Politoloqun məhkəməsində kriptovalyuta söhbəti .....                     Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın .....                     Rusiya Gümrü bazasına silah daşıyır .....                     Elmar Məmmədyarov Rusiya agentidir? .....                     SOCAR-a yaxın daha bir şirkət yaradılıb .....                     "Yazanların çoxu azərbaycanlı idi" .....                     Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: .....                     Məktəb direktoruna yüksək vəzifə verildi .....                     Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər .....                     Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ .....                     Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? .....                     Qaz və işıqda sabit tariflər .....                     ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib .....                     "Yazıçılar Birliyində senzura olmalıdır" .....                     MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib .....                     Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır .....                     3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia .....                     Azərbaycanda saxta boşananların evi və müavinəti əlindən alına bilər .....                     Maliyyə Nazirliyi 162 milyonluq yeyinti aşkarladı .....                     Yer kürəsində yeni fəsillər yaranıb .....                     SOCAR-a yaxın daha bir şirkət yaradılıb .....                     Gözəllik qurban tələb edir: Azərbaycanda isə hətta öldürür .....                     “Baku Electronics” haqsız rəqabətə yol verib .....                     Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib .....                     Azər Qasımlının məhkəməsində zərərçəkən ifadə verdi .....                     Türkiyədən zeytun budağı: "Sülh masası” Ankaraya daşınır .....                     Husilərin İsrailə qarşı müharibəsi .....                     "Hamı günahkardır dünyada, amma..." .....                     “Azərenerji”dən 6.6 milyonluq layihə .....                     Ruslar bizimkiləri əzir: GÜNAHKAR UKRAYNADIR... .....                     "Naxçıvan İpoteka Fondu"nda nöqsanlar aşkarlanıb .....                     İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi investisiya fəaliyyətinə dair qanunları pozub .....                     RƏSMİ İTTİHAM: Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq POZUNTU .....                     ADY 3 yaşı belə tamam olmayan ÜÇƏMƏ QARŞI İDDİA QALDIRDI... .....                     Qabil Məmmədova 16 il müddətinə qiyabi hökm oxunub .....                     Evin şüşədəndirsə... .....                     Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi .....                     “Baku Electronics” və “ABC Telecom” barəsində haqsız rəqabətə yol verilməsi üzrə iş qaldırılıb .....                     Mikayıl Cabbarovdan BAHALAŞMA QƏRARI .....                     Regionda müharibə təhlükəsi: Dörd ölkə səssiz oyuna başladı .....                 

Paranoik diplomatın hədyanları - İranın səfirini Azərbaycana qarşı kim kökləyir?
Tarix: 20-07-2024, 11:32 | Çap et
Paranoik diplomatın hədyanları
Azərbaycanın Tehrandakı səfirliyi işini bərpa etdi. Ötən il diplomatik nümayəndəliyimizə edilən silahlı hücumdan sonra səfirliyin normal fəaliyyətinin bərpası aydındır ki, sadə məsələ deyil və mürəkkəb danışıqların nəticəsidir. Eyni zamanda, bu, rəsmi Bakının cənub qonşusuna doğru atdığı addım, xoş məram jestidir. Səfirliyimizə edilən hücum sıradan hadisə deyildi. Xüsusilə 44 günlük müharibənin gedişində və sonra rəsmi Tehranın ayrı-ayrı instansiyaları tərəfindən Azərbaycana münasibətdə aqressiv davranış adi hal almışdı. Bu abı-havanın sıravi vətəndaşlara da sirayət etməməsini düşünmək absurd olardı.

Aqressiv diplomatiyanın iflası

Azərbaycanın Tehrandakı səfirliyinin təqribən bir il ərzində işləməməsi yaşanan diplomatik gərginliyə rəsmi Bakının adekvat reaksiyası idi. Hamı bilir ki, bu hücum sadə vətəndaş cinayəti deyildi. Çünki sıravi iranlının diplomatik nümayəndəliyimizə silahla soxulmasının dövlətlərarası və geosiyasi müstəvidə də eynisi yaşanırdı: II Qarabağ savaşı günlərində qonşuluq münasibətlərinə xoş olmayan bəzi xəbərlər geniş ictimaiyyət üçün də müzakirə mövzusu olmuş və Azərbaycanda dərin təəssüf hissi yaratmışdı. Qonşuluqdan savayı, İslam dövləti olan İranın onillərdir müsəlman azərbaycanlıların qətlinə, deportasiyasına, Qarabağdakı məscidlərimizin dağıdılmasına qeyri-adekvat münasibəti cəmiyyətimizdə cənub qonşumuz haqqında təsəvvürlərin formalaşmasına təsir etməyə bilməzdi.

Son üç il göstərdi ki, Tehran 44 günlük müharibə ərzində nümayiş etdirdiyi arzuolunmaz siyasəti davam etdirmək niyyətindədir. İran rəsmilərinin ən yüksək səviyyədə Zəngəzur dəhlizinə münasibətdə qısqanc və qızışdırıcı reaksiyası, tarixi Azərbaycan torpağı olan bu bölgədə ilk konsulluğu açması, açılışa hətta xarici işlər nazirinin də təşrif buyurması İrəvana göstərilən güclü diplomatik dəstəyin göstəricisi idi. Durum regional siyasi tarazlıq baxımından o qədər anormal görüntü almışdı ki, yarıməsrlik düşmənlər - ABŞ ilə İranın, NATO ilə Tehranın maraqları üst-üstə düşür, sanki atdıqları addımların koordinasiya edildiyi təsəvvürü yaranırdı. Üstəgəl, İranın ölkəmizə münasibətdə ikitərəfli platformada da aqressiyaya meylli davranışları, məsələn, düz sərhəddə hərbi təlimlər keçirməsi təəssüf doğuran hadisə idi. Təbii ki, Azərbaycanın da bu reallığa münasibəti adekvat olmalı idi və hazırki gerçəklik cənub qonşumuzun bu canfəşanlığının iflas etdiyinin, Bakının isə daha bir regional diplomatik qələbə qazandığının göstəricisidir.

Səfirlik niyə bərpa olundu?

Narazılıqları unutmaq və barışmaq özünəinamın göstəricisidir. Bu baxımdan səfirliyimizin işinin bərpası bu qədər ədalətsizliyə rəğmən regional sülh və sabitlik naminə atılmış effektiv addımdır. Bu gedişlə rəsmi Bakı ciddi tərəfdaş olduğunu və xoş məramını nümayiş etdirir. Sürətlə dəyişən bölgəmizdə qlobal iqtisadi, logistik və infrastruktur layihələr həyata keçirilir. Bu layihələrdən hər iki tərəfin eyni dividendləri əldə etməsi mümkündür. Ancaq bir şərtlə: ötən əsrdə qalmış hərbi-siyasi intervensiya cəhdləri unudulmalıdır. XXI əsrin reallıqları tarixi mifləri, kaprizləri və iddiaları inkar edir. Süni intellektin artan rolu şəraitində bölgədəki sərhədlərə və logistik marşrutlara orta əsr vizyonu ilə baxmaq mümkün deyil. İran paslanmış hərbi arsenalını dəyişməyə can atdığı kimi, regional dəyişikliklərə də adekvat baxış sərgiləməlidir. Bu baxımdan yeni seçilmiş prezidentə və onun komandasına asta, ürkək ümidlər ola bilər.

Səfir özfəaliyyəti, yoxsa ikibaşlı siyasət?

Təəssüf ki, Tehrandakı səfirliyimizin işə başlaması İran-Azərbaycan münasibətlərinə pozitiv prizmadan baxmaq üçün yetərli deyil. Qonşumuzun ikibaşlı xarici siyasəti ola bilsin ki, “Şərq incə məsələdir” deyiminin reallıqdakı təcəssümüdür. Ancaq ikitərəfli və regional müstəvidə problemlərin heç də hamısının aradan qalxmadığının əlamətidir. Söhbət bu ölkənin Ermənistandakı səfiri Mehdi Sobhaninin müəmmalı və aşkar anti-Azərbaycan məzmunlu bəyanatlarından gedir. Səfir Azərbaycana münasibətdə aqressiv və yalan dolu bəyanatlar verməkdə davam edir. Onun davranışları elə bir absurd həddə çatıb ki, diplomatın sanki özfəaliyyətlə məşğul olması təəssüratı yaradır. Sobhaninin rəsmi Tehranı illərdir tənqid edən Qərbin media orqanına müsahibəsində “Qarabağdan deportasiya edilən ermənilərin hüquqları” mövzusunda açıqlamaları ironiya və yüngül sarkazm doğurur. Ermənistan hökuməti üçün belə aktual olmayan bir mövzunun İran səfirini narahat etməsi, onun insan hüquqlarına dair mülahizələr irəli sürməsi gülünc deyilmi? İran və insan hüquqları?

Paranoik diplomatın hədyanları

Sobhaninin dövlətinin elan etdiyi prioritetlərdən xəbərsiz olduğunu düşünmək sadəlövhlük olardı. Ola bilsin ki, Tehranda Azərbaycanla xoş münasibətlərə can atanlar kimi, əks mövqedə olanlar da var. Sobhani də həmin o köhnə qvardiyanın təmsilçilərindəndir, ilişib qalıb Ermənistan bataqlığında. Sızan məlumatlara görə, o, İranın yeni seçilmiş azərbaycanlı prezidentinə olduqca neqativ münasibət bəsləyir. Ancaq gerçəklik budur ki, ikitərəfli münasibətlər üçün bir yara, çiban rolunda çıxış edən diplomatın nəinki bu kimi bəyanatları davam etdirməsi, hətta onun Ermənistandakı səfir vəzifəsində qalması belə Tehran-Bakı münasibətlərində arzuolunmaz amilə çevrilir. Onun yaxın müddətə diplomatik fəaliyyətini bölgəmizdən uzaqda, məsələn, şərti Nikaraquada davam etdirməsi Tehrandakı yeni hakimiyyətin atdığı ən ağıllı addımlardan biri ola bilər. Ciddi dövlətlər ikitərəfli münasibətləri bir paranoik diplomatın güdazına vermirlər...

Prezident İlham Əliyevin İranın sabiq dövlət başçısı İbrahim Rəisi ilə Araz çayı üzərindəki görüşü ilə başlanan normallaşma prosesinin Tehrandakı yeni hakimiyyətlə davam etdirilməsi üçün ciddi imkanlar var. Ancaq ikitərəfli münasibətlər yalnız bir tərəfin iradəsi ilə düzəlməz. Problemlər qarşılıqlı xoş məramla aradan qaldırıla bilər.

"Kaspi" qəzeti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Politoloqun məhkəməsində kriptovalyuta söhbəti - "Ona dedim ki, qazancla yanaşı, risk də ola bilər"
Bu gün, 00:21
Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın 1.4 milyonluq vergi borcu var
Bu gün, 00:19
Rusiya Gümrü bazasına silah daşıyır - Məqsəd nədir?
Bu gün, 00:16
Elmar Məmmədyarov Rusiya agentidir? - Sabiq nazir danışdı
Dünən, 18:15
SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 18:10
"Yazanların çoxu azərbaycanlı idi" - Castinin konsertində evlənmək istəyən qız
Dünən, 18:02
Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: - Onun təbii sərvətləri Qərblə Çin üçün əsl "nifaq alması"na çevriləcək
Dünən, 17:58
Məktəb direktoruna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:55
Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər - AÇIQLAMA
Dünən, 17:53
Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI
Dünən, 17:46
Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? - Ramil Əliyevin yeni tələbi….
Dünən, 17:40
Qaz və işıqda sabit tariflər - Məqsəd NƏDİR...
Dünən, 17:36
ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib
Dünən, 17:33
"Yazıçılar Birliyində senzura olmalıdır" - ÇAĞIRIŞ
Dünən, 17:20
MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib - VİDEO
Dünən, 17:17
Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır - AKTUAL
Dünən, 17:14
3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia – Təhlükəli silah Rusiyadan işə salınıb?
Dünən, 17:09
Azərbaycanda saxta boşananların evi və müavinəti əlindən alına bilər - AÇIQLAMA
Dünən, 17:05
Maliyyə Nazirliyi 162 milyonluq yeyinti aşkarladı - Materiallar Baş Prokurorluğa göndərildi
Dünən, 17:04
Yer kürəsində yeni fəsillər yaranıb - "Live Science"
Dünən, 17:03
SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 17:01
Gözəllik qurban tələb edir: Azərbaycanda isə hətta öldürür - NƏ ETMƏLİ?
Dünən, 16:58
“Baku Electronics” haqsız rəqabətə yol verib - İŞ QALDIRILIB
Dünən, 16:56
Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib
Dünən, 16:53
Azər Qasımlının məhkəməsində zərərçəkən ifadə verdi
Dünən, 16:45
Türkiyədən zeytun budağı: "Sülh masası” Ankaraya daşınır - GƏLİŞMƏ
Dünən, 16:00
Husilərin İsrailə qarşı müharibəsi - Raketlərin pulunu kim ödəyir?
Dünən, 15:53
"Hamı günahkardır dünyada, amma..." - Bahəddin Həzi yazır...
Dünən, 15:45
“Azərenerji”dən 6.6 milyonluq layihə
Dünən, 15:39
Ruslar bizimkiləri əzir: GÜNAHKAR UKRAYNADIR... - Kremlin BAŞI QAÇIB...
Dünən, 15:24
"Naxçıvan İpoteka Fondu"nda nöqsanlar aşkarlanıb - RƏSMİ
Dünən, 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi investisiya fəaliyyətinə dair qanunları pozub - DETALLAR
Dünən, 15:16
RƏSMİ İTTİHAM: Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq POZUNTU - Hesablama Palatasından İFŞA
Dünən, 15:10
ADY 3 yaşı belə tamam olmayan ÜÇƏMƏ QARŞI İDDİA QALDIRDI... - DƏLİXANADIR VALLAH...
Dünən, 15:01
Qabil Məmmədova 16 il müddətinə qiyabi hökm oxunub - DETALLAR
Dünən, 14:52
Evin şüşədəndirsə... - GƏLİŞMƏ...
Dünən, 14:50
Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi - “Anadolu”
Dünən, 14:46
“Baku Electronics” və “ABC Telecom” barəsində haqsız rəqabətə yol verilməsi üzrə iş qaldırılıb - TƏFƏRRÜAT
Dünən, 14:44
Mikayıl Cabbarovdan BAHALAŞMA QƏRARI - BUNDAN SONRA...
Dünən, 14:43
Regionda müharibə təhlükəsi: Dörd ölkə səssiz oyuna başladı – Gizli detallar
Dünən, 13:08
Zəngəzur dəhlizinə iki ölkə nəzarət edəcək - Abovyan
Dünən, 13:06
Türkiyə Azərbaycandan Suriyaya təbii qaz tədarükünə başlayacaq - KİV
Dünən, 12:51
Yekaterinburq məhkəməsi Azərbaycan diasporunun rəhbərinin oğlunun həbsini qüvvədə saxlayıb
Dünən, 12:45
Rusiya agenti olduğu iddia olunan sabiq deputat danışdı - YENƏ DƏ DEDİYİNİ DEYİR...
Dünən, 12:42
Arvadını öldürən Həmid - Məhkəmədən gizlənirmiş...
Dünən, 12:37
“Kontakt Home”un baş kredit mütəxəssisi ailə üzvlərinin adına bu qədər kredit ayırıbmış - “Seçilən işçilərdən olmuşam”
Dünən, 12:34
Axmaqlara xitab edənlər və Azərbaycan - REPLİKA
Dünən, 12:33
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib - Rusiya DİN
Dünən, 12:30
Kreml Trampın sülh təklifini niyə rədd edir? - “Atlantik Şura”
Dünən, 12:21
Kilsə-hakimiyyət qarşıdurması yeni MƏRHƏLƏDƏ
Dünən, 12:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru