəfildən vəfat etdi - FOTO
Bu gün, 09:02
“Tərtər Kəndkimya” ATSC-nin rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 08:59
Aİ Paşinyanın “qələmini qırdı” - yerinə onu gətirirlər
Bu gün, 08:49
Mingəçevir səhiyyəsinin AĞLAMALI HALI... - BU NƏDİ BELƏ?
Bu gün, 08:40
Rəsmi İrəvanın “Artsaxbank” üzərindən yeni HOQQABAZLIĞI... - Görünəni odur ki...
Bu gün, 08:29
Şərurun baş həkimi rəsmən özbaşına qalıb... - MÜRACİƏT
Bu gün, 08:26
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO
Bu gün, 08:16
Rusiya ilə birgə sərhəd komissiyası ləğv olunur - NƏLƏR GÖZLƏNİLİR?
Bu gün, 08:14
Trampın Rusiya ilə əlaqələrinə dair gizli sənədlər tapıldı - İLGİNC
Bu gün, 07:04
Azərbaycanda uniforma biznesi – dövlət tenderlərini kimlər udur
Bu gün, 07:03
Bakıda ƏMLAK ÇEKİ DAVASI - ETİRAZ
Bu gün, 06:41
ABŞ İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib - KİV
Bu gün, 06:30
"Adıma VÖEN açdırmışdılar..." - “Həyat” MMC ittiham olunur...
Bu gün, 06:22
"Ölkənin resursları yetərli olsa, dövlət büdcəsi kəsirlə tərtib edilməz" - Neft çıxır deyə "varlı" sanırlar...
Bu gün, 06:19
Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir - GİLEY
Bu gün, 06:11
İranda Bakıya görə “müharibə” başladı – İrəvan və Ankara “birləşir”
Bu gün, 06:08
Rusiya hələ də Azərbaycana özünün bir parçası kimi baxır - FAKT BUDUR!
Bu gün, 06:05
Oğlu deputatlığa namizəd idi... - özü isə qanunları pozur...
Bu gün, 06:01
“Belə bir layihə ətrafında fikirləşməyə dəyər”
Bu gün, 05:58
"Rusiya Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır" - deputat
Bu gün, 05:56
Xarici agentlər qədər təhlükəli işbaz məmurlar - Onlar kimlərdir?
Bu gün, 05:54
"Atamın evini yandırdı, qohumlarımın evində GİZLƏNİRƏM" - Ərinin ölümlə hədələdiyi iki uşaq anası FƏRYAD EDİR
Bu gün, 05:50
Gülsüm Əliyeva Qənirə Ataşovaya UDUZDU - TƏFƏRRÜAT
Bu gün, 05:47
Bu ixtisasları seçməyin - Ekspertdən abituriyentlərə ÇAĞIRIŞ
Bu gün, 05:43
Paşinyan öldürülərsə NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Bu gün, 05:41
Gəncə icra hakimiyyətinin YALANI İFŞA OLUNDU
Bu gün, 05:39
"Son gündür" deyə-deyə valideyni son qəpiyinə kimi soyurlar - "Təhsil ocağı" yox, "təhsil bazarı"...
Bu gün, 05:34
Politoloqun məhkəməsində kriptovalyuta söhbəti - "Ona dedim ki, qazancla yanaşı, risk də ola bilər"
Bu gün, 00:21
Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın 1.4 milyonluq vergi borcu var
Bu gün, 00:19
Rusiya Gümrü bazasına silah daşıyır - Məqsəd nədir?
Bu gün, 00:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru