"Mən 190 manatı da ala bilmədim..." - GİLEY
Tarix: 11-07-2020, 09:25 | Çap et
 Göyçayın Mırtı kəndində yaşayan Məryəm Aslanova böyük bir ailənin yükünü tək çəkməli olur. DİA.AZ xəbər verir ki, altı il əvvəl həyat yoldaşını itirmiş qadın üç övlad böyüdür, üstəlik, 87 yaşlı qayınatasının da qayğısına qalmalıdır. Söhbətin ilk dəqiqələrindən hiss olunur ki, Məryəm Aslanova sıxıntılardan çox danışmaq istəmir. Hər şeyin öhdəsindən gəlməyə çalışdığını deyir. Amma üzərinə düşən məsuliyyət də böyükdür: “Böyük oğlum məktəbi bitirdi. Oxumasını istərdim. Müəllim yanına göndərirəm. Evə gələn 240 manatın 200 manatını müəllimlərə veririk. O 240 manat da uşaqlara ailə başçının itirilməsinə görə verilir. Hərəsinə 80 manat. Uşaqların 8 yaşına qədər mənə də onlara baxdığıma görə pul verirdilər. Amma ən kiçik uşağın – qızımın 8 yaşı tamam olandan sonra kəsdilər”.
Məryəm xanımdan başqa qayınatasına baxacaq adam yoxdur. Qadın yaşlı adamı idarə etməyin də ayrıca məsuliyyət istədiyini deyir: “Qayınanam rəhmətə gedəndən o kişiyə mən baxıram. Arvadın bir növ oğlunun ölümünə ürəyi dözmədi. Həyat yoldaşımın ilində canını tapşırdı”.
Həyat yükü qadının çiyinlərindən basır. Amma o, əlindən gələni edir ki, uşaqları acından ölməsin: “Çalışıram ki, qonşunun üstünə çörəyə getməyim”.
Məryəm Aslanova danışır ki, həyat yoldaşının sağlığında da çətinliklə dolanırdılar: “Heç bir yerdə işləmirdi. Təsərrüfatla məşğul olurduq. Amma onun ölümündən sonra vəziyyətimiz lap pisləşdi. Bütün yük mənim üzərimdə qaldı. İndi evin həm kişisiyəm, həm də qadını”.
Məryəm xanım həyat yoldaşını itirəndə uşaqlar çox kiçikmiş. Qızının heç üç yaşı tamam olmayıbmış. 41 yaşlı qadın indiyə qədər çox əziyyət çəkdiyini deyir: “Elə vaxtlar olub ki, uşaqlara məktəbə getmək üçün dayıları paltar, çanta alıb. Uşaqdılar, könüllərindən nəsə keçir. Məsələn, deyirlər ki, təzə televizorlardan istəyirik. Mənim gücüm çatmır amma. Qardaşım, qardaşımın uşaqları gəlib xəbər bilirlər bizdən. Amma maddi yükü tək çəkirəm”.
Qadın deməyə utanır, amma köməyə çox ehtiyac olduğu göz önündədir: “O qədər arzularım var ki…”
Məryəm xanım danışır ki, illər əvvəl evə əl gəzdirmək istəyiblər. Amma ardıcıl itkilər hər şeyi yarımçıq qoyub. Daha şəraiti yaxşılaşdırmaq da olmur: “Köhnə evdir. Çox şeyin təzələnməsinə ehtiyac var. Adi darvazamız da yoxdur”.
Məryəm xanım deyir ki, pandemiya günlərində kənddə xeyli adama ərzaq paylanıb. Alanlar arasında qohumu da var. Təəssüf ki, onun ailəsi diqqətdən kənarda qalıb: “Bir dəfə Ramazan bayramında ərzaq yardımı gəlmişdi. Amma kömək eləyən adının bilinməsini istəməmişdi”.
Mırtı kənd sakini sosial yardım üçün də müraciət edib. Müsbət cavab almayıb: “Vermək istəmirlər. Mən 190 manatı da ala bilmədim. Uşaqlara görə pul verilməsi bəhanə göstərildi”.
İndi Məryəm xanım sözün bütün mənalarında sabahı düşünür. Bu gün bağdan bir az alça yığıb, sabah bazara satmağa aparacaq…


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Bu gün, 15:30 |
|
|
|
| • Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Bu gün, 15:19 |
|
|
|
| • Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Bu gün, 15:13 |
|
|
|
| • Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Bu gün, 15:05 |
|
|
|
| • Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 13:26 |
|
|
|
| • Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Bu gün, 12:36 |
|
|
|
| • İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Bu gün, 12:34 |
|
|
|
| • Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Bu gün, 12:21 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:10 |
|
|
|
| • Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 12:06 |
|
|
|
| • Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
| • Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Bu gün, 12:02 |
|
|
|
| • SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Bu gün, 11:58 |
|
|
|
| • "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Bu gün, 11:57 |
|
|
|
| • Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Bu gün, 11:52 |
|
|
|
| • "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Bu gün, 11:46 |
|
|
|
| • Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Bu gün, 11:42 |
|
|
|
| • Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 11:41 |
|
|
|
| • Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Bu gün, 11:39 |
|
|
|
| • "Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Bu gün, 11:37 |
|
|
|
| • Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Bu gün, 11:35 |
|
|
|
| • Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Bu gün, 11:34 |
|
|
|
| • Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Bu gün, 11:32 |
|
|
|
| • Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Bu gün, 11:28 |
|
|
|
| • AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Bu gün, 11:26 |
|
|
|
| • "DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Bu gün, 11:23 |
|
|
|
| • Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Bu gün, 11:21 |
|
|
|
| • Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Bu gün, 11:12 |
|
|
|
| • Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Bu gün, 11:03 |
|
|
|
| • "Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Bu gün, 10:53 |
|
|
|
| • "Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Bu gün, 10:46 |
|
|
|
| • Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Bu gün, 10:28 |
|
|
|
| • GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Bu gün, 10:25 |
|
|
|
| • SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Bu gün, 10:18 |
|
|
|
| • Dövlət qurumunda çalışıb milyoncu olan Zakir Quliyev yenə talançılıqla məşğuldur? -İLGİNC DETALLAR
Bu gün, 09:28 |
|
|
|
| • "Bizdə başqa biznes yoxdur..."
Bu gün, 09:15 |
|
|
|
| • Bakıda təcili tibbi yardımda motosikletlərdən istifadə olunacaq
Bu gün, 09:13 |
|
|
|
| • Nail Kəmərlinin yaydığı skandal görüntü: gerçəkləri özü açıqladı – VİDEO
Bu gün, 09:11 |
|
|
|
| • Zibil içində boğulan AAAF park sakinləri... ETİRAZA QALXDI
Bu gün, 09:03 |
|
|
|
| • Qələbədən nə qədər qazanıblar? - SƏN DEMƏ...
Bu gün, 08:54 |
|
|
|
| • Demirörenin "Azərlotereya"sında nə baş verir? - Gecikən hesabat, milyonluq itkilər və fəaliyyəti dayandırılan HİK
Bu gün, 08:51 |
|
|
|
| • Ermənistanın TRIPP seçimi: Qərbə inteqrasiya, yoxsa regionda yeni qarşıdurma? - GƏLİŞMƏ
Bu gün, 08:43 |
|
|
|
| • Talıbovların pulları BURDA DÖVR EDİR - VERGİ BELƏ ÖDƏMİRLƏR
Bu gün, 08:42 |
|
|
|
| • Yasda ehsan tam ləğv edilir: Yoxsa vahid menyu gəlir? - ARAŞDIRMA
Bu gün, 08:38 |
|
|
|
| • Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq - Milyonlar necə xərclənir?
Bu gün, 08:36 |
|
|
|
| • “İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 08:33 |
|
|
|
| • Çempionlar Liqası: “Sabah” növbəti oyununa çıxır - bu gün...
Bu gün, 08:29 |
|
|
|
| • Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə - BU DƏFƏ İSƏ...
Bu gün, 08:27 |
|
|
|
| • Almaniya və Britaniya Ukraynaya dəstəyi davam etdirəcək - KİV
Bu gün, 06:23 |
|
|
|
| • ABŞ ordusu İrana qarşı son hücum dalğasını tamamladığını açıqlayıb
Bu gün, 06:21 |
|
|
|
|