500-dən çox ABŞ hərbçisi yaralanıb .....                     Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                 

Azərbaycan meliorasiyasının “Tənbəl Əhmədi”: - ASC-yə ayrılan pullar büdcəyə niyə qayıdır?
Tarix: 21-04-2020, 15:42 | Çap et
Azərbaycan meliorasiyasının “Tənbəl Əhmədi”:
Azərbycan suvarma suyu ilə təminat baxımından varlı ölkə deyil – bu, hamıya məlum olan həqiqətdir. Son illərdə qlobal iqlim dəyişikliyinin təsiri ilə ölkəmizdə yağıntıların miqdarının azalması, düşən yağıntının da qeyri-bərabər paylanması ciddi problemlərə yol açmaqdadır. Xüsusilə ötən ildən başlayan kəskin quraqlıq indi də davam etməkdədir. Vəziyyəti kəskinləşdirən əsas amil isə bu prosesin davamlı olması gözləntiləridir. Beynəlxalq analitik mərkəzlərinin hesablamalarına görə, Azərbaycan qlobal iqlim dəyişikliklərinin təsiri ilə quraqlığa daha çox məruz qalacaq ərazilərə daxildir.

AFN-in İqtisadiyyat şöbəsinin mövcud vəziyyət üzərində apardığı təhlillər göstərir ki, Azərbaycan qlobal iqlim dəyişikliklərinin təsirlərinə qarşı hazırlıq işlərinin aparılması sahəsində çox ləngiyir. 2016-cı ildə təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə “İqlim dəyişmələrinin və digər təbii amillərin kənd təsərrüfatına mənfi təsirinin azaldılması mexanizmlərinin işlənilməsi” ayrıca prioritet kimi qəbul olunsa da, onun icrası istiqamətində planlaşdırılan tədbirlərin reallaşdırılmasına demək olar ki, hələ başlanmayıb. Xüsusilə iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinin qiymətləndirilməsi və adekvat adaptasiya planının hazırlanması kimi çox mühüm tədbir həyata keçməmiş qalmaqdadır. Nəticə isə ilk növbədə ölkənin qeyri-neft sektorunun inkişafında əsas prioritetlərdən biri olan aqrar sektor üçün çox ciddi təhdidlərin formalaşmasıdır: bu qış mövsümündə yağıntıların kəskin azalması taxılçılığa böyük zərər vurub. Xüsusilə Qərb regionunda məhsul istehsalının dəfələrlə az olacağı gözlənilir. Vəziyyəti çətinləşdirən əsas məsələ budur ki, quraqlıq indi də davam edir ki, bu da yazlıq əkinlərin taleyinin də ciddi sual altında olduğunu göstərir.
Belə bir şəraitdə ölkədə hər litr sudan səmərəli istifadə olunması, mövcud su ehtiyatlarından ədalətli istifadənin təmin olunması son dərəcə vacib şərtlərdir. Təəssüflər olsun ki, indiyədək ölkəmizdə bu iki mühüm şərtə əməl olunma səviyyəsi çox aşağıdır. Sudan səmərəli və qənaətlə istifadə ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin bu ildən tətbiq etməyə başladığı stimullaşdırıcı tədbirlərin yaxın illərdə müsbət təsirini göstərəcəyi gözlənilir. Lakin mövcud su ehtiyatlarının aqrar istehsalçılar arasında ədalətli bölüşdürülməsi ilə bağlı bu sahəyə məsul olan qurumun – Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin hansısa səmərəli işini görmək, təəssüf ki, mümkün deyil.
Müşahidələr göstərir ki, ASC-nin yerli şöbələri suyu rayon icra hakimiyyətlərinin, eyni zamanda rayon ərazisində fəaliyyət göstərən iri şirkətlərin göstərişi ilə bölürlər. Daha doğrusu, suvarma mövsümü başlayanda ilk növbədə hər biri iri fermer olan icra başçıları, müavinlər, rayon ərazisində aqrar istehsalla məşğul olan iri şirkətlərin sahələri suvarılır. Orta və xırda fermerlər, əhali isə onlardan sonra su ala bilirlər. Bu vəziyyətlə bağlı ayrı-ayrı rayonlarda dəfələrlə əhalinin kütləvi etirazları qeydə alınıb. Lakin Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinə ünvanlanan şikayətlərin hamısı dibsiz quyuya düşən daş kimi reaksiyasız qalır. Qurumun rəhbərliyi əhalinin xırda təsərrüfatlarının susuzluqdan yanmasına, faktiki olaraq, göz yumur.
Qlobal iqlim dəyişikliyinin aqrar sektorda yaratdığı problem bir neçə gün əvvəl 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarının müzakirə olunduğu müşavirədə Prezident İlham Əliyev də vurğulayıb. Belə ki, kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, payızlıq əkinlərin vegetasiya dövründə müşahidə olunan kəskin quraqlıq kənd təsərrüfatına ciddi təsir edib. Sentyabr-fevral aylarında respublika üzrə illik yağıntı və qarın miqdarı normadan kəskin dərəcədə aşağı olub, bu da əkin sahələrinin suvarılmasında çətinliklər yaradır: “Hazırda Nazirlər Kabinetinin koordinasiyası ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birlikdə yerlərdə su çatışmazlığının aradan qaldırılması ilə bağlı tədbirlər görülməyə başlanılıb. O cümlədən su idarəedilməsinin və uçotunun elektron sistem üzərindən aparılması istiqamətində işlər planlaşdırılır”.
Prezident bildirib ki, dünyada iqlim dəyişikliyi ilə bağlı böyük narahatlıq var: “Bəzi proqnozlar onu göstərir ki, Azərbaycanda bəlkə on ildən, iyirmi ildən sonra səhralaşma prosesi də istisna deyil. Ona görə biz bəri başdan buna hazır olmalıyıq. Keçən ilin quraqlığı bizə çox böyük problem yaratmışdı və hətta yaşlı insanlar belə quraqlığı xatırlamırlar. Bu il də quraqlıq gözlənilir. Ona görə su ehtiyatlarımızın səfərbər olunması, onlardan səmərəli istifadə edilməsi prioritet məsələyə çevrilir. Heç kimə sirr deyil ki, su olan yerdə məhsuldarlıq da artır və insanların dolanışığı da yüksəlir. Məhz bu məqsədlə ölkəmizdə bir neçə önəmli genişmiqyaslı layihə icra edilmişdir. Əgər Şəmkirçay su anbarı, Taxtakörpü su anbarı vaxtında tikilməsəydi, kanallar çəkilməsəydi, o sudan qidalanan rayonlarda böyük çətinliklər ola bilərdi. Biz son bir neçə il ərzində orta hesabla təqribən yüz min hektara yaxın torpağa suyun verilməsini təmin edirik. Bunlar vaxtilə suvarılmayan, yaxud da ki, suvarılması lazımi səviyyədə olmayan torpaqlardır. Ona görə bundan sonra da kənd təsərrüfatının və fermerlərin bu sahədə tələbatını ödəmək üçün gərək yeni proqram tərtib edilsin. Biz köhnə metodlarla gedə bilmərik. Çünki bu metodların səmərəliliyi özünü doğrultmur. İndi dünya texnologiyaları bütün sahələrdə inkişaf edir, o cümlədən meliorasiya sahəsində. Biz indi bu işləri dədə-baba üsulu ilə görə bilmərik. Yeni texnologiyalar tətbiq edilməlidir. Mənə verilən məlumata görə, bəzi yerlərdə suyun itkisi 40-50 faizə çatır. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük investisiya qoyulub. Amma vaxtilə tikilmiş qurğuların, infrastrukturun bir çoxu çürüyüb və həm suyun çatdırılmasına imkan vermir, həm də ki, o sızmalar torpağın şoranlaşmasına gətirib çıxarır. Ona görə biz burada iki ziyan görürük. Onu da bilməliyik ki, bizim su ehtiyatlarımız o qədər də geniş deyil və əsas su mənbələrimiz sərhədlərimizin kənarında formalaşır. Ona görə hər damcı su bizim üçün önəmlidir. Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Sovet vaxtında tikilmiş su kanallarımızın demək olar ki, hamısı torpaq kanallardır. Son vaxtlar biz ancaq beton kanallar tikirik və vaxtilə tikilmiş torpaq kanalları betona alırıq. Beləliklə, su itkisinin qarşısını alırıq. Ancaq hesab edirəm ki, daha irəli baxmalıyıq. İndi dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə, bizim iqlimimizə oxşar iqlimi olan ölkələrdə təcrübə var, orada məhsuldarlıq da çox yüksəkdir və bu təcrübə Azərbaycanda tətbiq edilməlidir”.
Onu da qeyd edək ki, hər il ASC-yə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Məsələn, 2018-ci ildə ASC-yə dövlət büdcəsi təsdiqlənərkən 248 milyon 852,7 min manat ayrılıb. Daha sonra birdəfəlik təyinatlı xərclər qismində 24 milyon 720,4 min manat, büdcədənkənar xərclər qismində 3 milyon 462,6 min manat, ehtiyat fondlarından 3 milyon 127,7 min manat, əsaslı vəsait qoyuluşu xərclərindən isə 281 milyon 848 min manat vəsait alıb. Ümumilikdə, ASC-nin büdcədən aldığı vəsaitlərin məbləği 562 milyon 11,4 min manat təşkil edib. Bundan əlavə, supulu və digər yığımları 166 milyon 565 min manat təşkil edib.
2019-cu ildə isə ASC-yə büdcədən 293 milyon 595,1 min manat ayrılması nəzərdə tutulurdu. Bundan əlavə, ölkənin torpaq resurslarından səmərəli istifadəni təmin etmək, torpaqların eroziyaya uğramasının və meliorativ cəhətdən pisləşmənin qarşısını almaq, onların məhsuldarlığını artırmaq məqsədilə müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, əkin dövriyyəsinə cəlb ediləcək yeni torpaq sahələrində meliorativ tədbirlərin həyata keçirilməsi, torpağın münbitliyinin bərpası və artırılması istiqamətində tədbirlərin davam etdirilməsi, müasir tələblərə cavab verən suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi məqsədi ilə su ehtiyatları və irriqasiya sektoruna 2019-cu ildə dövlət əsaslı vəsait qoyuluşundan 399,6 milyon manatın da ayrılması nəzərdə tutulurdu. 2019-cu ildə dövlət əsaslı vəsait qoyuluşu hesabına su ehtiyatları və irriqasiya sektoru üzrə nəzərdə tutulmuş vəsaitin 2018-ci ilin müvafiq göstəricisindən 172,1 milyon manat (75,6 faiz) çox olması proqnozlaşdırılmışdı. Bunlarla yanaşı, il ərzində ehtiyat fondlarından da müxtəlif ərazilərdə subartezian quyularının qazılması üçün ASC-yə vəsaitlər ayrılıb.
Dövlət büdcəsi və Neft Fondundan ayırmalardan əlavə, ASC-yə xarici kreditlər hesabına da böyük vəsaitlər cəlb olunub. Rəsmi statistikaya əsasən, 2019-cu ilin 1 yanvarına ASC-nin bu kreditlər üzrə faktiki xarici borcu 417,1 milyon dollar, müqavilələr üzrə ümumilikdə borcu isə 637,9 dollar təşkil edib.
Meliorasiya və Su Təsərrüfatı ASC dövlətdən daim problemsiz dəstək alan qurumlardan biridir. Fəaliyyətinin bütün istiqamətləri üzrə bu quruma dəstək verilir. Hətta Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsinin icrasına dair rəyindən aydın olur ki, dövlət ASC-nin istifadə etdiyi elektrik enerjisinin də pulunu ödəyir. Belə ki, qeyd olunan ildə büdcədə “Əsas bölmələrə aid edilməyən xidmətlər üzrə kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər” üçün nəzərdə tutulmuş 18 milyon 720 min manat məbləğində vəsaitin 98,8 faizi – yəni 18 milyon 520 min manatı elektrik enerjisi haqqının ödənilməsi üçün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ödənilib.
Təəssüflər olsun ki, dövlətdən bu qədər həssas yanaşma olmasına rəğmən, ASC-nin fəaliyyətində şəffaflıqdan əsər-əlamət görünmür. Müxtəlif bölgələrdə icra olunan layihələr üzrə podratçı seçimləri qeyri-şəffaf şəraitdə həyata keçirilir. Əvəzində ASC rəhbəri Əhməd Əhmədzadənin oğlunun xaricdəki böyük biznes fəaliyyətinə dair məlumatlar yayılır. Düzdür, bu məlumatları da baş bankirin kürəkəninin özü açıqlamır, amma müxtəlif xarici ölkələrdə biznes qurmaq üçün onun külli miqdarda vəsaiti haradan əldə etməsi qaranlıq qaldığına görə cəmiyyətdə ciddi suallar doğurur.
Çox maraqlıdır ki, meliorasiya kimi çox problemli bir sahəyə ayrılan vəsaitlərin xeyli hissəsi ASC tərəfindən xərclənməyərək büdcəyə qaytarılır. Məsələn, Cəmiyyətin 2018-ci il üzrə maliyyə hesabatından aydın olur ki, 232 milyon 919 min manat vəsait xərclənməyərək büdcəyə geri qaytarılıb.
Ölkə prezidentinin qeyd etdiyi problem – mövcud kanalların köhnəlməsi üzündən suyun 40-50 faizinin itkiyə getdiyi bir şəraitdə ayrılan vəsaitlərin xərclənmədən geri qaytarılması nonses sayıla biləcək hadisədir. Əlbəttə, iddia oluna bilər ki, vəsaitlər layihələr üzrə ayrılır, onları təyinatından kənar xərcləmək mümkün deyil. Lakin əvvəla, həmin layihələrin smetasını, icra planını məhz Əhməd Əhmədzadənin rəhbəri olduğu qurum hazırlayır. İllər üzrə götürülən öhdəliklərin real və icrası mümkün olacaq həddə olmasına da bu qurum cavabdehdir. Necə deyərlər, bacaracağın işin qulpundan yapışmaq lazımdır. Digər tərəfdən, tutalım ki, möcüzə baş verib və layihələr üzrə vəsaitlərə qənaət olunub, bu halda həmin qənaətin kəskin ehtiyac duyulan ərazilərdə suvarma sistemləri və qurğularının yenilənməsinə sərf olunması barədə təşəbbüs qaldırmaq çoxmu mümkünsüz məsələdir?
Məlumdur ki, ölkə prezidentinin sərəncamı ilə ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında komissiya yaradılıb. Komissiya xarici mütəxəssisləri də cəlb etməklə tədbirlər hazırlamalıdır. Ümid edirik ki, mövcud su ehtiyatlarının ədalətli bölüşdürülməsi kimi yaxın gələcəkdə daha da aktuallaşacaq bir məsələ komissiyanın diqqətindən kənarda qalmayacaq.
AFN-in İqtisadiyyat şöbəsi








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru