Paşinyan silahları yığır: Payız "isti" keçəcək - GƏLİŞMƏ
Tarix: 13-08-2024, 17:49 | Çap et
 Ermənistan hakimiyyəti ilə “Qarabağ klanı” arasında münasibətlər yenidən gərginləşib.
İrəvandan gələn xəbərlər Nikol Paşinyan hökumətinin payız aylarına doğru eks-prezidentlər Robert Köçəryana və Serj Sarkisyana bağlı siyasi qruplara qarşı təzyiqinin artacağından xəbər verir.
Ermənistan Daxili İşlər Nazirliyi Qarabağdan getmiş ermənilərə silahların təhvil verilməsi ilə bağlı müraciət edib. Müraciətdə ov tüfəngləri də daxil olmaqla bütün odlu silahların verilməsi tələb olunur. Ancaq bu qərarın Ermənistan ermənilərinə deyil, yalnız Qarabağdan gələnlərə aid edilməsi konkret səbəblərlə bağlıdır.
Görünür, Baş nazir Nikol Paşinyan ölkədə silahlı qiyamın baş verəcəyindən ehtiyatlanır. İsti yay ayları ilə əlaqədar Ermənistanda dayanmış etiraz aksiyalarının sentybarda yenidən bərpa olunması ehtimalı var.
Arxiyepiskop Baqrat Qalstanyanın bölgələrə səfərləri və yerli sakinlərlə keçirdiyi görüşlər də payızda Paşinyanın istefası tələbi ilə mitinqlərin davam etdirilməsinə hazırlıq məqsədi daşıyır. Bu isə sentyabr-oktyabr aylarının Ermənistanda heç də sabit keçməyəcəyini proqnozlaşdırmağa əsas verir. Lakin may və iyun aylarında Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilən aksiyaların ciddi nəticə verməməsi, yəni Paşinyanın bu “oyun”dan siyasi uduşla çıxması ölkədə dinc yolla hakimiyyət dəyişikliyi ehtimalını zəiflədib.
Ona görə də keşiş Baqrata siyasi himayədarlıq edən “Qarabağ klanı” Paşinyanı istefaya göndərmək üçün ona qarşı terrordan istifadə edə bilər. Noyabr ayına qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində bir sıra mühüm addımların atılacağı gözlənilir ki, bu da müxalifətin Paşinyana qarşı revanşını gücləndiər bilər.
Belə ki, iki ölkə arasında çərçivə sazişinin imzalanacağı, hətta Nikol Paşinyanın COP29 konfransında iştirak etmək üçün Bakıya gələcəyi istisna edilmir. Bundan başqa, payız aylarında Paşinyan Ermənistanın işğal altında saxladığı daha dörd kəndi Azərbaycana qaytara bilər. Artıq məzuniyyətdən qayıdan Baş nazirin sentyabrdan etibarən Ermənistan Konstitusiyasının yeni mətninin hazırlanması və referenduma hazırlıqla bağlı hökumətə tapşırıqlar verəcəyinə dair məlumatlar var.
Çox güman ki, qeyd edilən amillərdən Paşinayana qarşı siyasi hücum vasitəsi kimi istifadə etməyə çalışan müxalifət ilk növbədə, potensial sosial bazası olan Qarabağ ermənilərini aksiyalara cəlb etməyə çalışacaq. Qarabağdan köçən ermənilər hökumətin dəstəyindən kifayət qədər narazıdır. Özünü buraxmış keçmiş qondarma rejimin nümayəndələrindən biri Hrayr Ayriyan Nikol Paşinyana yazdığı məktubda Qarabağdan köçən ermənilərin taleyin ümidinə buraxıldığını bildirib.
Onun sözlərinə görə, Qarabağ miqrantlarına adambaşına 50 min dram ödənilir ki, bu da kirayə, kommunal xərclər, yemək, geyim və s. xərclərini çox çətinliklə ödəyir.
Bəzilərinə isə bu məbləğ də verilmir. Ona görə də revanşist müxalifət bu kimi arqumentlərdən istifadə edərək Paşinyana qarşı etirazlara start verməyə cəhd edəcək. Ancaq Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması yalnız dinc formada deyil, sui-qəsd yolu ilə də mümkündür. Çünki Ermənistanda terrorçuluq siyasi mübarizə vasitəsi kimi qadağan edilməyib. Yarımhərbi və terrorçu təşkilatlar ölkədə siyasi proseslərdə aktiv iştirak edir. Üstəlik, Qarabağdan gəlmiş ermənilər özləri ilə Ermənistan ərazisinə xeyli sayda silah-sursat keçirib. Bu isə bir gün Paşinayana qarşı yönələ bilər. Ona görə də Paşinyan Qarabağdan köçmüş ermənilərdən silahların yığılmasını tapşırıb.
Sözügedən qarşıdurmanın ilkin əlamətləri artıq özünü büruzə verməyə başlayıb. Serj Sarkisyanın kürəkəni Mikael Minasyan barəsində cinayət işinin açılması “Qarabağ klanı”nın liderlərinin birini susdurmaq üçün Paşinyanın preventiv addımlarından biri sayıla bilər. Minasyan dövlətə 350 milyon dollar dəyərində ziyan vurmaqda ittiham olunur. Yəni “Qarabağ klanı”nın nümayəndələrinə siyasi təzyiqlərin artacağı gözlənilir. Bu da Ermənistanda payızın çox “isti” keçəcəyindən xəbər verir.
Müşfiq Abdulla “Cebheinfo.az”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür - FOTO
Bu gün, 14:03 |
|
|
|
• Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! - GƏLİŞMƏ
Bu gün, 13:39 |
|
|
|
• Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. - ANIM
Bu gün, 13:26 |
|
|
|
• Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... - REAKSİYA
Bu gün, 13:23 |
|
|
|
• “Hazır olun, bunu birlikdə edəcəyik” - Baş nazir müraciət etdi
Bu gün, 12:02 |
|
|
|
• Paşinyandan ilginc paylaşım... - II Qaregini elə birinə bənzətdi ki…
Bu gün, 11:59 |
|
|
|
• Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır - GƏLİŞMƏ
Bu gün, 11:56 |
|
|
|
• Bakıda faciənin qapısından dönüldü - TƏFƏRRÜAT
Bu gün, 11:00 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı planı: - Eyni anda 2 min PUA...
Bu gün, 10:58 |
|
|
|
• Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Bu gün, 10:56 |
|
|
|
• İlham Əliyevdən YENİ İSMARICLAR - Hər şey açıq və net idi...
Bu gün, 10:52 |
|
|
|
• Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI - komandada daha kimlər var...
Bu gün, 10:50 |
|
|
|
• İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Bu gün, 09:55 |
|
|
|
• Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər - KİV
Bu gün, 09:51 |
|
|
|
• İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb - Dəhliz açılacaq
Bu gün, 09:49 |
|
|
|
• AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:46 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 06:01 |
|
|
|
• İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Bu gün, 05:51 |
|
|
|
• Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Bu gün, 05:49 |
|
|
|
• "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Bu gün, 05:46 |
|
|
|
• Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Bu gün, 05:44 |
|
|
|
• "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Bu gün, 05:37 |
|
|
|
• Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
Dünən, 18:30 |
|
|
|
• Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Dünən, 13:00 |
|
|
|
• Kərim məhkəmədən narazıdır
Dünən, 12:51 |
|
|
|
• Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Dünən, 12:44 |
|
|
|
• Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Dünən, 12:37 |
|
|
|
• AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Dünən, 12:31 |
|
|
|
• Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Dünən, 12:28 |
|
|
|
• BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Dünən, 12:26 |
|
|
|
• Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Dünən, 12:24 |
|
|
|
• "Elçin mənim mükafatımdır"
Dünən, 11:19 |
|
|
|
• Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Dünən, 11:17 |
|
|
|
• SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Dünən, 10:25 |
|
|
|
• Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Dünən, 10:19 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 10:03 |
|
|
|
• Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Dünən, 09:45 |
|
|
|
• Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Dünən, 09:43 |
|
|
|
• “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Dünən, 09:36 |
|
|
|
• Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Dünən, 09:25 |
|
|
|
• “Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Dünən, 09:15 |
|
|
|
• Görkəmli memar Arif Əzizov vəfat edib
Dünən, 09:13 |
|
|
|
• SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Dünən, 09:07 |
|
|
|
• Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Dünən, 09:00 |
|
|
|
• "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Dünən, 08:57 |
|
|
|
• Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Dünən, 08:41 |
|
|
|
• Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Dünən, 08:38 |
|
|
|
• İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Dünən, 08:36 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Dünən, 07:41 |
|
|
|
• ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Dünən, 07:38 |
|
|
|
|