Gəncə təhsilində nə baş verir? - İTTİHAM
Tarix: 20-11-2019, 15:51 | Çap et
 Xatırladaq ki, aktualxeber.az saytında Gəncənin təhsil sistemində baş verən özbaşınalıq və qanunsuzluqlar bağlı bir neçə yazımız dərc olunub. Redaksiyamıza yeni daxil olan məlumatlarda Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynov və onun yaxın ətrafının açıqdan-açığa dövlətə qarşı olan fəaliyyətindən və sənəd saxtakarlığından bəhs olunur. Qeyd edək ki, Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun adı ölkənin ikinci böyük şəhərində saxta attestat qalmaqalından tutmuş, direktorlardan kütləvi şəkildə pul yığılmasına qədər müxtəlif məsələlərdə hallanıb. Bu yazımızda isə tək korrupsiya və rüşvətxorluq deyil, həm də siyasi xəyanət sayıla biləcək bir məqama toxunacağıq. Təxminən üç il öncə Facebook sosial şəbəkəsində “azeurotimes.wordpress.com” adı altında dövlətimizin yüksək vəzifəli şəxsləri haqda böhtan dolu material paylaşılmışdı. Bu şər və böhtanı yayanlar təxribat yaratmağa cəhd etsələr də hüquq-mühafizə orqanları daha çevik hərəkətə keçərək onları saxlamışdılar. Nəticədə şantaj və böhtan dolu materialları sosial şəbəkədə yayanların çirkin niyyətlərinin qarşısı alınmışdı.
Məlumat belə idi: “Sosial şəbəkədə təxribatla məşğul olan qrupun rəhbəri Qafar Nəcəfov adlı şəxs olduğu üzə çıxıb. Araşdırmalar zamanı məlum oldu ki, Q.Nəcəfov Gəncənin 26 saylı orta məktəbinin direktoru Valeh Rüstəmovun yaxın qohumu, daha doğrusu kürəkənidir. V.Rüstəmov isə Gəncə təhsilinə rəhbərlik edən Zakir Hüseynovun qaynı olmaqla yanaşı, həm də Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin Qərb bölgəsi üzrə nümayəndəliyinin rəhbəri Ceyhun Mirzənin yaxın dostudur. Valeh Rüstəmovun qızı, təxribatçı Qafar Nəcəfovun həyat yoldaşı Elnarə hazırda Gəncə şəhər Təhsil İdarəsində mühasibatlıqda 9, 11 nömrəli məktəblərin mühasibi kimi çalışır. Valeh Rüstəmovun digər qızı Qurbanova Luiza Valeh qızı isə Gəncə şəhəri 34 saylı tam orta məktəbdə ingilis dili müəlliməsi kimi çalışır.”
Sonuncu fakt, V.Rüstəmovun ingilis dili müəllimi işləyən qızı ilə bağlı da ilginc iddialar var. Belə ki, bildirir ki, L.Qurbanovanın orta məktəbdə müəllim kimi çalışması qeyri-qanunidir: “Qurbanova Luiza güya Özbəkistan Respublikasında hüquq sahəsində ali təhsili alıb, amma ona diplomunun Azərbaycan Respublikası ərazisində keçərli olmasını təstiqləyən şəhadətnamə verilmədiyindən keçərli sayılmır. Lakin L.Qurbanova bu qaydaların heç birinə əməl etmədən fəaliyyət göstərir. Bəs necə olub ki, Luiza xanım 34 saylı tam orta məktəbdə ingilis dili müəllimi işləyir? Xatırladaq ki, onun atası Valeh müəllim 1998-ci ildə həmin məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda Valeh Rüstəmov Gəncə şəhəri 26 saylı məktəb-lisey kompleksinin direktorudur. V.Rüstəmov Gəncə içtimayətinə və təhsil işçilərinə dövlət büdcəsini qeyri-qanuni yollarla talamaqla və küllü miqdarda maliyyə pozuntusunna yol verməsi ilə kifayət qədər tanınmış bir şəxsdir. Valeh Rüstəmov 34 saylı məktəbin direktoru olduğu vaxt o zaman Gəncə şəhərində kifayət qədər nüfuza malik olan və saxta diplomlar paylayan Azərbaycan Müəllimlər İstitutunun Gəncə filialının direktoru Ramiz Məmmədovun köməkliyi ilə qızına saxta diplom alıb. Bununla da 34 saylı tam orta məktəbə Rüstəmov Valehin 2001-ci ildə verdiyi məktəb daxili əmrlə Qurbanova Luiza Valeh qızı saxta diplomla ingilis dili müəllimi vəzifəsinə təyin edilib”. Hal-hazırda 34 saylı tam orta məktəbin direktoru olan Yuris Xəlilov isə bu vəziyyətin qarşısında aciz qalaraq, hətta Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının neqativ hallarının araşdırılması zamanı, saxta diplomlarla orta məktəblərdə çalışan müəllimlərin müəyyənləşdirilməsi və işdən azad olunduqları tədqirdə Y.Xəlilov L. Qurbanovanın saxta olan sənədlərini Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun göstərişi ilə üzə çıxarmayıb. Çünki onu saxta diplomla işə qəbul edən V.Rüstəmov Zakir Hüseynovun doğmaca qayınıdır.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq. aktualxeber.az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00 |
|
|
|
| • Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56 |
|
|
|
| • “Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42 |
|
|
|
| • “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37 |
|
|
|
| • Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26 |
|
|
|
| • GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12 |
|
|
|
| • Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10 |
|
|
|
| • PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08 |
|
|
|
| • Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05 |
|
|
|
| • Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04 |
|
|
|
| • Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00 |
|
|
|
| • “Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57 |
|
|
|
| • Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Dünən, 16:52 |
|
|
|
| • “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
| • "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Dünən, 16:46 |
|
|
|
| • Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Dünən, 16:32 |
|
|
|
| • "Abşeron Tekstil"in külli miqdarda borcu var
Dünən, 16:30 |
|
|
|
| • "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Dünən, 16:22 |
|
|
|
| • MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Dünən, 16:19 |
|
|
|
| • Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Dünən, 16:18 |
|
|
|
| • ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Dünən, 16:15 |
|
|
|
| • “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:12 |
|
|
|
| • 200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Dünən, 16:07 |
|
|
|
| • Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Dünən, 16:00 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Dünən, 15:57 |
|
|
|
| • ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dünən, 15:54 |
|
|
|
| • FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
| • Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Dünən, 15:41 |
|
|
|
| • “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Dünən, 15:37 |
|
|
|
| • Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Dünən, 15:33 |
|
|
|
| • "Gazelli Group" yenidən təşkil olunur
Dünən, 15:31 |
|
|
|
| • “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Dünən, 15:15 |
|
|
|
| • Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Dünən, 15:10 |
|
|
|
| • "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 15:03 |
|
|
|
| • Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Dünən, 15:01 |
|
|
|
| • Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Dünən, 14:55 |
|
|
|
| • TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 14:52 |
|
|
|
| • AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Dünən, 14:49 |
|
|
|
| • Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Dünən, 14:43 |
|
|
|
| • Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Dünən, 14:39 |
|
|
|
| • Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Dünən, 14:37 |
|
|
|
| • Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Dünən, 14:22 |
|
|
|
| • Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Dünən, 14:18 |
|
|
|
| • Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Dünən, 14:15 |
|
|
|
| • İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Dünən, 14:09 |
|
|
|
| • Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Dünən, 14:04 |
|
|
|
| • Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Dünən, 13:59 |
|
|
|
| • "Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Dünən, 13:53 |
|
|
|
| • “AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Dünən, 13:51 |
|
|
|
| • Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Dünən, 13:47 |
|
|
|
|