"Güclü Ermənistan" blokunun nümayəndəsi Kazinyan həbs edilib .....                     “Hadisəyə səbəb “Kəpəz Hospital”ın təcili yardım maşınının qırmızı işıqda hərəkət etməsi olub” .....                     Azərbaycanın ən istedadsız rejissoru .....                     Ermənilər çiyələyi Türkiyə adı ilə Rusiyaya göndərirmiş .....                     Kişi keçmiş arvadı ilə münasibəti olan şəxsin qardaşını döydü .....                     “Həkimlər mənə 3-4 ay vaxt qoymuşdular, konsertimə gələn pərəstişkarlarım artıq nənədir” .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi ilə bağlı .....                     Dünyanın ən qonaqpərvər ölkə və şəhərləri açıqlanıb .....                     “Burma” QSC-nin mənfəəti 2 dəfədən çox azalıb .....                     Xocavənddə iş yoldaşını bıçaqlayan şəxsə şərti cəza verildi .....                     “Kontakt Home” satdığı telefonu da öz balansında saxlayır... .....                     Yeni TƏBİB şefinin qrup yoldaşı da meydan sulayır... .....                     Müştərinin sifarişini OĞURLAYIBLAR... .....                     “Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…” .....                     Paşinyan YENİ dəhliz açır: Bakı üçün RİSK? .....                     Zelenskinin Trampla danışığından bir neçə saat sonra Kiyev raket hücumuna məruz qalıb .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri .....                     "Mənzərə belədir, indi özünüz bilərsiniz..." .....                     "Mənim diplomum Kürdəmirdə işləyir, Göyçayda yox?" .....                     Aqrar Universitetin 240 minlik müsabiqəsini 10 manatlıq şirkət uddu .....                     “Core Construction” Azərbaycana saxta “Lacoste” məhsulları gətirib .....                     Bütün səlahiyyətlər sektor müdirinə verilib? .....                     “RAHAT AUTO”-dan inanılmaz dələduzluq .....                     TTY sistemində NƏ BAŞ VERİR? .....                     "Müəllim nüfuzu pencəklə, rənglə, forma ilə yaranmır" .....                     İran nefti qlobal bazarı alt-üst edəcək: Bəs Azərbaycan buna hazırdırmı? .....                     Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… .....                     Paşinyanın Konstitusiya dilemması .....                     Ya Paşinyan hoqqabazlıq edir, ya da... .....                     Səhiyyənin Təminat Mərkəzinin 1.6 milyonluq dərman tenderinə "antiinhisar" əngəli .....                     "Bunu peşəkar idmançılar da təsdiq edə bilər" .....                     Britaniyada Rusiyaya qarşı sanksiyaları pozan şirkət 1,3 milyon dollar cərimələnib .....                     Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar .....                     “Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb .....                     Paşinyan müxalifəti hədələdi: .....                     "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxundu .....                     Robert Koçaryana qarşı cinayət işi başlanacaq .....                     Ermənistanda ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə hərbi təlimlər keçirilir .....                     ÖZÜ DEDİ: Paşinyan Bakıya gəlir... .....                     İlqar Xəyal oğlunun duet təklifinə niyə "YOX" deyib? .....                 

Eldar Həsənovun həbsinin bir ucu Şeyxülislama qədər uzana bilər - İDDİA
Tarix: 20-08-2020, 12:11 | Çap et
Eldar Həsənovun həbsinin bir ucu Şeyxülislama qədər uzana bilər
Azərbaycan tarixindən məlumatı olanlara, o cümlədən son illər və bu günün özündə baş verən siyasi prosesləri incələyib normal məntiqi nəticə çıxarmağı bacaranlara bəllidir ki, Rusiyanın başlıca məqsədlərindən biri ölkəmizi yenidən istila etməkdir. Aydın şəkildə görünür ki, Kreml Azərbaycanla bağlı planlarını reallaşdırmaq üçün əlverişli məqam gözləyir. O da məlumdur ki, hazırda bu işdə Moskvaya cani-könüldən yardım edənlər var və onlar Azərbaycanda müxtəlif vəzifələrdə, kritik postlarda, eyni zamanda siyasi səhnədə təmsil olunurlar. Bəli, söhbət ölkə başçısının da çıxışlarında dəfələrlə qeyd etdiyi “5-ci kalon”dan gedir.

İndiyədək Eldar Həsənovun adı bir çox qalmaqallı və ölkənin maraqlarına zidd olan məsələlərdə hallanıb

Qəti əminliklə demək olar ki, “5-ci kalon”un nümayəndələrinin əsas missiyası nəyin bahasına olursa-olsun Azərbaycanda Rusiyanın təsirini gücləndirmək, daxili və xarici siyasətdə Kremlin maraqlarının təmin olunmasına çalışmaq, bir sözlə, ölkəmizi yenidən Moskvadan asılı vəziyyətə salmaq və sonda bizə Rusiyanın vassallığını qəbul etdirməkdir. “5-ci kalon”un nümayəndələri bunun üçün müxtəlif yollara baş vurublar və hələ də Azərbaycanın milli maraqlarına təhlükə yaradan biləcək müəyyən gedişlər edirlər. “Milyarderlər ittifaqı”nın yaradılması, müxalifətdə təmsil olunan ruskafalıların maliyyələşdirilməsi, ölkədə rus dilini az qala dövlət dili səviyyəsinə çatdırmağa çalışmaq, Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv etməyə təhrik etmək və s. addımlar deyilənlərin bariz sübutu kimi dəyərləndirilməlidir. Söz yox ki, rəsmi Bakı bütün bunlardan məlumatlıdır və bu səbəbdən də Rusiyadan gələn mümkün təhlükələrin qarşısının alınması məqsədiylə qardaş Türkiyə ilə daha sıcaq ilişkilərin qurulması istiqamətində ciddi addımlar atılır. Bu isə Kremli qıcıqlandırmaya bilməz. Elə bu səbəbdən də Moskva Azərbaycandakı əlaltıları vasitəsiylə bir neçə dəfə dövlət çevrilişi planı hazırlayıb və xoşbəxtlikdən hər dəfəsində də iflasa uğrayıb. Mətbuatda yer alan informasiyaya görə, sonuncu belə cəhd Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı sabiq səfiri, bugünlərdə Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən şübhəli şəxs qismində tutulan Eldar Həsənovun iştirakı ilə baş tutmalı idi. Düzdür, hələlik sabiq səfir ancaq xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsində şübhəli bilinsə də, ehtimallar var ki, onun həbsinin əsas səbəbi məhz dövlət çevrilişinə cəhddə aktiv iştirak etməsidir. Qeyd edək ki, bu barədə “BBC News Azərbaycanca”ya müsahibə verən tanınmış hüquqşünas Aslan İsmayılov Eldar Həsənovun həbsinin səbəbini “daha dərin qatlarda” görür və onun sözlərinə görə, səfirin saxlanması ölkə içində baş verə biləcək qarşıdurmalarla bağlı ola bilər.

Hüquqşünasın da vurğuladığı kimi, bu, sıradan bir həbs deyil. Çünki indiyədək Eldar Həsənovun adı bir çox qalmaqallı və ölkənin maraqlarına zidd olan məsələlərdə hallanıb. Belə ki, mətbuatda onun xaricdəki mühacirləri maliyyələşdirməsi, Rusiyaya xidmət edən “5-ci kalon”un nümayəndəsi olması, Serbiyadan Ermənistana silah-sursat satışında dolayısı ilə iştirakına dair çox ciddi ittihamlar yer alıb. Musavat.com-un iddiasına görə, Eldar Həsənovu Serbiyadan Ermənistana silah-sursat satışına pul qazanmaq ehtirası sövq edib. Yəqin ki, aidiyyatı qurumlar bu məsələ ilə bağlı da sabiq səfiri sorğu-sual edəcək.

Deyilənlər təsdiqini taparsa, o zaman sabiq səfirin və onunla birlikdə hərəkət edən “yoldaş”larının durumu heç də yaxşı olmayacaq

Bu arada, onu da nəzərinizə çatdıraq ki, bir müddət öncə aztoday.az-da yer alan məlumatda deyilir ki, Kremlin Azərbaycan hakimiyyətinə qarşı əsas alternativlərindən biri və bəlkə də birincisi Eldar Həsənovdur. Saytın iddiasına görə, Rusiyanın Azərbaycandakı əsas dayaq nöqtələrindən biri olan Eldar Həsənov Kremlin bir çox aparıcı siyasətçiləriylə – baş nazirin keçmiş müavin, 2013-cü ildə Rusiyanın rəsmi Bakıya qarşı əsas təzyiq aləti olan “milyarderlər ittifaqı”nın üzdə görünən lideri Abbas Abbasovla və Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimovla – çox yaxın biznes və siyasi əlaqələrə malikdir. Və bu adamın məhz Rusiya üçün çox strateji önəmə sahib olan Balkan ölkələrinin demək olar ki, hamısında birdən səfir olması heç də təsadüfi deyil: “Bəzi iddialara əsasən isə Eldar Həsənov Balkan ölkələrində Azərbaycanın maraqlarından daha çox Rusiyanın maraqları üçün çalışmaqdadır”. Qeyd edək ki, təxminən, eyni iddialarla hələ bir neçə il öncə diaaz.space saytı da çıxış edib. Eldar Həsənov həmin yazıda da Rusiyanın adamı kimi təqdim olunub və hakimiyyət içindəki rusiyameyilli qüvvələrin sabiq səfirin təbliğatı ilə məşğul olduqları vurğulanıb.

Başqa bir informasiyada isə deyilir ki, Eldar Həsənov Rusiya iqtidarında kifayət qədər söz sahibi olan qüvvələrə bağlı olduğundan Kreml onu dövlət çevrilişindən sonra Azərbaycanın prezidenti kreslosunda görməyi planlaşdırıb. Söz yox ki, əgər deyilənlər öz təsdiqini taparsa, o zaman sabiq səfirin durumu heç də yaxşı olmayacaq. Adətən, bu cür hallarda ittiham olunan şəxs vəziyyətinin bir qədər də olsa, yüngülləşdirilməsi üçün istintaqla əməkdaşlığa gedir və birlikdə hərəkət etdiyi “yoldaş”larını qurban verməkdən çəkinmir.

Məsələyə bu prizmadan yanaşsaq, o zaman güman etmək olar ki, bu iş ancaq Eldar Həsənovun həbsi ilə yekunlaşan deyil. Yəni onun ortaqları da müttəhimlər kürsüsündə əyləşə bilər. Belə ki, səsləndirilən iddialara görə, həbs dağlası ölkədəki Rusiyameyilli digər şəxsləri də ağuşuna alacaq. Həmin şəxslərin kimliyi ilə bağlı son günlər müxtəlif media orqanlarında yetərincə informasiya yayılıb. Odur ki, təkrarçılığa varmadan, bu barədə əldə olunan yeni bilgiləri diqqətinizə çatdırmaq istərdik.

Qeyd olunur ki, Eldar Həsənovun həbsinin bir ucu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəyə qədər uzana bilər. Çünki Qafqaz müsəlmanlarının 12-ci şeyxülislamı, 1980-ci ildən QMİ-yə rəhbərlik edən Allahşükür Paşazadə müxtəlif kütləvi informasiya vasitələrində Rusiyaya bağlı adam kimi təqdim olunub. Hətta onun Rusiyanın bir sıra rəsmi dövlət qurumları ilə sıx əməkdaşlıqda olduğu da yayılan məlumatlar sırasındadır. Misal üçün nəzərinizə çatdıraq ki, Milli azadlıq hərəkatının fəallarından olmuş, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı bir müddən əvvəl modern.az saytına müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin sədrini açıq şəkildə “KQB”nin agenti adlandırıb. Partiya sədri həmçinin, Allahşükür Paşazadənin bütün həyatı boyu sovet imperiyasına, onun allahsız ideologiyasına xidmət etdiyini bildirib.

Ümumiyyətlə, ayrı-ayrı vaxtlarda QMİ sədrinin Rusiyaya bağlı olmasına dair mətbuatda məlumatlar gedib və bu tip bəyanatları səsləndirən şəxslərin əksəriyyəti siyasi arenada yetərincə nüfuz sahibi olanlardır. Beləliklə, son zamanlar Azərbaycan iqtidarının Rusiyanın təsirindən yaxa qurtarmağa çalışdığını, mərhələli şəkildə “5-ci kalon”un nümayəndələrini zərərsizləşdirdiyini, Kremlin hakimiyyətin müxtəlif qollarına yerləşdirdiyi casuslarını ifşa etdiyi nəzərə alsaq, ehtimal etmək olar ki, Moskva ilə kifayət qədər sıcaq ilişkilərdə olduğu iddia edilən Qafqaz Müsəlmanları İdarəsinin sədri də başladılan təmizləmə kampaniyasında əsas hədəflərdən biridir. Hələlik isə gözləyək, görək prosesin sonu hara gedir.

“Hürriyyət”in Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Güclü Ermənistan" blokunun nümayəndəsi Kazinyan həbs edilib - AÇIQLAMA
Bu gün, 10:12
“Hadisəyə səbəb “Kəpəz Hospital”ın təcili yardım maşınının qırmızı işıqda hərəkət etməsi olub” - Yol qəzasında ölən gəncin anası
Bu gün, 10:10
Azərbaycanın ən istedadsız rejissoru - Saffari yazır...
Bu gün, 10:09
Ermənilər çiyələyi Türkiyə adı ilə Rusiyaya göndərirmiş - "Hraparak"
Bu gün, 10:08
Kişi keçmiş arvadı ilə münasibəti olan şəxsin qardaşını döydü - MƏHKƏMƏ
Bu gün, 10:05
“Həkimlər mənə 3-4 ay vaxt qoymuşdular, konsertimə gələn pərəstişkarlarım artıq nənədir” - Xalq artisti
Bu gün, 10:00
Qadının üzərinə benzin töküb yandıran sevgilisi ilə bağlı QƏRAR
Bu gün, 09:55
Dünyanın ən qonaqpərvər ölkə və şəhərləri açıqlanıb - SİYAHI
Bu gün, 09:54
“Burma” QSC-nin mənfəəti 2 dəfədən çox azalıb
Bu gün, 09:53
Xocavənddə iş yoldaşını bıçaqlayan şəxsə şərti cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 09:51
“Kontakt Home” satdığı telefonu da öz balansında saxlayır... - GİLEY
Bu gün, 09:39
Yeni TƏBİB şefinin qrup yoldaşı da meydan sulayır... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:35
Müştərinin sifarişini OĞURLAYIBLAR... _ Bu nə xidmətdir?
Bu gün, 09:23
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…” - yanan ATANIN HARAYI...
Bu gün, 09:13
Paşinyan YENİ dəhliz açır: Bakı üçün RİSK? - AKTUAL
Bu gün, 09:10
Zelenskinin Trampla danışığından bir neçə saat sonra Kiyev raket hücumuna məruz qalıb - Reuters
Bu gün, 09:01
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 113 milyard dolları ötüb
Bu gün, 07:54
"Mənzərə belədir, indi özünüz bilərsiniz..." - partiya sədri
Bu gün, 07:29
"Mənim diplomum Kürdəmirdə işləyir, Göyçayda yox?" - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Aqrar Universitetin 240 minlik müsabiqəsini 10 manatlıq şirkət uddu - Sahibi görün kimdir
Bu gün, 07:06
“Core Construction” Azərbaycana saxta “Lacoste” məhsulları gətirib – Mallara həbs qoyuldu
Bu gün, 06:59
Bütün səlahiyyətlər sektor müdirinə verilib? - Murad Məmmədov kimdir?
Bu gün, 06:53
“RAHAT AUTO”-dan inanılmaz dələduzluq - Vətəndaşları aldadıb, ölkədən qaçdılar
Bu gün, 06:40
TTY sistemində NƏ BAŞ VERİR? - İLGİNC İDDİALAR
Bu gün, 06:31
"Müəllim nüfuzu pencəklə, rənglə, forma ilə yaranmır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:22
İran nefti qlobal bazarı alt-üst edəcək: Bəs Azərbaycan buna hazırdırmı? - AKTUAL
Bu gün, 06:19
Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… – RƏSMİ
Bu gün, 06:16
Paşinyanın Konstitusiya dilemması - “necə” sualı açıq qalıb
Bu gün, 05:52
Ya Paşinyan hoqqabazlıq edir, ya da... - NƏ BAŞ VERİR?
Bu gün, 05:49
Səhiyyənin Təminat Mərkəzinin 1.6 milyonluq dərman tenderinə "antiinhisar" əngəli - TƏFƏRRÜAT
Bu gün, 05:45
"Bunu peşəkar idmançılar da təsdiq edə bilər"
Bu gün, 05:43
Britaniyada Rusiyaya qarşı sanksiyaları pozan şirkət 1,3 milyon dollar cərimələnib
Bu gün, 05:39
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar - CNN
Bu gün, 05:36
“Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb - FOTO
Dünən, 18:26
Paşinyan müxalifəti hədələdi: - “Kökünü qazıb məhv edəcəm!”
Dünən, 18:23
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxundu
Dünən, 18:20
Robert Koçaryana qarşı cinayət işi başlanacaq
Dünən, 18:17
Ermənistanda ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə hərbi təlimlər keçirilir
Dünən, 18:16
ÖZÜ DEDİ: Paşinyan Bakıya gəlir... - AÇIQLAMA
Dünən, 18:11
İlqar Xəyal oğlunun duet təklifinə niyə "YOX" deyib? – Səbəb hər kəsi təəccübləndirdi
Dünən, 18:10
"Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub
Dünən, 18:08
Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır - "Bloomberg"
Dünən, 18:07
9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir
Dünən, 18:05
Paşinyan Azərbaycanla sülhə qarşı çıxan qüvvələrə müqavimət göstərməyə çağırıb - KİV
Dünən, 18:03
`AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... - İTTİHAM VAR...
Dünən, 17:56
Gözləmə mövqeyində olan investorları necə cəlb etməli? - Ekspert deyir ki...
Dünən, 17:43
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
Dünən, 17:42
Hansı ölkədə ailələrin daha çox borcu var?
Dünən, 17:21
16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi - TƏFƏRRÜAT
Dünən, 17:18
AZAL iyunun I yarısında Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşıyıb - DİQQƏT!
Dünən, 17:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru