Tramp çıxışında Çinin ABŞ seçkilərinə müdaxiləsindən danışacaq .....                     İranda savaş gedir, ABŞ Kubaya müdaxiləni düşünür .....                     Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib .....                     200-ə yaxın bilet 2-3 dəqiqəyə satıldı..." .....                     Bu 30 ildə Qarabağ azad olundu, Əliabad-Piran yolu çəkilmədi... .....                     İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb .....                     Bakıda bu orta məktəbdə ŞIDIRĞI qızıl alveri .....                     Elxan Səmədov PFL-in prezidenti vəzifəsində qalacaq .....                     “Eyni xəstəyə fərqli rəylər verilir” .....                     Bazarda yerli limon tapılmır: Qiyməti "cib yandırır" .....                     İmişlidə Nurullayevlərə qarşı fəhlə etirazı .....                     Müştərilər təşvişdə: Banklar bağlanır? .....                     AQTA bu pozuntuları istehlakçı şikayətindən əvvəl aşkarlamalı idi .....                     Rusiya İrandan kimi çıxarmağa çalışır? .....                     AQTA-nın yeni qərarı nələrə yol açacaq? .....                     ABŞ "green card" üçün 100 min dollarlıq təminat tətbiq edə bilər .....                     Əməkdar artist tıxacın əlindən evini satır .....                     "Regional Su Meliorasiya Xidməti" vergi borcu olan şirkətlə 75 min manatlıq müqavilə bağlayıb .....                     Rezonans doğuran iş bağlandı: Əsgəranın "icra başçısı" təmiz çıxdı .....                     ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb .....                     Bakıda gəncin ölümündə ittiham edilən rəis və müəllimin cəzaları yüngülləşdirilib .....                     İran Rusiya ilə iki strateji məsələdə anlaşdı: .....                     Türkiyədəki 2 300 azərbaycanlı həkim qazancdan məhrum qalır .....                     Lənkəranın icra başçısı özünə yeni qadın müavin təyin etdi .....                     Aktyora qarşı “sui-qəsdin” təşkilatçıları bilindi .....                     Müəllimlər kağız-kuğuz işlərindən qurtulacaq .....                     ADSEA Gəncə Cihazqayırma Zavoduna 2,5 milyon manat ödəyəcək .....                     Talehin reklamındakı aktrisa danışdı .....                     Beyləqanda “pambıqla baş kəsirlər” .....                     Səfirlikdə işə düzəlmək istədi, .....                     Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq .....                     Apteklərdə diazolin TAPILMIR .....                     Elm və təhsil nazirinə 5 sual... .....                     Bakıda 19 min manatlıq məhsulu saxta sifarişlə mənimsəyən satış təmsilçisi ilə bağlı .....                     14 il şiddət görən qadının əri saxlanıldı .....                     Ukraynanın adı dəyişdirilib Rus olacaq? .....                     "Müqavilədə göstərilən müddət keçsə də, avtomobil yoxdur" .....                     Mariana Vasileva yeni vəzifəyə təyin olundu .....                     Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib .....                     Azərbaycandakı keçmiş səfir İranın planını açdı .....                 

“Aztelekom” AYİB-dən aldığı 50 milyon dollar kreditlə fiber-optik internet şəbəkəsi qurur, yoxsa pul silir - İLGİNC İDDİALAR...
Tarix: 3-04-2023, 15:05 | Çap et
“Aztelekom” AYİB-dən aldığı 50 milyon dollar kreditlə fiber-optik internet şəbəkəsi qurur, yoxsa pul silir
Məlum olduğu kimi ötən il dekabrın ayının 22-də Azərbaycanda genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi layihəsinin maliyyələşdirilməsi ilə bağlı “Aztelekom” MMC və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında 50 milyon ABŞ dolları (85 milyon AZN) dəyərində kredit müqaviləsi imzalanıb. Sözügedən kredit müqaviləsini “Aztelekom” MMC-nin baş direktoru Klaus Müller və Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz ölkələri üzrə idarəedici direktoru Matteo Patron imzalayıblar.

Dövrü mətbuatın yanvarın 25-də yaydığı məlumata görə, “Aztelekom” MMC-nin baş direktoru Klaus Mueller şəxsi səbəbləri ilə əlaqədar olaraq işdən ayrılmağa qərar verib. Hazırda “Aztelekom” MMC-in baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Elçin Niyazova həvalə edilib. Biznesin inkişafı sahəsində geniş təcrübəyə sahib Elçin Niyazov uzun illər müxtəlif dövlət və özəl şirkətlərdə rəhbər vəzifələri icra edib. Amma rabitəçi deyil.

Qeyd edək ki, “Aztelekom” cəlb olunan maliyyə vəsaitini regionlarda həyata keçiriləcək infrastrukturun yenidən qurulması üçün istifadə edəcək. Bu maliyyə dəstəyi ilə şirkət planlaşdırdığı şəbəkə genişləndirilməsinin sürət, tutum və ötürmə qabiliyyətini yaxşılaşdıraraq, şəhər və kənd yerləri arasında rəqəmsal bərabərsizliyi azaltmağa nail olacaq. Bu, “Aztelekom”a yüksək keyfiyyətli, fasiləsiz interneti təmin etməyə və bütün ölkə üzrə internetin orta sürətini artırmağa imkan verəcək.

Məlumat üçün bildirək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən və əsas operatoru “Aztelekom” MMC olan “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin sonuna qədər sürətli internetlə ölkənin bütün ərazisini əhatə edən genişzolaqlı şəbəkənin qurulması planlaşdırılır. Layihənin icrasına başlanıldığı 2017-ci ildən bu günədək artıq ölkə üzrə 766 minə yaxın ev təsərrüfatı optik internetə çıxış imkanı əldə edib ki, bunun da 539 mini 2021-2022-ci illərdə icra olunub. Bu, yeni infrastrukturun quraşdırılma tempinin dəfələrlə artdığını nümayiş etdirir. Ümumilikdə layihənin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatlarının GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə sürətli internetlə təmin olunması planlaşdırılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən ötən ilin noyabrında mətbuata verilən məlumatda isə ölkə ərazisində 649 min ev təsərrüfatı GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik internetlə təmin olunduğu bildirlib.

Qeyd edək ki, telekommunikasiya infrastrukturunun yenilənməsi, müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri layihənin əsas operatoru olan “Aztelekom” MMC həyata keçirir. Hazırda Bakı, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax daxil olmaqla, 60 rayon və şəhərdə GPON və digər genişzolaqlı texnologiyalarla sürətli internetin təmin edilməsi davam etdirilir.

Bəs “Aztelekom” MMC layihəni necə həyata keçirir?

Qeyd etdiyimiz kimi, “Aztelekom” MMC layihə üzrə işləri Abşeron rayonunun mərkəzi və yeni yaşayış massivlərində bitirib, bir çox rayonlarda isə işlər davam etdirilir. Açıq mənbələr üzərindən apardığımız araşdırmalarda yeni rabitə xəttlərinin hansı şirkət tərəfindən həyata keçirilməsi barədə heç bir məlumat əldə edə bilmədik. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada da “Aztelekom” MMC tərəfindən yeni rabitə xəttinin çəkilməsi ilə heç bir tenderin elan olunmadığını müəyyən etdik. Bəs dövlət müəssisəsi bu işləri hansı üsullarla həyata keçirir?

Redaksiyamıza verilən məlumatlara görə telekommunikasiya infrastrukturunun yenilənməsi ilə əlaqədar respublikamızın qərb zonasında da, Şəmkir, Tovuz, Qazax, Gədəbəy rayonlarının kəndlərində də yeni fiber-optik kabellərin çəkilişinə başlanılıb. Əldə etdiyimiz məlumata görə Şəmkir rayonunun ən böyük kəndlərindən olan Çənlibeldə yeni rabitə xəttinin çəkilişini “Caspian Road” MMC aparır. MMC barəsində açıq internet resursları üzərindən əldə etdiyimiz məlumatlar bunlardır.

MMC-nin rəsmi veb-saytı /www.caspianroad.az. kimi göstərilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında CASPIAN adı ilə başlayan, dövlət qeydiyyatına alınmış 193 MMC arasında sözügedən şirkət barəsində heç bir məlimat yoxdu.

MMC-nin rəsmi veb-saytında qeyd olunur ki, şirkətimiz peşəkar ustalardan ibarət, yüksək tələblərə cavab verən, operativ və keyfiyyətli iş bacarığına malik, müasir texnologiyalarla iş təcrübəsi olan kadr potensialı ilə istənilən şəraitdə yol bərkitmə, üst açma, torpaq qatının çıxarılıb daşınması, asfalt qatının təmiri və yenidən qurulması işlərini həyata keçiririr. Şirkət həmçinin yolların yenidən qurulması, yarımstansiya daxili bütün yol infrastrukturunun hazırlanması, Dəmir Yol stansiyasına gedən yol və stansiya ətrafı asfalt və bərpa işləri, inzibati bina ətrafı asfalt örtüyü hazırlanması işlərini həyata keçirib. “Caspian Road” MMC istənilən formada beton işlərini və beton qəliblərin hazırlanmasını yerinə yetirir. MMC-nin “Facebook” səhifəsində də daha çox beton və dəmir-beton konstruksiyaların, bina və qurğuların tikintisi və istismarı ilə bağlı paylaşımlar var. Bu isə o deməkdir ki, MMC daha çox tikinti sahəsi üzrə ixtisaslaşıb.

