Bakıda 165 ailənin BİR DƏRDİ... - Prezidentə müraciət olundu
Tarix: 17-02-2023, 12:01 | Çap et
 Bakının Yeni Günəşli qəsəbəsində "Sahil S İnşaat" MTK-nın tikdiyi binadan mənzillər alan 165 ailə əsir-yesir vəziyyətində qalıb. Payçılar tikintisi yarımçıq qalan binada görüləcək işləri tamamlaya bilmirlər. Xeyli vaxtdır ki, vətəndaşlar öz vəsaiti hesabına binadakı problemləri yoluna qoymağa çalışsa da, hər dəfə bir maneə ilə üzləşirlər. İstər elektrik enerjisinin kəsilməsi, istər liftlərin qoyulması, istər digər işlərdə əngəl yaranır. Anaxeber.info vasitəsi ilə Prezident İlham Əliyevə, PA rəhbəri Samir Nuriyevə, Baş Prokuror Kamran Əliyevə müraciət edən sakinlər dövlətin onlara köməklik göstərməsini, vətəndaşlara sahib çıxılmasını xahiş ediblər. Onların sözlərinə görə, bütün bu problemlərin yaşanmasına səbəb şirkətin sahibi Taley Alaverdiyevin dələduzluq ittihamı ilə həbs edilməsinə baxmayaraq, hələ də MTK rəhbəri vəzifəsini daşıması, binanın tikintisi ilə bağlı hüquqi işlərin, səlahiyyətin onda qalmasıdır. Belə ki, alınan mənzillərin aylıq kreditinin ödənişindən yığılan vəsait hesabına sakinlər binanın yarımçıq qalan işlərini davam etdirirdilər. İndisə əngəllər meydana çıxıb. Çünki kreditorların ödənişi ilə bağlı şirkətin həbsdə olan rəhbəri Taley Alaverdiyev maliyyə arayışına qol çəkməkdən imtina edir. Maliyyə arayışı olmasa kreditlər toplana bilmir. Sakinlərin sözlərinə görə, müqavilə imzalayaraq binaya liftlərin quraşdırılmasına razılaşıblar. Amma Taley Alaverdiyev maliyyə arayışına qol çəkmədiyi üçün liftin pulunu ödəyə bilmirlər. Nəticədə liftə görə 157 min manatlıq borc qalıb. Sakinlər qeyd edirlər ki, faktiki olaraq 165 ailə həbsdə olan dələduzun girovuna çevrilib. Vətəndaşlar dövlət başçısına və Baş prokurora müraciətdə bildirirlər ki, MTK rəhbərinin dələduzluğuna görə onsuz da kifayət qədər çətinliklər yaşayıblar, indisə həbsdə olmasına baxmayaraq onun imzası olmadan heç bir sənədləşmə işi görmək olmur. Bir sözlə, 165 ailə bir dələduzun imzasından asılı qalıb. Taley Alaverdiyev isə maliyyə arayışına qol çəkmir. Sakinlər deyirlər ki, nə üçün bu şəxsin hələ də buna üzərində səlahiyyəti olmalıdır: "Onun MTK-dakı səlahiyyətlərinə xitam verilməlidir, çünki vətəndaşları aldatması, dələduzluğu sübuta yetirilib. Ona görə bina ilə bağlı səlahiyyətindən məhrum edilməlidir. Onun maliyyə arayışını imzalamağa haqqı yoxdur, hüququ da olmamalıdır. Biz xahiş edirik ki, hazırda istintaqı gedən bu şəxsin səlahiyyətlərinə xitam verilsin, barəsində məhkəmə qərar çıxarsın. Bir mənzili 4-5 adama satan fırıldaqçının başımıza açdığı oyunlar az deyil, indi də həbsdə ola-ola onun imzasından asılı vəziyyətdə qalmışıq. Bu nə vaxta qədər davam edəcək? Biz sakinlər bir araya gələrək öz gücümüz hesabına tikinti-təmir işləri görürük, Taley Alaverdiyevin canı çıxıb etməli olduğu işləri hissə-hissə min bir əziyyətlə həyata keçiririk, amma hər dəfə hansısa problem yaranır. İndi də liftlər quraşdırılmalıdır, şirkətlərdən biri ilə razılaşmışıq, pulun bir hissəsin vermişik, amma əsas 157 manatı ödəyə bilmirik, çünki bu yaramaz dələduz Taley Alaverdiyevin maliyyə arayışını imzalamasını gözləyirik. Axı niyə qanun ona bu səlahiyyəti verir ? Nə üçün məhrum edilmir? Biz çox xahiş edirik ki, dövlətimiz bizə arxa-dayaq olsun, bu 165 ailəyə sahib çıxsın, nəhayət ki bu məsələlərə tam son qoyulsun. Biz cənab prezidentə inanırıq, ona sığınırıq, baş prokurorun bu məsələ ilə bağlı müvafiq tapşırıqlar verəcəyinə ümid bəsləyirik. Biz dövlətdən xahiş edirik ki, bu dələduzun əlindən birdəfəlik xilas olmaqda köməklik göstərilsin". //anaxeber.info//

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Rusiya BMT-nin yeni baş katibindən nə gözləyəcək? –Moskvanın tələbi açıqlandı
Bu gün, 10:48 |
|
|
|
| • Qubada 5 aylıq hamilə xəstəxanada ölüb
Bu gün, 10:46 |
|
|
|
| • Dərmanları rütubət içində saxlayıblar - “Buta Farm” cərimələndi
Bu gün, 10:32 |
|
|
|
| • Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır - DETALLAR
Bu gün, 10:30 |
|
|
|
| • Qida Təhlükəsizliyi Agentliyi QİDALARIMIZIN TƏHLÜKƏSİZLİYİ ilə məşğuldur, amma... - BİZİM YOX!
Bu gün, 10:24 |
|
|
|
| • Bitməyən qərəzin məntiqi NƏTİCƏSİ – Azərbaycanın AŞPA-dan tam çıxması GÜNDƏMDƏ
Bu gün, 10:22 |
|
|
|
| • ABŞ İranda uşaq xərçəng xəstəxanasını raketlə vurdu?.. -İSRAİL KİV
Bu gün, 10:18 |
|
|
|
| • Gənci avtomobildə kəmərlə boğdular, hər şeyi "TikTok"da canlı göstərdilər - TƏFƏRRÜAT
Bu gün, 10:15 |
|
|
|
| • Le Penin prezidentliyə gedən yolu - GƏLİŞMƏ
Bu gün, 10:07 |
|
|
|
| • "Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq
Bu gün, 10:04 |
|
|
|
| • Almaniyadan “Toyota Camry” gətirəcəyinə söz verdi, 18 mini ələ keçirdi - 4 illik HƏBS CƏZASI
Bu gün, 10:00 |
|
|
|
| • Ünvanlı sosial yardım üçün müraciət edib, amma... - MÜRACİƏT
Bu gün, 09:58 |
|
|
|
| • “Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub - HESABAT
Bu gün, 09:49 |
|
|
|
| • Qısqanclıq mübahisəsi məhkəməyə daşındı: - Əri tərəfindən döyülən qadın onu bağışladı
Bu gün, 09:46 |
|
|
|
| • "Azərneft"ə məxsus teplovozu satmaq istəyən “makler” azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 08:26 |
|
|
|
| • "Bəlkə də camış göstərsən, tanımazlar..." - partiya sədri
Bu gün, 07:30 |
|
|
|
| • Plastik əməliyyat: Dünya kinosunun güzgüsündə qadının görünməz ağrısı - Günel Musa yazır...
Bu gün, 07:16 |
|
|
|
| • Tramp çıxışında Çinin ABŞ seçkilərinə müdaxiləsindən danışacaq - CBS
Bu gün, 07:09 |
|
|
|
| • İranda savaş gedir, ABŞ Kubaya müdaxiləni düşünür - GƏLİŞMƏ
Bu gün, 07:07 |
|
|
|
| • Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib
Bu gün, 07:06 |
|
|
|
| • "200-ə yaxın bilet 2-3 dəqiqəyə satıldı..." - MƏZƏLƏNİRLƏR?
Bu gün, 07:05 |
|
|
|
| • Bu 30 ildə Qarabağ azad olundu, Əliabad-Piran yolu çəkilmədi... - MÜRACİƏT
Bu gün, 06:53 |
|
|
|
| • İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb - "Mehr"
Bu gün, 06:42 |
|
|
|
| • Bakıda bu orta məktəbdə ŞIDIRĞI qızıl alveri - BU NƏDİ BELƏ?
Bu gün, 06:37 |
|
|
|
| • Elxan Səmədov PFL-in prezidenti vəzifəsində qalacaq - de
Bu gün, 06:30 |
|
|
|
| • “Eyni xəstəyə fərqli rəylər verilir” - NARAZILIQ VAR...
Bu gün, 06:28 |
|
|
|
| • Bazarda yerli limon tapılmır: Qiyməti "cib yandırır" - QƏHƏTƏ ÇƏKİLİB
Bu gün, 06:24 |
|
|
|
| • İmişlidə Nurullayevlərə qarşı fəhlə etirazı - Pulların ödənilməsi tələb edilir
Bu gün, 06:14 |
|
|
|
| • Müştərilər təşvişdə: Banklar bağlanır? - AKTUAL
Bu gün, 06:07 |
|
|
|
| • AQTA bu pozuntuları istehlakçı şikayətindən əvvəl aşkarlamalı idi - Ekspertdən İRAD
Bu gün, 06:05 |
|
|
|
| • Rusiya İrandan kimi çıxarmağa çalışır? – Putinin təyyarə tapşırığı SENSASİYA doğurdu
Bu gün, 06:03 |
|
|
|
| • AQTA-nın yeni qərarı nələrə yol açacaq? - ARAŞDIRMA
Bu gün, 06:01 |
|
|
|
| • ABŞ "green card" üçün 100 min dollarlıq təminat tətbiq edə bilər - WSJ
Bu gün, 05:59 |
|
|
|
| • Əməkdar artist tıxacın əlindən evini satır - ÖZÜ AÇIQLADI
Bu gün, 05:57 |
|
|
|
| • "Regional Su Meliorasiya Xidməti" vergi borcu olan şirkətlə 75 min manatlıq müqavilə bağlayıb - FOTOFAKT
Bu gün, 05:55 |
|
|
|
| • Rezonans doğuran iş bağlandı: Əsgəranın "icra başçısı" təmiz çıxdı - TƏFƏRRÜAT
Bu gün, 05:52 |
|
|
|
| • ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb - CENTCOM
Bu gün, 05:50 |
|
|
|
| • Bakıda gəncin ölümündə ittiham edilən rəis və müəllimin cəzaları yüngülləşdirilib
Dünən, 18:03 |
|
|
|
| • İran Rusiya ilə iki strateji məsələdə anlaşdı: -Azərbaycan nə qazanacaq?
Dünən, 18:01 |
|
|
|
| • Türkiyədəki 2 300 azərbaycanlı həkim qazancdan məhrum qalır - MÜSAHİBƏ
Dünən, 17:55 |
|
|
|
| • Lənkəranın icra başçısı özünə yeni qadın müavin təyin etdi - ƏMR
Dünən, 17:52 |
|
|
|
| • Aktyora qarşı “sui-qəsdin” təşkilatçıları bilindi – Bakıdakı şəbəkə üzvləri görün kimlərdir
Dünən, 17:46 |
|
|
|
| • Müəllimlər kağız-kuğuz işlərindən qurtulacaq - Təhsil ekspertindən İZAH
Dünən, 17:44 |
|
|
|
| • ADSEA Gəncə Cihazqayırma Zavoduna 2,5 milyon manat ödəyəcək
Dünən, 17:38 |
|
|
|
| • Talehin reklamındakı aktrisa danışdı - "Rahat olun"
Dünən, 17:32 |
|
|
|
| • Beyləqanda “pambıqla baş kəsirlər” – Fermerlərə zərbə
Dünən, 17:12 |
|
|
|
| • Səfirlikdə işə düzəlmək istədi, dələduzluğun QURBANI OLDU
Dünən, 17:10 |
|
|
|
| • Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq - KİV
Dünən, 17:08 |
|
|
|
| • Apteklərdə diazolin TAPILMIR - Hər evə lazım olan dərman niyə yoxa çıxıb?
Dünən, 17:06 |
|
|
|
| • Elm və təhsil nazirinə 5 sual... -Yəqin ki, cavab verilməyəcək...
Dünən, 17:03 |
|
|
|
|