"ATEF Şirkətlər Qrupu"nun 1,5 milyon manat vergi borcu yaranıb
Tarix: 15-04-2024, 15:38 |
Çap et
"ATEF Şirkətlər Qrupu"nun 1,5 milyon manat vergi borcu yaranıb.
Bu barədə İqtisadiyyat.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edilir ki, şirkətlər qrupunun yığılan vergi borcunun miqdarı 1 466 811,18 manat təşkil edir.
Qeyd edək ki, "ATEF Şirkətlər Qrupu" enerji sənayesi üçün elektrik avadanlıqlarının istehsalı və quraşdırılması ilə məşğuldur. Nizamnamə kapitalı 33 892 585 manat olan şirkətin rəhbəri Talıb Əlixanbəyovdur, qanuni təmsilçisi isə onun oğlu Emil Əlixanbəyovdur.