"8 kəndin qaytarılmasını 30 il gözləyəsi deyilik” - HƏQİQƏTƏN DƏ...
Tarix: 15-04-2024, 12:04 |
Çap et
“Paşinyan Qazaxın 4 kəndinin Azərbaycana təhvil veriləcəyinin anonsunu təxminən bir ay əvvəl də vermişdi. Ermənilərin verdiyi sözə etibar etmək olmaz. Amma rəsmi İrəvan anlayır ki, Bakının şərtlərini gec-tez qəbul etməlidir. Başqa yol yoxdur. Paşinyan bilir ki, kimsə Azərbaycanın haqlı tələbinin qarşısını ala bilməz. Ona görə də indi sülh bəyanatı verməkdədir”.
Bunu politoloq Qabil Hüseynli Bakupost.az -a bildirib.
Onun dediyinə görə, sülhün alternativi müharibədir:
"Azərbaycan sülh istəyir və bunu açıq şəkildə bildirib. Müharibədən sonra sülhün ilk təşəbbüskarı məhz rəsmi Bakı olub. Bunun üçün Ermənistan tərəfinə sənəd də təqdim edilib. İndi Ermənistanın tək yolu Azərbaycanın şərtlərini qəbul edib saziş imzalamaqdır. Rəsmi Bakı 30 il də 8 kəndin qaytarılmasını gözləyəsi deyil. Sərhədlərin delimitasiyası həyata keçirilməli, sülh sazişi imzalanmalıdır. Normal qonşuluq münasibətləri qurulmalı və bölgədə dayanıqlı sülh təmin olunmalıdır”.