Paşinyanı hakimiyyətə Qərb və Türkiyə gətirib? - Erməni politoloqdan “Turan dəhlizi” AÇIQLAMASI
Tarix: 13-08-2024, 17:39 | Çap et
 “Bu, Zəngəzur dəhlizi deyil, Türkiyənin və Qərbin ehtiyac duyduğu Turan dəhlizidir”.
KONKRET.az xəbər verir ki, bu sözləri “hraparak.am” saytında Ermənistan parlamenitinin sabiq deputatı, politoloq Eduard Şarmazanov yazıb.
Həmin məqaləni təqdim edirik:
“Cənubi Qafqazda rabitə kanallarına nəzarət üçün hansı mübarizə gedir? Bu, niyə baş verir? Ermənistanın marağı nədir? Ermənistan hökuməti kimin maraqlarına xidmət edir?
İyulun sonunda ABŞ-ın nümayəndəsi Ceyms O’Brayenin çıxışı dərc olunub, onun fikrincə, ABŞ Rusiya və Çindən yan keçərək Ermənistan və Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələri ilə nəqliyyat əlaqələri yaratmağa çalışır.
Üstəlik, amerikalı rəsmi bunu Rusiyaya qarşı iqtisadi əks tədbirlərin görülməsi kontekstində deyib. O hesab edib ki, bu, Rusiyanın strateji məğlubiyyətinə gətirib çıxaracaq.
Heç kimə sirr deyil ki, Qərb əvvəlcə Gürcüstanı Rusiyaya qarşı mübarizədə mühüm forpost hesab edirdi, lakin gürcülərdən rədd cavabı alandan sonra diqqətini Ermənistana yönəltdi.
Qərb Paşinyana “Rusiyadan ayrılıb cəsarətli addımlar atmaq” üçün açıq siqnal verdi.
Nə Paşinyan, nə də hər hansı məmur açıq şəkildə O’Brayenin direktivlərinə qarşı çıxmadı, Qərb vassalı statusunu qəbul etdilər.
Hər əlverişli və yersiz məqamda suverenlikdən danışan Paşinyan dilinə gətirmədi ki, Ermənistan Respublikası suveren dövlətdir və onun daxili işlərinə heç kim qarışa bilməz.
Lakin Paşinyandan fərqli olaraq, Gürcüstan hakimiyyəti Qərbin Gürcüstanın daxili işlərinə müdaxiləsinin yolverilməz olduğunu bəyan edib.
Mətbuatın yazdığına görə, hakim “Gürcü Arzusu”nun fəxri prezidenti Bidzina İvanişvili hətta bir neçə gün əvvəl Tbilisiyə gələn Amerika rəsmiləri ilə görüşməkdən imtina edib.
Gürcüstan hakimiyyətinin bu davranışı Qərbi Ermənistana daha çox diqqət yetirməyə məcbur etdi.
Kollektiv Qərb Ermənistan hakimiyyətinə açıq şəkildə rəhbərlik etməyə başladı və biz Palanq hökumətinin qərbyönlü bəyanatlarının şahidi olduq.
O`Brayen açıq mətnlə Azərbaycan və Ermənistan arasında Rusiya, İran və Çinin maraqlarına zidd olan nəqliyyat əlaqələrinin zəruriliyindən danışıb.
Qeyd edək ki, amerikalı rəsmi bu cür bəyanatlarla Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı son 2,5 ildə baş verən hadisələrin, o cümlədən Paşinyanın 2022-ci il oktyabrın 6-da Praqada Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmasının Vaşinqtonn danışıqlarının tərkib hissəsi olduğunu bəyan edib.
Aydındır ki, Qarabağ problemi mövcud olduğu müddətdə Mərkəzi Asiya ölkələrini Azərbaycan, Ermənistan və Türkiyə ilə birləşdirən nəqliyyat layihəsinin həyata keçirilməsi çətin idi.
Qarabağın Azərbaycana verilməsindən (?) sonra isə “orta dəhliz” layihəsini həyata keçirmək üçün Qərbin əlləri boşaldı.
Bu plana mane olan Serj Sarkisyanın başçılıq etdiyi Ermənistan Respublikasının keçmiş hakimiyyət orqanları idi və onların siyasi kredosu “Qarabağ Azərbaycanın tərkib hissəsi ola bilməz” tezisi idi.
Ona görə də Qərb və Türkiyə ilk dəfə 2018-ci ildə, eləcə də 2020-2023-cü illərdə Ermənistanda rəngli inqilab həyata keçirdi, Nikolun köməyi ilə Qarabağı təslim etmək və əhalini çıxarmaq əməliyyatını həyata keçirdilər.
Danılmazdır ki, Ermənistan Qərbə yalnız İran və Rusiyaya qarşı alət kimi lazımdır.
İran isə bunu çox gözəl anlayır.
Təsadüfi deyil ki, İranın ruhani lideri Əli Xamenei Nikol Paşinyanla görüşü zamanı “xarici dövlətlər qonşuların münasibətlərinə qarışmamalıdır və Zəngəzur dəhlizi Ermənistanın maraqlarına cavab vermir” deyə xəbərdarlıq edib.
Heç kimə sirr deyil ki, İran dəfələrlə Aİ müşahidəçilərinin Ermənistanda yerləşdirilməsi və Qərbin regionda mövqelərinin güclənməsi ilə bağlı narazılığını bildirib.
İran bu dəhlizin Türkiyənin və Qərbin maraqlarına xidmət edəcəyini çox gözəl bildiyi üçün qəti şəkildə bu dəhlizin əleyhinədir.
Məhz bu səbəbdən İranın Strateji Araşdırmalar Şurası “Turan dəhlizi” yaratmaq üçün Qərbin son Qarabağ müharibəsinin zəruri olduğu fikrini ifadə etdi.
Təsadüfi deyil ki, İranda bu dəhlizə “Zəngəzur dəhlizi” və ya “Erməni yolayrıcı” deyil, “Turan dəhlizi” deyirlər.
Belə bir vəziyyətdə Moskva-Tehran-Pekin strateji ittifaqı yaratmaq mümkündür. Burada Ermənistan da öz sərfəli yerini tuta bilər”, deyə o, qeyd edib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ermənistan səfiri Moskvanın notasından sonra İrəvana qayıtdı
Bu gün, 18:05 |
|
|
|
| • Rusiyada internet sistemi sıradan çıxa bilər - Fadeyev
Bu gün, 18:04 |
|
|
|
| • Şabranda müdirdən şikayətləri araşdırmaq üçün onun özünə göndərirlər! - GİLEY
Bu gün, 16:21 |
|
|
|
| • 36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Bu gün, 16:07 |
|
|
|
| • Yeni binalarda yaşayanların DİQQƏTİNƏ - Komendant nəyi qadağan edə bilməz?
Bu gün, 16:03 |
|
|
|
| • AYNA-nın "islahat" tələsi: Məhdudiyyət var, bəs alternativ haradadır? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:58 |
|
|
|
| • Gözdən əlil qadın sənətçimiz ağır durumda: “Bu şəraitdə yaşamaq olmur” - VİDEO
Bu gün, 15:54 |
|
|
|
| • Simonyan Putinə: - Aliment tələb etmirik, uşaqları bölməyəcəyik
Bu gün, 15:47 |
|
|
|
| • Rusiya Azəbaycandakı planlarını açıqladı: - “Rus Evi”, yeni məktəblər, birgə universitet...
Bu gün, 15:46 |
|
|
|
| • Ermənistanda seçkilərlə bağlı siyasi vəziyyət hər gün mürəkkəbləşir - ONA GÖRƏ DƏ...
Bu gün, 15:32 |
|
|
|
| • Putinin açıqlamasına İrəvandan şərh - Bizim yerimizə siz qərar verə bilməzsiniz
Bu gün, 15:29 |
|
|
|
| • ASAN Xidmət sədrinin müşaviri vəzifəsindən ayrılıb
Bu gün, 15:24 |
|
|
|
| • SEPAH-la əlaqəli 4 nəfər dəniz yolu ilə Küveytə girməyə cəhd edib
Bu gün, 15:21 |
|
|
|
| • Sumqayıtın “qızıl işinə baxan” şagirdi Mançester Universitetindən qəbul aldı
Bu gün, 15:20 |
|
|
|
| • “690 manat ödədik, müayinəni həkim yox, köməkçisi etdi” - Mərkəzi Klinikadan ŞİKAYƏT
Bu gün, 15:11 |
|
|
|
| • 70 ton yanacaq mənimsəmişdilər - Azadlığa buraxıldılar
Bu gün, 15:02 |
|
|
|
| • SOS: Onlayn cinsi istismar artır – hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 14:59 |
|
|
|
| • Düşmənə qarşı etimadsızlığa baxmayaraq... - Pezeşkian
Bu gün, 13:09 |
|
|
|
| • İranın "absurd" diplomatiya cəhdi: - "İran rəsmiləri sərsəm fikirlər səsləndirməkdən yorulmadılar"
Bu gün, 13:07 |
|
|
|
| • Tramp özündən sonrakı prezident kimi iki nəfərin adını çəkdi
Bu gün, 13:05 |
|
|
|
| • “Azərsu” tenderin qalibi olan şirkətə 1 599 999,99 manat ödəyəcək - DETALLAR
Bu gün, 13:01 |
|
|
|
| • Putin Paşinyanı TƏHDİD ETDİ - "Ciddi təsir göstərəcək"
Bu gün, 12:59 |
|
|
|
| • İSTİLƏR BAŞLAYIR... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
| • Səhnəyə çıxanda səhnənin çıxmağa yer axtardığı müğənni - Saffari yazır…
Bu gün, 12:49 |
|
|
|
| • "General Hospital" hepatit aşkarlanan vətəndaşa saxta sağlamlıq arayışı verdi - GİLEY
Bu gün, 12:48 |
|
|
|
| • "Kinematoqrafçılar İttifaqı kolxoz bazarı deyil" - Şeyx Əbdül
Bu gün, 12:42 |
|
|
|
| • Kirayə müqaviləsi bağlamayanlar 300 AZN cərimələnir - Ekspertdən sərt açıqlama
Bu gün, 12:39 |
|
|
|
| • Azərbaycan Avropa Şurasına üzvlük haqqını ödəyib - AŞ PA İLƏ MÜNASİBƏTLƏR DÜZƏLƏCƏKMİ?
Bu gün, 12:33 |
|
|
|
| • Elşad Həsənov “Şəhərsalma və Memarlıq” ilinə belə hazılaşır - Yasamalda qanunsuz tikinti
Bu gün, 12:31 |
|
|
|
| • Gürcüstanın yeni katalikos-patriarxı taxta gəlib - KİV
Bu gün, 12:26 |
|
|
|
| • AQC Naxçıvan nümayəndəliyinə yeni rəhbər təyin olundu - FOTO
Bu gün, 12:02 |
|
|
|
| • Dələduzluq edən qadının məhkəməsi keçirildi
Bu gün, 12:00 |
|
|
|
| • "Müstəqil" komissiya, yoxsa erməni lobbisinin pullu ruporu? - AKTUAL
Bu gün, 11:52 |
|
|
|
| • Əli İsa Cabbarov AKİ sədrliyinə namizəddir? – “İrəli sürəcəyəm”
Bu gün, 11:46 |
|
|
|
| • Naxçıvanlı sürücülər indi də TÜRKİYƏDƏN GİLEYLƏNİR... - İLGİNC İDDİA
Bu gün, 11:41 |
|
|
|
| • Türkiyə ticarət şirkəti Bakıdan gedir
Bu gün, 11:35 |
|
|
|
| • “Anası üçün darıxmış oğul” fotosu: - İslamşünas bu hərəkətə nə ad verdi?
Bu gün, 11:32 |
|
|
|
| • İranda Əsəd ssenarisi: Moskvaya qaçış başlayır - KİV
Bu gün, 11:29 |
|
|
|
| • Qaxda köhnə başçının daha bir YADİGARI... - İLGİNC
Bu gün, 11:00 |
|
|
|
| • Qanunsuz estetik əməliyyat aparmaqda təqsirləndirilənlərin işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Bu gün, 10:45 |
|
|
|
| • Bəzi banklar müştərilərinə “Hansısa siyasətçi ilə əlaqəniz varmı?” sualını niyə verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:19 |
|
|
|
| • Rəsul Quliyevin partiyası YAP-a birləşir? - AÇIQLAMA
Bu gün, 10:00 |
|
|
|
| • Rusiya Azərbaycanın təklifini dəstəklədi
Bu gün, 09:58 |
|
|
|
| • ATƏT-in “ölmüş” Minsk qrupunu yenidən diriltmək cəhdləri... - "Bu ayıb və utancvericidir..."
Bu gün, 09:55 |
|
|
|
| • Londonda azərbaycanlı qadın vəfat etdi - Foto
Bu gün, 09:45 |
|
|
|
| • Qadın sürücü Bakıda ağır qəza törətdi - Ölən var
Bu gün, 09:41 |
|
|
|
| • Naxçıvanda daha bir sahəyə BOŞ PULLAR AXIDILIR - İcazə verin, şübhələnək...
Bu gün, 09:39 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 110 dolların üzərindədir
Bu gün, 09:35 |
|
|
|
| • BƏƏ İrana zərbələr endirib - SENSASİON İDDİA
Bu gün, 07:50 |
|
|
|
| • İran bəzi təyyarələrini Pakistan və Əfqanıstana köçürmüş ola bilər - "CBS News"
Bu gün, 07:17 |
|
|
|
|