"Bu bank nəinki faizləri silir, hələ özündən yeni faizlər fikirləşir…” - Daha bir GİLEY
Tarix: 24-05-2019, 12:13 | Çap et
 Azərbaycanda son zamanlar ən çox şikayət olunan banklardan biri də "Unibank”dır. İndiyədək mətbuatda ayrı-ayrı müştərilərin bu bankla bağlı müxtəlif səpkili şikayətlərinə tez-tez rast gəlinirdi. Bankı daha çox özbaşınalıqda, müştərilərə qarşı hörmətsiz, kobud davranmaqda ittiham edirdilər. Ölkə başçısının dollar kreditlərinə görə kompensasiya verilməsini nəzərdə tutan sərəncamından sonra isə şikayətlər qat-qat çoxalmağa başladı.
"Unibank”ın kompensasiyaların ödənilməsi prosesindəki fəaliyyətindən narazılıq edən müştərilərin dediklərinə inansaq, belə nəticə çıxır ki, bank hətta ölkə başçısının sərəncamını da məhz özü istədiyi, özünə sərf edən formada həyata keçirir.
Əslində, sözügedən sərəncamda və Maliyyə Bazarlarına Nəzarət Palatasının hesablamalarında, eləcə də rəsmi Fimsa.az saytında vətəndaşlara hesablanan kompensasiya, güzəşt məbləği və qalıq borca aid hər şey açıq-aydın göstərilsə də, bankın müştəriləri bildirirlər ki, "Unibank”da onlara başqa rəqəmlər təqdim olunur, faizlər hesablanır və sair. Nəticədə, vətəndaşlar iddia edirlər ki, sərəncamın tələbindən irəli gələn məbləği yox, bankın özbaşına təyin etdiyi məbləği ala bilirlər, bəzi hallarda isə əksinə, hələ borclu da qalırlar.
diaaz.space xəbər verir ki, "AzPolitika.info”ya müraciət edən "Unibank”ın müştərisi Yusifov Rasim Firudin oğlu bildirir ki, Prezidentin sərəncamından sonra ona 1181 manat kompensasiya hesablandığı halda, "Unibank” ona həmin məbləği ödəmək əvəzinə 913 manat borc "hesablayıb”.
Ancaq R.Yusifovun redaksiyamıza göndərdiyi Fimsa.az saytındakı çıxarışdan (yazının altında şəkilləri verilib-red.) belə görünür ki, bu şəxsin borcu barədə heç bir qeyd yoxdur və "vətəndaşa çatan hissə” qrafasında 1183 manat göstərilib: "Cənab Prezidentin problemli kreditlərlə bagli sərəncamından sonra mənə 1181 manat kompensasiya hesablanmışdı. Mən cox qözlədim ki, mənə mesaj gələcək, amma bu baş vermədi. Nəhayət, özum müraciət etdim və şok yaşadim. Mənə bildirildi ki, mənim "Unibank”a 913 manat borcum var. Fimsa.az saytindakı məlumatdan açıq görünür ki, vətandaşa catan hissə 1181 manatdır. Borca və restrukturizasiyaya yönəldilən hissə isə 0-dır... "Unibank” nəinki faiz silir, hələ özundən mifik faizlər fikirləsir”.
Qeyd edək ki, redaksiyamıza digər buna oxşar şikayətlər də daxil olmaqdadır və onlar əsasən "Unibank”la bağlıdır. Bunu R.Yusifov da öz şikayətində qeyd edir: "Belə vəziyyətlə üzləşən təkcə mən deyilem və bu hala ancaq "Unibank”ASC-də rast gəlinir.”
Mətbuatda "Unibank”ın kompensasiyaların ödənilməsi prosesində özbaşınalıqlara yol verməsi, vətəndaşlara mücərrəd faizlər hesablanması barədə şikayətlər az deyil və belə şikayətçilər arasında hətta jurnalistlərə də rast gəlmək olar.
Onu da qeyd edək ki, sözügedən bankı öz maliyyə göstəricilərinə görə də nümunəvi, yaxud öncül banklardan biri saymaq çətindir. Təkcə onu xatırlatmaq kifayətdir ki, "Unibank” kifayət qədər riskli banklardan biri sayılır. Belə ki, bankların dayanıqlığını əks etdirən ən əsas göstərici – kapitalın adekvatlığı əmsalına görə, "Unibank” ölkədəki 30 bank sırasında son yerləri tutan 4 bankdan biridir. Bankın kapital adekvatlığı əmsalı Mərkəzi Bankın tətbiq etdiyi ən minimum göstəriciyə güclə çatır və ötən ilin yekunlarına görə, cəmi 10.9 faiz təşkil edir.
Xatırladaq ki, "Unibank”ın əsas səhmdarlarından biri və Müşahidə Şurasının sədri Eldar Qəribovdur. Mətbuatda onun hətta ötən ilin əvvəllərində Malta vətəndaşlığı aldığına dair təkzib edilməyən məlumatlar dərc edilib.
Qeyd edək ki, vətəndaşların şikayətlərilə bağlı "Unibank”ın mərkəzi ofisi ilə əlaqə saxlasaq da, operator sulllarımızı cavablandıracaq bir şəxs tapıb bizi əlaqələndirə bilmədi. Bununla belə bankın mövqeyini də dinləməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Bu gün, 08:17 |
|
|
|
| • ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Bu gün, 08:14 |
|
|
|
| • Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Bu gün, 08:11 |
|
|
|
| • SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Bu gün, 08:07 |
|
|
|
| • Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Bu gün, 07:20 |
|
|
|
| • BDU tələbələri niyə etiraz edir? - İDDİA
Bu gün, 07:16 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 06:02 |
|
|
|
| • İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Bu gün, 05:57 |
|
|
|
| • AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Bu gün, 05:55 |
|
|
|
| • "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Bu gün, 03:55 |
|
|
|
| • "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Bu gün, 03:44 |
|
|
|
| • ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Bu gün, 03:36 |
|
|
|
| • Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Bu gün, 03:30 |
|
|
|
| • Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Bu gün, 03:24 |
|
|
|
| • İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Bu gün, 03:17 |
|
|
|
| • "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Bu gün, 03:04 |
|
|
|
| • Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Bu gün, 02:58 |
|
|
|
| • Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Bu gün, 02:56 |
|
|
|
| • Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 02:53 |
|
|
|
| • Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Bu gün, 02:52 |
|
|
|
| • "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Bu gün, 02:48 |
|
|
|
| • Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Bu gün, 02:46 |
|
|
|
| • “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 02:43 |
|
|
|
| • Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Bu gün, 02:39 |
|
|
|
| • "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Bu gün, 02:31 |
|
|
|
| • "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Bu gün, 02:26 |
|
|
|
| • İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Bu gün, 02:22 |
|
|
|
| • Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Dünən, 17:46 |
|
|
|
| • Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Dünən, 17:43 |
|
|
|
| • “Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Dünən, 17:39 |
|
|
|
| • SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:34 |
|
|
|
| • Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Dünən, 17:31 |
|
|
|
| • Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Dünən, 17:29 |
|
|
|
| • “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Dünən, 17:25 |
|
|
|
| • Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Dünən, 17:22 |
|
|
|
| • Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Dünən, 17:19 |
|
|
|
| • Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Dünən, 17:15 |
|
|
|
| • 800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Dünən, 17:12 |
|
|
|
| • Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:05 |
|
|
|
| • Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Dünən, 16:53 |
|
|
|
| • Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:50 |
|
|
|
| • Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Dünən, 16:45 |
|
|
|
| • “Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Dünən, 16:42 |
|
|
|
| • Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Dünən, 16:38 |
|
|
|
| • “Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Dünən, 16:33 |
|
|
|
| • Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Dünən, 16:30 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Dünən, 16:28 |
|
|
|
| • İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Dünən, 16:22 |
|
|
|
| • Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Dünən, 16:21 |
|
|
|
| • Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:19 |
|
|
|
|