Bəs necə olub ki, yol, tikinti sahəsi üzrə ixtisaslaşmış bir şirkət GPON və digər genişzolaqlı rabitə xəttlərinin çəkilişinə cəlb edilib?

Qeyd edək ki, MMC -də işi heç də rəsmi veb-saytında göstərildiyi kimi peşəkar mütəxəssislər aparmır. Burada işlərin görülməsinə yerli kənd sakinləri cəlb edilib. Əldə etdiyimiz məlumatlara görə MMC kənd ərazisində rabitə xəttinin çəkilməsi üçün mindən çox dəmir dirək basdırıb. Hər dirəyin qazılaraq dibinə beton tökülməsi üçün kənddən işə cəlb olunanlara 8 manat pul verib. Bir dirəyin betonlanmasında azı 4-5 nəfər çalışır. Bu isə o deməkdir ki, bir dirəyin betonlanmasına adambaşına 1,5 manat pul düşür. Kənd sakinlərindən ibarət 4-5 nəfərlik bir dəstə isə bir iş günü ərzində uzağı 10 dəmir dirək betonlaya bilir. Bu da kənd sakinlərinin gün ərzində 10 manata çalışdığını göstərir. Amma əldə etdiyimiz məlumata görə “Caspian Road” MMC bir dəmir dirəyin qazılaraq betonlanmasına 58 manat yazır. Onun cəmi 8 manatını isə kənddən tutduğu ucuz işçi qüvvəsinə verir. Burada MMC-nin rəsmi fəhlələrinin adına 600-700 manat maaş yazaraq, kənddən tutulan fəhlələrə gündəlik, yaxud da həftəlik əməkhaqqı ödəmələri də istisna deyil.

Görsənən odur ki, “Caspian Road” MMC işləri fəhlələrlə heç bir əmək müqaviləsi bağlamadan ucuz işçi quvvəsi cəlb etməklə həyata keçirir. Bununla yanaşı şirkət hər rabitə dirəyinin qazılaraq dibinin betonlanmasını 58 manata rəsmiləşdirib, cəmi 8 manat xərcləyir. İndi təsəvvür edin Şəmkir, Tovuz, Qazax, Gədəbəy rayonlarının kəndlərində nə qədər yeni rabitə dirəkləri basdırılıb və hər dirəkdən 50 manat silinirsə bu nə qədər vəsait edir.

Belə çıxmırmı ki, “Aztelekom” MMC -nin rəsmiləri keçmiş baş direktor Klaus Müllerin Avropa Yenidənqurma və İnkişaf Bankından aldığı 50 milyon ABŞ dolları dəyərində kreditin böyük hissəsini “Caspian Road” MMC vasitəsi ilə silirlər?

Aktualinfo.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp çıxışında Çinin ABŞ seçkilərinə müdaxiləsindən danışacaq - CBS
Bu gün, 07:09
İranda savaş gedir, ABŞ Kubaya müdaxiləni düşünür - GƏLİŞMƏ
Bu gün, 07:07
Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib
Bu gün, 07:06
200-ə yaxın bilet 2-3 dəqiqəyə satıldı..." - MƏZƏLƏNİRLƏR?
Bu gün, 07:05
Bu 30 ildə Qarabağ azad olundu, Əliabad-Piran yolu çəkilmədi... - MÜRACİƏT
Bu gün, 06:53
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb - "Mehr"
Bu gün, 06:42
Bakıda bu orta məktəbdə ŞIDIRĞI qızıl alveri - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Elxan Səmədov PFL-in prezidenti vəzifəsində qalacaq - de
Bu gün, 06:30
“Eyni xəstəyə fərqli rəylər verilir” - NARAZILIQ VAR...
Bu gün, 06:28
Bazarda yerli limon tapılmır: Qiyməti "cib yandırır" - QƏHƏTƏ ÇƏKİLİB
Bu gün, 06:24
İmişlidə Nurullayevlərə qarşı fəhlə etirazı - Pulların ödənilməsi tələb edilir
Bu gün, 06:14
Müştərilər təşvişdə: Banklar bağlanır? - AKTUAL
Bu gün, 06:07
AQTA bu pozuntuları istehlakçı şikayətindən əvvəl aşkarlamalı idi - Ekspertdən İRAD
Bu gün, 06:05
Rusiya İrandan kimi çıxarmağa çalışır? – Putinin təyyarə tapşırığı SENSASİYA doğurdu
Bu gün, 06:03
AQTA-nın yeni qərarı nələrə yol açacaq? - ARAŞDIRMA
Bu gün, 06:01
ABŞ "green card" üçün 100 min dollarlıq təminat tətbiq edə bilər - WSJ
Bu gün, 05:59
Əməkdar artist tıxacın əlindən evini satır - ÖZÜ AÇIQLADI
Bu gün, 05:57
"Regional Su Meliorasiya Xidməti" vergi borcu olan şirkətlə 75 min manatlıq müqavilə bağlayıb - FOTOFAKT
Bu gün, 05:55
Rezonans doğuran iş bağlandı: Əsgəranın "icra başçısı" təmiz çıxdı - TƏFƏRRÜAT
Bu gün, 05:52
ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb - CENTCOM
Bu gün, 05:50
Bakıda gəncin ölümündə ittiham edilən rəis və müəllimin cəzaları yüngülləşdirilib
Dünən, 18:03
İran Rusiya ilə iki strateji məsələdə anlaşdı: -Azərbaycan nə qazanacaq?
Dünən, 18:01
Türkiyədəki 2 300 azərbaycanlı həkim qazancdan məhrum qalır - MÜSAHİBƏ
Dünən, 17:55
Lənkəranın icra başçısı özünə yeni qadın müavin təyin etdi - ƏMR
Dünən, 17:52
Aktyora qarşı “sui-qəsdin” təşkilatçıları bilindi – Bakıdakı şəbəkə üzvləri görün kimlərdir
Dünən, 17:46
Müəllimlər kağız-kuğuz işlərindən qurtulacaq - Təhsil ekspertindən İZAH
Dünən, 17:44
ADSEA Gəncə Cihazqayırma Zavoduna 2,5 milyon manat ödəyəcək
Dünən, 17:38
Talehin reklamındakı aktrisa danışdı - "Rahat olun"
Dünən, 17:32
Beyləqanda “pambıqla baş kəsirlər” – Fermerlərə zərbə
Dünən, 17:12
Səfirlikdə işə düzəlmək istədi, dələduzluğun QURBANI OLDU
Dünən, 17:10
Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq - KİV
Dünən, 17:08
Apteklərdə diazolin TAPILMIR - Hər evə lazım olan dərman niyə yoxa çıxıb?
Dünən, 17:06
Elm və təhsil nazirinə 5 sual... -Yəqin ki, cavab verilməyəcək...
Dünən, 17:03
Bakıda 19 min manatlıq məhsulu saxta sifarişlə mənimsəyən satış təmsilçisi ilə bağlı QƏRAR
Dünən, 17:01
14 il şiddət görən qadının əri saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:59
Ukraynanın adı dəyişdirilib Rus olacaq? - Moskvadan ironik reaksiya
Dünən, 16:57
"Müqavilədə göstərilən müddət keçsə də, avtomobil yoxdur" - “Caspian Global Auto”dan narazılıq
Dünən, 16:50
Mariana Vasileva yeni vəzifəyə təyin olundu - Cavid Qurbanov SAHİBLƏNDİ
Dünən, 16:44
Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib
Dünən, 16:12
Azərbaycandakı keçmiş səfir İranın planını açdı
Dünən, 16:10
Təhsildə Keyfiyyət Təminat Agentliyində yeni təyinat - ƏMR
Dünən, 16:04
Expressbankda yeni təyinat - DOSYE
Dünən, 16:03
Azərbaycandan türk dünyasına özə qayıdış örnəyi: Göytürk yazısının dirçəlişi - AKTUAL
Dünən, 15:58
Azərbaycan–Slovakiya münasibətlərinin inkişafı və Qarabağın bərpasında əməkdaşlıq - MƏQALƏ
Dünən, 15:53
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü - 3 il müddətinə...
Dünən, 15:45
Bir vəkil pozuntuya görə kollegiyadan xaric edildi
Dünən, 15:34
Prokurorluq şirkət rəhbərinin iddialarına - Cavab verdi
Dünən, 15:26
Trampın “enerji zərbəsi” Kremli orta əsrlərə qaytaracaq: - ABŞ-ın yeni “iqtisadi mühasirə planı” Rusiyanı iflasa aparır
Dünən, 15:18
Azərbaycanın 6 ayda Ermənistana ixracının ümumi dəyəri AÇIQLANDI
Dünən, 15:15
CENTCOM İrana zərbələrin bərpa olunduğunu bəyan edib - Bakı vaxtı ilə...
Dünən, 15:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru