Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                 

Avtovağzalda yazılmamış qaydalar hökm sürür - Nə bilet alan var, nə də...
Tarix: 6-12-2017, 12:12 | Çap et
Avtovağzalda yazılmamış qaydalar hökm sürür
Bakı Beynəlxalq Avtovağzalı 2009-cı ilin əvvəllərindən etibarən fəaliyyətə başlayıb. Hazırda Bakıdan respublikanın bütün bölgələrinə, eləcə də Rusiya, İran, Türkiyə və Gürcüstan kimi xarici ölkələrin müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir. Bayram günlərində avtobusların sayında artım olsa da, avtovağzaldan gün ərzində 350-400 nəqliyyat vasitəsi xəttə buraxılır və bu təxminən 8-9 min sərnişinin daşınması deməkdir.

Bakı Beynəlxalq Avtovağzalından rayonlara gedən avtobuslara minmək üçün əvvəlcə ticarət mərkəzindən keçmək lazım gəlir. Ticarət mərkəzinə giriş iki hissəli olsa da, adətən, bu yoldan istifadə olunur. Ticarət mərkəzi boyunca avtobuslara çıxış üçün istiqamət göstərilir. Bu ticarət mərkəzində nə istəsən tapmaq mümkündür. Həm kişi, həm qadın və uşaq paltarları, müxtəlif oyuncaqlar, parfümeriya və kosmetika məhsulları satılır, hətta bər-bər xidməti belə göstərilir. Qiymətlər isə təxminən paytaxtdakı “28 may keçid ticarət mərkəzi”, “8-ci kilometr” bazarı və yarmarkalardakı qiymətlərlə eynilik təşkil edir. Bəlkə də bir az bahadır. Görünür o vaxt avtobus dayanacaqlarına yolu qəsdən ticarət mərkəzinin içindən salıblar.. Təbii ki, bu yolu qət edən sərnişinlərdən kimlərsə alış-verişə meyl edir…


Modern.az-ın əməkdaşı reportaj hazılamaq üçün budəfəki ünvan kimi Avtovağzalı seçmişdi.


Ticarət mərkəzinin birinci mərtəbəsində sakitlik olsa da, 2-ci mərtəbədə alver elə də pis getmirdi. Qeyd edək ki, alıcıların əksəriyyəti elə əliyüklü sərnişinlər idi. Dükanların qarşısında cürbəcür səslər çıxaran oyuncaq itlər, pişiklər uşaqların diqqətini cəlb etdiyi üçün valideynlər də yüklərini dükanın yanında yerləşdirib seçim etmək üçün içəri keçirdilər.
Satıcıların “2-si 5 manatdan”, “ nə alsan 10 manata” kimi sözləri, oyuncaq səslərinin müşayiəti altında (kassalara və avtobuslara gedən yolla bağlı heç bir səsli tarif yoxdur) “rayona gedən avtobuslara çıxış”ı izləyib 3-cü mərtəbəyə qalxdıq.
Avtovağzalda ayrı - ayrı rayonlar üçün xüsusi yerlər ayrılıb ki, uyğun avtobusların yanındakı lövhədə həmin rayonların adları qeyd olunub. Sürücülərdən birinə Ağdaşa getdiyimizi deyib elə sürücü ilə birgə Ağdaş avtobusuna üz tutduq.

- Ağdaşa gediş haqqı neçəyədir?
- 6 manat
- Oldu, çox sağ olun. Bilet alıb gəlirəm.
- Ehtiyac yoxdur, xanım. Biz bu marşrutlara bilet qəbul etmirik.

Deməli avtovağzalda həm reysdənkənar, həm də qrafiklə işləyən avtobuslar fəaliyyət göstərir. El arasında “balaca maşın” dedikləri mikroavtobusların əksəriyyəti biletsiz fəaliyyət göstərir.

2013-ci ildən etibarən Bakı Beynəlxalq Avtovağzalında onlayn bilet satışı istismara verilib. Saytda həm şəhərlərarası, həm də beynəlxalq istiqamətlər üzrə hərəkət edən müntəzəm reyslərdəki istənilən təyinat məntəqəsinə bilet sifariş verə bilərsiniz. Bundan isə daha çox Naxçıvan Muxtar Respublikasına gedən sərnişinlərin istifadə etdiyi qeyd olunur.

Avtovağzalın rəsmi saytında olan qiymətlərlə maraqlananda Ağdaş üçün biletin 4.24 AZN olduğunu gördük. Bir neçə avtobus sürücüsünə yaxınlaşıb gediş haqqını öyrənsək də, heç bir cavab rəsmi saytdakı qiymətlərə uyğun gəlmədi.

Ağdaş – 6 AZN (saytda 4.24 AZN)
Siyəzən – 3 AZN (saytda 1.60 AZN)
Qəbələ - 6 AZN (saytda 5.04 AZN)
İsmayıllı – 5 AZN (saytda 4.16 AZN)

Cəlilabad – 5 AZN (saytda 3.28 AZN)

Müşahidələrə əsasən belə demək olar ki, sərnişinlərin əksəriyyəti biletsiz gedib-gəlməyə, artıq çoxdan öyrəşiblər.

İsmayıllıya yola düşən 65 yaşlı Leyli xala ilə həmsöhbət olduq, deyir bilet almaq üçün çox yaşlıdır:
“Ayağlarım ağrıyır, gəlib birtəhər burda özümə yer eləmişəm. Kassaya getmək üçün halım özümdə deyil. İndi 1 manat baha, 2 manat baha, daha neyləyək? Əzəldən belə gəlib-getmişik”.

Gənc sərnişinlərdən biri isə sonuncu dəfə 2 il əvvəl kassaya müraciət etdiyini dedi.
“Müraciət edəndə qrafiklə işləyən avtobusların çıxışı ilə bağlı vaxtı tənzimləmək olmurdu. Ona görə də, hansı avtobus uyğun olsa, gəlib minib rahatca gedirəm”.

Gediş haqqının saytda yerləşdirilən qiymətlərindən baha olduğunu görüb kassalara üz tutduq.

Bakı Beynəlxalq Avtovağzalında kassalar avtobuslardan bir xeyli məsafədə yerləşir. Avtovağzalın girişindən ta ki avtobuslarda oturan sərnişinlərə qədər bir xeyli adam olmasına baxmayaraq, kassada cəmi 2 nəfər bilet alırdı. Yaxınlaşıb Ağdaşa bilet qiymətini soruşanda kassadakı xanım 4.50 AZN olduğunu, amma bu vaxtdan sonra avtobus olmayacağını dedi. Saat 14:00-ü göstərirdi. Rəsmi saytda da Bakı-Ağdaş avtobusunun eynilə gündə yalnız bir dəfə saat 12:00-da xəttə buraxıldığı qeyd olunur.

Kassadan isə 0.50 və ya 1 AZN bahasına elə biletsiz getməyimizi məsləhət görüb bizi əliboş qaytardılar. Belə ki kor-peşman mikroavtobusa qayıdıb, elə biz də digər sərnişinlər kimi biletsiz yola düşməliydik…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru