Paşinyan “soyqırımı”na inanmır: Göstəriş verdi – “Bir-bir sayın”
Tarix: 15-04-2024, 11:22 |
Çap et
Ermənistan Baş naziri Nikol Paşinyan 1915-ci ildə Osmanlı İmperiyasından deportasiya zamanı 1.5 milyon erməninin öldürüldüyünə inanmır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Andranik Köçəryan deyib.
“Baş nazir Nikol Paşinyan 1915-ci ilə inanmır. Erməni soyqırımı (qondarma – red.) ilə bağlı tarixi faktlar dəqiq deyil ki, Qərbi Ermənistanda (Türkiyədə) 1.5 milyon erməni həqiqətən də qətlə yetirilib, işgəncələrə məruz qalıb və öldürülüb. Paşinyanın əslində öz hökmü var, o, işgəncələrə məruz qalan ermənilərin şəxsi məlumatlarını tapmaq, oxumaq, saymaq və əmin olmaq istəyir. Tarixi faktlar, mövcud elmi əsərlər və qərarların çoxluğu onu qane etmir”, - deputat bildirib.
Köçəryan hesab edir ki, Paşinyanın qondarma soyqırımı ilə bağlı real əsaslar qurmaq və daha obyektiv siyahı hazırlamaq məqsədi var:
“İndi deyirik ki, 1.5 erməni qırğına məruz qalıb, arxivlərdən bu milyon yarımın ad və soyadını tapmalıyıq, “Soyqırımı Muzeyi”nin divarlarına onların soyadları vurulmalıdır”.