"DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                     Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR .....                     “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” .....                     Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... .....                     "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" .....                     "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al" .....                     İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək .....                     Toylarda spirtli içkilər qadağan olunacaq? .....                     Ermənilər artıq barbarlıq edirlər .....                     “Sürücü tüstülənən avtobusu güclə saxladı” .....                     SOCAR-da yeni təyinat .....                     Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı .....                     Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib .....                     “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” .....                     Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə .....                     Həbsdə olan icra başçısının maşını SATILDI .....                     Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən .....                     800 illik Səlcuqlu ayaqqabısı .....                     Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” .....                 

Oğuzun İcra Hakimiyyəti və Ədliyyə Nazirliyinə qarşı İTTİHAM: - "Məni ölümlə hədələyən şəxsə himayədarlıq edilir"
Tarix: 23-11-2021, 11:54 | Çap et
Oğuzun İcra Hakimiyyəti və Ədliyyə Nazirliyinə qarşı İTTİHAM:
“Məhkəmə qərarı icraçıları bu işdə həmin ailəyə himayədarlıq edir. Nə icra baş idarəsinə zəng etmək, nə də qəbuluna düşmək olur”.

Bu sözləri Oğuz rayonundan ev və torpaq sahəsi alan şəxsin aldadılması ilə bağlı şikayətinin aidiyyatı qurumlar tərəfindən laqeyd yanaşılmasından şikayətçi olan müharibə veteranı Akif Mirsiyaboğlu Yenicag.az-a açıqlamasında deyib.

Müharibə veteranının sözlərinə görə, bir neçə il öncə Oğuz sakinindən mülk almaq üçün razılaşıb və 3000 manat dəyərində beh verib. Lakin evə sahib olmamaqla yanaşı, verdiyi behi də geri ala bilmir. Müvafiq qurumlar isə bu məsələni araşdırmaqdan boyun qaçırır:

“Özüm Xocalıdanam. Soyqırım zamanı atam, anam, Milli Ordunun zabitləri olan iki qardaşım, bacım və gəlinimiz şəhid olublar. 8 azyaşlı və 2 qadın himayəmdə olmaqla, əvvəl Ağdamda uşaq bağçasında yaşamışıq. Həmin bağça işğal olunandan sonra Bakıya köçmüşük. Müharibə zamanı kontuziya almışam, şəkər və ürək xəstəliyindən əziyyət çəkirəm. Bakıya köçəndən sonra öz vəsaitimlə Yeni Günəşlidə aldığım ikiotaqlı bina evində yaşayıram. Müharibə veteranı, məcburi köçkün və şəhid ailəsi kimi heç vaxt mənzil almaq üçün müraciət etməmişəm.

2017-cı ildə təqaüdə çıxdım. Həkimlər şəhərin səs-küyündən uzaq, təmiz havası olan bölgələrimizdən birində yaşamağın səhhətim üçün faydalı olacağını bildirdilər. Buna görə də Oğuz rayonunda yaşayan dostuma müraciət etdim. O, məni Xalxal kəndində yaşayan tanışı Əmirov Tərlan Abuzər oğlunun evinə apardı. Bu şəxslə 30 sot torpağı və evini 30000 manata almağım barədə razılaşdıq. Həmin şəxs məndən 3000 manat beh alaraq bir aya alqı-satqı edəcəyini bildirdi. Lakin bir ay tamam olsa da, Tərlan Əmirov zəbt etdiyi 14 sot bələdiyyə torpağına sənəd düzəltmədi. Əgər bu iş alınmırsa, verdiyim behin qaytarılmasını istədim. Bir il boyunca Oğuz-Bakı yolları arasında qalsam da, sənəd düzəlmədi və pulumu da qaytarmadı. Ona görə də məhkəməyə müraciət etdim. Məlum oldu ki, həmin şəxs 5 il öncə məni onlara aparan dostumdan da 2700 manatlıq tikinti materialı götürüb, lakin pulunu verməyib.

Müraciətimlə bağlı məhkəmə 6027 manat borcu qaytarması üçün qətnamə verdi, amma üç ildir ki, qətnamənin şərtinə də əməl olunmur. Qətnamənin qərarına görə, Əmirov Tərlanın adına olan 1 hektar torpaq sahəsi, 30 sot bağ və əmlakı siyahıya alınmalı, üzərinə həbs qoyulmalı idi. Təəssüf ki, məhkəmə qərarı icraçıları bu işdə həmin ailəyə himayədarlıq edir. Nə icra baş idarəsinə zəng etmək, nə də qəbuluna düşmək olur.

Hazırda Əmirov Tərlan ailəsi ilə birlikdə Bakıda yaşayır. O, Binəqədi şossesində yerləşən dəmir bazarında həm gözətçi, həm də elektrik qaynaqçısı işləyir. Lakin heç bir əmək müqaviləsi yoxdur. Ədliyyə Nazirliyinə müraciətimdən sonra icra məmurları hərəkətə keçdi. Tərlanın həbs qoyulan torpağının 3 sotunun hərraca çıxarılması və vəsaitin mənə ödənilməsi barədə qərar qəbul olundu. Həmin 3 sot torpağı alan olmadığı üçün borcumun 2880 manatı əvəzinə həmin torpaq mənə verildi. Hərrac sənədlərini alıb Qəbələ reyestr xidmətinə getdim. 130 manat ödəməklə mülkiyyət hüququ vermək əvəzinə, mənə payçı kimi sənəd verdilər. Deyildi ki, mülkiyyət hüququ üçün gərək yenidən məhkəməyə müraciət edim. Hazırda mənə mülkiyyət hüququ verilməsi üçün iş araşdırılır. Əmirovlar ailəsi isə telefonla məni ölümlə hədələyir ki, sənə torpaq verməyəcəyik. Əgər ayağın Xalxala dəysə, səni qəbirə göndərəcəyik.

Borcun qalan hissəsi, yəni 3150 manatın ödənilməsi üçün heç bir tədbir görülmür. Bir il əvvəl məndən işin 306-cı maddəsi ilə istintaqa göndərilməsinə etiraz etməməyimlə bağlı ərizə alınsa da, problem hələ də həll olunmayıb. Ölkə başçısına, Ədliyyə Nazirliyinə göndərdiyim teleqram və elektron müraciətlərin əksəriyyəti “Vətəndaşların müraciətinə baxılması haqqında” qanunun 7-ci maddəsinə zidd olaraq, şikayətçi olduğum orqana göndərilməyib və ört-basdır edilir. Bir ay 10 gün bundan əvvəl ölümlə təhdid edilməyimlə bağlı ərizəmə görə də araşdırma başlamayıb”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Bu gün, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Bu gün, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Bu gün, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Bu gün, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Bu gün, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Bu gün, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Bu gün, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Bu gün, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Bu gün, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Bu gün, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Bu gün, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Bu gün, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Bu gün, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Bu gün, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Bu gün, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Bu gün, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Bu gün, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Bu gün, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Bu gün, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Bu gün, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Bu gün, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Bu gün, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Bu gün, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Bu gün, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Bu gün, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Dünən, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Dünən, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Dünən, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Dünən, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Dünən, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Dünən, 17:25
Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Dünən, 17:22
Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Dünən, 17:19
Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Dünən, 17:15
800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Dünən, 17:12
Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:05
Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Dünən, 16:53
Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:50
Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Dünən, 16:45
“Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Dünən, 16:42
Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Dünən, 16:38
“Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Dünən, 16:33
Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Dünən, 16:30
Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Dünən, 16:28
İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Dünən, 16:22
Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Dünən, 16:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru