Ter-Petrosyan Katolikosu Paşinyanın təzyiqlərinə qarşı soyuqqanlı olmağa çağırdı .....                     İsrail İrana qarşı hərbi əməliyyatın nəticələri haqqında ətraflı məlumat təqdim edib .....                     "Elm və təhsil nazirliyi imtahan keçirə bilmir" .....                     Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi .....                     Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi .....                     Ermənistanda daha bir arxiyepiskopun iqamətgahında axtarış aparılıb .....                     Fazil Mustafa RUS İŞĞALINI TƏRƏNNÜM ETDİ... .....                     `Capago Azərbaycan` viza mərkəzində PULQOPARMA ÜSULU... .....                     NBA-nın pos terminalında ÖDƏNİŞ PROBLEMİ .....                     Bunların QIZIL ZƏMANƏTi də QƏLPDİR! .....                     Zelenski Putinin arzusunu açıqladı .....                     “Onlara oxumağı qadağan edirəm” .....                     "Mənzil sahibləri əksər hallarda prosesdən yayınırlar" .....                     Paşinyan "B" planına keçdi .....                     Qərv Universitetində ŞƏRQ ÜSULU .....                     ƏSL DƏLİXANA: Xəstənin qızıllarını lombarda girov qoydular... .....                     Əliyevlə Pezeşkianın telefon söhbəti VƏ... .....                     Cəlilabad sakini ACINACAQLI DURUMDA .....                     Kredit götürmək istəyənlər oxusun .....                     Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb? .....                     Pentaqon ABŞ müdafiə büdcəsinin Çinin cilovlanmasına yönəldiyini bildirib .....                     Azərbaycanda səssiz problem: “Çox böyük təhlükəyə çevriləcək” .....                     Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinun işi də alaylarımçıqdır .....                     İşdən çıxarılmış direktor Prezidentdən kömək istədi .....                     İdmançının uğurunu öz adlarına yazmağa çalışırlar .....                     Ən aşağı məhsuldarlığın olduğu Samux “Ərik Festivalı”na necə ev sahibliyi edir? .....                     Yeni direktor məktəbi telefonla idarə edir .....                     Ermənistan KTMT-yə üzvlüklə bağlı şərtlərini açıqladı .....                     Müharibə bitməyib .....                     Kamran Əsədovdan sertifikasiya ilə bağlı ŞOK İDDİA .....                     İranda müharibə: Azərbaycanda bahalaşma .....                     “Erməni kilsəsinin siyasi iddiaları mövcuddur” .....                     "O vaxt hərbçi olmaq istəyirdim, atam icazə vermədi" .....                     Trampdan İrana yeni “barışıq paketi”: 30 milyard dollar yardım, yeni nüvə obyektinə yaşıl işıq .....                     Bakıda güclü partlayış baş verib .....                     “Sertifikasiya imtahanı yox, saxtakarlıq bazarıdır!” .....                     Bakıda məktəb direktoru işçilərinə maşın yudurur .....                     Ermənistan və Çin XİN başçıları görüşdü .....                     “Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” .....                     AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib .....                 

Bələdiyyələr torpaq satmaqdansa, ev tikib sata bilməzmi? - Bakının ev problemi
Tarix: 14-09-2021, 15:07 | Çap et
 Bələdiyyələr torpaq satmaqdansa, ev tikib sata bilməzmi?
Ölkə vətəndaşlarının evsizlik problemindən dəfələrlə gündəmə gəlsə də, tam həllini tapmayıb.

Bu istiqamətdə bir neçə qurum fəaliyyət göstərsə də, onların dəstək paketindən əhalinin çox az bir hissəsi yararlana bilir. Çünki bir qrup əhalinin alacağı ipoteka qarşılığında nə qoyacağı girovu, bir qrupun nə rəsmi dövlət işi var, digərləri isə VÖEN təqdim edə bilmir. Nəticədə bu gün Bakıda evi olanlar qədər olmayanlar da yaşayır. Qeyd edək ki, xarici ölkələrdə bu istiqamətdə fərqli layihələr təqdim edilir ki, nəticədə əksər əhali ev əldə etmək imkanı qazanır.

Məsələn, Avropa ölkələrində bazar idarəetmə sistemi bələdiyyələrdədir. Hər bələdiyyənin özünün sosial evləri var. Vətəndaş kirayədə qalır, kirayə pulunu ödəyə bilmir, bu zaman bələdiyyəyə müraciət edir. Bələdiyyə onun rəsmi sənədini yoxlayır, gəlirinin olmadığını görür. Bu zaman vətəndaş bələdiyyənin balansında olan sosial evə yerləşdirilir.

Əgər 600-700 avroya kirayə qalırdısa, bələdiyyə həmin evi 50-150 avro qiymətə verir. Həmin vətəndaş ev tapıb, işlə təmin olunana qədər o sosial layihədən yararlanır. Bu layihə illərlə də çəkə bilər. Eləcə də vətəndaş istəsə, həmin evi ala da bilər və indiyədək ödədiyi məbləğ evin pulundan çıxılır. Ölkəmizdə isə bu layihəyə yaxın olan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təqdim edilən kirayə mənzillər layihəsidir.

Vətəndaşlar 2020-ci ilin mart ayından etibarən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə müraciət etməyə başlayıb və bu günə qədər ümumi 991 mənzil satmaq öhdəliyi ilə kirayəçilərin istifadəsinə verilib. 2021-ci ilə nəzər saldıqda, ilin əvvəlindən bu günə qədər dövlət xətti ilə kirayəçilərə satmaq öhdəliyi ilə 578 mənzil təqdim edilib. Çoxsaylı evsizlərn olduğu bir ölkədə yəqin ki, bu qədər evin verilməsi problemi həll etmir.

Bəs niyə ölkəmizdə bələdiyyələr tərəfindən təqdim edilən sosial evlər layihəsi yoxdur? Ölkəmizdə bələdiyyələrin buna səlahiyyəti çatmır, yoxsa maddi problemlər imkan vermir?

İqtisadçı- ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, ölkəmizdə sosial mənzillərə həddindən artıq tələbat var:

“Mənzil sayı isə kəskin şəkildə azdır və bu da nəticə etibarilə disbalans yaradır, ciddi narazılığa səbəb olur. İnsanlar qeydiyyatdan keçə bilmir, qeydiyyat elan olunarkən saytlarda problem yaranır, həmçinin elan olunandan bir saat sonra ümumiyyətlə, düşmək olmur. Bu da müraciət edənlərin sayının çoxluğundan asılı olur. Həddindən artıq böyük tələbat olsa da, təklif çox az olduğundan, hər il bir neçə yüz mənzilin bu formada realizə olunması mümkündür. Ancaq bu mənzilləri istəyənlərin, haqqı olanların sayı on minlərlədir. Ona görə də burada iki yol qalır. Ya dövlət üzərinə götürdüyü öhdəlikləri sonuna qədər yerinə yetirib sosial mənzil layihəsinə daha böyük yatırımlar ayırmalıdır. Ya da yalnız Bakı deyil, regionlarda bu layihə icra olunmalıdır.

Yaxud hələlik bu mümkün deyilsə, narazılığın aradan qaldırılması üçün insanların qeydiyyatını asanlaşdırmaq, sonra şəffaf, inandırıcı şəkildə, həmin mənzillər qeydiyyatdan keçənlər arasında təsadüfi, loteraya üsuli ilə bölünə bilər. Bunun başqa yolu yoxdur. Çünki 100 mənzil elan ediləndə, 10 min insan müraciət edir. Bu qədər mənzilə çıxış əldə etmək çətindir. Dövlət kəskin şəkildə mənzil tikintisini artırmalıdır. Burada da digər problem meydana çıxır. Çünki mənzil tikintisinin artırılması əlavə iş yerləri deməkdir və bu problem öz həllini tapmalıdır. Bakı onsuz da yüklənib və gələcəkdə daha da arta bilər. Yəni daha çox insanın paytaxta köçməsinə səbəb ola bilər.

Ona görə də burada kompleks yanaşmalara ehtiyac var. Elə olmalıdır ki, həm Bakını yükünü azaldan layihələr, həm imkansız ailələrin bu məzillərə çıxış imkanları olsun, bundan əlavə iş yerləri yaransın. Bu, yalnız mənzillə təminatdırsa, yarımçıq ideyadır. Məsələn, dövlət həm maliyyə, həm də paytaxt ətrafında boş ərazilərdə yer ayırsa- qeyd edək ki, boş yerlər də az qalıb- həmin ərazidə 1000 bina inşa edilsə, həmin ətrafdakı infrastruktur buna hazırdırmı, iş yerləri varmı, həmin insanlar harada çalışacaq, necə dolanacaq kimi suallar yaranır”.

Bu sahədə bələdiyyələrin fəaliyyətinə gəldikdə isə ekspert deyir ki, əgər ölkədə normal bələdiyyələr fəaliyyət göstərsəydi, Böyük Şəhər Bələdiyyələri yaransaydı, seçkili mer institutu olsaydı, bu zaman həmin yükün böyük bir hissəsini bir çox ölkələrdə, o cümlədən Türkiyədə olduğu kimi bələdiyyələr öz üzərinə götürərdi:

“Bələdiyyələr müəssisəslər təsis etmək hüququna malikdir. Bizdə də qanunla bu hüquq var, ancaq heç bir bələdiyyə bundan istifadə edə bilmir və yaxud etmək imkanı yoxdur. Müəssisə, iş yerləri, infrastruktur və mənzil kompleks şəkildə həll olunmalıdır ki, biz bunun ciddi effektini görək. Əslində bələdiyyələrin səlahiyyətləri var, müəssisə də aça bilərlər, bina da tikə bilərlər, yaşayış üçün torpaq sahəsi də ayıra bilərlər. Bələdiyyələr torpaq sahəsi satmırmı? Özü də təsisçi olub tikə bilər.

Ancaq bunun üçün maddi imkanı yoxdur. Bütün Azərbaycan bələdiyyələrinin büdcəsi 30 milyon manat civarındadır. Halbuki Türkiyədə ən kiçik şəhərlərdən biri, məsələn, Rizədə 200-300 min əhali yaşayır ki, onun bələdiyyə büdcəsi Azərbaycanın bələdiyyə büdcəsindən 3 dəfə çoxdur, 100 milyon manat civarındadır. Bizdə bələdiyyələrin maddi vəziyyəti acınacaqlıdır, onların səlahiyyət və məsuliyyət bölgüsü yoxdur. Ona görə də Azərbaycanda bələdiyyəçilik “ölü doğulmuş bir orqan”kimidir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ter-Petrosyan Katolikosu Paşinyanın təzyiqlərinə qarşı soyuqqanlı olmağa çağırdı - İrəvanda gərgin anlar
Bu gün, 10:16
İsrail İrana qarşı hərbi əməliyyatın nəticələri haqqında ətraflı məlumat təqdim edib
Bu gün, 10:12
"Elm və təhsil nazirliyi imtahan keçirə bilmir" - İTTİHAM VAR...
Bu gün, 10:05
Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:02
Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - AÇIQLAMA
Bu gün, 10:00
Ermənistanda daha bir arxiyepiskopun iqamətgahında axtarış aparılıb - “Sputnik Ermənistan”
Bu gün, 09:57
Fazil Mustafa RUS İŞĞALINI TƏRƏNNÜM ETDİ... - "1828-ci ildə buradan qopmasaydıq..."
Bu gün, 09:47
`Capago Azərbaycan` viza mərkəzində PULQOPARMA ÜSULU... - "Ayıb deyilmi?!."
Bu gün, 09:39
NBA-nın pos terminalında ÖDƏNİŞ PROBLEMİ - Bank da yaxasını kənara çəkir...
Bu gün, 09:31
Bunların QIZIL ZƏMANƏTi də QƏLPDİR! - FAKT BUDUR...
Bu gün, 09:24
Zelenski Putinin arzusunu açıqladı - "Dağılmış Avropanı görmək..."
Bu gün, 09:14
“Onlara oxumağı qadağan edirəm” - Səsi batan xanəndələr: günah kimdədir?
Bu gün, 09:11
"Mənzil sahibləri əksər hallarda prosesdən yayınırlar" - ÖNA GÖRƏ DƏ...
Bu gün, 09:10
Paşinyan "B" planına keçdi - İndi nə edəcək?..
Bu gün, 09:08
Qərv Universitetində ŞƏRQ ÜSULU - ÖZBAŞINALIQ...
Bu gün, 08:54
ƏSL DƏLİXANA: Xəstənin qızıllarını lombarda girov qoydular... - TƏFƏRRÜAT
Bu gün, 08:50
Əliyevlə Pezeşkianın telefon söhbəti VƏ... - GƏLİŞMƏ
Bu gün, 08:42
Cəlilabad sakini ACINACAQLI DURUMDA - kömək istəyir...
Bu gün, 07:16
Kredit götürmək istəyənlər oxusun – Bunu mütləq bilməlisiniz…
Bu gün, 07:04
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb? - Serbiyada küçələrdə qalmışıq
Bu gün, 06:59
Pentaqon ABŞ müdafiə büdcəsinin Çinin cilovlanmasına yönəldiyini bildirib
Bu gün, 06:56
Azərbaycanda səssiz problem: “Çox böyük təhlükəyə çevriləcək” - NƏ ETMƏLİ?
Bu gün, 06:55
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinun işi də alaylarımçıqdır - GİLEY
Bu gün, 06:43
İşdən çıxarılmış direktor Prezidentdən kömək istədi - MÜRACİƏT
Bu gün, 06:39
İdmançının uğurunu öz adlarına yazmağa çalışırlar - AHİK-də saxtakarlıq
Bu gün, 06:30
Ən aşağı məhsuldarlığın olduğu Samux “Ərik Festivalı”na necə ev sahibliyi edir? - BU NƏDİ BELƏ?
Bu gün, 06:22
Yeni direktor məktəbi telefonla idarə edir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:18
Ermənistan KTMT-yə üzvlüklə bağlı şərtlərini açıqladı - KİV
Bu gün, 06:12
Müharibə bitməyib – hər an dəhşətli proses başlaya bilər
Bu gün, 06:09
Kamran Əsədovdan sertifikasiya ilə bağlı ŞOK İDDİA - "Əvvəlcədən razılaşdırılmış müəllimlərə cavab ötürülür"
Bu gün, 06:06
İranda müharibə: Azərbaycanda bahalaşma - AKTUAL
Bu gün, 02:01
“Erməni kilsəsinin siyasi iddiaları mövcuddur” - NƏ BAŞ VERİR?
Bu gün, 01:59
"O vaxt hərbçi olmaq istəyirdim, atam icazə vermədi"
Bu gün, 01:55
Trampdan İrana yeni “barışıq paketi”: 30 milyard dollar yardım, yeni nüvə obyektinə yaşıl işıq - ŞOK GƏLİŞMƏ
Bu gün, 01:53
Bakıda güclü partlayış baş verib
Dünən, 23:50
“Sertifikasiya imtahanı yox, saxtakarlıq bazarıdır!” - Ekspertdən ŞOK SÖZLƏR
Dünən, 23:25
Bakıda məktəb direktoru işçilərinə maşın yudurur - "Hər şeyin qiyməti var - verirsən, işin həll olunur"
Dünən, 23:22
Ermənistan və Çin XİN başçıları görüşdü
Dünən, 18:08
“Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” - İlahiyyatçıdan sərt mesaj
Dünən, 18:02
AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib - FOTO
Dünən, 17:59
Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? - AÇIQLAMA
Dünən, 17:51
Goranboyda bayrağımız niyə dalğalanmır? - AXI NİYƏ?
Dünən, 17:45
"Bununla bağlı bir məlumatım yoxdur" - O QAYIDIR?
Dünən, 17:42
“Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” - Paşinyan
Dünən, 17:37
"Adam neçə dəfə sübut edər ki, dəvə deyil?"
Dünən, 17:31
Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 17:20
Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb
Dünən, 17:14
Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq
Dünən, 17:03
Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır - Ərdoğan
Dünən, 15:08
Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir - PAŞİNYAN
Dünən, 14:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru