Fikrət Məmmədovun işçisi narazılıq yaradır - İTTİHAM
Tarix: 23-10-2018, 15:28 | Çap et
…Mətbuat səhifələrində ABŞ vətəndaşı olan azyaşlı Ceylanın anası Merim Beishekeyevadan (Beyşekeyevadan) oğurlanaraq viza rejimi, həmçinin sərhəd rejimi kobud surətlərdə pozulmaqla Azərbaycan Respublikası ərazisinə gətirilməsinə, iş üzrə uzun müddət qalmaqallı məhkəmə proseslərinin davam etməsinə dair yüzlərlə məqalələr çap edilib. Və bu işdə bəzi dövlət məmurlarının da adları keçsə də, bu günə qədər məsələ öz hüquqi həllini tapmamış, bu azmış kimi, konstitusiya məhkəməsi tərəfindən də hüquqa zidd məhkəmə aktının çıxarılması təəssüf hissi doğurur. Bir daha oxucuların diqqətinə çatdırırıq ki, 2017 ilin mart ayının əvvəllərindən başlayaraq “Yeni Müsavat” qəzetində, Musavat.com saytında, “Pravdainfo.org” və “Təzadlar” saytlarında, digər qəzet və çoxsaylı saytlarda, sonuncu dəfə “AzEuroNews.com” saytının 20 iyun 2018 il tarixli, “MillətinSəsi.info” 21 iyun 2018 il tarixli buraxılışlarında “Hicran Hüseynovanın adı keçən Ceyla işində Mehriban Əliyevaya şok – Məktub” məqaləsində Qırğızıstan Respublikasının vətəndaşı Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarının kobud surətdə, qəddarcasına pozulmuş olmasından onun hüquqlarının müdafiəçisi, hüquqşünas Abdulla Əfəndizadənin məlumatları işıq üzü görüb. Ceylanın anası, Qırğızıstan vətəndaşı Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarının müdafiəçisi, hüquqşünas Abdulla Əfəndizadə «Təzadlar»a bu gün göndərdiyi məktubda Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təkrarən müraciət edib. Müraciətdə bir daha Konstitusiya Məhkəməsindən, onun sədri Fərhad Abdullayevdən, Səbail rayon Qeydiyyat Şöbəsinin rəisi İradə İsgəndərovadan, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadan, həmin komitənin Uşaq Problemləri Şöbəsi müdiri Cəmilə Bağırovadan, onun qardaşı Davud Bağırovdan, Davud Bağırovun vəkili olmuş Qulyev Azardan, Səbail rayon İcra Hakimiyyətinin başçısının müavini Xalidə Bayramovadan, Səbail rayon İcra Şöbəsinin rəisi Anar Qocayevdən, icra məmuru Ayaz Nuğaylıdan və digər dövlət məmurlarından Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə təkrarən şikayət edilib. Müraciətdə deyilir: “Hörmətli Mehriban xanım! Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, söhbət azyaşlı – Amerika Birləşmiş Ştatlarının vətəndaşı olan Ceylanın anası, Qırğızıstan Respublikasının vətəndaşı, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin Rezidenti Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarının Azərbaycan Konstitusiya Məhkəməsi tərəfindən pozulmasından və bu qanunsuzluğun baş verməsindən gedir. Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarının Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə iş №10(102)-80/2017 saylı 5 oktyabr 2017 il tarixli Qərardadını elan etməsinə, 1 noyabr 2017-ci il tarixdə İcra Vərəqəsinin verilməsinə, həmin İcra Vərəqəsinin 20 noyabr 2017-ci il tarixdən Bakı şəhər Səbail Rayon İcra və Probasiya Şöbənin icraatında olmasına baxmayaraq, Davud Bağırovun tərəfindən Konstitusiya Məhkəməsinə verilmiş şikayətini adı çəkilən məhkəmə 24 may 2018-ci il tarixində icraata götürülməsinə qədər Davud Bağırovun, onun bacısı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Uşaq Problemləri Şöbəsinin müdiri, Cəmilə Bağırovanın, komitənin sədri Hıcran Hüseynovanın… himayədarları tərəfindən qəsdən maneçilik törədilməklə icra olunmamışdır. Həmin İcra Vərəqəsində Davud Bağırov tərəfindən 2 noyabr 2012-ci il tarixdə ABŞ-ın Nyu-York şəhərindəki xəstəxanada anadan olan ABŞ vətəndaşına dair əvvəlcə 16 noyabr 2012-ci il tarixdə doğum haqqında şəhadətnamə, 13 dekabr 2012-ci il tarixdə P-USA seriyalı 488048595 nömrəli pasportunun sahibi azyaşlı Ceylanın anası hüquqlarını müdafiə etdiyim Merim Beishekeyevaya qaytarılması, aliment və s. ödənişlərin tutulmasına dair Qərar verilmişdir. Davud Bağırovun nümayəndə və vəkili olmuş Azər Quliyev və Davudun bacısı Ailə, Qadın və Uşaq Problemlər Komitəsinin şöbə müdiri olmuş Cəmilə Bağırova 2017-ci ilin dekabr ayının əvvəllərindən Davud Bağırov tərəfindən Konstitusiya Məhkəməsinə verilmiş şikayətini məhkəmə 24 may 2018-ci il tarixində icraata götürmüş olduğu vaxta qədər Səbail Rayon İcra və Probasiya şöbəsinin rəhbərliyini və əməkdaşlarını ələ alaraq inandırmışdılar ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə iş №10(102)-80/2017 saylı 5 oktyabr 2017 il tarixli Qərardadına qarşı Konstitusiya Məhkəməsinə Davud Bağırov tərəfindən şikayət verilmiş olduğuna görə həmin məhkəmə tərəfindən icraata götürülmüş olmalıydı. Onların dediyinə görə, Konstitusiya Məhkəməsinin rəhbərliyi və digər tanışları onlara vəd vermişdilər ki, nəyin bahasına olursa-olsun Davud Bağırov tərəfindən verilmiş konustitusiya şikayətini icraata götürüləcəklər. Bu səbəblərə görə də icra məmurları uzun müddət icra vərəqəsində göstərilənlərin icra edilməsindən əsassız olaraq yayınmışdılar. Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev isə bütün bu icrasızlığa dəstək vermişdir. Hətta 2018-ci ilin fevral ayında icra məmurları onlardan Konstitusiya Məhkəməsinin şikayəti icraata götürülmüş olması barədə qərardadı tələb etdikdə onlar bildirmişdilər ki, yaxın vaxtlarda veriləcəkdir..."
Hakimlər və İcra məmuru azyaşlının taleyi ilə belə oynayırdılar...
Beləliklə, nümayəndə Abdulla Əfəndizadə Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciətində qeyd edir ki, Səbail rayon İcra və probasiya şöbəsinin rəisi olmuş Qocayev Anar (məşhur polkovnik Nizami Qocayevin qardaşı oğlu) Abdulla Əfəndizadənin mərhum xalası oğlu ilə dostluq münasibətində olduqlarından, Ayaz Nuğaylının babası isə Abdulla Əfəndizadənin mərhum atası ilə vaxtilə bir yerdə işlədiklərindən, bu səbəblərə görə onun ağlına belə gəlməyib ki, Anar Qocayev və Ayaz Nuğaylı onu aldatmaz və Davud Bağırovun nümayəndəsi və vəkili olmuş Azər Quliyevlə, bacısı Cəmilə Bağırova ilə, onların himayədarları ilə gizli əlaqəyə girib, icranı qəsdən uzatmış olar. Çünki hər dəfə Abdulla Əfəndizadə icra şöbəsinə gedib, Azərbaycan Respublikası Ali Məhkəməsinin (sədrlik edən Əsəd Mirzəliyev) 10(102)-80/2017 saylı 5 oktyabr 2017-ci il tarixli İcra Vərəqəsinin təmin edilməsini tələb etdikdə və tələbkar Merim Beishekeyevanın (Beyşekeyevanın) Azərbaycana gəlməsi üçün bilet aldığını bildirdikdə onlar hələ gəlməməsini, Davud Bağırova bir neçə xəbərdarlıq göndərdikdən sonra özləri gedib, azyaşlı Ceylanı onlardan alıb şöbəyə gətirəcəklərinə, həmin an Merim Beishekeyevaya (Beyşekeyevaya) məlumat verib, Azərbaycana gələn ana qədər azyaşlı Ceyla üçün psixoloq təyin etməklə saxlayacaqlarını vəd veriblər. Təəssüflər olsun ki, İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevə edilən müraciətlərə başdansovdu cavablar verilib...
Nurəddin Mustafayev niyə məhkəmə qərarının icrasını təmin etmək istəməyib?
Bu da azmış kimi, hətta icra şöbəsi Abdulla Əfəndizadəyə azyaşlı Ceylanın anasına qaytarılması üçün bağırov Davuddan geri alındığı halda tələbkar Merim Beishekeyevanın (Beyşekeyevanın) Azərbaycana gələn müddətə qədər azyaşlı Ceylanı psixoloq xidməti ilə təmin edəcəyinə, azyaşlı Ceylanın uşaqların saxlandığı sığınacağa müvəqqəti təhvil verilməsinə dair Ərizəsini də rəsmi şəkildə alıblar. Lakin 2018-ci ilin fevral ayından Abdulla Əfəndizadə Səbail rayon İcra Şöbəsinin rəhbərliyinə və icra məmuru Ayaz Nuğaylıya icranı gecikdirmiş olduqlarına görə narazılıqlarını bildirdikdə onlar 15 fevral 2018-ci il tarixdə A.Əfəndizadəyə tələbkar Merim Beishekeyevanın (Beyşekeyevanın) 05 mart 2018-ci il tarixdə Bakıda olmasını, 08 mart 2018-ci il tarixinə qədər azyaşlı Ceylanı borclu Bağrov Davuddan alıb Merim Beishekeyevaya (Beyşekeyevaya) qaytarılacağı vədini veriblər. Nə qədər böyük rüsvayçılıq! Necə ki, onlarda olan məlumata görə guya Davud Bağırov 10 mart 2018-ci il tarixindən sonra Azərbaycandan gedəcəkdir. İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevin adı ABŞ vətəndaşı azyaşlı Ceylanın qalmaqalında -YENİLƏNİB
Uşağın anası Bakıya gəlir, ancaq...
Tələbkar Merim Beishekeyeva (Beyşekeyeva) da 04 mart 2018-ci il tarixdə bazar günündə Azərbaycana gəlir. O, və Abdulla Əfəndizadə bazar ertəsi 05 mart 2018-ci il tarixdə nahardan sonra Səbail rayon İcra şöbəsində olurlar. Tələb edirlər ki, dərhal Bağırov Davudun mənzilinə gedib, azyaşlı Ceylanı ondan geri tələb etsinlər. İcra şöbəsində onların hansısa işlə əlaqədar problemləri olduğunu bildirib, 06 mart 2018-ci il tarixdə axşam gəlmələrini xahiş edirlər. 06 mart 2018-ci il tarixdə Tələbkar Merim Beishekeyeva (Beyşekeyeva) və Abdulla Əfəndizadə saat 14:00 dan sonra Səbail rayon İcra Şöbəsində olduqda saat 16:30 dan sonra icra şöbəsinin rəisi Anar Qocayev işə gəlir və onunla, icra məmuru Ayaz Nuğaylıyla görüşürlər. İsrarla xahiş və tələb edirlər ki, nə qədər saat 18:00 olmayıb, təcili Bağırov Davdun mənzilinə gedib, azyaşlı Ceylanı Davuddan və yaxud anasından geri götürsünlər. Söhbət əsnasında Anar Qocayev diqqətə çatdırır ki, guya 07 mart 2018-ci il tarixində icra məmuru Ayaz Nuğaylının birisi gün səhər saat 10:00- a, digəri isə saat 15:00- a əvvəlcədən təyin edilmiş iki icra tələblərinə dair vacib icra işləri var. Tələbkar Merim Beishekeyevanı (Beyşekeyevanı) və Abdulla Əfəndizadəni inandıraraq xahiş edir ki, bir az gözləsinlər, vəd verir ki, 09 mart 2018 il tarixdə azyaşlı Ceylanı Bağrov Davuddan və ya onun qohumlarından alıb, tələbkar Merim Beishekeyevaya (Beyşekeyevaya) qaytaracaqlar. Həmçinin bildirir ki, qoy dördüncü dəfə də Bağrov Davuda xəbərdarlıq göndərsinlər, xəbərdarlıq veriləndən sonra girib, azyaşlı Ceylanı onlardan zorla geri götürsünlər. Səbail rayon icra şöbəsinin rəisi olmuş Anar Qocayev tələbkar Merim Beishekeyevaya yenidən ərizə yazmasını xahiş edir. Tələbkar Merim Beishekeyeva yenidən öz dəst-xətti ilə rus dilində ərizə yazır ki, qızı-azyaşlı Ceylanı Bağrov Davuddan alınıb, ona qaytarılsın. 07 mart 2018-ci il tarixdən 09 mart 2018-ci il tarixinə saat 11:50 dək, yəni Səbail rayon icra şöbəsinin icra məmurları Bağrov Davudun mənzilinə gələnə qədər, tələbkar Merim Beishekeyeva Davud Bağırovun yaşadığı mənzilin binasının hər iki çıxışına nəzarət edir. Azyaşlı Ceylanın nənəsi Ramidə Əhmədova ilə qonşu, pensiyaçı Rzabəyova Tamara ilə, bibisi olmuş Bağırova Cəmilə, Bağırova Cəmilənin oğlu Səidlə, qohumları Validə ilə küçəyə çıxdıqlarını, mağazaları gəzdiklərini görür. Hətta 08 mart 2018-ci il tarixində Bağırova Cəmilənin azyaşlı Ceylanı axşam saat 18:00- dan sonra öz avtomobilinə mindirib, harasa apardığını, gecə saat 22:00-dən sonra gətirib, mənzilə qoyduğunu görür. 09 mart 2018-ci il tarixdə tələbkar Merim Beishekeyeva müşahidəsini və nəzarətini davam etdirir, Abdulla Əfəndizadə isə səhər saat 07:30-dan başlayaraq saat 08:30- a qədər Səbail rayon icra şöbəsinin icra məmuru Ayaz Nuğaylının mobil telefonuna davamlı olaraq 100-dən (yüzdən) artıq zənglər vurur, iki mesaj göndərir. Əvvəlcə Ayaz Nuğaylı telefonu açmasa da, sonradan telefonu söndürür. Saat 09:00 üçün Abdulla Əfəndizadə Səbail r-n icra şöbəsində olur. Ayaz Nuğaylı bildirir ki, guya telefonun batareyasının enerjisi sönüb. Abdulla Əfəndizadə həm Ayaz Nuğaylının, həm də şöbənin rəisi olmuş Anar Qocayevin hələ 07 mart 2018 il tarixdə verdikləri növbəti vədlərini xatırladır. Anar Qocayev bildirir ki, mütləq nazirliyin (red. Ədliyyə Nazirliyi) icra baş idarəsinin rəisi Nurəddin Mustafayevə məruzə etməlidir. Abdulla Əfəndizadə iradını bildirir ki, icra baş idarəsinin rəisinin bu işlərə qarışmağa haqqı yoxdur, əksinə o, İcra Vərəqəsinin tez icra edilməsinə nəzarət etməlidir. Abdulla Əfəndizadə iradını bildirir ki, icra baş idarəsinin rəisinin bu işlərə qarışmağa haqqı yoxdur, əksinə o, İcra Vərəqəsinin tez icra edilməsinə nəzarət etməlidir. Çünki Bağırova Cəmilənin icra məmurlarına demiş olduğundan məlum olur ki, Davud Bağırov konstitusiya şikayətini 2017-ci il noyabr ayının 13-də vermiş olub. Konstitusiya Məhkəməsi tərəfindən verilmiş sorğulara görə, Ali Məhkəmə tərəfindən göndərilmiş iş materialları 18 dekabr 2017 il tarixindən Konstitusiya Məhkəməsinə çatdırılmışdır. Bağırova Cəmilə və Azər Quliyev hələ o vaxt icraçılara bildirmişdilər ki, Bağırov Davudun vermiş olduğu konustitusiya şikayətini hakim olmuş Roşən İsmaylova həvalə etmişdilər. Görəsən, onlar haradan bilirdilər ki, şikayətin araşdırılması hakim olmuş Roşən İsmaylova həvalə edilmişdi?! Hələ 05 oktyabr 2017 il tarixdə Ali Məhkəmə tərəfindən tanınma haqqında Qərardadını elan etməmişdən əvvəl Bağırov Davudun nümayəndə və vəkili olmuş Quliyev Azarın tərəfindən Ali Məhkəməsinə təzyiq kimi bu cümlələr işlədilmişdi: “əgər Ali Məhkəmə tanınma haqqında Vəsatəti təmin etsə, onlar (yəni Bağırov Davudgil) Konustitusiya Məhkəməsinə şikayətini vermiş olacaqdılar, necə ki, Merim Beishekeyeva Səbail rayon qeydiyyat şöbəsinin müdirindən inzibati qaydada “ azyaşlıya verilmiş doğum şəhadətnaməsinin etibarsız sayılmasına” dair iddia qaldırıb”. Hətta Quliyev Azərin bu barədə dedikləri “Yeni Müsavat” qəzetinin 235(6849) saylı 13 noyabr 2017 il tarixli buraxılışın 13 vərəqindəki “Dubaydakı uşaq oğurluğu ilə bağlı mühüm Qərar” məqaləsində də işıq üzü görüb. Fikir verin, Konstitusiya Məhkəməsi Ali Məhkəmə tərəfindən 5 oktyabr 2017 il tarixdə çıxan tanınma Qərardadını qanuni olduğundan ləğv etməyə risk etməyib. Konustitusiya Məhkəməsi Ali Məhkəmənin həmin Qərardadını ləğv etdirmək üçün Bağırov Davuda “imkan yaratmışdı” ki, Azərbaycanda gizli şəkildə 2016 ildə oxşar predmet üzrə bir günün içində Səbail Rayon Məhkəməsindən almış olduğu qətnaməni hansı ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdir, Ali Məhkəmədə onu ləğv etdirmiş olaydı. Lakin yuxarıda qeyd edildiyi kimi, Bağırov Davudun bu “oyunu” da 5 aprel 2018 il tarixdə alınmadığından, sonradan çarəsiz qalıb müxtəlif yollar axtarmışdılar. Bağırov Davudun adamları, o cümlədən bacısı Bağırova Cəmilə və onlara havadarlıq etmiş şəxslərin vasitəsilə çalışmışdılar ki, Bağırov Davud tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə iş №10(102)-80/2017 saylı 5 oktyabr 2017 il tarixli Qərardadına qarşı konustitusiya məhkəməsinə vermiş olduğu şikayətin nəyin bahasına olursa-olsun əsassız olaraq təmin etdirmiş olaydılar. Onlar ölkə rəhbərliyində təmsil olunan yüksək vəzifəli şəxslərin - prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, həmçinin MHŞ-nin sədri Fikrət Məmmədovun, Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynovanın, Konustitusiya Məhkəmənin sədri Fərhad Abdullayevin, onun həyat yoldaşı, Səbail rayon Qeydiyyat Şöbəsinin rəisi İradə İsgəndərovanın, Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, qəyyumluq və himayəçilik komissiyasının sədri Xalidə Bayramovanın adlarından sui-istifadə etmişlər. Belə ki, 2018-ci ilin may ayının əvvəllərində Davud Bağrov Türkiyədən Dubaya Merim Beishekeyevaya (Beyşekeyevaya) zəng vuraraq, yuxarıda adları çəkilmiş şəxslərin onun arxasında dayanmış olduqlarını, Ali Məhkəmənin 05 oktyabr 2017 il tarixli Qərardadını ləğv etdirmiş olacağını deyərək hədə-qorxu gəlmişdir. Hətta bu haqda “Yeni Müsavat” qəzetinin 110(6999) saylı 21 may 2018 il tarixli buraxılışının 10-cu səhifəsində işıq üzü görən “Dubayda oğurlanan azərbaycanlı uşağın taleyi ilə bağlı mühüm qərar” məqaləsində də məlumat verilmişdir. 29 may 2018 il tarixdə A.Əfəndizadə axşam saatlarında Konustitusiya Məhkəməsindən öyrəndikdə məlum oldu ki, Davud Bağırovun konstitusiya şikayətinə görə icraata götürülməməsinə və ya götürülmüş olması barədə heç bir qərar çıxmayıb. A.Əfəndizadə daha sonra həmin teleqramda qeyd edib ki, ola bilsin bu teleqramını alan kimi Konustitusiya Məhkəməsi qəsdən arxa tarixi ilə guya ki, icraata götürülmüş olması barədə qərardadı çıxarsın və elə də olmuşdur. Respublikanın Konustitusiya Məhkəməsinin hakimləri (sədrlik etmiş Kamran Şəfyev, məruzəçi-hakim Rovşən İsmaylov və Sona Salmanovanın tərkibində) 24 may 2018-ci il tarixi ilə Davud Bağırovun şikayətini icraata götürmüşlər. Davud Bağırovun xeyrinə hərəkət etməyə çalışmış şəxslərin vicdanları necə götürə bilər ki, bir gənc ananı öz uşağına qovuşdurmağa mane olurdular. Onlar fikirləşmirdilər ki, başqasına pislik etməyə çalışdıqları halda həmin pisliklər özlərinin başlarına gələr və gələcəkdir də! *** 31 may 2018 il tarixində, saat 16:30-da isə Bakı Apellyasiya Məhkəməsininin İnzibati İqtisad Kollegiyasının hakimi Həmid Həmidovun sədrliyilə keçirilən “azyaşlıya verilmiş doğum şəhadətnaməsinin etibarsız sayılmasına və ləğv edilməsinə” dair iddia predmeti üzrə məhkəmə iclasında üçüncü şəxslərdən Bağırov Davudun nümayəndəsi və vəkili olmuş Quliyev Azər tərəfindən məhkəməyə Konstitusiya Məhkəməsinin 24 may 2018-ci il tarixi ilə çıxarılmış qərardadın kserosurətini təqdim edilmişdir. A.Əfəndizadə Quliyev Azərə sual verərək, Konustitusiya Məhkəməsi tərəfindən şikayətin icraata götürülmüş olmasından onun necə xəbər tutmuş olduğunu soruşduqda, Azər Qulyev cavab verir ki, guya o, 31 may 2018-ci il tarixində “Bakinski raboçi” qəzetində Konustitusiya Məhkəmənin bu barədə elanını oxuyub, saat 15:00-da məhkəməyə gedərək həmin qərardadı alıbdır. Ceylanın anasının nümayəndəsi A.Əfəndizadə isə araşdırma apararkən məlum olub ki, nə “Respublika”, nə “Xalq”, nə də “Bakinski raboçi” qəzetlərində bu iş üzrə qərardadı haqqında məlumatlar çap edilməyib. Bu bir daha onu sübut edir ki, A.Əfəndizadə teleqramda qeyd etdiyi kimi, məhz teleqramı göndərəndən sonra məhkəmə arxa tarixlə-yəni 24 may 2018-ci il tarixi ilə icraata götürülmə barədə qərardad çıxarmışdır. Yeri gəlmişkən, Davd Bağrov tərfindən Quliyev Azərə vermiş olduğu etibarnamənin müddəti 2018-ci ilin aprel ayında bitdiyindən, sonradan etibarnamə verilmədiyindən Azər Quliyev məhkəmə iclasında Bağırov Davudun adından nümayəndə kimi izahat verə bilməzdi. A.Əfəndizadənin dəfələrlə Konstitusiya Məhkəməsinə getməsi və zəng vurmasına, rəsmi şəkildə ərizə və teleqramlar göndərməsinə baxmayaraq, Davud Bağırov tərəfindən verilmiş konustitusiya şikayətinin surətini nəhayət, 11 iyun 2018-ci il tarixində axşam saatlarında təqdim etmişlər. Lakin iş materialları ilə tanış olmağına icazə verməmişlər. A.Əfəndizadəyə məlum olmuşdur ki, Konustitusiya Məhkəməsinin iclası əvvəlcə 20 iyun 2018-ci il tarixinə saat 15:00-a təyin edilmişdir. Burada da məhkəmənin məqsədi tələm-tələsik Bağırov Davudun xeyrinə qərar çıxarmaq imiş. Çünki məlum olduğu kimi, 14 iyun 2018-ci il tarixindən 20 iyun 2018-ci il tarixinə kimi bayram günləridir. Lakin sonradan məhkəmə iclası 28 iyun 2018-ci il tarixinə saat 11:00-a təxirə salınmışdır... (Davamı var) “Təzadlar”ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
|