Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                     Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb .....                     Əməkdar artist açıq ürək əməliyyatı olundu: .....                     Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib .....                     “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” .....                     “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək .....                     Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? .....                     "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" .....                     Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək .....                     “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür .....                     Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? .....                     "Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" .....                     Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında .....                     “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi .....                     Ermənistanın İKİ ən etibarlı qarantoru .....                     Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" .....                     Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR .....                     Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib .....                     AYNA Bakıda tıxacları həll edən qurum deyil .....                     Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı .....                     Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb .....                     Arzu Kazımovun adı keçən BORC QALMAQALI... .....                     Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər .....                     "İrşad" BOKT-un zərəri kəskin artıb .....                     AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib .....                     Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb .....                     Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” .....                     Neft 180 dollara çata bilər .....                     Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü .....                     “Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur .....                     “Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... .....                     Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi .....                     Bərdədə fermerlərin SIĞORTA DAVASI... .....                     Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... .....                     Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... .....                     Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb .....                 

Cəlilabadda Marsda susuz yaşaya biləcək adamlar yetişdirilir... - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 19-07-2022, 11:36 | Çap et
Cəlilabadda Marsda susuz yaşaya biləcək adamlar yetişdirilir...
Azərbaycanın bir kəndinin bütün əhalisinin Marsa köçürülməsinə dair məxfi plan üzrə hazırlıq işləri yekunlaşmaq üzrədir. Bütün dünyanın gözünü dikdiyi bu meqa-layihənin icrasında son mərhələ başlayıb, onun bu ilin payızında bitəcəyi gözlənilir. Daha sonra həmin kəndin əhalisinin Marsa köçürülməsi ilə bu sirli qırmızı planetin məskunlaşdırılmasına başlanılacaq.
Cəlilabad Rayon İcra Hakimiyyəti, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və məşhur amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti tərəfindən imzalanmış gizli anlaşmanın icrasına 8 il əvvəl başlanılıb. Bəşər övladını Yerdən kənara, kosmosa daşıyıb orada yeni sivilizasiyalar qurmaq arzusunda olan İ.Mask NASA-nın “Phoenix Mars” aparatının Marsda su tapılmasına dair bəyanatının əsassız olduğunu bilən kimi çıxış yolunu Cəlilabad RİH-ə müraciət etməkdə görmüş və ondan kömək istəmişdi. Məqsəd susuz Marsda yaşamağa qadir olacaq insanlar yetişdirmək, onlar üzərində son tədqiqat işləri aparmaq idi. Beləliklə, həmin kəndin sakinlərinin suyu kəsilmiş, onlar üzərində “Susuz yaşamaq olarmı?” sualına cavab verməli olan eksperimentlər başlamışdı…
Əziz oxucu, nədir, inanmadın? Real deyil? İnandırıcı gəlmədi? Yaxşı, onda gəl sənə real və inandırıcı bir faktı deyim. Cəlilabad rayonu Günəşli kəndinin sakinləri 8 ildir ki, suvarma suyuna həsrətdir. 1200 ev təsərrüfatı, 11 000 nəfərdən çox əhalisi olan, dolanışığı əsasən əkin-biçindən, mal-qara saxlamaqdan çıxan böyük bir kənd hamının (mən aidiyyəti qurumları və bu qurumların qurama “vətənpərvər” rəhbərlərini nəzərdə tuturam) gözü qarşısında qətl olunur, məhv edilir, sitəm görür, zillət çəkir, sözün müstəqim mənasında qovurğa kimi qovurulur, yandırılır… Mal-qara tələf olur, bağ-bağat yanıb külə dönür…
Təkrar edirəm: hamının gözü qarşısında! Amma bunu nədənsə heç kim “görmür”, heç kimin vicdanı sızlamır. Halbuki minlərlə insanı yayın qızmar günlərində, Muğanın 40-45 dərəcəlik öldürücü istisində susuz qoymaqdan da böyük vicdansızlıq, namərdlik, qansızlıq təsəvvür etmək çətindir.
Bu kəndin azı 100 ildir böyük suvarma kanalı, mükəmməl meliorasiya sistemi var. O kanal hələ 30-cu illərdə ayağı patavalı dədə-babalarımız tərəfindən minbir zillətlə toxa-kətmənlə qazılıb. O vaxtdan da həmişə bol suyu olub. Ta 8 il əvvələ qədər. İndi isə kosmos əsridir, camaat az qala Ayda qarpız əkir, amma kəndə su gəlmir. Səbəb? Kənd camaatı bu sualı gahdan bir əlinə düşən irili-xırdalı məmurlara dəfələrlə verib. Eşitdikləri cavab, daha doğrusu, bəhanə isə bu olub ki, guya ölkədə suvarma suyu qıtlığı varmış. Gözlərinin içinə qədər yalan deyirlər! Su var! Özü də nə qədər istəsən! Ölkədə su qıtlığı varsa, Günəşli kəndindən cəmi 7-8 kilometr o yandakı qonşu kəndlərdə (Biləsuvarın kəndlərində) niyə bəs deyincə su var? O kəndlərə gələn su Günəşliyə niyə gəlib çatmır? Hansı məmurların əkin sahələrinə, camış fermalarına, balıq dambalarına axıdılır? O suyun qabağını qonşu kəndlərdə kəsən əjdaha kimdir? Nağıllardakı məşhur əjdaha yemək üçün günə bir qız istəyirdi. Bəs bu əjdaha günə neçə qız, pardon, neçə yüz manat istəyir? Meliorasiya və Su Təsərrüfatı ASC-nin bundan xəbəri varmı? Varsa, niyə tədbir görmür? Yoxdursa, yazdım, olsun!
Yaxşı, lap belə fərz edək ki, ASC-nin əvvəlki sədri Əhməd Əhmədzadə yaxşı rəhbər deyildi, əfəl idi, yarıtmaz idi, yaxud da əhlikef idi, hansısa kəndin su problemini vecinə də almırdı. Bəs təzə rəhbərlik? ASC-nin yeni sədri Zaur Mikayılov haqda bilgim çox da dərin deyil. Hamının bildiyi qədər bilirəm. Çoxu da adamın işini bilən menecer olduğunu deyir. Lap yaxşı. O zaman Zaur bəyə problemi göstərirəm: hörmətli sədr, bir kəndi, gözəl və zəhmətkeş əhalisi olan, dir-dirriyi torpaqdan çıxan böyük bir kəndi susuz yandırırlar, məhv edirlər, inlədirlər. Lütfən, bir tədbir görün. Kənddə kimi dindirirsən, “pul versək, suyumuz gələr” deyir. Sizə zəhmət, maraqlanın görün əhalidən pul istəyənlər kimlərdir, ümumiyyətlə, pul istəyən varmı. Varsa, kimlərdir? Bəlkə elə Meliorasiya və Su Təsərrüfatı ASC-nin adından istəyirlər, hə? Yoxdursa, su niyə gəlmir? Axı su var! Lap elə bu günlərdə Biləsuvardan həmin kəndə gedəndə şəxsən özüm görmüşəm. Kanallarda, arxlarda qəşəngcə ləpələnən, daşıb kənara yayılan bolluca su…
Günəşli kəndinin qızıl kimi qiymətli, qara, məhsuldar torpaqları var. Amma susuzluq ucbatından şoran-şorakət olub gedir, zay olur. Bu, torpağa, ölkəyə, vətənə xəyanət deyilsə, bəs nədir? Ölkə başçısı aqrar sektorun inkişafı ilə bağlı onlarla vacib sənəd imzalayıb. Ki, kəndli əksin, biçsin, bolluq yaratsın, həm özü yaxşı yaşasın, həm də ərzaq təhlükəsizliyi məsələsinin həllinə töhfə versin. On min hektarlarla sahədə taxıl əkmək gücündə (və belə təcrübəsi) olan kəndin suyunun illərdir kəsilməsinin adı dövlətin aqrar siyasətini sabotaj etmək deyilsə, bəs nədir?
Famil Cəfərli
//JAMAZ.İNFO//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08
Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58
Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50
Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47
AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41
Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40
Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15
"İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01
Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46
Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40
Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37
“Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27
“Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43
Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31
Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07
Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02
Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
“Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39
Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19
"Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53
Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50
Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru