Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     Köhnə başçının NƏSİMİ MACƏRALARI... .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                     Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı .....                     Azərbaycandan ən çox neft idxal edən ölkələr .....                     Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir .....                     Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş .....                     Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb .....                     Azərbaycan Güləş Federasiyasında .....                     Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri .....                     Niyə “Sədərək” hər yay yanır? .....                     Bu restoran bina sakinlərini yatmağa qoymur .....                     Ermənistanda müxalifət parlamenti boykot etdi .....                     Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər .....                     Köçəryan Ermənistandan qaçmağı planlaşdırır .....                     Şəmkirdə körpə qızdırmadan ölüb .....                     Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır .....                     Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi .....                     Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib .....                     Naxçıvan TV əməkdaşları ETİRAZA HAZIRLAŞIR... .....                     Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı planı açıqlandı .....                 

“XAN-2017” MMC dövlətə olan vergi borcunu niyə ödəmir? - İTTİHAM VAR!
Tarix: 1-12-2022, 12:25 | Çap et
“XAN-2017” MMC dövlətə olan vergi borcunu niyə ödəmir?
Son illər respublikamızda yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə kompleks təbirlər həyata keçirilir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə yol hərəkəti qaydalarının öyrədilməsini və yol hərəkəti təhlükəsizliyinin təbliği işini təşkil etmək baxımından yol hərəkəti təhlükəsizliyi sahəsində mütəmadi olaraq tədbirlər təşkil edir. Bu kimi tədbirlərin həyata keçirilməsinə dövlət büdcəsindən hər il kifayət qədər vəsait ayrılır. Dövlətimiz həmçinin yollarda hərəkət surətinin məhdudlaşdırıldığı zonaları müəyyənləşdirmək və orada müvafiq yol nişanlarının qurulması üçün də büdcədən hər il vəsait ayrılır. Bəs bu sahədə işlər necə gedir?

Qeyd edək ki, yollarda müvafiq yol nişanlarının qurulmasına nəzarəti yol hərəkəti sahəsindəki aidiyyatı qurumlar və təşkilatlarla birgə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi həyata keçirir. Açıq mənbələr üzərindən apardığımız araşdırmalar zamanı məlum oldu ki, son iki ildə dövlət tərəfindən işıqforların, yol nişanlarının, yol cizgi boyasının, mal-materialların alınmasına on milyon manat civarında vəsait ayrılıb. Bu on milyon manat ancaq Bakı şəhərində yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə ayrılıb. Çünki,mağistral yollara aidiyyatı qurum olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, digər şəhər və rayonlarda isə yerli icra hakimiyyəti orqanları nəzarət edir. Bəs Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi dövlət büdcəsindən ayrılan milyonları hara və necə xərcləyir?

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki. 28.01.2021- ci il tarixində sözügedən portalda Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Tender Komissiyası tərəfindən 2022-ci ilin satınalma planları açıqlanmışdır. Satınalma planlarına 5 açıq tender (2-i 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox ), 3 kotirovka sorğusu daxil edilmişdir. Lakin cari ilin 11-ci ayı olmasına baxmayaraq BDYPİ-nin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Tender Komissiyası dövlət satınalmalarının vahid internet portalında yalnız sürtkü materiallarının və soyuducu mayenin alınması və nəqliyyat vasitələrinin ehtiyyat hissələri üzrə 2 kotirovka sorğusunun keçirilməsi barədə iddiaçılara dəvət elanı vermişdir. Amma BDYPİ-nin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Tender Komissiyası tərəfindən cari ilin 11 ayı ərzində 2 açıq tender və 2 kotirovka sorğusu üzrə satınalma müqavilələrinin bağlanıldığını açıqlamışdır.

Sürtkü materiallarının və soyuducu mayenin alınması üzrə “LUBRİCANTS SUPPLİER” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 18 130.7 manat məbləğində satınalma müqaviləsi 30.11.2022-ci il tarixdə bağlanmışdır.

Nəqliyyat vasitələrinin ehtiyyat hissələri üzrə “SABİROĞLU” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 46 020 manat məbləğində satınalma müqaviləsi 21.10.2022-ci il tarixdə bağlanmışdır.

2022-ci ilin tələbatına uyğun olaraq “İşıqfor”ların satınalınması üzrə “GLOBAL MASTER” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1 499 367 manat məbləğində satınalma müqaviləsi 11.08.2022-ci il tarixdə bağlanmışdır.

BDYPİ “Siqnal ilii” tərəfindən 2022-ci ilin tələbatına uyğun olaraq mal-materiallar üzrə “YOL NİŞAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 3 367 861.6 manat məbləğində satınalma müqaviləsi 01.08.2022-ci il tarixdə bağlanmışdır.

Buradan suallar yaranır.

BDYPİ-nin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Tender Komissiyası 11 ay ərzində cəmi 2 kotirovka sorğusunun keçirilməsi barədə iddiaçılara dəvət elan vermişsə, 2 açıq tenderi necə keçirmişdir?

Əgər Açıq Tender və kotirovka sorğulrının keçirilməsi barədə əvvəlcədən qanunla müəyyən olunmuş şəkildə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə, elektron qaydada iddiaçılara dəvət elanı verilməmişsə bu satınalma prosedurları hansı üsullarla keçirilmişdir?

Qeyd edək ki, analoji qanun pozuntularına BDYPİ-nin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Tender Komissiyası tərəfindən 2021-ci ildə də yol verilib. Belə ki, Tender Komissiyası illik satınalma planlarına daxil etdiyi 2 açıq tender, 4 kotirovka sorğusundan, yalnız 4 kotirovka sorğusunun keçirilməsi barədə iddiaçılara dəvət elan vermiş, yol nişanlarının, yol cizgi boyasının, mal-materialların, iş geyimlərinin və iş alətlərinin satın alınması, və işıqforların və onlara dair avadanlıqlaın satınalınması üzrə keçirilməsi nəzərdə tutlmuş açıq tenderlərlə bağlı qanunla müəyyən edilmiş qaydada əvvəlcədən dövlət satınalmalarının vahid internet portalında iddiaçılara heç bir dəvət elan verməmişdir.

Amma BDYPİ-nin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Tender Komissiyası tərəfindən 2021-ci il ərzində 2 açıq tender üzrə satınalma müqavilələrinin bağlanıldığı açıqlanmış, 4 kotirovka sorğusu üzrə bağlanmış satınalma müqavilələrinin nəticələri ictimaiyyətə açıqlanmamışdır.

2021-ci ilin tələbatına uyğun olaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan “Siqnal İLİ” idarəsi tərəfindən işıqforların və onlara dair avadanlıqlaın satınalınması üzrə “YOL NİŞAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1 388 167.28 manat məbləğində satınalma müqaviləsi 17.11.2021-ci il tarixdə bağlanmışdır.

Yol nişanlarının, yol cizgi boyasının, mal-materialların, iş geyimlərinin və iş alətlərinin satın alınması üzrə “XAN-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 3 701 167.29 manat məbləğində satınalma müqaviləsi 14.09.2021-ci il tarixdə bağlanmışdır.

Portal üzərindən apardığımız araşdırmalar zamanı müəyyən etdik ki, BDYPİ-nin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Tender Komissiyası ümumiyyətlə satınalma prosedurlarının təşkilini qanunla müəyyən edilmiş qaydalarla deyil, birbaşa bağlanılan müqavilələrə həyata keçirir. Bu isə satınalmalarda bir sıra saxtakarlıqlara, alınan malların və xidmətlərin qiymətlərinin süni şəkildə şişirdilməsinə yol açır.

Məlumatlardan da görsəndiyi kimi BDYPİ “SİQNAL” İdarəsinin Tender Komissiyası “YOL NİŞAN” və “XAN-2017” MMC ilə 2021-ci ildə işıqforların və onlara dair avadanlıqlaın satınalınması üzrə ümumi olaraq 5 089 334 manat, 2022-ci ildə isə tələbata uyğun olaraq mal-materiallar satınalınması üzrə ümumi dəyəri 4 867 228 manat olan müqavilələr bağlamışdır. Bu isə iki il ərzində ümumi olaraq 9 956 562 manat dövlət vəsaitinin xərclənməsi deməkdir.

Qeyd edək ki, BDYPİ-nin “Siqnal” İdarəsi tərəfindən 2021-ci ilin sentyabrında “XAN-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 3 701 167.29 manat məbləğində bağlanmış satınalma müqaviləsində saxtakarlığa yol verilmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında apardığımız araşdırma zamanı məlum oldu ki, “XAN-2017” MMC (VÖEN 1805362831) satınalma müqaviləsi bağlanıldığından təxminən 4 ay əvvəl 2021-ci il mayın 5-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı isə cəmi 20 manatdır. Ən azı bir illik fəaliyyəti və anoliji işlərdə təcrübəsi olmayan şirkətin tenderdə iştirakı isə qanunla yolverilməzdir. MMC-nin qanuni təmsilçisi Məmmədov Ceyhun Seyidqabil oğlu və hüquqi ünvanı ilə bağlı apardığımız araşdırma da nəticəsiz qaldı. Məlum olan odur ki, “XAN-2017” MMC-nin dövlətə 913 370.37 manat vergi borcu var.

“XAN-2017” MMC dövlətə olan vergi borcunu niyə ödəmir?

Buradan yenə suallar yaranır. “XAN-2017” MMC-nin dövlətə doqquz yüz min manatlıq vergi borcu haradan yaranıb? MMC tərəfindən BDYPİ-nin “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin sifarişi yerinə yetirilibmi? Heç bir maddi-texniki bazası olmayan, dövlət qeydiyyatına 4 ay əvvəl qeydiyyata alınmış bir MMC 3 701 167.29 manat məbləğində bağlanmış satınalma müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilmirsə, bu vergi borcu haradan yarana bilər? Qeyd edək ki, MMC “SİQNAL” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin keçirdiyi açıq tenderdən başqa heç bir satınalmanın qalibi olmayıb. Deməli bu vergi borcu Baş Dövlət Yol Polisi İdarəsinin yol nişanlarının, yol cizgi boyasının, mal-materialların, iş geyimlərinin və iş alətlərinin satın alınması üzrə “XAN-2017” MMC-yə verdiyi sifarişdən yaranıb.

Qeyd edək ki, bu saxtalaşdırma əməliyyatı Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsinin 2016-cı ildən rəisi olmuş polis polkovnik-leytenantı Mahir Məmmədyarovun dövrünə təsadüf edir. Amma bu onun məsuliyyətdən kənarda qalması demək deyil. Bu işin başında şübhəsiz Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalov dayanır. Odur ki, elə Ramiz Zeynalovdan soruşmaq istəyirik. “XAN-2017” MMC ilə bağlanmış satınalma müqaviləsindən bir il ötüb. Bir il ərzində doqquz yüz min manatlıq vergi borcu haradan yaranıb? MMC-nin vergi borcunu kim ödəməlidir? Təbii ki, heç kim. Çünki MMC öz işini, pul silmə funksiyasını yerinə yetirib, aradan çıxıb. Ramiz Zeynalov da “otkat”ını götürüb.

Qeyd edək ki, fevral ayından “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin rəisi vəzifəsinə Mayıl Yusifov təyin edilib. O, general-mayor Həsən Şirinovun kadrı kimi tanınır. Həsən Şirinov BŞDYPİ-nin rəisi işlədiyi vaxtda Mayıl Yusifov onun sürücüsü olub.
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23
Köhnə başçının NƏSİMİ MACƏRALARI... - Bunu bir araşdıran olsa...
Bu gün, 15:16
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər - Saffari yazır....
Bu gün, 11:00
Köçəryan Ermənistandan qaçmağı planlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:59
Şəmkirdə körpə qızdırmadan ölüb
Bu gün, 10:58
Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır - TƏBİB-in yeni sədrinə müraciət
Bu gün, 10:56
Nazir Mustafa Nuhbalayevi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:44
Prezident İlham Əliyev Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - Roma Papası Azərbaycana səfərə dəvət edilib
Bu gün, 10:42
Naxçıvan TV əməkdaşları ETİRAZA HAZIRLAŞIR... - "İfadə azadlığımızı pozurlar..."
Bu gün, 10:38
Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı planı açıqlandı - KİV
Bu gün, 10:30
Direktor müavini ilə bağlı ŞOK İDDİALAR... - Yeməklərinin hesabı da işçiyə yüklənir...
Bu gün, 10:24
“Neftmaştəmir” şirkətinin ötən il mənfəəti 2 dəfədən çox azalıb - DETALLAR
Bu gün, 10:04
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq - BUNDAN SONRA...
Bu gün, 10:02
Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir?
Bu gün, 09:50
Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR! - ETİRAZ VAR!
Bu gün, 09:45
Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? - SƏBƏB
Bu gün, 09:37
Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı QƏRAR
Bu gün, 09:31
“Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” - Xanəndədən ETİRAZ
Bu gün, 09:30
Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:26
“Zeynəb Xanlarova toylara getməyib, bizi bazarda da görüblər, marketdə də...”
Bu gün, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru