Elton Rəşad Dağlıya görə bu addımı atdı .....                     Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib .....                     Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək .....                     Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                     “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” .....                     İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək .....                     "Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                     Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib .....                     Rusiyadan Xəzərlə bağlı açıqlama: .....                     Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... .....                     “Hafka” ilə Qurban Qurbanov bir arada .....                     Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı .....                     Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər .....                     Bir kilometr üçün eyni QİYMƏT .....                     SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... .....                     İrandan sonra... .....                     Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? .....                     Ərdoğan Ermənistana dəvət olundu .....                     Psixatriya Xəstəxanasında meyit tapıldı .....                     Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb .....                     Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? .....                     “Arvadla doğuşa girən kişi nəyə lazım?” .....                     “Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm” .....                     "Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı .....                     Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız .....                     Rusiya və Çin bu meydanda rəqibdirlər... .....                     Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib .....                 

Öz başınızın çarəsinə baxın: “Xaricdə dövlətdən pul umanlara aciz kimi baxırlar” - HƏQİQƏTƏN DƏ...
Tarix: 22-04-2022, 15:30 | Çap et
Öz başınızın çarəsinə baxın: “Xaricdə dövlətdən pul umanlara aciz kimi baxırlar”
Pandemiyanın gətirdiyi işsizlik probleminin öz həllini tapdığı haqda fikir söyləmək hələ də çətindir. İnsanlar pandemiyanın bitişinə doğru işsizlik probleminin öz həllini tapacağını, maddi rifahlarının yüksələcəyini gözlədiyi halda, tamamilə başqa bir situasiya ilə üz-üzə qalıblar. Pis-yaxşı işi olan da, olmayan da vəziyyətin çətinliyindən gileylənir. Çünki maaşlar əvvəlki kimi qalsa da, bazardakı qiymətlər, az qala, hər gün üzüyuxarı istiqamətdə yenilənir.

Bu halda isə insanları düşündürən bir sual var: Bəs maaşlar nə zaman artırılacaq və ya artırılmış maaşla bazar qiymətlərinə ayaq uydurmaq yaxın zamanda mümkün olacaqmı? DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı AYNA-ya şərhində iqtisadçı ekspert Eyyub Kərimli deyib ki, inflyasiya bu templə davam edərsə, hökumət də bir daha maaşların artırılmasını nəzərdən keçirməlidir: “2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bəzi məhsullarda 100 faizə qədər artım baş verib. Doğrudur, bu ilin əvvəlindən dövlət sektorunda çalışanların maaşlarında 20-40 faiz, bəzilərində hətta 100 faiz artım oldu. Lakin bu, yetərli deyil, çünki real inflyasiya həddi çoxdur. Hətta deyərdim ki, müəyyən qida zəncirləri, sektorlar üzrə inflyasiya 40-50 faiz aralığındadır”.

“Bütün dünyada son 40 ilin ən yüksək inflyasiya prosesləri gedir. Mübaliğəsiz demək mümkündür ki, hazırda dünyada iqtisadi, siyasi, ərzaq böhranı yaşanır. Pandemiya, hazırda davam edən Rusiya-Ukrayna müharibəsi bir sıra ərzaq və neft məhsullarının, texnologiyaların qiymətinin artımına təsirsiz ötüşmədi. Təbii ki, bu da dünyada inflyasiya proseslərinin daha da alovlanmasına gətirib çıxardı”, - deyə həmsöhbətimiz bildirib.

O, bizim ölkənin də dünya iqtisadiyyatının bir parçası olduğunu xatırladıb: “İdxaldan asılı ölkə olduğumuz üçün bizdə də həmin inflyasiyanın təsirləri özünü göstərir. İnsanların gəlirləri dəyərsizləşdirilir. Müşahidələr onu göstəririr ki, özəl sektor postpandemiya dövründən yeni-yeni çıxmaq üzrə olduğu üçün onlarda maaşların artması nəzərəçarpacaq qədər deyil. Həmçinin qeyd edim ki, bunun üçün özəl sektorda rəqabətlilik imkanları artırılmalıdır ki, burada çalışan insanların maaşının artırılmasına da yenidən baxılsın. Hər bir halda hesab edirəm ki, bu inflyasiya özəl sektorda çalışan insanların da maaşlarının artırılmasını qaçılmaz edir. Bu, qaçılmazdır”.

Bu halda maaşların artırılmasının çıxış yolu olub-olmadığına qaldıqda, mütəxəssis bunu çıxış yolu hesab etmir: “İnflyasiya artıqca maaşların da artırılması kimi bir iqtisadi düstur yoxdur. Lakin hazırkı vəziyyət qeyri-standart situasiyadır. Buna görə də inflyasiyanın bu dərəcədə artması maaşlara da yenidən baxılmasını gündəmə gətirir. Onu da qeyd edim ki, maaşların artırılması inflyasiyanın cilovlanması üçün çıxış yolu deyil. Maaşlar artdıqca inflyasiya da arta bilər. Bu, iqtisadi qanunauyğunluqdur. Yəni o demək deyil ki, maaşların artırılması çıxış yoludur. Maaşların artırılmasının özü də inflyasiya yarada bilər”.

Kərimlinin fikrincə, çıxış yolu yerli istehsalı gücləndirmək, sahibkarlığın inkişafını daha da stimullaşdırmaq, müəyyən təşviqedici addımlarla kiçik və orta sahibkarlığa dəstək olmaqdır: “Həmçinin mikro və orta sahibkarlıq, kənd təsərrüfatı ilə məşğul olanlarla kompleks tədbirlər həyata keçirmək lazımdır ki, insanların rifahı yaxşılaşsın. Biz insanların daha çox dəyər yaratmasına çalışmalıyıq. Məşğulluq fəaliyyətlərini artırmalıyıq. Bankların depozitinə baxdığımızda, ötən il ilə müqayisədə depozitlərin 2-3 faizə qədər artdığını müşahidə edirik. Əhalinin əmanətləri 2021-ci il ilə müqayisədə 12.3 faiz artıb. Lakin ümumi baxdığımızda bizim ölkənin böyük problemlərindən biri insanların əlavə gəlir mənbələrinin az olmasıdır. İnsanların maaşdan əlavə gəlir əldə etməsi üçün imkanlar məhduddur. Xaricdə insanlar passiv gəlirlərdən istifadə edirlər. Hansısa formada müəyyən əməliyyatlarla gəlir əldə etmək imkanları olur. Bizdə ancaq banklar depozit verir və ya daşınmaz əmlakın icarəsi ilə müəyyən gəlir əldə etmək imkanı var”.

“Bu gün hazırkı vəziyyətdən ən çox əziyyət çəkən təqaüd alanlardır. Hesab edirəm ki, dövlət pensiyalara yenidən baxmalıdır. İnflyasiya çox böyük templə davam edir və təqaüdçülər bundan daha çox əziyyət çəkirlər. Dövlət onlara daha çox diqqət ayırmalıdır”, - deyə müsahibimiz vurğulayıb.

Əlavə edib ki, ölkədə çalışanların 40 faizi dövlət, 60 faizi özəl sektorun payına düşür: “İndiki halda insanlar diqqətlərini dövlətdən çox öz güclərinə yönəltməlidirlər ki, daha çox gəlir əldə etmək imkanları yaransın. Çünki bu inflyasiya bir müddət davam edəcək. Özəl sektor da hələ tam bərpa olunmayıb. Son ilin göstəriciləri onu deməyə əsas verir ki, büdcədə əlavə gəlirlər əmələ gəlir. Bu ilin birinci rübündə bir milyard manatdan yuxarı əlavə vəsait yaranıb. Amma dövlət də ancaq dövlət sektorunda çalışanların maaşını qaldıra bilər. Özəl sektorda çalışanların isə fəaliyyəti genişlənməli, gəlirləri olmalıdır ki, maaşları qalxa bilsin”.

“Cəmiyyət qəbul etməlidir ki, artıq bazar münasibətlərinin hökm sürdüyü dünyada yaşayırıq. Burada da insanlar daha çox öz güclərinə güvənməli, öz talelərini özləri həll etməlidirlər. Amerikada, Avropada dövlətdən nəsə gözləyən insanlara aciz kimi baxırlar ki, özü nəsə qazana bilmir. Daim axtarışda olmaq lazımdır. Hər kəsin öz taleyini öz əlinə almağının vaxtı çatıb. Müharibənin nə vaxt bitəcəyi bəlli deyil. Bahalaşma da davam edəcək. Düşünürəm ki, müharibə bir qədər də davam edəcəyi halda, bu bahalaşma il sonuna qədər davam edəcək. Həyat rifahımızı daha yaxşı istiqamətə yönəltmək üçün cəmiyyətin hər bir üzvü hərəkətə keçməlidir”, - deyə iqtisadçı fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Bu gün, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Bu gün, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Bu gün, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18
Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14
Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12
“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05
“Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01
"Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56
Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54
Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53
Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
Bu gün, 10:49
Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı - “İravunk”
Bu gün, 10:43
Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... - Hər həftə şənbə günü...
Bu gün, 10:37
“Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 10:32
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün, 10:25
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
Bu gün, 10:22
Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı - QƏRAR
Bu gün, 10:14
Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi - İNCƏLƏMƏ
Bu gün, 10:13
Azərbaycan şirkəti könüllü ləğv ediləcək
Bu gün, 10:11
TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib
Bu gün, 10:07
Balaş Qasımov İTV-də QALASI OLDU... - "Bu, şayiədir, qeyri-ciddi məlumatdır"
Bu gün, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru