Mişelin gizli məktubu: - Aİ sülh danışıqlarında moderatorluğu niyə ələ almaq istəyir
Tarix: 1-08-2024, 14:46 | Çap et
 Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinə məktub yazıb. Mişel məktubunda liderləri danışıqlar masasına qayıtmağa və "sülh sazişini tamamlamağa" çağırıb. O, sərhədlərin delimitasiyası kimi əsas məsələlərdə irəliləyişin əldə olunmasının vacibliyini vurğulayıb.
İki yüksək çinli diplomat "Politico"ya təsdiqləyib ki, Mişel bu ayın əvvəlində Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri ilə ikitərəfli görüşlər keçirib. Mişelin bu təşəbbüsü Avropa İttifaqının sülh danışıqlarında yenidən aktiv rol almaq niyyətini ortaya qoyur. Bəs Aİ-nin təşəbbüsünün arxasında hansı məqsədlər dayanır? Mövzu ilə bağlı Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu və politoloq Elşən Manafov Sputnik Azərbaycan-a fikirlərini bölüşüblər. Elşad Mirbəşiroğlu bildirib ki, hazırda Azərbaycanla Ermənistan arasında birbaşa müzakirələrin aparılması imkanları mövcuddur: "Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümyəndəsi Elçin Əmirbəyov son açıqlamasında da bildirdi ki, tərəflər sülh sazişini yekunlaşdırmağa çox yaxındırlar. Məhz Azərbaycan Prezidentinin təşəbbüsləri regionda əməkdaşlığa və sabitliyə xidmət edir, regionumuzda təhlükəsizliyi təmin edir. Bütün bunları təmin etmək üçün normallaşdırma prosesində kənar müdaxilələrə imkan verilmir. Aydın görünür ki, Ermənistan rəhbərliyi və Qərb çalışır ki, hansısa razılaşma əldə olunacaqsa, bu Qərb platformasında əldə olunsun".
Professor qeyd edib ki, bu Qərbin prosesləri nəzarətdə saxlamaq istəyindən irəli gəlir: "Qərbin bölgəmizdə geosiyasi maraqları var, ancaq bu regionumuza yaxşı heç nə vəd etmir. Şarl Mişelin təmsil etdiyi tərəf Ermənistanı hər vasitə ilə Azərbaycana qarşı revanşa hazırlayır. Qərb Ermənistana hərbi istiqamətdə dəstək verir, dinamik olaraq hərbi əməkdaşlıq genişləndirilir. Sözsüz ki bütün bunlar məsələnin görünən tərəfləridir. Ermənistanın son hərbi təxribatlarında Qərbdən olan təlimatçıların iştirakı ilə bağlı da iddialar var. Bəllidir ki, Qərb Ermənistanda özünün hərbi və siyasi mövcudluğunu təmin edib".
Elşad Mirbəşiroğlu hesab edir ki, Şarl Mişelin tərəflərə yenidən çağırış etməsi lüzumsuzdur: "Çünki Azərbaycan və Ermənistan arasında sərhədinin 12 km-nin delimitasiya və demarkasiyası heç bir vasitəçi olmadan artıq aparılıb. Deməli, Qərb həqiqətən sülh istəyirsə, prosesdən kənarda durmalıdır ki, Azərbaycan və Ermənistan məsələlərini müzakirə etsin. Yoxsa, bu cür müdaxiələlər prosesi ləngitməyə hesablanıb. Uzun illərin təcrübəsi göstərir ki, vasitəçilər münaqişə vəziyyətinin aradan qaldırılmasını deyil, əksinə qalaraq idarə olunmasının şərtləndirmiş olub. Bu baxımdan Mişelin çağırışı da yaxşı məqamlara hesablanmayıb". Politoloq Elşən Manafov isə deyir ki, Qərb Azərbaycan və Ermənistan arasında danışıqlarda Avropa İttifaqının təşəbbüsü ilə sənəd imzalanmasını istəyir: "Aİ-nin mövqeyi birmənalı deyil. İttifaqın Sülh Fondu Ermənistan ordusuna 10 milyon vəsait ayırıb, Ermənistan sürətlə silahlandırılır. Aİ Ermənistanın militarizasiyasını dəstəkləyir. İttifaq Azərbaycanın maraqlarının təmin edəcək sülh mətninə etinasız yanaşır. Aİ-nin müstəqil siyasət yürütmək iqtidarında olmadığını bilirik. Ona görə ABŞ-ın ardınca Aİ də Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın suverenliyi ilə bağlı amilləri qabardaraq çıxış edir, Orta Dəhlizdən Rusiyanın mənfəət götürməsinə qarşı çıxır. Bütün bunlar bir daha göstərir ki, Aİ-nin sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsü ABŞ-ın onlar qarşısına qoyduğu tələblərdən və öz geosiyasi maraqlarından irəli gəlir".
Politoloq xatırladır ki, tərəflər arasında atəşkəs təşəbbüsü Aİ və ABŞ-ın deyil, Rusiyanın təşəbbüsü ilə baş tutub: "Mən 2020-ci ilin 10 noyabr sazişini nəzərdə tuturam. Burada məqsəd Rusiyanın moderatorluğunu sıxışdırmaqdır. Rusiya XİN-in danışıqlar üçün təşəbbüslə çıxış etməsindən sonra Aİ belə bir müraciət etməyə ehtiyac duyub. Azərbaycan isə danışıqların vasitəçisiz aparılmasına tərəfdardır. Ermənistanın siyasi iradəsi yoxdur ki, Rusiyanın təkliflərinə cavab versin. Bölgə uğrunda geosiyasi mübarizə gedir. Aİ çalışır ki, tərəflər arasında danışıqlarda vasitəçi kimi çıxış edib bölgənin geosiyasi konfriqurasiyasını öz maraqlarına uyğunlaşdırsın. Bu baxımdan Mişelin müraciətinin arxasında Aİ-nin maraqları dayanır".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür - FOTO
Bu gün, 14:03 |
|
|
|
• Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! - GƏLİŞMƏ
Bu gün, 13:39 |
|
|
|
• Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. - ANIM
Bu gün, 13:26 |
|
|
|
• Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... - REAKSİYA
Bu gün, 13:23 |
|
|
|
• “Hazır olun, bunu birlikdə edəcəyik” - Baş nazir müraciət etdi
Bu gün, 12:02 |
|
|
|
• Paşinyandan ilginc paylaşım... - II Qaregini elə birinə bənzətdi ki…
Bu gün, 11:59 |
|
|
|
• Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır - GƏLİŞMƏ
Bu gün, 11:56 |
|
|
|
• Bakıda faciənin qapısından dönüldü - TƏFƏRRÜAT
Bu gün, 11:00 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı planı: - Eyni anda 2 min PUA...
Bu gün, 10:58 |
|
|
|
• Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Bu gün, 10:56 |
|
|
|
• İlham Əliyevdən YENİ İSMARICLAR - Hər şey açıq və net idi...
Bu gün, 10:52 |
|
|
|
• Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI - komandada daha kimlər var...
Bu gün, 10:50 |
|
|
|
• İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Bu gün, 09:55 |
|
|
|
• Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər - KİV
Bu gün, 09:51 |
|
|
|
• İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb - Dəhliz açılacaq
Bu gün, 09:49 |
|
|
|
• AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:46 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 06:01 |
|
|
|
• İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Bu gün, 05:51 |
|
|
|
• Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Bu gün, 05:49 |
|
|
|
• "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Bu gün, 05:46 |
|
|
|
• Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Bu gün, 05:44 |
|
|
|
• "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Bu gün, 05:37 |
|
|
|
• Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
Dünən, 18:30 |
|
|
|
• Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Dünən, 13:00 |
|
|
|
• Kərim məhkəmədən narazıdır
Dünən, 12:51 |
|
|
|
• Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Dünən, 12:44 |
|
|
|
• Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Dünən, 12:37 |
|
|
|
• AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Dünən, 12:31 |
|
|
|
• Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Dünən, 12:28 |
|
|
|
• BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Dünən, 12:26 |
|
|
|
• Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Dünən, 12:24 |
|
|
|
• "Elçin mənim mükafatımdır"
Dünən, 11:19 |
|
|
|
• Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Dünən, 11:17 |
|
|
|
• SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Dünən, 10:25 |
|
|
|
• Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Dünən, 10:19 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 10:03 |
|
|
|
• Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Dünən, 09:45 |
|
|
|
• Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Dünən, 09:43 |
|
|
|
• “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Dünən, 09:36 |
|
|
|
• Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Dünən, 09:25 |
|
|
|
• “Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Dünən, 09:15 |
|
|
|
• Görkəmli memar Arif Əzizov vəfat edib
Dünən, 09:13 |
|
|
|
• SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Dünən, 09:07 |
|
|
|
• Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Dünən, 09:00 |
|
|
|
• "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Dünən, 08:57 |
|
|
|
• Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Dünən, 08:41 |
|
|
|
• Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Dünən, 08:38 |
|
|
|
• İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Dünən, 08:36 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Dünən, 07:41 |
|
|
|
• ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Dünən, 07:38 |
|
|
|
|