“Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” .....                     Bu film Azərbaycana .....                     Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar .....                     Müştəridən “Kontakt Home”a ETİRAZ .....                     Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi .....                     Nəriman Həsənzadənin vəziyyəti ağırdır .....                     Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? .....                     Zakir Quliyevdən şübhəli anlaşma .....                     ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var .....                     Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? .....                     "Toylara o dəbi ilk dəfə mən gətirdim" .....                     Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi .....                     Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı .....                     İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? .....                     "Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” .....                     SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib .....                     Rusiyanın gələcəyi və dünya nizamı haqqında: .....                     “Biz İran üzərində güclü bir qələbə qazanırıq” .....                     Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb .....                     Azərbaycan neftinin qiyməti 88 dolları ötüb .....                     Rusiya bazarı Ermənistan üçün bağlanır .....                     Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı .....                     "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb .....                     “ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... .....                     Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib .....                     Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı .....                     Milli Azərbaycan mətbuatının yaranması və inkişafı .....                     Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur .....                     Tıxaclar şairimizi də yorub... .....                     "Artıq ikinci dəfədir ki.." .....                     Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... .....                     Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... .....                     Husilər İranın xahişinə "HƏ" dedilər .....                     "Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." .....                     Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... .....                     Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq .....                     Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR .....                     Feyziyevin aşıb-daşan sərvəti... .....                     Bölmək... bölünmək o qədər asandır ki... .....                     "Qarabağ" son nöqtəni də gözəl qoydu... .....                 

Naxçıvan MR Daxili İşlər naziri niyə kollec məzunlarına üstünlük verir? - HƏQİQƏTƏN DƏ...
Tarix: 4-05-2022, 12:00 | Çap et
Naxçıvan MR Daxili İşlər naziri niyə kollec məzunlarına üstünlük verir?
Artıq iki ildir Naxçıvan MR DİN-də Azərbaycan Polis Akademiyası məzunlarının ovuna başlandığı barədə xəbər vermişdik. Onu da vurğulamışdıq ki, bu “ixtisar”ların bir neçə səbəbi var. Bunlardan biri həmin ixtisaslı kadrlara “paytaxtın casusları” kimi baxılması, digəri isə IQ dərəcələrinin yüksək olmasıdır.

Qısası, düşünmə qabiliyyəti yüksək olan bu məzunlar Azərbaycan Polis Akademiyasında aldıqları hüquqi təhsilin də sayəsində etdikləri hərəkətlərin məsuliyyətini anlayır, verilən qanunsuz əmrləri canü-könüldən yerinə yetirmirlər. Naxçıvan rəhbərliyi isə bu casərəti göstərə bilən kadrlardan xoşlanmır. Odur ki, müxtəlif basqılarla onları sinsidib işdən çıxmağa vadar edirlər. Bu da alınmayanda şəxsi işlərini ləkəyib “polis fəaliyyətinə yararsız” damğası ilə Daxili İşlər orqanlarından uzaqlaşdırırlar. Beləcə, bir tərəfdən yüksək intellektual səviyyəli polis əməkdaşları ömürlərinin sonuna qədər bu strukturlardan uzaqlaşdırılır, digər tərəfdən isə Naxçıvan MR DİN heyəti çiynində paqon daşıyan savadsızlar ordusundan təşəkkül tapır.

Sual oluna bilər: bəs, bu savadsızlar ordusunun sərkərdəsi sayılan Daxili İşlər nazirlərinin biliyi hansı səviyyədədir?

Sirr deyil ki, Azərbaycan Polis Akademiyasının məzunlarına qarşı sıxışdırma hərəkətləri Naxçıvan MR DİN-in bundan əvvəlki rəhbəri Fazil Ələkbərov zamanında başlamışdı. Fazil Ələkbərovun isə 40 yaşına qədər polis serjantı kimi fəaliyyət göstərdiyi, Naxçıvan Ali Məclisinin sədri (bəziləri “paxıllıq”dan ona “xan” da deyirlər) Vasif Talıbovla qohum olduqdan sonra bir neçə il müddətində birdən-birə general-leytenantlığa sıçradığı hər kəsə bəllidir. Ondan əvvəl Naxçıvan MR DİN-nə rəhbərlik edən Əhməd Əhmədovun IQ səviyyəsi də heç ondan geri qalmırdı.

Polis Akademiyasının məzunlarının ən böyük ovu da məhz Fazil Ələkbərovun zamanında baş vermişdi. 1 ildə 36 polis əməkdaşı müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılmışdı. Bu böyük “ixtisar”ın isə bir səbəbi vardı: həmin Naxçıvan Orta İxtisas Polis Məktəbindən (el arasında ona “Polis peşə texniki məktəbi” də deyirlər, çünki bu təhsil ocağına girmək üçün qəbul imtahanlarından 50 bal toplamaq kifayətdir) 30 məzun buraxılacaqdı. Onları iş yeri ilə təmin etmək üçün, təbii ki, Polis Akademiyasının eyni sayda məzunu işdən çıxarılmalı idi. Fazil Ələkbərov isə bir az “uzaqgörənlik” göstərib bu sayın üzərinə daha 6 nəfər əlavə edərək, gələcək təyinatlar üçün vakant yerlər də hazırlamışdı.

DİA.AZ xəbər verir ki, ovqat.com-un əldə etdiyi məlumatlara görə, Polis Akademiyasının məzunları ovu nə qədər Fazil Ələkbərovun zamanında başlasa da, əslində bu ixtisarların əsas müəllifi indiki nazir Rəşad İsmayılov idi. Belə ki, savadlı polis ixtisarları gedən sıralarda Fazil Ələkbərov müəyyən səbəblərdən öz qudası Vasif Talıbovun gözündən düşmüş və nazirliyə faktiki rəhbərlik onun müavini Rəşad İsmayılova keçmişdi. Rəşad İsmayılov isə “Seyid Əhməd əli ilə ilan tutmaq” qabiliyyətini işə salıb özünə uyğun kadrların polis orqanlarına doldurulması əməliyyatlarına start vermişdi.

Növbəti sual: Bəs, bu ilin 7 fevral tarixində Ali Məclisi Sədri Vasif Talıbovun imzaladığı fərmanla nazir təyin olunan Rəşad İsmayılovun savadı hansı səviyyədədir?

Sözsüz ki, bu suala dəqiq cavab vermək üçün gərək Rəşad İsmayılovu attestasiya imtahanından keçirəsən. Naxçıvanda isə bir naziri attestasiya imtahanından keçirməyi heç paytaxtın ən yüksək səlahiyyətli şəxsləri də bacarmaz. Çünki bu diyarda əsas odur ki, “xan”ın süzgəcindən keçəsən. “Xan süzgəci” bütün attestasiya imtahanlarının nəticələrindən daha üstündür və Rəşad İsmayılov da o süzgəcdən keçdiyi üçün bu gün Naxçıvan MR Daxili İşlər naziri postunda əyləşib.

Bununla belə, Naxçıvan MR Daxili İşlər Nazirliyindəki mənbəmizdən Rəşad İsmayılov barədə əldə etdiyimiz bəzi məlumatlar onun savadı haqqında bəzi ipucları verməkdədir. Sizi cənab nazirin qısa avtoqrafiyası ilə tanış edirik. Daha geniş məlumatları onun barəsində yaradılacaq “Wikipediya” materialı üçün saxlayırıq.

Rəşad İsmayılov: Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, polis polkovniki.

İsmayılov Rəşad Rafiq oğlu 20.09.1978-ci il tarixdə Şərur rayonunun Xok kəndində anadan olmuşdur. 2000-ci il tarixdə Ali Diplomatiya Kollecini, 2012-ci il tarixdə isə Naxçıvan Dövlət Universitetini bitirmişdir. 2000-2001-ci il tarixlərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Culfa rayon Prokurorluğunun stajor-müstəntiqi, Culfa rayon Prokurorluğunun müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun böyük müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun İstintaq Şöbəsinin böyük müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun İstintaq Şöbəsinin mühüm işlər üzrə müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorunun böyük köməkçisi (Təşkilat-analtik məsələlər üzrə), Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun İstintaq Şöbəsinin rəisi və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorunun müavini vəzifələrində xidmət etmişdir. Bu kimi böyük vəzifələrin əksəriyyətini isə kollec məzunu vəsiqəsi ilə həyata keçirmişdir.

25.01.2021-ci il tarixdən daxili işlər orqanlarında xidmət edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25.01.2021-ci tarixli 83-06/S nömrəli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin müavini və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 07.02.2022-ci il tarixli 106-Vl FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02.02.2021-ci il tarixli Ə268ş/h-001-21 nömrəli əmri ilə polis polkovniki xüsusi rütbəsi verilmişdir. Ailəlidir, üç övladı var.

Ali Diplomatiya Kolleci 1992-ci il, aprelin 30-da fəlsəfə elmləri doktoru, professor Nazim Ziyad oğlu Hüseynli tərəfindən təsis edilmişdir. Həmin kollecin indiki adı Bakı Avrasiya Unversitetidir.

Deyəsən, xoruzun quyruğu məhz bu məqamda gizlidir. Söhbət hörmətli Rəşad müəllimin niyə Naxçıvan Orta İxtisas Polis Kollecinin məzunlarına xüsusi sevgi bəsləməsinin əsl səbəbindən gedir. Çünki nazirin özü də böyük hörmət bəslədiyi polis peşə texniki məktəbinin məzunları kimi kollec yetirməsidir.

O ki qaldı Rəşad İsmayılovun kolleci bitirdikdən hardasa 10 il sonra - 2012-ci ildə Naxçıvan Dövlət Universitetindən məzun olmasına, hər kəs bu universitetdə ikinci təhsilin necə əldə edilməsi haqqında məlumatlıdır. Ona görə də o barədə hələlik geniş yazmağı ehtiyac duymuruq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” - AKTUAL
Bu gün, 12:33
Bu film Azərbaycana milyardlar QAZANDIRA bilər
Bu gün, 12:31
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar - "Tomoqrafiya bazarı"ndan tutmuş "ailə podratı"na qədər...
Bu gün, 12:24
Müştəridən “Kontakt Home”a ETİRAZ - “Qızıl zəmanətlə məhsul almışam, amma…”
Bu gün, 12:20
Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 12:07
Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Bu gün, 12:01
Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? - Naxçıvanda kadr islahatları, yoxsa kadrsız idarəçilik…
Bu gün, 11:55
Zakir Quliyevdən şübhəli anlaşma – Müqavilə Əfəndi İsmiyevin hansı şirkəti ilə bağlanır
Bu gün, 11:36
ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:22
Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Bu gün, 11:19
"Toylara o dəbi ilk dəfə mən gətirdim" - Mətanət İsgəndərli
Bu gün, 11:06
Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi - MƏHKƏMƏ
Bu gün, 10:57
Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı - "...mənim üçün çətin idi"
Bu gün, 10:51
İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? - İLGİNC
Bu gün, 10:45
"Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” - TƏFƏRRÜAT
Bu gün, 10:36
SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
Bu gün, 10:35
Rusiyanın gələcəyi və dünya nizamı haqqında: -“Bu, ən vacib sualdır”
Bu gün, 10:18
“Biz İran üzərində güclü bir qələbə qazanırıq”
Bu gün, 10:16
Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb
Bu gün, 10:12
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Bu gün, 10:03
Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
Bu gün, 09:58
Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı – MƏHKƏMƏ
Bu gün, 09:53
"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb - "TRT Haber"
Bu gün, 09:43
“ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - NARAZILIQ VAR...
Bu gün, 09:24
Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib - Tramp belə deyir...
Bu gün, 08:36
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - İsrafil Kərimovun yazısı
Bu gün, 08:15
Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 08:14
Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur - GƏLİŞMƏ
Bu gün, 08:08
Tıxaclar şairimizi də yorub... - FOTO
Bu gün, 08:05
"Artıq ikinci dəfədir ki.." - GİLEY
Bu gün, 07:52
Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... - BU BİZİK...
Bu gün, 07:41
Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... “Furia Roja"?
Bu gün, 07:36
Husilər İranın xahişinə "HƏ" dedilər - "Reuters"
Bu gün, 07:26
"Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." - BURA ƏSL BAZARDIR!
Bu gün, 07:22
Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... - MALƏSƏF...
Bu gün, 07:15
Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq - ARAŞDIRMA
Bu gün, 07:09
Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR - Ayağımızda milyardlıq borclar var...
Bu gün, 07:07
Feyziyevin aşıb-daşan sərvəti... - BU HƏLƏ HARASIDIR Kİ...
Bu gün, 06:56
Bölmək... bölünmək o qədər asandır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
"Qarabağ" son nöqtəni də gözəl qoydu... - Ardı gəlsin!
Bu gün, 06:42
“İmişli”nin loqosu plagiatdır? - FOTO
Bu gün, 06:36
6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? - FOTO
Bu gün, 06:29
Başçı Şabranı zibilxanaya çevirib - Asif Hüseynov hansı günə o kürsünü məşğul edir ki...
Bu gün, 06:25
ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? - Partiya sədrindən PROQNOZ
Bu gün, 06:19
Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir - ŞƏRH
Bu gün, 06:15
Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! - AKTUAL
Bu gün, 06:13
Trampın iştirakı Güney Qafqazdakı sülh üçün MÜHÜMDÜR - ÇÜNKİ...
Bu gün, 06:11
İsrail saxta erməni soyqırımını tanısa, o zaman yəhudi soyqırımını da şübhə altına alacaq... - Knesset Netanyahu kimi CIRTQOZ DEYİL
Bu gün, 06:08
Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verilib – Kimin planıdır?
Bu gün, 06:03
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR - FOTOFAKT
Bu gün, 06:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru