Ukrayna bu müqavilə ilə tələyə salındı .....                     MKİ-nin Rusiya üzrə mütəxəssisi Alyaskadan sonra məxfi məlumatlara girişdən məhrum edilib .....                     Ukrayna Təhlükəsizlik Şurasının katibi və Prezident ofisinin rəhbəri ABŞ-yə səfər edəcək .....                     8 avqust razılaşmasından imtina .....                     “Muğam” müsabiqəsində qalmaqal: “Onlara yazığım gəlir!” .....                     Azərbaycanda bu şirkətin nizamnamə kapitalı 2 qat azaldı .....                     "Bütün universitetlər Qarabağa köçürülməlidir" .....                     Ermənistan ABŞ-a yeni səfir təyin edib .....                     FANTASTİK “ANALİZ QİYMƏTLƏRİ”, YERSİZ YOXLAMALAR... .....                     Ceyhun Məmmədovun “Gənclərin xaricdə təhsili əsgərlikdən yayınmaq üçündür” fikrinə .....                     Seyfəddin Hüseynlidən mərhum qardaşları ilə bağlı .....                     Həbsdəki jurnalistin yerini dəyişdilər .....                     "“Sədərək”də, hadisə baş verən ərazidə liman tikiləcəyi ilə bağlı fikirlər həqiqətəuyğun görünmür" .....                     “Oxuya bilməyənlərin bəxti onda gətirib ki, .....                     NƏ BAŞ VERİR: TƏBİB rəhbərliyi etimadı itirib? .....                     Dilarədən yayın son akkordları... .....                     Rusiyanı sevindirən dost həmləsi .....                     Əliyevin bəyanatı oxundu, Sərkisyan başını aşağı saldı .....                     “Əli Kərimlinin mövqeyi nə region reallıqlarını, nə də Azərbaycanın strateji maraqlarını əks etdirir” .....                     “Köhnə binaların sökülməsi evləri bahalaşdırır” .....                     "Seyidə Şəhla"nı “Hüseyniyyun”la nə bağlayır? .....                     Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu .....                     Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında TƏXRİBAT: Saxlanılanlar var .....                     Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı .....                     Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaq .....                     “Qarabağ” oyunu öncəsi bilet QALMAQALI .....                     “Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq” .....                     Nazirlikdən 1,6 milyonluq müəmmalı tender .....                     Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır? .....                     Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..." .....                     Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq .....                     Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib .....                     İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir .....                     Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi .....                     "Fədək Market"in kassirindən ƏDV dələduzluğu .....                     “Bu bazarı çoxdan sökmək lazım idi” .....                     “Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” .....                     Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır .....                     Məşhur vəkil avtoqəzaya düşüb .....                     RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu .....                 

Neftçalanın aqibəti Beyləqanı da gözləyir... - İDDİA
Tarix: 24-02-2020, 10:00 | Çap et
Neftçalanın aqibəti Beyləqanı da gözləyir...
Bildiyimiz kimi, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməlləri törədənlərə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilməkdədir.

Son iki-üç ayda Ağstafa, Yevlax, Neftçala rayonlarının rəhbər vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında, kompleks araşdırma tədbirləri aparılmışdır.

Neftçalada həyata keçirilən əməliyyat həm də onu göstərdi ki, təkcə rayon icra hakimiyyəti başçılarından deyil, həm də onların korrupsiya ortaqları olan orta ranqlı məmurlardan da məsuliyyət sorulur. Belə ki, rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə bərabər, onun müavinləri Vurğun Əkbərov, Gültəkin Sadıqova, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılmışlar. Hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ehtimal böyükdür ki, təqsirli şəxslərin dairəsinə yerli məşğulluq idarəsinin rəisi də cəlb oluna bilər. Çünki, istintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə də əsaslı şübhələr müəyyən edilmişdir.

Fəaliyyəti araşdırılması gərəkən qurumlardan biri də Beyləqan rayon Məşğulluq Mərkəzi, əməlləri vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vurma, dövlət orqanlarının fəaliyyətinə kölgə salma şübhəsi doğuran vəzifəli şəxslərdən biri isə həmin Mərkəzin rəisi İlham Quliyevdir.

Xatırladaq ki, İlham Quliyev Füzuli Ələkbərovun Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olduğu dövrdə Beyləqan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib. Həmin dönəmdə onun barəsində vətəndaşlardan yuxarı instansiyalara çoxsaylı şikayətlər göndərilib, KİV-də haqqında xeyli tənqidi yazılar dərc olunub. Səlim Müslümov nazir olandan sonra İlham Quliyevi işdən qovub. Bir ara Beyləqan bazarında müxtəlif çeşidlərin alveri ilə başını girləyən İlham Quliyev Səlim Müslümov nazir postundan gedəndən sonra sələfinin kadrlarını uzaqlaşdıraraq öz komandasını formalaşdıran yeni nazir Sahil Babayevə yaxınlaşmağı bacarıb. ƏSMM-də Daxili Nəzarət İdarəsinin müdiri vəzifəsinə gələn Heybət İmanovun vasitəsilə Beyləqan Məşğulluq Mərkəzinə direktor təyinatı alıb. Səlim Müslümovun dövründəki ab havanı yenidən dirçəldən mərkəz direktoru işsizlik adı altında yaxınlarının, dost tanışlarının adını işsizlər siyahısına yazdırıb. KİV-ə ayaq açan şikayətlərdə bildirilir ki, mərkəz direktoru işsiz statusu ilə təmin etdiyi şəxslərə verilən pulun ən azı 6 ayını əvvəlcədən alır. İlham Quliyevdə həmçinin onlarla kartın olduğu iddia olunur.

Bildiyimiz kimi, ölkə Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin təşkil olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində “DOST İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Yeni yaradılmış həmin “DOST İş Mərkəzi” MMC-yə heç bir peşə hazırlığı və ixtisas tələb olunmayan işçilər tələb olunur. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir. Prosedura görə “İşsizin DOST-u proqramı əsasında işə cəlb olunanlar məhz məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından müəyyən edilir. Məşğulluq mərkəzlərinin müvafiq göndərişi əsasında həmin şəxslərlə DOST İş Mərkəzində əmək müqaviləsi bağlanılır və elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Hər bir işçi üçün sifariş olunmuş əməkhaqqı kartını bank yalnız vətəndaşın özünə verir. Kartı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini təqdim edir, müvafiq sənədə imza atır”. İşə qəbul zamanı vətəndaşlarla əmək müqaviləsi bağlanır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir, işçinin sosial müdafiə hüquqları təmin edilir. “İşə qəbul edilmiş şəxslərin siyahısı müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin yerli qurumlarına (Mənzil Kommunal Təsərrüfatı Birlikləri, yaşıllaşdırma, tikinti-təmir idarələri və s.) təqdim edilir və bu qurumlar onları ictimai işlərə cəlb edir. Başqa işəgötürənlər də Məşğulluq Mərkəzinə boş iş yerləri haqda məlumat təqdim edirlər. Məşğulluq Mərkəzi tərəfindən işsiz və işaxtaran vətəndaşlara həmin boş iş yerlərinə göndəriş vərəqələri verilir.

Problem budur ki, İlham Quliyev vətəndaşların işsiz və işaxtaran kimi məşğulluq mərkəzində qeydiyyata durmaq qaydasına özünün lüzumsuz əlavələrini edib. Məsələn, şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar. Şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında elektron qaydada fərdi məşğulluq vərəqi tərtib edilir. Hoqqalardan biri odur ki, elektron ərizəni doldurmağı bacarmayan şəxslərə təmənnasız köməklik göstərilmir, onlara 30 manat ödəyib “ASAN imza” açdırmaq, İlham Quliyevin rayonun müxtəlif yerlərindəki inhisarında olan komputer mərkəzlərində bu işi 15 manata gördürmək təklif olunur. Prosedurun ən üzücü mərhələsi isə İlham Quliyevin sənədlərini qəbul etdiyi işsiz vətəndaşla fərdi söhbətidir. Direktor əlinin altında bir-bir çevirdiyi sənədlərə sanki inanmırmış kimi işaxtaran vətəndaşa artıq suallar verir. Məsələn, soruşur ki, barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varmı. DSMF-in arayışı ortada olduğu halda belə cavan adamlara (ələxüsusda gənc işaxtaran xanımlıara)sual edir ki, yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət alırlarmı, adlarına torpaq sahələri varmı. Əksinə, yaşlı adamları sorğu-suala tutur ki, onlar ali və orta ixtisas təhsil müəssisəsində oxuyurlarmı. Şəxsin torpaq sahəsinin olmadığını təsdiqləyən arayışı isə ƏMDK-nin yerli qurumundan almaq da xərc tələb edir.

İlham Quliyev təqdim olunmuş sənədləri və məlumatları zərrəbinlə gözdən keçirərək onlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar “aşkar etməyə” çalışır. İlham Quliyevin ümumiyyətlə, cəmiyyətin “axırıncı sort”, geridə qalmış zümrəsi hesab etdiyi, “yuxarıdan aşağı” baxdığı işsizlər sırasında ən çox çək-çevirə saldığı şəxslər isə qadın cinsinə mənsub işaxtaranlardır. Direktor söhbət əsnasında çörək qazanmaq xatirinə küçə süpürməyə, zibil daşımağa hazır olan bu qadınların əxlaqına da bələd olmaq istəyir. Halbuki, bu, onun kompetensiyasına aid olan məsələ deyildir.

Belə bir məsəl var: Dostunu göstər – sənin kim olduğunu deyim. Xatırladaq ki, “Realmediaaz.space” saytı keçən ilin may ayında 40 nəfərdən artıq vətəndaşların şikayətləri, göndərdikləri video və audio-materiallar və saytın əməkdaşlarının apardıqları araşdırmalar əsasında “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin rəhbəri Anar Hüseynov, MMC-nin – Beyləqandakı Aran Regional İdarəsinin rəisi Hikmət Ağayev və digər struktur vahidləri rəhbərləri barəsində tənqidi yazılar dərc edəndə də Beyləqan rayon Məşğulluq Mərkəzinin müdiri İlham Quliyev də yaxın dostu, adı vaxtilə FETÖ-nün Azərbaycandakı şəbəkəsi ilə işbirliyində hallanan Anar Hüseynova dəstək vermək üçün başını başlara qoşmuşdu. Bildirilirdi ki, Məşğulluq müdiri “parçala və hökm sür” prinsipi ilə şikayətçiləri bir-bir çağıraraq onları öz kabinetindən qurduğu telefon əlaqəsi ilə Anar Hüseynovla danışdırırmış. Həm İlham Quliev, həm də Anar Hüseynov hərəsi öz növbəsində həmin şəxslərə vəd verirmişlər ki, bu məsələdən geri çəkilsinlər, əvəzində özlərini və ailə üzvlərini işlə təmin edəcəklər. Bir sözlə, “parçala və hökm sür” siyasəti yürüdüblər.

P.S. Məlumat üçün qeyd edək ki, keçən ilin yanvar ayında Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru Musa Feyzullayev intihar edib, Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Mehdi Abasov və Mərkəzin baş məsləhətçisi Hafis Allahyarov isə korrupsiya ittihamı ilə həbs olunublar. Görünən odur ki, İlham Quliyev də yolun sonuna gəlib. Adlarını çəkdiyimiz həmkarlarının aqibətini bölüşməsini arzulamırıq. Elə üzüsulu vəzifəsini tərk etsə yaxşı olar. Beyləqan bazarı ona qucaq açmağa hazırdır.

Qarşı tərəfin də söz haqqı var.
RealMediaaz.space










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna bu müqavilə ilə tələyə salındı - Pristayko
Bu gün, 07:53
MKİ-nin Rusiya üzrə mütəxəssisi Alyaskadan sonra məxfi məlumatlara girişdən məhrum edilib - KİV
Bu gün, 07:50
Ukrayna Təhlükəsizlik Şurasının katibi və Prezident ofisinin rəhbəri ABŞ-yə səfər edəcək - "Bloomberg"
Dünən, 18:01
8 avqust razılaşmasından imtina Ermənistana yaxşı heç nə vəd etmir
Dünən, 17:17
“Muğam” müsabiqəsində qalmaqal: “Onlara yazığım gəlir!” – Nə baş verir?
Dünən, 17:13
Azərbaycanda bu şirkətin nizamnamə kapitalı 2 qat azaldı
Dünən, 17:09
"Bütün universitetlər Qarabağa köçürülməlidir" - İLGİNC ÇAĞIRIŞ
Dünən, 16:57
Ermənistan ABŞ-a yeni səfir təyin edib
Dünən, 16:52
FANTASTİK “ANALİZ QİYMƏTLƏRİ”, YERSİZ YOXLAMALAR... – Özbəklər AQTA-dan nə öyrənəcək?
Dünən, 16:46
Ceyhun Məmmədovun “Gənclərin xaricdə təhsili əsgərlikdən yayınmaq üçündür” fikrinə Razi Nurullayevdən CAVAB
Dünən, 16:38
Seyfəddin Hüseynlidən mərhum qardaşları ilə bağlı yayılan xəbərə REAKSİYA
Dünən, 16:35
Həbsdəki jurnalistin yerini dəyişdilər - "Oğlumun taleyindən narahatam"
Dünən, 16:30
"“Sədərək”də, hadisə baş verən ərazidə liman tikiləcəyi ilə bağlı fikirlər həqiqətəuyğun görünmür" - deputat
Dünən, 16:27
“Oxuya bilməyənlərin bəxti onda gətirib ki, dinləyicilərin 80-90 faizinin musiqi duyumu yoxdur”
Dünən, 16:21
NƏ BAŞ VERİR: TƏBİB rəhbərliyi etimadı itirib? - Bir gündə 6 tender ləğv olundu
Dünən, 16:18
Dilarədən yayın son akkordları... - Fotosessiya
Dünən, 16:13
Rusiyanı sevindirən dost həmləsi – İkinci “cəbhə” açıldı
Dünən, 16:05
Əliyevin bəyanatı oxundu, Sərkisyan başını aşağı saldı - KİV
Dünən, 15:54
“Əli Kərimlinin mövqeyi nə region reallıqlarını, nə də Azərbaycanın strateji maraqlarını əks etdirir” - deputat
Dünən, 15:41
“Köhnə binaların sökülməsi evləri bahalaşdırır” - AÇIQLAMA
Dünən, 15:38
"Seyidə Şəhla"nı “Hüseyniyyun”la nə bağlayır? - ŞOK FAKT
Dünən, 15:29
Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu - DETALLAR
Dünən, 15:23
Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında TƏXRİBAT: Saxlanılanlar var - FOTOLAR
Dünən, 15:16
Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı - DETALLAR
Dünən, 15:12
Ermənistan müxalifətində parçalanma: 2026-cı il seçkiləri taleyüklü olacaq - Görünəni odur ki...
Dünən, 15:10
“Qarabağ” oyunu öncəsi bilet QALMAQALI - Minlərlə azarkeşi biletsiz qoyan dələduzlar İŞ BAŞINDA
Dünən, 15:07
“Dəhlizdən yalnız Azərbaycan və Türkiyə qazanacaq” - İran saytı
Dünən, 14:48
Nazirlikdən 1,6 milyonluq müəmmalı tender - BU NƏDİ BELƏ?
Dünən, 14:42
Sülh müqaviləsi imzalanmaya bilər: Paşinyan Bakı ilə sazişdən yayınır? - NƏ BAŞ VERİR?
Dünən, 14:37
Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..." - TƏFƏRRÜAT
Dünən, 14:31
Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - SİYAHI
Dünən, 14:17
Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib - "İnterfaks"
Dünən, 14:13
İşğaldan azad olunmuş ərazilərdə 50 mindən çox insan məskunlaşdırılıb və bu proses davam edir - MƏQALƏ
Dünən, 13:49
Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:35
"Fədək Market"in kassirindən ƏDV dələduzluğu - Məhkum edildi
Dünən, 13:34
“Bu bazarı çoxdan sökmək lazım idi” – Vahid Əhmədov FHN-i ittiham etdi
Dünən, 13:31
“Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir” - Açıqlama
Dünən, 13:23
Azərbaycanla ABŞ arasında Vaşinqtonda imzalanan sənəd əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır - Səfirlik
Dünən, 13:18
Məşhur vəkil avtoqəzaya düşüb - qəza nəticəsində...
Dünən, 13:03
RabitəBank keşbekləri “qayçı”ladı: faizlər endirildi, limitlər qoyuldu - TƏFƏRRÜAT
Dünən, 13:01
Bakı ilə razılaşdılar: - Zəngəzur dəhlizinə onlar da qoşulurlar
Dünən, 13:00
Azərbaycanda ilk: DTX müsadirə etdi, taleyi necə olacaq? - GƏLİŞMƏ
Dünən, 12:58
Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib - İsrafil Kərimovun yazısı...
Dünən, 12:48
Qarabağ qazisindən nazir Anar Əliyevə MÜRACİƏT - "Bizi dövlətdən soyutmayın..."
Dünən, 12:46
“Daşnaksütyun” Köçəryanla yollarını ayırdı - “İravunk”
Dünən, 12:30
Dövlət qurumunun 390 minlik tenderinin - LƏĞV SƏBƏBİ AÇIQLANDI
Dünən, 12:27
Xocəsəndə qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Dünən, 12:24
Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalana bilər - AKTUAL
Dünən, 12:17
39 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:16
Kəmaləddin Heydərov polkovnikə yeni vəzifə verdi - ƏMR
Dünən, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru