“Sənin oğlun könüllü döyüşüb, ona müavinət düşmür” - Nazirlikdən şəhid ailəsinə utancverici cavab...
Tarix: 24-09-2019, 16:44 | Çap et
 Qarabağ müharibəsində həlak olan oğluna görə birdəfəlik müavinət ala bilməyən daha bir ana şikayətlə müraciət edib.
Zərniyar Kərimova deyir ki, oğlu 1992-ci ildə Qarabağ müharibəsində həlak olub. Amma oğlunun əsgərliyə könüllü getməsini səbəb göstərərək, ona birdəfəlik müavinət vermirlər.
Zərniyar Kərimova Kürdəmirin Şahsevən kəndindəndir. Daha öncə isə Meydan TV-yə eyni şikayətlə Kürdəmirin Qaraqocalı kəndindən olan Gülnar Zamanova müraciət etmişdi. O da oğlu Sehran Qəniyevin 15 yaşında könüllü Qarabağ müharibəsinə qatıldığını, 1992-ci ildə Ağdərənin Çaylı kəndində həlak olduğunu söyləmişdi. Ana prezidentin sərəncamı ilə şəhid ailələrinə birdəfəlik ödənən 11 min manatlıq smüavinəti ala bilməyib. Müraciət edib, “sənin oğlun könüllü döyüşüb, ona müavinət düşmür” – cavabını alıb.
Zərniyar Kərimovaya da fərqli cavab verilməyib. Oğlu Qarabağda könüllü döyüşdüyü üçün onlara birdəfəlik müavinətin düşmədiyini söyləyiblər. Ana deyir ki, əslində söhbət təkcə maddiyyatda deyil, ona təsir edən, hörmətsizlik, saymazlıq, ayrı-seçkilikdir:
“Mənim övladım övlad deyil? Mənim şəhidim şəhid deyil? İnanın, içim yanır, illər keçib, mənim yaram ilk günkü kimi təzədir. Sevimli övladım olub. Arada şəkil albomlarına baxıram. Elə imkanlı ailə olmamışıq. Başımız gündəlik məişət işlərinə qarışıb. Uşaqların çox şəkli yoxdur. Ancaq Teymurumun şəkilləri var. Elə bil ürəyimə dammışdı tez ayrılacağımız. Onunla çox şəkil çəkdirmişik”.
Zərniyar Kərimova indi o şəkillərə baxıb, təsəlli tapır. Deyir, oğlu çox vətənpərvər olub, Qarabağa könüllü gedəndə 18 yaşı yenicə tamam olubmuş:
“Çağırışı gözləmədi, könüllü getdi. Gedəndən bir müddət sonra da meyitini gətirdilər. İndi hamıya, məcburi əsgərliyə aparılanların ailələrinə 11 minlik müavinət verdilər. Bizə isə dedilər ki, sizin oğlunuz könüllü getdiyi üçün ona düşmür. Keçən dəfə gördüm, sizdə belə bir material getmişdi. Hamı onlara güldü, etdiklərini lağa qoydu, millət ağzına gələni yazmışdı. Ürəyimdən tikan çıxdı. İstədim bilsinlər ki, belə hal bir deyil, çoxdu”.
Zərniyar Kərimova ədalətsizlikdən gileylənir. Deyir, bu adam Qarabağda döyüşüb, orda həlak olub, evində ölməyib. Nə dəxli var, könüllü gedib, yoxsa çağırıblar. Prezidentin sərəncamında “könüllü gedənə müavinət düşmür” yazılmayıb:
“Yəqin istəyirlər ki, əvvəlcə onları tərifləyək, sonra müavinəti alaq. Ancaq mən haqqım olanı almaq üçün yaltaqlanmaq niyyətində deyiləm. Haqqımdır, istəyirlər versinlər, istəyirlər verməsinlər. Buna görə heç kimi tərifləmək fikrində deyiləm”.
Ana deyir ki, bir müddət öndə sosial şəbəkə vasitəsilə başına gələnləri danışıb. Hökuməti tənqid edib. Düşünür ki, bəlkə də oğluna, ailəsinə qarşı bu yad münasibət ona görədir:
“Ancaq mən olanı dedim, yenə olanı deyirəm. Şəhidlər arasında ayrı-seçkilik etməzlər. Elə onda da çıxışımda dedim ki, bu ölkədə şəhidi ayırırlar, bir sərəncam verilibsə, axıracan üstündə durulsun, hamıya bir gözlə baxılsın. Bütün şəhidlərə hörmət edilsin. Bu, görünür, onlara xoş gəlmədi”.
Ana deyir ki, bundan sonra evlərinə ARB telekanalının əməkdaşları gəlib:
“Gözləyirdilər ki, bu dəfə tərifləyəcəyik, onlar da pulumuzu verəcəklər. Mən yenə tərif demədim. Dedim, övladımın haqqı olan vəsaitin verilməsinə görə heç kimə təşəkkür etməyəcəyəm. Görünür, bu da onların xoşuna gəlmədi. Verməsinlər, eybi yox, ancaq hamı da bu haqsızlığı bilsin. Bilsinlər ki, bu ölkə, vətən uğrunda canından keçənə, könüllü döyüşənə qiymət verilmir”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22 |
|
|
|
| • Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12 |
|
|
|
| • Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03 |
|
|
|
| • "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00 |
|
|
|
| • “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56 |
|
|
|
| • Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53 |
|
|
|
| • Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49 |
|
|
|
| • Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40 |
|
|
|
| • DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37 |
|
|
|
| • “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35 |
|
|
|
| • Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32 |
|
|
|
| • “Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26 |
|
|
|
| • Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23 |
|
|
|
| • ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01 |
|
|
|
| • Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59 |
|
|
|
| • Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56 |
|
|
|
| • MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54 |
|
|
|
| • Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30 |
|
|
|
| • Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27 |
|
|
|
| • İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07 |
|
|
|
| • Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52 |
|
|
|
| • Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50 |
|
|
|
| • Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31 |
|
|
|
| • Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29 |
|
|
|
| • Litva Rusiyaya nota verdi
Dünən, 15:24 |
|
|
|
| • "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18 |
|
|
|
| • "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15 |
|
|
|
| • Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13 |
|
|
|
| • Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20 |
|
|
|
| • Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14 |
|
|
|
| • “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Dünən, 12:55 |
|
|
|
| • Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Dünən, 12:44 |
|
|
|
| • "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 12:36 |
|
|
|
| • Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Dünən, 12:27 |
|
|
|
| • “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Dünən, 12:20 |
|
|
|
| • Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Dünən, 12:16 |
|
|
|
| • Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Dünən, 12:14 |
|
|
|
| • Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Dünən, 12:09 |
|
|
|
| • Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Dünən, 12:06 |
|
|
|
| • Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Dünən, 11:52 |
|
|
|
| • Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Dünən, 11:48 |
|
|
|
| • “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Dünən, 11:43 |
|
|
|
| • Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Dünən, 11:39 |
|
|
|
| • İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Dünən, 11:26 |
|
|
|
| • "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:04 |
|
|
|
| • Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Dünən, 11:02 |
|
|
|
| • “Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Dünən, 10:57 |
|
|
|
| • "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47 |
|
|
|
| • "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Dünən, 10:45 |
|
|
|
|