"Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır" .....                     Ərini davadan ayırmaq istəyən gənc qadın bıçaqlandı .....                     Ermənistanda tufanqabağı sakitlik .....                     İran ŞOK siyahı yaydı, azərbaycanlılara xəbərdarlıq etdi .....                     Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib .....                     "Qarabağ mövzusunda öz vətəndaşlıq borcumu yerinə yetirmişəm" .....                     Özəl şirkətlər fəaliyyətini nəyə görə dayandırır? .....                     II Qaregin Ermənistanın yeni parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib .....                     Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı .....                     Ömər Eldarov xəstəxanadan evə buraxıldı .....                     Paşinyan sülh istəyir, amma hazır deyil .....                     Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil .....                     Ruslar benzin növbəsində qırılırlar .....                     Bakıda azyaşlı bacı-qardaş itkin düşüb .....                     Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub .....                     Bütün arxivləri açacağıq .....                     "Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" .....                     "Qızıl oğlanlar"ın təhsil islahatı .....                     Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? .....                     BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... .....                     Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... .....                     Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? .....                     Azərbaycan neftinin qiyməti 91 dolları ötdü .....                     Avropanın bizə münasibəti siyasi terrorizmdir .....                     Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? .....                     Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... .....                     Partiya sədrindən TƏKLİF VAR .....                     Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” .....                     TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... .....                     "Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" .....                     Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... .....                     Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" .....                     Müəllim seçimində absurd əmsal sistemi .....                     “Oxu atıb, yayı gizlədən” AQTA... .....                     Yeni maşınlar əti daha da qiymətli edəcək? .....                     İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər .....                     Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı .....                     SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb .....                     Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? .....                     ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır .....                 

Müdafiə Nazirliyi hücum diplomatiyası ilə hücum taktikasını səhv salıb? - FAKT BUDUR!
Tarix: 11-06-2021, 12:02 | Çap et
Müdafiə Nazirliyi hücum diplomatiyası ilə hücum taktikasını səhv salıb?
Mən dünənə qədər elə bilirdim ki, təkcə biz jurnalistlər Azərbaycan ərazisində baş verənləri erməni mediasından öyrənirik. Ona görə də bizə operativ məlumat verməyən müvafiq qurumları, o cümlədən Müdafiə Nazirliyini qınayırdım. Dünən isə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bir məlumatı oxuyanda fikrim büs-bütün dəyişdi. Sən demə, bu nazirlik belə, Azərbaycan ərazisində baş verənlər barədə Ermənistandakı həmkarlarından xəbər alırmış.

Təəccüblənməyin, bunu mən yox, Nazirliyin özü etiraf edib. MN-in dünən Kəlbəcər rayonundakı hərbi mövqelərimizin atəşə tutulması barədə məlumatı fikrimizin ən bariz sübutudur.

“Ermənistan Müdafiə nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yaymışdır.

Ermənistan silahlı qüvvələri tərəfindən silahlı qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapmışdır. Açılmış atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan yoxdur”, - MN-nin dünən yaydığı məlumatda belə deyilir.

Göründüyü kimi məlumatda açıq şəkildə etiraf olunur ki, Kəlbəcərdəki mövqelərimizin ermənilər tərəfindən atəşə tutulması barədə məlumatı düşmən tərəf yayıb. Bizim MN isə iddianı araşdırıb və fakt öz təsdiqini tapıb.

Müdafiə Nazirliyi hücum diplomatiyası ilə hücum taktikasını səhv salıb?

Adama deyərlər, ay cənab generallar, öz sərhədimizdə baş verənlərdən sizin niyə xəbəriniz olmur? Axı bu ölkənin müdafiə strukturlarını kağız üzərində də olsa siz idarə edirsiniz. Heç olmasa, rəsmi mövqeyinizə hörmət edib sərhəddə baş verənlərlə maraqlanın. Mövlana demişkən, olduğunuz kimi görünməyə ar edirsinizsə, barı göründüyünüzə oxşamağa çalışın.

Nə olar saqqalınızı rus “sülhməramlı” generalı Rüstəm Muradovun əlinə verəndə, onun təlimatları ilə oturub-duranda, sizin qəlbinizdə heçmi vətən eşqi, yurd sevgisi yoxdur? Hərbi qulluqdan uzaq olanlar belə, min yola baş vuraraq, cəbhədən xəbər almağa çalışırlar. Sizdə o qədər də milli təəssüb hissi yoxdur? Niyə gündə heç olmasa 2 dəfə cəbhə xəttinə zəng edib orda baş verənləri öz hərbçilərimizdən soruşmursunuz? Niyə axı sərhədimizdə baş verənləri siz də bizim kimi erməni həmkarlarınızdan eşitməlisiniz? Mən hələ onu demirəm ki, bizim erməni məlumatlarına möhtac olmağımız da sizin düzgün qurulmayan informasiya siyasətinizdən qaynaqlanır. Mən hələ onu da demirəm ki, ermənilər bəyanat yayıb bizim etibarımızı beş quruş etdikdən sonra sizin onları təsdiq etməniz, yumşaq desək, düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.

Üstəlik, erməni əsgərləri bizim postlara atəş açırsa, deməli, 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatın müvafiq maddələrini pozurlar. Bu da bizim ermənilərə qarşı adekvat addım atmaq hüququmuzu doğurur. Ermənilərdən öyrəndiyiniz atəşkəs rejiminin pozulması faktına qarşı hansı tədbiri görübsünüz? Sizin qabiliyyətiniz ancaq ona çatır ki, gənc oğullarımızı sərhəddə aparıb erməni hərbçiləri ilə qovala-qaçdı oynadasınız? Sonra da erməni əsgərlərindən birinin döyülməsi səhnəsinin yayılmasına rəvac verib düşmən əlini gücləndirəsiniz? Axı istənilən dövlətin sərhəd pozuntusuna qarşı atdığı bir addım var: düşmən qüvvələrini ya güllələyərək, ya da əsir götürərək zərərsizləşdirmək. Niyə o zaman sərhədlərimizi aşsüzənə çevirən düşmən qüvvələri yerindəcə cəzalandırılmır? Buna mane olan kimdir?

Müdafiə Nazirliyi hücum diplomatiyası ilə hücum taktikasını səhv salıb?

Müdafiə Nazirliyinin adına yaraşmayan bu kimi halların Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Şuşaya gəlişi ərəfəsinə düşməsi də adamı başqa düşüncələrə yönləndirir. Görünür, MN-də kimlərsə Azərbaycan ərazisində nəzarətin öz əlimizdə olmadığı qənaətini formalaşdırıb bu ziyarətə mane olmaq istəyir. Zira dünən yayılan rəsmi məlumat öz ərazisində baş verənləri düşmənlərdən öyrənən Müdafiə Nazirliyimizin ölkəmizi nə dərəcədə etibarli qoruduğunu şübhə altına qoyur. Hər an hər cür hadisə ilə üzləşəcək qədər təhlükəli vəziyyətdə olan sərhədlərimizə hansı qonağı dəvət edə bilərik?

Müdafiə Nazirliyini dünənki məlumatında diqqəti cəlb edən digər xüsus erməni hücumuna siyasi qiymət verilməsidir. Məlumatda bildirilir: “Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir”.

Cənab Zakir Həsənov, əvfinizə sığınaraq soruşmaq istəyirəm: hərbi struktur nə zamandan hadisəyə siyasi qiymət verən olub? Müdafiə Nazirliyinin vəzifəsi hücum faktını qeydə almaq, ona adekvat cavab vermək, düşməni susdurmaqdır. Təbii ki, görülən bu tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq da lazımdır. Amma ona siyasi qiymət vermək əsla MN-nin işi ola bilməz.

Müdafiə Nazirliyi hücum diplomatiyası ilə hücum taktikasını səhv salıb?

Görünür, MN rəhbərliyi XİN-nin fəaliyyətini yarıtmaz olduğunu düşünür və onun da vəzifəsini öz boynuna götürür. Bəlkə də ona görə ki, ölkə başçısı XİN rəhbəri Ceyhun Bayramovu yeni vəzifəsinə təyin edəndə xarici siyasət kursunun dəyişdiyini bildimirmiş və bundan sonra hücum diplomatiyası həyata keçirəcəyimizi vurğulamışdı. Müdafiə Nazirliyindəki baş bilənlər isə harda “hücum” sözü görsələr, öz sahələri sayırlar. Qınamıram. Məsəl var; evə bişməyib, qonşudan gəlməyib. İndiyədək hücum diplomatiyası ilə qarşılaşmayan zehniyyət onunla hücum taktikasının arasındakı fərqi hardan bilsinlər?

Yeri gəlmişkən, Xarici İşlər Nazirliyimizin hadisələrə adekvat və operativ reaksiya vermək qabiliyyəti də mübahisəyə açıqdır. Amma buna qiymət vermək Müdafiə Nazirliyinin işi deyil. Ən azı o səbəbdən ki, özü öz fəaliyyəti ilə məşğul ola bilmir, ən operativ məlumatları belə düşmənin ictimaiyyətə açıq qaynaqlarından öyrənin. Bu vəziyyətdə onun XİN-nin funksiyasını öz çiyinlərinə götürməsi “kor kora kor deməyincə” məsəlini xatırladır.

Heydər Oğuz,
Ovqat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır" - Vüqar Oruc
Bu gün, 12:25
Ərini davadan ayırmaq istəyən gənc qadın bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 12:20
Ermənistanda tufanqabağı sakitlik - İNCƏLƏMƏ
Bu gün, 12:18
İran ŞOK siyahı yaydı, azərbaycanlılara xəbərdarlıq etdi - Bakıdan əks ÇAĞIRIŞ
Bu gün, 12:14
Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib – Xanbulan su anbarı üçün də təhlükə yaranıb
Bu gün, 12:11
"Qarabağ mövzusunda öz vətəndaşlıq borcumu yerinə yetirmişəm" - Ayaz Salayev
Bu gün, 11:12
Özəl şirkətlər fəaliyyətini nəyə görə dayandırır? - ARAŞDIRMA
Bu gün, 11:06
II Qaregin Ermənistanın yeni parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib
Bu gün, 11:00
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İLGİNC İDDİALAR
Bu gün, 10:53
Ömər Eldarov xəstəxanadan evə buraxıldı -Onun 99 yaşı var...
Bu gün, 10:45
Paşinyan sülh istəyir, amma hazır deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 10:38
Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil - Bakı gündəmi müəyyən edir...
Bu gün, 10:33
Ruslar benzin növbəsində qırılırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:28
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb
Bu gün, 10:14
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub - KİV
Bu gün, 10:13
Bütün arxivləri açacağıq
Bu gün, 09:03
"Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" - ETİRAZ VAR!
Bu gün, 09:00
"Qızıl oğlanlar"ın təhsil islahatı - İLGİNC FAKTLAR
Bu gün, 08:54
Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? - "Naxçıvana kənardan gətirilən..."
Bu gün, 08:49
BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... - Sakinlər kömək istəyir
Bu gün, 08:43
Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... - Azərbaycan idmançıları döyən bolqar gimnastdan niyə yaxa qurtara bilmir?
Bu gün, 08:39
Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? – ŞƏRH
Bu gün, 08:32
Azərbaycan neftinin qiyməti 91 dolları ötdü
Bu gün, 08:30
Avropanın bizə münasibəti siyasi terrorizmdir - Kaladze
Bu gün, 08:29
Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? - AKTUAL
Bu gün, 08:28
Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... - GƏLİŞMƏ
Bu gün, 08:23
Partiya sədrindən TƏKLİF VAR - "...gündə iki dəfə qatar reysləri təşkil etmək olar"
Bu gün, 08:18
Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” - ŞOK GƏLİŞMƏ
Bu gün, 08:03
TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... - MALƏSƏF...
Bu gün, 07:46
"Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" - Nura Suri
Bu gün, 07:30
Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... - ÇAĞIRIŞ
Bu gün, 07:21
Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" - MR-da NƏ BAŞ VERİR?
Bu gün, 07:15
Müəllim seçimində absurd əmsal sistemi - NARAZILIQ VAR...
Bu gün, 06:46
“Oxu atıb, yayı gizlədən” AQTA... - Keyfiyyətsiz yağların adını niyə açıqlamır?
Bu gün, 06:39
Yeni maşınlar əti daha da qiymətli edəcək? - Görünəni odur ki...
Bu gün, 06:37
İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər - AKTUAL
Bu gün, 06:33
Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı - FOTO
Bu gün, 06:30
SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Bu gün, 06:27
Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? – “Ağ qızıl” üzərində qara əməliyyatlar gedir
Bu gün, 06:24
ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır - KİV
Bu gün, 06:19
Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib
Dünən, 20:12
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 16:47
TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR - AÇIQLANDI
Dünən, 16:19
"RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."
Dünən, 16:16
Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır – 720 min xərcləmək istəyir
Dünən, 16:09
Vardanyanın arvadına kim dəstək verəcək? - KİV
Dünən, 16:07
“Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” - Aşıq Namiq Fərhadoğlu
Dünən, 16:05
300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 16:02
Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! - BU NƏDİ BELƏ?
Dünən, 15:56
ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? - ŞƏRH
Dünən, 15:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru