Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                     "Müharibə şou ilə deyil, real işlə qazanılır" .....                     Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi .....                     Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı .....                     Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur .....                     Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı .....                     AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib .....                     "DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" .....                     Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: .....                     Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir .....                     Sahibkar Göyçayda intihar edəcəyini bildirir .....                     "Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." .....                     "Öz ərazimizi hədəf ala bilərik" .....                     Kanadada FACİƏ: .....                     GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ .....                     SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub .....                     Dövlət qurumunda çalışıb milyoncu olan Zakir Quliyev yenə talançılıqla məşğuldur? .....                     "Bizdə başqa biznes yoxdur..." .....                     Bakıda təcili tibbi yardımda .....                     Nail Kəmərlinin yaydığı skandal görüntü: gerçəkləri özü açıqladı .....                     Zibil içində boğulan AAAF park sakinləri... .....                     Qələbədən nə qədər qazanıblar? .....                 

"Hicaz" kolbasaları ilə bağlı İDDİA - Təhlükəlidir...
Tarix: 3-04-2018, 14:07 | Çap et
"Hicaz" kolbasaları ilə bağlı İDDİA
Bu günlərdə “Hicaz” MMC-nin istehsal etdiyi kolbasa məmulatları uşaqlar arasında infeksiyaya səbəb olub

Teref.info yazır ki, bu barədə fia.az-ın verdiyi xəbərə görə, sosial şəbəkə istifadəçiləri şərhlərdə yazıblar. Son aylar “Hicaz” kolbasa və sosiskaları satılmadığı üçün marketlərdə dəyər-dəyməz qiymətinə təklid edirlər.

Bunu kampaniya adı ilə istehlakçılara sırıyan “Hicaz” firması insan orqanizminə təhlükəli məhsullar satırmış.

İddialara görə, satışı olmayan həmin kolbasaları dəyər-dəyməzinə satan “Hicaz” uşaqlarda mədə-bağırsaq xəstəliyi, infeksiya düşməsinə səbəbkar olub.

Sosial şəbəkələrdə yazıblar ki, “Hicaz” kolbasası yeyən uşaqlardan bir neçəsi xəstəxanaya yerləşdirilib. Həkimlər bildiriblər ki, uşaqlarda işləmə-qusma, infeksiya onların yedikləri kolbasa məhsullarından əmələ gəlib.

Hələ ötən il İqtisadiyyat Nazirliyi tərəfindən aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan bu malların ilkin laborator müayinəsi zamanı belə nəticəyə gəlinib.

Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində “Hicaz” adlı mal və toyuq ətindən əla növ sosiskada nişastanın kütlə payının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu aşkar edilib.

Bu məsələdə Standartlaşdırma, Patent və Meterologiya Dövlət Komitəsinin səhlənkarlığı da qeyd edilməlidir. Komitə tərəfindən bəzi hallarda istehlak mallarıın keyfiyyətinə nəzarət aşağı səviyyədə olur.

Komitə sədri Ramiz Həsənov kolbasa-sosiska firmalarının heç birinin halal olmadığını bildirmişdi. Ancaq “Hicaz” məhsullarının halal olduğunu bildirir.

Hərçənd ki, nəinki halal imiş, ümumiyyətlə zay imiş. Dövlət Komitəsi üzərində "halal" yazılmış kolbasaları niyə satışdan çıxarmayıb?

FİA.Az media üzərindən xəbər verir ki, nazirlik tərəfindən ötən il malların ilkin laborator müayinəsi zamanı "Hicaz 313" MMC tərəfindən istehsal olunan ət məhsullarının tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

Bazarlarda, metro girişlərində, bəzi mağazalarda 2-3 manata kolbasa və sosiska məmulatları satılır. Nəzərə alaq ki, mal-qoyun ətinin kiloqramı 11-14 manat, toyuğun kiloqramı 4-5 manatdır. Bu səbəbdən də, ucuz qiymətə satılan sosiska və kolbasaların nədən hazırlanması sual yaradır.

Mütəxəssislər bildirirlər ki, bəzi sexlərdə kolbasa və sosiska içalat yağları, sinirlər, sinir ətrafından tam olaraq sıyrıla bilməyən çürüntü ət parçaları, quyruq yağı, ağciyər (sosiskanın yumşaq olması üçün), dəri, qığırdaq, oynaq yerləri, iliklər, ayaqlardan hazırlanır və bunu demək xoş olmasa da, tükü təmizlənməyən ət parçaları da bu məhsulların içinə qarışdırılır. Bu qarışıq müxtəlif fabrik əməliyyatları nəticəsində homogen olaraq qablaşdırılır və satışa buraxılır.

Bununla yanaşı, kolbasa və sosiskaların tərkibinə toyuğun "tullantı" hissələrindən də əlavə edilir. Kolbasaya toyuğun sinə əti, dərisi və qığırdaq hissələri qatılır, dad verməsi üçün xüsusi ədviyyatlar vurulur.

Kolbasa və sosiskaların içindəki maddələr araşdırılsa, yuxarıda qeyd edilənlər öz təsdiqini tapa bilər. Elə kolbasa və sosiska məmulatlarının qiymətini də 1 kq ətlə müqayisə etmək sadaladıqlarımızın doğru olduğunu sübut edər.

Hazır qarışıqda mikrob yaranmasının qarşısını almaq üçün qarışığa nitrit, nitrat kimi xərçəng törədici və sinir sistemini çökdürən, piylənməyə səbəb olan və az da olsa, asılılıq yaradan maddələr əlavə olunur.

Quyruq yağı və içalat yağları bədən istiliyində ərimə xüsusiyyəti olan yağlar deyil. İnsan sağlamlığı üçün bu yağlardan istifadə təhlükəlidir.

Ancaq kolbasa və sosiska ilə bədənə düşən bu yağlar damar tıxanması və ürək-damar xəstəliklərinə gətirib çıxarır. Bunu bir sosiska qızardılmış tavadakı qalan yağın donma tezliyinə baxaraq daha aydın başa düşmək olar.

Kolbasa və sosiska uşaqlar üçün daha təhlükəlidir. Belə ki, bu qidalar uşaqlarda piylənmə, erkən yetkinlik, görmə qabiliyyətinin zəifləməsi, psixoloji pozuntular, qadınlarda uşaqlıq boynu və döş xərçəngi olma ehtimalını 3 dəfə artırır. Onların ürək xəstəliklərinə səbəb olduğu elmi təcrübələrlə sübut olunub.

Bütün deyilənlərə rəğmən, kolbasa və sosiska məhsulları almaq istəyirsinizsə, xarici görünüşündə kiflənmə və ya hər-hansı bir problem olmasına fikir verməlisiniz.

Kolbasa və ya sosiskanın qablaşdırılmasında hava boşluğu olmamalıdır. Qoxusu iyrəndirici, kəsilərkən birrəngli olmalıdır.

Əgər yediyiniz kolbasa və ya sosiskanın tərkibindəki ətin nə olduğunu bilmək istəyirsinizsə, qaynadaraq baxa bilərsiniz. Gündəlik menyumuzda olan bu qida xərçəngi inkişaf etdirir.

Üç yaşına kimi uşaqlara belə qidalar vermək olmaz. Belə ucuz kolbasa və sosiska məhsulları kiçik kafelərə, marketlərə, bazarlara daha tez ayaq açır. Böyük restoranlar və şəbəkəli marketlər belə məhsullara üstünlük vermir.

Bununla yanaşı, istehlakçı da alan zaman öz sağlamlığını düşünməlidir. 2 manatlıq kolbasa sağlamlıq üçün nə qədər təhlükəli ola bilər?

Bunu da düşünmək lazımdır. Sosial şəbəkələrdə yayılan məlumatla bağlı “Hicaz” firmasının mövqeyini dərc etməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Bu gün, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Bu gün, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Bu gün, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Bu gün, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Bu gün, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Bu gün, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Bu gün, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Bu gün, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Bu gün, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Bu gün, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Bu gün, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Bu gün, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Bu gün, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Bu gün, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Bu gün, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Bu gün, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Bu gün, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Bu gün, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Bu gün, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Bu gün, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Bu gün, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Bu gün, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Bu gün, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Bu gün, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Bu gün, 11:03
"Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Bu gün, 10:53
"Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Bu gün, 10:46
Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Bu gün, 10:28
GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Bu gün, 10:25
SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Bu gün, 10:18
Dövlət qurumunda çalışıb milyoncu olan Zakir Quliyev yenə talançılıqla məşğuldur? -İLGİNC DETALLAR
Bu gün, 09:28
"Bizdə başqa biznes yoxdur..."
Bu gün, 09:15
Bakıda təcili tibbi yardımda motosikletlərdən istifadə olunacaq
Bu gün, 09:13
Nail Kəmərlinin yaydığı skandal görüntü: gerçəkləri özü açıqladı – VİDEO
Bu gün, 09:11
Zibil içində boğulan AAAF park sakinləri... ETİRAZA QALXDI
Bu gün, 09:03
Qələbədən nə qədər qazanıblar? - SƏN DEMƏ...
Bu gün, 08:54
Demirörenin "Azərlotereya"sında nə baş verir? - Gecikən hesabat, milyonluq itkilər və fəaliyyəti dayandırılan HİK
Bu gün, 08:51
Ermənistanın TRIPP seçimi: Qərbə inteqrasiya, yoxsa regionda yeni qarşıdurma? - GƏLİŞMƏ
Bu gün, 08:43
Talıbovların pulları BURDA DÖVR EDİR - VERGİ BELƏ ÖDƏMİRLƏR
Bu gün, 08:42
Yasda ehsan tam ləğv edilir: Yoxsa vahid menyu gəlir? - ARAŞDIRMA
Bu gün, 08:38
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq - Milyonlar necə xərclənir?
Bu gün, 08:36
“İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 08:33
Çempionlar Liqası: “Sabah” növbəti oyununa çıxır - bu gün...
Bu gün, 08:29
Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə - BU DƏFƏ İSƏ...
Bu gün, 08:27
Almaniya və Britaniya Ukraynaya dəstəyi davam etdirəcək - KİV
Bu gün, 06:23
ABŞ ordusu İrana qarşı son hücum dalğasını tamamladığını açıqlayıb
Bu gün, 06:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru