II Qaregin Ermənistanın yeni parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib .....                     Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı .....                     Ömər Eldarov xəstəxanadan evə buraxıldı .....                     Paşinyan sülh istəyir, amma hazır deyil .....                     Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil .....                     Ruslar benzin növbəsində qırılırlar .....                     Bakıda azyaşlı bacı-qardaş itkin düşüb .....                     Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub .....                     Bütün arxivləri açacağıq .....                     "Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" .....                     "Qızıl oğlanlar"ın təhsil islahatı .....                     Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? .....                     BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... .....                     Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... .....                     Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? .....                     Azərbaycan neftinin qiyməti 91 dolları ötdü .....                     Avropanın bizə münasibəti siyasi terrorizmdir .....                     Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? .....                     Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... .....                     Partiya sədrindən TƏKLİF VAR .....                     Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” .....                     TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... .....                     "Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" .....                     Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... .....                     Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" .....                     Müəllim seçimində absurd əmsal sistemi .....                     “Oxu atıb, yayı gizlədən” AQTA... .....                     Yeni maşınlar əti daha da qiymətli edəcək? .....                     İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər .....                     Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı .....                     SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb .....                     Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? .....                     ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır .....                     Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib .....                     Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? .....                     TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR .....                     "RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" .....                     Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır .....                     Vardanyanın arvadına kim dəstək verəcək? .....                     “Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” .....                 

Nəcməddin Sadıkov haqqında sensasion iddialar - “Nəcməddin Sadıkov əmr etdi ki, maşındakı meyitləri dərəyə at”
Tarix: 24-06-2021, 12:14 | Çap et
Nəcməddin Sadıkov haqqında sensasion iddialar
Müdafiə Nazirliyinin sabiq Baş qərargah rəisi Nəcməddin Sadıkovla bağlı redaksiyamıza sensasion faktlar daxil olub. Vətəndaşlarımızın fikirlərini olduğu kimi dərc edirik:

Şəmkir rayon sakini, 1938-ci il təvəllüdlü Məmmədov Müzəffər Daşdəmir oğlu: “Oğlum Elçin 1992-ci ildə Qarabağ müharibəsində yaralanmışdı və o, Füzuli rayonundakı hospitalda müalicə olurdu. Mən onu ziyarətə getmişdim. Həmin hospitalda müalicə olunan yaralı bir əfqan zabiti mənə dedi: “Biz 10 (on) il (1979-1989) ruslarla döyüşdük. Onlar qələbə çala bilməyib vətənimizdən çıxıb getdilər. Bu Qarabağ müharibəsi isə bir oyundur sizə qurublar. Nə qədər ki, sizin milli orduda Rusiyaya meylli Nəcməddin Sadıkov kimi komandirlər var, itkiləriniz çox olacaq. Orduda təxribatlar və xoşa gəlməyən hadisələr baş verəcək. (Yeri gəlmişkən, Tərtər rayonunda baş vermiş olaylar ölkəmizi rüsvay edən, xalqımıza utanc gətirən hadisələrdən biridir)”.

Digər Şəmkir sakini, rayonun Dəllər qəsəbəsində yaşayan Tağıyev Vaqif Əşrəf oğlu N.Sadıkov haqqında çox ilginc və nifrət yaradan bir məlumatı (faktı) redaksiyamıza bildirdi: “Mən 1993-cü ildə könüllü olaraq hərbi xidmətə getdim. Xidmətimi Gədəbəy rayonundakı briqadada başladım. Hərbi xidmətə Dəllər qəsəbə sakinlərinin mənə hədiyyə verdikləri QAZ-66 markalı maşınla getmişdim. 1994-cü il fevral ayının 10-da briqada komandiri polkovnik Cahangir Rüstəmovun əmri ilə 20 nəfər əsgər ərzaq və hərbi sursatı maşına yükləyib Murovdağa getdik. Murovdağa gecə saat 3-də çatdıq. “Güzgü” adlanan ərazidə bizim post var idi. Keşikçilər maşını saxladılar və mənə dedilər ki, “Nəcməddin Sadıkov palatkadadır, get ondan icazə al, səni buraxaq mövqelərə getməyə”. Mən çadıra girib ondan icazə istədim. O, isə rus dilində mənə “net” (olmaz) dedi. Mən ona izah etdim ki, bizim briqadadan burada döyüşən bir batalyon şəxsi heyətə əlavə qüvvə, ərzaq və hərbi sursat gətirmişəm, icazə versin aparım. Bir də ondan xahiş etdim ki, ermənilər mənim maşınıma atəş açsalar, tabeliyində olan şəxsi heyətə bizi qorumaq üçün düşmənə cavab atəşi açmağı əmr etsin. N.Sadıkov mənim nə izahatımı eşitmək, nə də xahişimə əməl etmək istəmədi və elə “net” deyib durdu. Mən çadırdan çıxıb maşının arxa fanarlarının naqillərini kəsib yola düşdüm və bir kilometr getmişdim ki, ermənilər maşına atəş açmağa başladılar. Ancaq N.Sadıkovun durduğu istiqamətdən bizi qorumaq üçün ermənilərə cavab atəşi açılmadı. Düşmənlərin atdığı mərminin qəlpələri maşının “podpresi”ni sındırdı və başqa yerlərini zədələdi. Səhəri günü, yəni 1994-cü il fevralın 11-də geri qayıdanda maşında döyüşdə həlak olmuş 6 nəfər əsgərin meyiti var idi. Maşınımı yenə də general Nəcməddin Sadıkovun əmri ilə “Güzgü” postunda saxladılar. N.Sadıkov əli ilə yaxınlıqdakı dərəni mənə göstərib dedi: “Meyitləri o dərəyə tök”. Mən bizim millətə qarşı belə qeyri-insani, ögey münasibət nümayiş etdirən bu generalın əmrini yerinə yetirmədən, maşına oturub yüksək sürətlə Gəncə şəhərinə gəlib meyitləri hərbi hospitala təhvil verdim.

1994-cü il 10-11 fevralda iki dəfə “Güzgü” postunda olduğum zaman Nəcməddin Sadıkovun postda duran əsgərləri rus dilində söydüyünün və əsgərləri qəddarcasına döydüyünün şahidi olmuşam. N.Sadıkovun əsgərlərlə belə davranışını polkovnik Cahangir Rüstəmova məruzə etdim və bir daha Murovdağa getmədim”.

Dəyərli oxucular, Tağıyev Vaqif Əşrəf oğlunun xatırladığı bu tükürpədici olaydan sonra Qarabağ müharibəsindən geri qayıtmayıb, itkin düşmüş hesab olunan vətən oğullarının cəsədlərini N.Sadıkov kimi generallar və komandirlərin dərələrə atdırmağı normal insanı dəhşətə gətirir. Bu məqamda bir atalar misalını nəzərinizə çatdırmaq yerinə düşər. Atalar deyib: “Xain, xoflu, qəddar – zalım və qorxaq olur”. Allah bizi belələrindən qorusun!

Birinci Qarabağ müharibəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüş, 20 mindən çox vətəndaşımız isə Şəhid olmuşdur. Nəcməddin Sadıkov kimi təxribatçı və satqın generalın və komandirin xəyanəti nəticəsində baş vermişdir.

Neçə illər Tərtər rayonunda baş vermiş olaylar uzun illər orduda xəyanətkarların fəaliyyəti vətəndaşları şoka salmış, ictimaiyyətdə dərin rezonans yaratmışdır. Bəs belə olan halda 25 il Azərbaycan ordusunda xidmət edən, vəzifə pillələrinə “liftlə qalxan” Nəcməddin Sadıkov haqqında KİV-də nə qədər yazılmalı, deyilməli və televiziya ekranında nə qədər fraqmentlər göstərilməlidir ki, o, öz yerini tapsın və nəyə layiqdirsə onu da alsın. Çünki o, nə qədər döyüş əməliyyatı aparıb heç birində də qələbə çalmayıb. Ancaq onun xəyanəti nəticəsində nə qədər igidimiz Şəhid, əlil olub. N.Sadıkov isə “general-polkovnik” olub.

Keçmiş Baş qərargah rəisinin xəyanətkar, təxribatçı olduğunu bütün Azərbaycan əhalisi bilir. O, yüzlərlə, minlərlə hərbiçilərimizin Şəhid olmasının, əlil olmasının və ərazilərimizin düşmən əlinə keçməsinin baiskarıdır. Bəs bu təxribatçı və xain general niyə həbs olunmur?! Yoxsa, Nəcməddin Sadıkov həbs olunmaqdan sığortalanıb?!

2017-ci il mayın 7-də baş Prokurorluq, Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı birgə bəyanatda Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və Xüsusi Xidmət orqanları tərəfindən Müdafiə Nazirliyini Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı geniş miqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və mülki şəxsin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edildiyi, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürdüyü bildirilmişdir. Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə Hərbi Prokurorluqda cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanmışdır. Hər üç qurumun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılmışdır.

DTX-nin sabiq rəisi “Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb” – demişdir. General Mədət Quliyevin bu fikrinə münasibətimi bildirmək üçün Nəcməddin Sadıkovla əlaqədar bir neçə hadisəni ictimaiyyətin nəzərinə çatdırmağı özümə mənəvi borc bildim.

Belə ki, 1992-ci ilin sentyabr ayının sonu (26 və ya 27) idi. Daxili Qoşunların Baş İdarəsidən bizi (bir batalyon şəxsi heyəti) Ağdərə bölgəsinə briqada komandiri polkovnik-leytenant Nəcməddin Sadıkovun sərəncamına göndərdilər. Səhərə yaxın ( saat 4 – radələrində) Ağdərəyə çatdıq. Şıdırğı yağış yağırdı. Briqada qərargahını mühafizə edən qaravul rəisinə gəlişimiz haqqında N.Sadıkova məruzə etmək istədiyimi bildirdim. O, isə “olmaz, komandir yatır, saat 7-də duranda məruzə edərsən”, – dedi. Mən etirazımı bildirərək, dedim “döyüş əməliyyatı gedən bölgədə komandir necə rahat yata bilər?” Mühafizəçi: “O, yatanda heç kim onu oyatmağa cürət etmir, özü nə vaxt istəsə onda da oyanır dedi”.

N.Sadıkov oyanandan sonra batalyonun ( taborun) şəxsi heyətini sıraya düzüb, ona məruzə etdim. O, isə şəxsi heyətlə salamlaşdıqdan sonra rus dilində bir neçə dəqiqə sıra qarşısında çıxış edib axırda dedi: “Hamı gödəkçələrinin (buşlatların) iç cibinin üstündə soyadlarını yazsın ki, öləndə görək kimdir”.

Onun bu sözləri məni həm əsəbləşdirdi və həm də məyus etdi. N.Sadıkovun milliyyətcə tatar olan şəxsi heyətlə siyasi və tərbiyə işləri üzrə müavininə etirazımı bildirib dedim: “Komandir briqadasının çıxışı batalyonun (taborun) şəxsi heyətində ruh düşkünlüyünə səbəb ola bilər. Onun bu çıxışı təxribat xarakteri daşıyır”. N.Sadıkovun müavini isə əli ilə mənə “sus” işarəsi göstərib, asta tonla dedi: “Neyləyək, bu belə adamdır, belə komandidir”.

N.Sadıkovun göstərişi ilə batalyonun (taborun) iki bölüyünün şəxsi heyəti ağır döyüşlər gedən kəndlərə göndərildi. Məni isə bir bölüyün şəxsi heyəti ilə “Vəng, Çıldıran” və “Dovşanlı” kəndləri istiqamətində mövqelərimizdə sağ qalmış şəxsi heyəti dəyişməyə (əvəz etməyə) göndərdi. Eyni zamanda, müavininə əm etdi ki, kapitan Nağıyevin ( yəni mənim) dəstəsinə 3 (üç) günlük quru yemək (suxoy payok) hərbi sursat və bir ədəd də Radiostansiya verilsin. Mən isə N.Sadıkovdan xahiş etdim ki, mövqelər dağlıq ərazidə meşədədir, hərbi sursat bizə biraz çox verilsin, radiostansiya sıradan çıxa bilər, əlaqəmiz sizinlə kəsilə bilər. O isə bildirdi ki, narahat olma kapitan Nağıyev. Həmin mövqedə 2 (iki) zirehli maşın da var, döyüş şiddətlənsə sizə kömək göndəriləcək. Lakin N.Sadıkovun bizim dəstəyə 3 (üç) günlük quru yemək verilməsi məni şübhələndirmişdi və bu 3 (üç) gün ərzində nəsə xoşagəlməz (təxribat) xarakterli olayın baş verəcəyini hiss edirdim. Çünki mən bir il (1991-1992) “OMON”un tərkibində bölük komandiri kimi bölgələrdə (Ağdam, Füzuli və Goranboy) döyüş təcrübəsi qazanmış və bəzi təxribat xarakterli hadisələrlə qarşılaşmışdım. Yalnız öz qəti qərarım nəticəsində həmin olayların, təxribatların qarşısı alınmışdır.

Əlqərəz, mövqelərə çatdıq. Sıx meşəlik olan bu dağlıq ərazidə komandirsiz, özbaşına buraxılmış 40 (qırx) nəfərə yaxın daxili qoşunların gizirlərini gördüm. Hərdənbir mövqelərimizə müxtəlif çaplı silahlardan düşmənlərimiz atəş açırdı. Biz də onların cavabını verirdik. İkinci gün atışma şiddətləndi. Baş leytenant olan həkim (soyadını unutmuşam) ayağından yaralandı. Həkimi qərargaha göndərdim. Rabitəçi – radist əsgər aparatın işləmədiyini, sıradan çıxdığını bildirdi. Axşama yaxın atışma səngisə də bir neçə nəfər yaralanmışdı.

Üçüncü gün atışma tədricən şiddətləndi və düşmən ağır artilleriya qurğularından da (silahından) istifadə etməyə başladı. Bizim kordinatlarımızı onlar dəqiq bildikləri üçün itkilərimiz çoxalırdı. N.Sadıkovun bizə 3 (üç) günlük quru yemək verilməsini xatırladım. Zirehli maşınlara ağır yaralıları yığdırıb onları qərargaha göndərdim. Şəxsi heyətin yüngül yaralı və sağ qalanlarına döyüşə-döyüşə, kiçik dəstələrlə mühasirəyə düşməmək üçün meşədən çıxmağı tapşırdım. Mənimlə səkkiz nəfər əsgər, iki nəfər gizir və bir nəfər baş gizir meşədən çıxdıq. Hava artıq qaralmışdı. Baş gizir çiynindən yüngül yaralanmışdı. Arabir atəş səsi eşitsək də meşədən 10-15 km aralanmışdıq. Qəfildən “dayan, kimdi gələn” komandası eşitdik. “Özümüzünkülər” – deyə onların kim olduğunu soruşdum. Dedilər biz “OMON”çularıq. Mən soyadımı deyəndə onlar məni tanıdılar. Çünki mən 3 ay olardı Daxili Qoşunun tərkibində xidmət etmək üçün “OMON”dan keçmişdim. Onlardan xahiş etdim ki, bizə nəqliyyat vasitəsi verin, bizi Yevlaxa aparsın, N.Sadıkovun haqqında mən şəxsən özüm Daxili İşlər Naziri İsgəndər Həmidova məruzə edəcəm. “OMON”çular bizə, yəni 11 nəfər çay-çörək verdikdən sonra Yevlax şəhərinə getməyə maşın da (avtobus) verdilər. Balakən-Bakı qatarı ilə Bakıya Daxili Qoşunların Baş İdarəsinə gəlib komandan Fəhmin Hacıyevə məruzə edəndə o, bizi çox kobud və sərt qarşılayıb dedi: “Siz necə olub sağ qalmısınız, siz hamınız həlak olmalıydınız, ölməliydiniz”.

Onun göstərişinə əsasən bizim hamımızı həbs edib, Daxili Qoşunların təcridxanasına saldılar.

(Ardı var)

Hazırladı: Bəhlul ORUCOĞLU,

Araşdırmaçı jurnalist
//HURRİYYET.AZ//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
II Qaregin Ermənistanın yeni parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib
Bu gün, 11:00
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İLGİNC İDDİALAR
Bu gün, 10:53
Ömər Eldarov xəstəxanadan evə buraxıldı -Onun 99 yaşı var...
Bu gün, 10:45
Paşinyan sülh istəyir, amma hazır deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 10:38
Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil - Bakı gündəmi müəyyən edir...
Bu gün, 10:33
Ruslar benzin növbəsində qırılırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:28
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb
Bu gün, 10:14
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub - KİV
Bu gün, 10:13
Bütün arxivləri açacağıq
Bu gün, 09:03
"Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" - ETİRAZ VAR!
Bu gün, 09:00
"Qızıl oğlanlar"ın təhsil islahatı - İLGİNC FAKTLAR
Bu gün, 08:54
Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? - "Naxçıvana kənardan gətirilən..."
Bu gün, 08:49
BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... - Sakinlər kömək istəyir
Bu gün, 08:43
Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... - Azərbaycan idmançıları döyən bolqar gimnastdan niyə yaxa qurtara bilmir?
Bu gün, 08:39
Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? – ŞƏRH
Bu gün, 08:32
Azərbaycan neftinin qiyməti 91 dolları ötdü
Bu gün, 08:30
Avropanın bizə münasibəti siyasi terrorizmdir - Kaladze
Bu gün, 08:29
Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? - AKTUAL
Bu gün, 08:28
Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... - GƏLİŞMƏ
Bu gün, 08:23
Partiya sədrindən TƏKLİF VAR - "...gündə iki dəfə qatar reysləri təşkil etmək olar"
Bu gün, 08:18
Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” - ŞOK GƏLİŞMƏ
Bu gün, 08:03
TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... - MALƏSƏF...
Bu gün, 07:46
"Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" - Nura Suri
Bu gün, 07:30
Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... - ÇAĞIRIŞ
Bu gün, 07:21
Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" - MR-da NƏ BAŞ VERİR?
Bu gün, 07:15
Müəllim seçimində absurd əmsal sistemi - NARAZILIQ VAR...
Bu gün, 06:46
“Oxu atıb, yayı gizlədən” AQTA... - Keyfiyyətsiz yağların adını niyə açıqlamır?
Bu gün, 06:39
Yeni maşınlar əti daha da qiymətli edəcək? - Görünəni odur ki...
Bu gün, 06:37
İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər - AKTUAL
Bu gün, 06:33
Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı - FOTO
Bu gün, 06:30
SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Bu gün, 06:27
Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? – “Ağ qızıl” üzərində qara əməliyyatlar gedir
Bu gün, 06:24
ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır - KİV
Bu gün, 06:19
Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib
Dünən, 20:12
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 16:47
TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR - AÇIQLANDI
Dünən, 16:19
"RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."
Dünən, 16:16
Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır – 720 min xərcləmək istəyir
Dünən, 16:09
Vardanyanın arvadına kim dəstək verəcək? - KİV
Dünən, 16:07
“Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” - Aşıq Namiq Fərhadoğlu
Dünən, 16:05
300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 16:02
Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! - BU NƏDİ BELƏ?
Dünən, 15:56
ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? - ŞƏRH
Dünən, 15:51
“3+3” formatı yenidən gündəmdə - Lavrov açıqladı
Dünən, 15:49
Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
Dünən, 15:44
Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək
Dünən, 15:15
Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Dünən, 15:11
SKSP-nın rezidentinə yeni direktor gəlib - ƏMR
Dünən, 15:07
İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... - Əziyyət çəkən isə sakinlərdir...
Dünən, 14:57
“TuranBank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru