“907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                     Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR .....                     “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” .....                     Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... .....                     "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" .....                     "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al" .....                     İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək .....                     Toylarda spirtli içkilər qadağan olunacaq? .....                     Ermənilər artıq barbarlıq edirlər .....                     “Sürücü tüstülənən avtobusu güclə saxladı” .....                     SOCAR-da yeni təyinat .....                     Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı .....                     Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib .....                     “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” .....                     Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə .....                     Həbsdə olan icra başçısının maşını SATILDI .....                     Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən .....                     800 illik Səlcuqlu ayaqqabısı .....                     Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” .....                     Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi .....                 

“Baku Medical Plaza”da müəlliməni necə öldürürlər… - "Dedim ki, evimi sataram, təki Lətafəti sağaldıb versinlər"
Tarix: 29-04-2019, 13:02 | Çap et
“Baku Medical Plaza”da müəlliməni necə öldürürlər…
Bakı şəhər sakini, 117 saylı orta məktəbin müəllimi 40 yaşlı Lətafət Xanoğlan qızı Şirəliyeva bu ilin martın 2-də “Baku Medical Plaza” klinikasının Babək filialında qeysəriyyə əməliyyatı ilə körpə dünyaya gətirib. Amma 12 illik övlad həsrətinin sevinci cəmi 10 gün çəkib, qadının qarnı şişib, hərarəti yüksəlib, şiddətli baş ağrıları başlayıb. Buna görə də təkrarən əməliyyatı həyata keçirən həkim-ginekoloqun, Türkiyədən gəlmiş doktor Cəlaləddin Örnək-in qəbuluna gedib.

Müəllimənin başına gələnlərin ardını virtualaz.org-a onun həyat yoldaşı Baba Şirəliyev danışıb. B.Şirəliyevin sözlərinə görə, həyat yoldaşı hamiləlik dövründə həmin klinikada rəsmi qeydiyyatda olub, ayda ən azı 2 dəfə hərtərəfli həkim müayinəsindən keçib.

“Ginekoloq müayinə etdi, qan analizləri verdik. Dedilər ki, qanında hansısa mikrob tapılıb, müalicə edəcəyik, keçib gedəcək. Həkimin təyinatına əsasən xəstə bir neçə gün antibiotiklər qəbul etsə də, vəziyyəti yaxşılaşmadı. Təxminən 3-4 gündən sonra təkrar həkimə getdik”-qəhərdən boğulan və çətinliklə danışan Şirəliyev deyir.

Təkrar klinikaya müraciət edəndə ailəyə bildiriblər ki, dəqiq diaqnozu yalnız MRT müayinəsindən sonra deyə bilərlər, bu müayinə isə yalnız klinikada edilməlidir. Başqa klinikada aparılmış MRT müayinəsinin nəticəsini qəbul etməyəcəklər. Şirəliyevanı MRT növbəsinə yazıblar, bəlli olub ki, növbə çox olduğundan xəstə günlərlə gözləməlidir.

Beləliklə daha 3 gün vaxt itirilib, nəhayət ailənin təkidi ilə qadını KT müayinəsindən keçiriblər. Müayinə zamanı xəstənin qarın boşluğunda maye müşahidə edilib. “Yuxarı palataya çıxardılar, drenaj qoşdular ki, maye çölə axsın. 2 gün keçdi, vəziyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşdi. Buna görə də qarın boşluğundan əməliyyat etdilər, əməliyyatı türkiyəli həkim Taner Ercemik həyata keçirmişdi”, -şikayətçi deyir.

Yalnız bu əməliyyatdan sonra Baba Şirəliyevə bildiriblər ki, heç demə onun həyat yoldaşının kor bağırsağı partlayıbmış və nəticədə iltihab qarın boşluğuna yayılıb. Buna görə də bağırsağıdan 12 sm. kəsib götürməli olublar. Və xəstənin vəziyyəti yaxşılaşsa təkrar əməliyyat edəcəklər. Beləliklə, xəstə yaxınları çoxsaylı analizlərə, əməliyyata və s. görə klinikanın kassasına 17 min manatdan çox vəsait ödəyiblər. Xəstəyə 2 litrə yaxın donor qanı köçürülüb, amma müəllimənin vəziyyəti daha da pisləşib.

“Bu gün də çıxıb deyirlər ki, vəziyyəti kritik ağırdır, hər şeyə hazırlıqlı olun. Öz ayağı ilə xəstəxanaya gələn yoldaşımın bütün bədəni şişib, tanınmaz hala düşüb. Klinikaya indiyədək 17 min manat ödəmişəm, daha 17 min manat da borclu qalmışıq. Dedilər ki, qanı sürətlə düşdüyündən qan vurmaq lazımdır, ayrıca 900 manat da qan üçün ödəmişəm. Mən də, Lətafət də müəllim işləyirik, qohumlar köməklik edirlər. İndiyədək xərcləri birtəhər qohum-əqrəbanın köməyi ilə düzəldib vermişdik ki Lətafəti xilas edək”, -B.Şirəliyev deyir.

Və çarəsiz halda soruşur ki, kor bağırsağı şişmiş insanı 10 gün ərzində gah növbə, gah antibiotiklə müalicə adı ilə niyə yubadıblar, vaxtında dəqiq diaqnoz qoyub, müdaxilə etməyiblər? “İstəyirlər ki, onu klinikadan çıxarıb evə aparaq. Dedim ki, evimi sataram, təki Lətafəti sağaldıb versinlər”.

Klinikadan təqdim edilən arayışda göstərilir ki, L.Şirəliyevaya peritanit, septik şok, kəskin tənəffüs çatışmazlığı, ağciyərlərin kəskin respirator distres sindromu, laporatomiya sindromu diaqnozu qoyulub.

“Baku Medical Plaza”da müəlliməni necə öldürürlər…

Mevlana Celalettin Örnek

Hazırda xəstə yaxınları ilə yanaşı 117 saylı məktəbin müəllim kollektivi də klinikanın qarşısına toplaşıb, çarəsiz halda iş yoldaşlarından xəbər gözləyirlər. Kollektiv bu insanlıq dramına müdaxilə etmək üçün saytımız vasitəsilə Səhiyyə Nazirliyinin rəhbərliyinə müraciət edir, kömək istəyir.

“Ümidimiz hər yerdən üzülüb, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirəm, bizə kömək etsin, yalvarıram”-Şirəliyev göz yaşları içində deyir.

Klinikanın Rafət adlı həkimi isə bildirib ki, xəstənin vəziyyəti ilə bağlı bütün məlumatları marketinq şöbəsindən almaq olar. “Ümumiyyətlə, bu xəbəri sizə kim sızdırıb?”-həmin şəxs xüsusi təəcüblə bildirdi. Əlavə etdi ki, əgər xəstənin vəziyyəti görülən tədbirlərə baxmayaraq yaxşılaşmırsa deməli şansı yoxmuşвЂ¦

Əldə etdiyimiz məlumata görə həmin klinikada dünən də analoji əlamətlərlə daha bir qadın ölüb.

“Baku Medical Plaza”da müəlliməni necə öldürürlər…

Taner Evcimik

Adının çəkilməməsini xahiş edən həkim-ginekoloq isə deyir ki, bu situasiyada çox güman kobud həkim səhvindən söhbət gedir.

“Əgər həkimlərin iddia etdiyi kimi xəstənin kor bağırsağı partlasaydı yaranan iltihab bir neçə saat ərzində özünü büruzə verməliydi. Böyük ehtimalla qeysəriyyə kəsiyi əməliyyatı zamanı xəstənin bağırsağını zədələyiblər və iltihab da oradan yaranıb. İkinci dəfə xəstənin qarın boşluğunda aparılmış əməliyyat və onun bağırsağının kəsilib götürülməsi isə cinayətin izlərini itirmək məqsədi daşıya bilərdi. Sual yaranır ki, xaricdən gələn həkimlər hansı icazə ilə həmin klinikada işləyir və əməliyyat edir? Özəl klinikalarda bel halların sayı-hesabı yoxdur. Mən məsləhət görərdim ki, həmin xəstənin yaxınları təcili qaydada hüquq-mühafizə orqanlarına, Baş prokuror Zakir Qaralova müraciət etsinlər, yoxlama başlasın”-mənbəmiz deyib.

“Baku Medical Plaza”da müəlliməni necə öldürürlər…

“Baku Medikal Plaza”da yaşanan bu insanlıq dramı ilə bağlı situasiyanı nəzarətdə saxlayacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Bu gün, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Bu gün, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Bu gün, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Bu gün, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Bu gün, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Bu gün, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Bu gün, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Bu gün, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Bu gün, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Bu gün, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Bu gün, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Bu gün, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Bu gün, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Bu gün, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Bu gün, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Bu gün, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Bu gün, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Bu gün, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Bu gün, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Bu gün, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Bu gün, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Bu gün, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Bu gün, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Bu gün, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Dünən, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Dünən, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Dünən, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Dünən, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Dünən, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Dünən, 17:25
Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Dünən, 17:22
Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Dünən, 17:19
Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Dünən, 17:15
800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Dünən, 17:12
Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:05
Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Dünən, 16:53
Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:50
Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Dünən, 16:45
“Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Dünən, 16:42
Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Dünən, 16:38
“Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Dünən, 16:33
Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Dünən, 16:30
Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Dünən, 16:28
İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Dünən, 16:22
Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Dünən, 16:21
Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru