Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür .....                     Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! .....                     Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. .....                     Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... .....                     “Hazır olun, bunu birlikdə edəcəyik” .....                     Paşinyandan ilginc paylaşım... .....                     Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır .....                     Bakıda faciənin qapısından dönüldü .....                     Rusiyanın Ukraynaya qarşı planı: .....                     Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur .....                     İlham Əliyevdən YENİ İSMARICLAR .....                     Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI .....                     İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ .....                     Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər .....                     İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb .....                     AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu .....                     Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda .....                     "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." .....                     Bilinmir: deputatdır, yoxsa QOÇU... .....                     "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." .....                     Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib .....                     Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI .....                     Kərim məhkəmədən narazıdır .....                     Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi .....                     Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... .....                     AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb .....                     Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur .....                     BAHALAŞMA GÖZLƏNİLİR... .....                     Buna görə Gürcüstandan GERİDƏYİK... .....                     "Elçin mənim mükafatımdır" .....                     Xəstəxanada çəkilən video haqda detallar məlum oldu .....                     SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... .....                     Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar .....                     Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər .....                     “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” .....                     Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları .....                 

“Qalan 3 kəndin də qayıdacağına inancım tamdır” - İbrahim Nəbioğlu
Tarix: 21-04-2024, 16:06 | Çap et
“Qalan 3 kəndin də qayıdacağına inancım tamdır”
Uzun zaman davam edən gərgin müzakirələrdən sonra Qazax rayonunun işğalda olan 7 kəndindən 4-ünün azad edilməsi barədə razılıq əldə edildi. 2020-ci ilin Vətən müharibəsindəki böyük qələbədən, ardınca 2022-ci ilin sentyabrındakı misilsiz uğurdan sonra ən böyük sevinci yaşadıq. Ermənistan Qazağın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrmlı və Qızılhacılı kəndlərini təhvil verdi. Qalır Qazağa məxsus, amma anklav – Azərbaycan Respublikası ilə birbaşa əlaqəsi olmayan Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərinin geri qaytarılması.

AYNA tanınmış jurnalist, publisist, araşdırmaçı, Azərbaycanın İstanbuldakı keçmiş Baş konsulu, əslən Qazaxdan olan, hazırda İstanbulda yaşayan İbrahim Nəbioğlu ilə 4+3 kənd və Respublikanın qərb qapısı olan Qazağın... özü barədə həmsöhbət olub.

- 7 kənd həsrəti, köksümüzdəki 7 yara... 4-ü sağalır, çox şükür. Nə hiss edirsiniz?

- Çox böyük mutluluq, çox böyük sevinc... ilə yanaşı, çox böyük bir boşluq hiss edirəm. Sevincimin səbəbini izah etməyə ehtiyac yoxdur. Boşluğa gəlincə, mən hazırda orta bir yaşdayam. Halbuki, o kəndlər işğal ediləndə mən gənc idim. Və ömrümüzdən keçən 30 ildə bir dəfə gedib o yerləri görə bilmədim. Baxmayaraq ki, atam İncə Dərəsindəndir, mənim Əskiparada, Bağanıs Ayrımda, ordakı digər kəndlərdə uzaqdan-yaxından qohumlarım var. Məsələnin ürəyə su səpən tərəfi odur ki, həmin qohumların və qohum olmayan sakinlərin dərdi nisbətən yüngül oldu – qaçqın həyatları çox da uzaqlarda davam etmədi. Çünki işğal edilən 7 kənddən qaçqın düşənlər başqa bölgələrə səpələnmədilər, ya rayonun mərkəzində, ya da ətraf kəndlərdə yerləşdilər. Düşünürəm ki, kəndlər geri qayıtdıqdan sonra ordan didərgin düşənlərimizin tamamı öz yurd-yuvalarına qayıdacaqlar. Başqa “cazibəyə” aldanmayan, böyük şəhərin “sehrinə” qapılmayan bu Qazax qaçqınları dönəcəklər doğma kəndlərinə. Bütün qaçqınlar çətinlik yaşayırlar, amma o 7 kənddən qaçqın düşənlər fərqlidir.

Bunları hiss edirəm. İkinci Qarabağ müharibəsində hər kəndimiz, şəhərimiz azad olunduqca, içimdə hayqırış, vulkan vardı. Düşmənə nifrətim daha da artırdı. İndi son 3 gündür eyni hisslərlə yaşayıram. Düşünürəm ki, ermənilər bizə nə qədər travmalar yaşadıblar, nə cür bir düşmənçilik ediblər. Lakin bu travmalardan qurtulmalı, bu hissləri arxa plana keçirməli və Vətənin bütövlüyü üçün bütün maneələri aşmalıyıq.

- Ölkə miqyasında, Qarabağ ilə müqayisədə Qazağın işğal edilən kəndlərinin ərazisi çox kiçikdir. Lakin həm Sizin, həm də bəzi Qazax ziyalılarının nəzərində məsələnin başqa bir alt qatı var, sanki. Nədir hər kəsin mahiyyətinə vara bilmədiyi o incə nüans?

- Mən əslən qazaxlı olsam da, şəhərdə doğulub-böyümüşəm. İçərişəhərdə doğulmuşam, Bakıda böyümüşəm. Atam və anam Qazaxdan gəliblər Bakıya. Bir-birilərini Qazaxda tanımayıblar, Bakıda ali məktəbdə oxuyan zaman tanış olublar və bir-birilərini sevərək evləniblər. Bizim evdə bir Qazax kultu vardı, Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı kultu vardı. Sonralar mən Maqsud Şeyxzadəni araşdırmağa başladım. Qazaxdan Özbəkistana getmiş, o ölkənin dramaturgiyasının banisi olmuş, oranın ədəbi simvollarından birinə çevrilmiş Maqsuq Şeyxzadədən gedir söhbət.

Yəni, Qazax kultu söz, ədəbiyyat, mədəniyyət deməkdir. Bu torpağın insanları nə qədər dəqiq elmlərə yiyələnsələr də, sözdən, ədəbiyyatdan, mədəniyyətdən, mənəviyyətdən kənarda yaşaya bilmirlər – sudan çıxarılmış balıq misalı. Məsələn, mənim atam elmlər dokoturu, professor, nəzəri mexanika kafedrasının müdiri idi, amma dəhşətli dərəcədə ədəbiyyat aşiqiydi, heç də öz peşəsindən az bilmirdi ədəbiyyatı. Dəqiq elmlərin bilicisi olan atam Səməd Vurğunu, Hüseyn Cavidi, digər klassiklərimizin əsərlərini əzbər bilirdi, saatlarla onların əsərlərini sinədən deyirdi. Və həm də türkçü idi – özü də necə türkçü! Türkçülük də, yəqin ki, bizim bölgənin oğuz-qıpçaq kökəni ilə bağlıdır. Turan yolunun üzərində yerləşmək, Şərq-Qərb axınlarının mərkəzi olmaq və s. də təsirsiz ötüşməyib.



Qarabağla müqayisəyə gəlincə, mən belə müqayisə aparmazdım. Çünki söhbət ərazicə böyüklükdən getmir, Ümumvətən anlayışından gedir. Qarabağımızın uğrunda minlərlə şəhidimiz var – qarabağlısı ilə, qazaxlısı ilə, lənkəranlısı ilə, qubalısı ilə, şirvanlısı ilə və s. Yəni, Qarabağımızın azadlığına nə qədər seviniriksə, Qazağımızın kəndlərinin azadlığına da o qədər sevinirik – nə bir zərrə az, nə bir zərrə çox. Bax, bizim üçün “alt qatdakı nüans” dediyiniz budur. Altaylardan Qafqazlara qədər uzanan Türk yolunun yolçuları olaraq, damarında axan Türk qanının daşıyıcıları olaraq, daşıdığı genetik kodun təmsilçiləri olaraq... başqa fərqliliyimiz yoxdur. Və sizin, bizim, hamımızın bir arzumuz, amalımız, dərdimiz vardı – Azərbaycanın ərazi bütövlüyünün təmini. Çox şükür, bunu da görürük. Gerisi təfərrüatdır.

- 4-ü qayıtdı, qaldı 3-ü. Həm anklav, həm də ərazicə böyük olanlar. Onların qayıdışına inancınız varmı? Yoxsa ərazi mübadiləsi subyektləridir?

- İnancım tamdır ki, onlar da qayıdacaq. Sadəcə burada müəyyən məqamlar var. Məsələn, Yuxarı Əskipara ilə Vaskepar arasında bir yol var. O yol Ermənistan üçün olduqca strateji bir yoldur, can damarıdır. Ermənistanın mövcudluğunu təmin edən amillərdən biridir o yol. Həmin bu yol, vaxtilə Azərbaycana – Qazağa məxsus, indisə Ermənistana aid olan mühüm ərazilərdən keçir və strateji nöqtəyə ulaşır. Dilcandan, İcevandan başlayır, Salah kəndindən (keçmiş təhsil naziri Misir Mərdanovun doğulduğu kənd – İ.N.) keçir, sonra Vaskeparla Yuxarı Əskiparanın arasından keçir, oradan İncə Dərəsi ilə Şıxlının yuxarısına - Noyamberyana çatır, oradan da Sadaxlıya, Gürcüstana yetişir. Gördüyünüz kimi, bu yol Ermənistan üçün varlıq söhbəti, “olmazsa, olmaz” məsələsidir. Ona görə də Ermənistanın bu məsələdə ciddi əndişəsi var. Haşiyədən kənara çıxıb əlavə edim ki, bu strateji yol üzərindəki torpaqlar tarixi Azərbaycan torpaqları, Türk diyarıdır. O məsələlərə artıq gələcəkdə dönəcəyik, yəqin. Amma mütləq dönəcəyik…

Məsələ bundan ibarətdir ki, Azərbaycan bu mövzuda tam təminat verir. Üstəlik, yuxarı tərəfdən ayrıca bir avtomobil yolu da çəkiləcək ki, bunu Paşinyan özü də sərhəd kəndlərinin sakinləri ilə görüşündə dilə gətirdi. Mən əminəm ki, biz artıq tutduğumuzu buraxmayacağıq. İlk mərhələdə qeyri-anklavları alırıq, anklavlar qalır sonrakı mərhələyə. Burada önəmli məqam ondan ibarətdir ki, bu kəndlər anlaşmasında nə Moskva, nə Brüssel, nə Paris, nə də Vaşinqton var – burada ancaq Bakı və İrəvan var. Burada iki ölkənin aylarla sürən gərgin müzakirələrinin bəhrəsi var. Bilirsiniz ki, Azərbaycan tərəfdən yetkili komissiyaya Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edir - əslən qazaxlı, İncə Dərəsindən olan, bir dövlət xadimi. Bu da təsadüfi seçim deyil.

Bütün bu amilləri nəzərə alaraq, inancım tamdır ki, son bir qarış torpağımız da geri qayıdacaq. Həm ordumuz arxamızdadır, həm diplomatiya sahəsində böyük nailiyyətlərimiz var, həm də regiondakı kataklizmlərin bizim lehimizə cərəyan etdiyini düşünürəm.

- Ümumvətən sevginizin içində bir küncdə yurd sevgisi, rayon təəssübkeşliyi var – hətta qədərindən çox. Bu, yerlipərəstlikdir?

- Suallarınızın qoyuluşuna görə təşəkkür edirəm və təqdir edirəm. İlk dəfədir ki, biz Qarabağ haqda, Qazağın işğaldakı kəndləri haqda siyasi söhbət aparmırıq, gərgin diskussiya qurmuruq - əksinə, duyğusal, sevgi ilə yoğrulmuş bir söhbətin “opponentləri” oluruq. Bu amil ona görə sevindiricidir ki, artıq məğlubiyyəti deyil - qələbəni bölüşürük, həsrəti deyil - vüsalı müzakirə edirik, yoxluq haqda deyil – varlıq haqda dərdləşirik. Və ilk dəfədir ki, dərddən belə şirin-şirin danışırıq.

Yurd sevgisinə, rayon təəssübkeşliyinə gəlincə... Mənim Moskvada bir aspirant dostum vardı, Həbəşistandan idi. Rus dilini bir az öyrənib aspirant oldu. Bir dəfə biz azərbaycanlı uşaqlar onu milli yeməyimizə dəvət etmişdik. Gəldi, yedi, amma bəyənmədi. Soruşduq ki, “niyə bəyənmədin?”. Cavab verdi ki, “dünyada ən yaxşı plovu həbəşlər bişirirlər”. Dünyanın ən yaxşı şəhərinin hansı olduğunu soruşduq, “Əddis-Əbəbə” cavabını verdi.

Hər kəsə öz mayası, öz yurdunun neməti, öz anasının bişirdiyi yemək şirindir. Bu, həbəşlərə də aiddir, çinlilərə də, azərbaycanlılara da, Azərbaycanın daxilindəki ayrı-ayrı bölgələrə də. Bilmirəm, bəlkə də, bizim Qazax camaatının qanındakı şeiriyyətdən, ədəbiyyatdan doğan romantikadır ki, biz öz hisslərimizi daha tez və asan büruzə veririk, dildən pərgar olduğumuz üçün öz sevgimizi daha rahat şəkildə ifadə edirik. İstisna deyil ki, başqa bölgələrimizin insanları öz yurdlarını bizdən daha çox sevirlər, amma fikirlərini ifadə etməkdə bizimkilər qədər zirək deyillər (gülür – T.T.).

Sovet vaxtı Ağdama getmişdim. Orda elə söhbətlərimiz oldu ki, elə bildilər, mən də ağdamlıyam. Yaxud Qəbələdən çoxlu dostlarım olduğu üçün elə bilirlər ki, qəbələliyəm. Tələbə vaxtı Bakıda oxuyanda qrup yoldaşlarımın arasında 5 nəfər vaxçıvanlı vardı, beşi ilə də dostluq edirdim. Yeri gəlmişkən, onu da iddia edirəm ki, Naxçıvanı mənim qədər bilən, kənd-kənd tanıyan ikinci qazaxlı yoxdur. O zaman Naxçıvana o qədər gedib-gəlirdim ki, hamı elə bilirdi, mən naxçıvanlıyam.

Bütün bunlar təbəssüm yaradan amillərdir. Bəli, biz bütün Vətənimizi - Azərbaycanı sevdiyimiz kimi, onun dilbər guşəsi olan yurdumuzu - Qazağı sevirik. Biz yurdumuzu vəsf edirik, onun şəninə şeirlər yazırıq, dastanlar qoşuruq, nəğmələr oxuyuruq, bayatılar deyirik. Ola bilər ki, bir az fərqli sevirik – şair kimi sığallayırıq, yazıçı kimi tumarlayırıq, aşıq kimi oxşayırıq... Bu da bir növ özünəməxsusluqdur, yəqin ki.

Və qayıdaq yerlipərəstliyə: məncə, biz qazaxlılar yerlipərəst deyilik (gülür – T.T.).









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür - FOTO
Bu gün, 14:03
Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! - GƏLİŞMƏ
Bu gün, 13:39
Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. - ANIM
Bu gün, 13:26
Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... - REAKSİYA
Bu gün, 13:23
“Hazır olun, bunu birlikdə edəcəyik” - Baş nazir müraciət etdi
Bu gün, 12:02
Paşinyandan ilginc paylaşım... - II Qaregini elə birinə bənzətdi ki…
Bu gün, 11:59
Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır - GƏLİŞMƏ
Bu gün, 11:56
Bakıda faciənin qapısından dönüldü - TƏFƏRRÜAT
Bu gün, 11:00
Rusiyanın Ukraynaya qarşı planı: - Eyni anda 2 min PUA...
Bu gün, 10:58
Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Bu gün, 10:56
İlham Əliyevdən YENİ İSMARICLAR - Hər şey açıq və net idi...
Bu gün, 10:52
Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI - komandada daha kimlər var...
Bu gün, 10:50
İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Bu gün, 09:55
Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər - KİV
Bu gün, 09:51
İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb - Dəhliz açılacaq
Bu gün, 09:49
AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:46
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 06:01
İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Bu gün, 05:51
Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Bu gün, 05:49
"Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Bu gün, 05:46
Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Bu gün, 05:44
"Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Bu gün, 05:37
Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
Dünən, 18:30
Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Dünən, 13:00
Kərim məhkəmədən narazıdır
Dünən, 12:51
Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Dünən, 12:44
Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Dünən, 12:37
AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Dünən, 12:31
Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Dünən, 12:28
BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Dünən, 12:26
Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Dünən, 12:24
"Elçin mənim mükafatımdır"
Dünən, 11:19
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Dünən, 11:17
SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Dünən, 10:25
Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Dünən, 10:19
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 10:03
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Dünən, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Dünən, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Dünən, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Dünən, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Dünən, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
Dünən, 09:13
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Dünən, 09:07
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Dünən, 09:00
"`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Dünən, 08:57
Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Dünən, 08:41
Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Dünən, 08:38
İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Dünən, 08:36
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Dünən, 07:41
ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Dünən, 07:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru