“Pensiyam artmaq əvəzinə azalır... ” - Birinci qrup əlil NARAZILIQ EDİR
Tarix: 19-12-2019, 11:57 | Çap et
 “164 manat əlliliyə görə təqaüd alıram, 100 manat da prezident təqaüdü. Əvvəlcə təqaqüdümdən səbəbsiz 14 manatı kəsdilər, daha sonra 100 manat tutulmağa başladı. Əlil adamam, o pulla dolanıram. İynəm, dərmanım var, onları almalıyam”.
Bu sözləri Teleqraf.com-a Bakının Binəqədi rayonunu ərazisində yaşayan birinci qrup əlil Rövşən Cavadov deyib.
Qeyd edək ki, Rövşən Cavadov insult keçirib, bir ayağı iflicdir. Deyir ki, 3 aydır təqaüdündən məbləğ tutulur.
Müvafiq orqanlara şikayət edib, amma əsaslı cavab ala bilməyib.
Şikayətçinin sözlərinə görə, əhatəsində olan bütün təqaüdçülərin təqaüdü artırılsa da, o bu artımdan yararlana bilməyib: “Mənim təqaüdümdə artım olmadı. Bunu bildirdikdə dedilər ki, əlilliklə təqaüdə çıxmışam, artım iş təcrübəsi olanlara düşür. 11 il iş təcrübəmin olmasına baxmayaraq sistemdə 10 il 6 ay olaraq qeyd ediblər”.
Rövşən Cavadov bildirir ki, həyat yoldaşı ona baxdığı üçün ona da 50 manat prezident təqaüdü verilir. Lakin 5 aydır bu pulu da kəsiblər: “Şikayət edirik, deyirlər ki, aylıq təqaüdü birdəfəlik almışıq. Bəs hardadı 250 manat”?
Məsələ ilə bağlı Binəqədi Rayon Sosial Müdafiə fondu ilə əlaqə saxladıq. Fonddan bildirildi ki, Rövşən Cavadova 3 ay əlavə təqaüd yüklənib, fakt aşkarlandıqdan sonra 3 ay təqaüdündən 100 manat kəsilib: “Vətəndaşa 21.06.2019 tarxində I qrup əlillik dərəcəsi verilib. Daha sonra 1 aprel tarixindən ona prezident təqaüdü təyin edilməsi üçün bizə müraciət edib. Təqaüd kəsildi, lakin sonradan 21 İyun tarixinə kimi əlil olmadığı aşkarlandığı üçün bu vəsait təqaüdündən tutuldu”.
Eyni zamanda, bildirildi ki, şikayətçi dekabr ayının təqaüdünü tam şəkildə, yəni 250 manat olaraq alacaq. Təqaüdündən 14 manatın hansı səbəblə kəsildiyi barədə isə heç bir izah verilmədi. Rövşən Cavadovun əlillik təqaüdünün 150 manat olduğunu iddia etdilər.
Şikayətçi isə fondun cavabını təkzib edərək, prezident təqaüdü üçün özünün müraciət etmədiyini deyir: “Mənə 21 iyun 2019-cu il tarixində əlillik və prezident təqaüdü yazılıb. Yoldaşım avqust ayında 2 aylıq təqaüdü almaq üçün getdiyində, 400 manat yüklənmişdi. Növbəti aylardan da 100 manat tutulmağa başladı”.
Problemlə əlaqədar Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurum məsələni araşdıracağını bildirərək, heç bir açıqlama vermədi.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Bu gün, 17:37 |
|
|
|
| • Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Bu gün, 17:26 |
|
|
|
| • GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Bu gün, 17:12 |
|
|
|
| • Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Bu gün, 17:10 |
|
|
|
| • PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Bu gün, 17:08 |
|
|
|
| • Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Bu gün, 17:05 |
|
|
|
| • Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Bu gün, 17:04 |
|
|
|
| • Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Bu gün, 17:00 |
|
|
|
| • “Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 16:57 |
|
|
|
| • Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Bu gün, 16:52 |
|
|
|
| • “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Bu gün, 16:47 |
|
|
|
| • "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Bu gün, 16:46 |
|
|
|
| • Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Bu gün, 16:32 |
|
|
|
| • "Abşeron Tekstil"in külli miqdarda borcu var
Bu gün, 16:30 |
|
|
|
| • "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Bu gün, 16:22 |
|
|
|
| • MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Bu gün, 16:19 |
|
|
|
| • Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Bu gün, 16:18 |
|
|
|
| • ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Bu gün, 16:15 |
|
|
|
| • “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:12 |
|
|
|
| • 200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Bu gün, 16:07 |
|
|
|
| • Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Bu gün, 16:00 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Bu gün, 15:57 |
|
|
|
| • ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Bu gün, 15:54 |
|
|
|
| • FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
| • Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41 |
|
|
|
| • “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37 |
|
|
|
| • Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33 |
|
|
|
| • "Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31 |
|
|
|
| • “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15 |
|
|
|
| • Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10 |
|
|
|
| • "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03 |
|
|
|
| • Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01 |
|
|
|
| • Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55 |
|
|
|
| • TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52 |
|
|
|
| • AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49 |
|
|
|
| • Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43 |
|
|
|
| • Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39 |
|
|
|
| • Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37 |
|
|
|
| • Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22 |
|
|
|
| • Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18 |
|
|
|
| • Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15 |
|
|
|
| • İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09 |
|
|
|
| • Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04 |
|
|
|
| • Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59 |
|
|
|
| • "Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53 |
|
|
|
| • “AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51 |
|
|
|
| • Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47 |
|
|
|
| • İdxala son: Yerli istehsalçıların dövranı başlayır? - ARAŞDIRMA
Bu gün, 13:33 |
|
|
|
| • Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir - İLGİNC İDDİALAR...
Bu gün, 13:29 |
|
|
|
| • Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
Bu gün, 13:24 |
|
|
|
|