Astarada vətəndaş ÇARƏSİZ DURUMDA - GİLEY
Tarix: 6-01-2024, 10:14 | Çap et
 Astara rayonunun Şüvi kənd sakini Habil Cümşüdov deyir ki, evi beş aydan çoxdur ki, torpaq sürüşməsi nəticəsində təhlükəli hala düşüb. O, bununla bağlı aylardır dövlət və hökumət orqanlarına şikayətlər etdiyini də bildirir.
H.Cümşüdovun yaşadığı ev Şüvi kənd mərkəzindən iki kilometr uzaqda, dağ yamacında yerləşir. Kəndin əsas yolu yarıya qədər asfaltlaşdırılsa da, qalan yolları yaxşı vəziyyətdə deyil.
"Sürüşmə evin binəsinə qədər gəlib çıxıb" H.Cümşüdovun evinin aşağı hissəsində torpaq lay-lay olub. Sürüşmə dağ çayına qədər gedib çıxıb. O, yaranmış vəziyyəti belə izah edir: "Burada ev tikəndə belə deyildi. Yer yaxşı idi. Keçən ilin sentyabrında güclü yağış yağdı, sürüşmə baş verdi. Sürüşmə evin binəsinə qədər gəlib çıxıb. Divara iki yerdən dayaq vurmuşuq. Bir dəfə də güclü yağış yağsa, ev qalmaya bilər. Divarlarda çatlar var".
Onun sözlərinə görə, başqa yerdə ev inşa etmək imkanı yoxdur: "Günəmuzd fəhlə işləyirəm. Payız və qış fəsillərində iş olmur. Əvvəllər gildən tikdiyim 12 kvadratlıq komada yaşayırdıq. Yaxınlarım kömək etdilər, yeni ev götürdüm. Divarları dədə-baba qaydası ilə götürülüb, gildəndir. Kənd yerlərində münasib ev tikmək çox çətin məsələdir. Böyük pul istəyir. İşıqlar zəifdir. İnternet yoxdur. Astara rayon İcra Hakimiyyətinə evin vəziyyəti ilə bağlı müraciət etdim. Cavab gəldi ki, bizdə sizə kömək edəcək vəsait yoxdur".
H.Cümşüdovun deməsinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlib evinə baxıblar. Vurğulamasına görə, onlar deyiblər ki, burada yaşamaq təhlükəlidir: "Bizə sənəd də təqdim etdilər".
"Güclə çörək tapırıq" H.Cümşüdov dağlıq ərazidə yaşamağın çətinliklərindən danışır: "Əvvəllər burada qonşular olub. Köçdülər, getdilər. Torpaq da əkin üçün yararsızdır. Burada nə isə əkib onunla yaşamaq mümkün deyil. Mal-qara da saxlamıram. Hirkan Milli Parkında olan vəhşi heyvanlar mal-qara saxlamağa imkan vermir. Qarnımıza güclə çörək tapırıq. Belə vəziyyətdə ev necə tikim? Ev dağılsa, buradan köçüb getməli olacağam".
H.Cümşüdovun qardaşı Murad Cümşüdov isə deyir ki, sürüşmə ərazisinin uzunluğu 50, eni isə 15 metrdir: "Sürüşmə evi əhatə edib. Hər gün hiss edirik ki, torpaq sürüşür. Narahatıq. Yüngül zəlzələ oldu, divardakı çat genişləndi. Bu, təbii fəlakətdir. Belə çətin vaxtda vətəndaşa kömək etməlidirlər".
"Başqa yerdə torpaq, ev versinlər..." Onun dediyinə görə kənddə həmişə iş olmur: "Biz hamımız günəmuzd işləyirik. Elə gün olur ki, 5 manat da qazanc olmur. Ev dağılsa, tikə bilməyəcəyik. Ona görə müxtəlif dövlət təşkilatlarına müraciət edirik. Bəhanə gətirirlər ki, siz Hirkan Milli Parkın ərazisində ev inşa etmisiniz. Evi inşa edilib 1999-cu ildə, sənəd də təqdim edirik. Hirkan Milli Parkı isə 2004-cü ildə yaranıb. Ata-babalarımız park olmamışdan əvvəl burada yaşayıblar. Başqa yerdə torpaq, ev versinlər...".
H.Cümşüdovun 72 yaşlı atası Bəxtiyar Cümşüdov isə deyir ki, son dönəmlərdə yalnız bir dəyişiklik olub, kəndə təbii qaz çəkilib: "Sovet dövründə necə idi, indi də elədir. Bir fərq var ki, sovet dövründə şikayətlərə baxırdılar. Edilən müraciətlərə də əhəmiyyət verilmir. Bilmirik ki, kimə müraciət edək. Bizdən yuxarıda da yeddi-səkkiz ailə qalıb. Çoxları şəraitsizlikdən köçüblər. Şərait yoxdur. Yağış yağanda, sel gələndə bura keçilməz olur. Keçən dəfə sel suları körpünü apardı. Təbii qaz çəkiblər, onun da qiyməti bahadır. Limiti keçəndən sonra odun yandırırıq. Ev dağılsa, gərək çadırda yaşayaq".
Rəsmilər... Sözügedən məsələ ilə bağlı Astara rayon İcra Hakimiyyətindən bildirdilər ki, şikayətçiyə cavab verilib: "Fövqəladə Hallar Nazirliyi torpaq sürüşməsini qeydə alıb. Ora Hirkan Milli Parkın ərazisidir. Bu məsələyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirlikləri baxır. İcra hakimiyyətində bu məqsəd üçün vəsait nəzərdə tutulmur. Dövlətin belə hadisələrlə bağlı qanunları var".
Məsələ ilə bağlı sözügedən nazirliklərlə danışmaq mümkün olmayıb.
Mənbə: AzadlıqRadiosu В©

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17 |
|
|
|
| • ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11 |
|
|
|
| • Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06 |
|
|
|
| • "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02 |
|
|
|
| • Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47 |
|
|
|
| • Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43 |
|
|
|
| • Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39 |
|
|
|
| • Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36 |
|
|
|
| • Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32 |
|
|
|
| • Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17 |
|
|
|
| • Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01 |
|
|
|
| • Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59 |
|
|
|
| • “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57 |
|
|
|
| • Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53 |
|
|
|
| • Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41 |
|
|
|
| • Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39 |
|
|
|
| • Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33 |
|
|
|
| • Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22 |
|
|
|
| • Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19 |
|
|
|
| • Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12 |
|
|
|
| • Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09 |
|
|
|
| • «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00 |
|
|
|
| • Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58 |
|
|
|
| • Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56 |
|
|
|
| • Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41 |
|
|
|
| • Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40 |
|
|
|
| • BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35 |
|
|
|
| • "Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32 |
|
|
|
| • Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30 |
|
|
|
| • AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24 |
|
|
|
| • “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22 |
|
|
|
| • Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19 |
|
|
|
| • Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16 |
|
|
|
| • YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14 |
|
|
|
| • Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13 |
|
|
|
| • Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09 |
|
|
|
| • Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59 |
|
|
|
| • İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57 |
|
|
|
| • "Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52 |
|
|
|
| • “Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44 |
|
|
|
| • Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37 |
|
|
|
| • Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36 |
|
|
|
| • İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35 |
|
|
|
| • Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30 |
|
|
|
| • Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25 |
|
|
|
| • İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23 |
|
|
|
| • İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20 |
|
|
|
| • CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35 |
|
|
|
| • SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39 |
|
|
|
| • Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38 |
|
|
|
|