50 manatlıq şirkətin 1,85 milyon manat vergi borcu var .....                     Qazaxda antiterror şəhidlərinin xatirəsi anıldı .....                     Suraxanıda QANUNSUZ PUL YIĞIMI... .....                     BU NƏDİ BELƏ: Başçı hərbi hissə ərazisini SATIŞA ÇIXARIB? .....                     Tramp Kirkin anım günündə Maska nə deyib? .....                     Rusiya öz qırıcısının vurulmasını istəyirdi, çünki... .....                     "Çox xoşbəxt sənətkar idi ki, o yaşa qədər yaşadı" .....                     Rusiya anlayır ki, atışma dayansa, çətin olacaq... .....                     Diqqət: Bakıda ödənişli yollarla bağlı mühüm açıqlama .....                     İnflyasiya və işsizlik: birlərinin faciəsi – digərlərinin biznesi .....                     Azərbaycan təhlükəsizlik məsələlərində mərkəzi oyunçuya çevrilib .....                     Müştərilər fırıldaqdan təngə gəlib... .....                     Neftçilər Gününü ac qarına qeyd edən neftçi... .....                     Mikayıl Cabbarov bu işi bacarmadı... .....                     Zeynəb Xanlarova Fədayə Laçını toya dəvət edib? .....                     Bölgələrimizin inkişafı bundan asılıdır... .....                     İlham Əliyevin açıqlaması erməni KİV-nin diqqətində... .....                     Tovuzda 64 yaşlı kişi döyülərək öldürüldü .....                     Tramp və Mask Çarli Kirkin anım mərasimində birlikdə görünüblər .....                     Son çıxışında Putin Rusiyasını ifşa etdi .....                     BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025" festivalında qalib olub .....                     "Onları teatrdan qovmaq lazımdır" .....                     Ermənistanda yeni partiya yaradıldı .....                     “Dəbdə” olan xəstəlik: .....                     Ağlar günə qalan Azərbaycan təhsili... .....                     Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir .....                     “Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək .....                     Pezeşkian ABŞ-a gedir .....                     Putin sülh yolu ilə həllə açıqdır .....                     Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... .....                     İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib .....                     "Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır" .....                     "Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." .....                     Putin Paşinyana məktub göndərdi .....                     “Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir .....                     Kamboca ilə müharibəyə həvəsimiz yoxdur .....                     İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... .....                     Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub .....                     "Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." .....                 

"Vip Style"də daha bir biabırçılıq... - Əliyevanı necə qaradəriliyə çevirdilər...
Tarix: 16-10-2017, 12:15 | Çap et
"Vip Style"də daha bir biabırçılıq...
“VİP STYLE” özəl tibb mərkəzində Bakı sakini Səidə Əliyevanın üzünü kimyəvi dərmanlarla yandıraraq tanınmaz hala salıblar. 4 ay ərzində klinikanın prosedurlarından istifadə edən qadının üz dərisi tamamilə qaralıb və sağalması müşkülə çevrilib.

Bu şikayətlə virtualaz.org-un redaksiyasına paytaxtın tanınmış xəstəxanalarından birində baş mühasib işləyən Səidə Əliyeva müraciət edib. Şikayətçinin sözlərinə görə, bu müddət ərzində ona 3 min manatdan artıq müxtəlif kosmetik vasitələr aldırıblar. Əvəzində isə dərisində sağalması mümkün olmayan çox ciddi problemlər yaranıb.

Səidə Əliyeva danışır ki, ilk dəfə bu klinikaya 2017-ci ilin fevralında iş yoldaşı ilə birlikdə gedib. Klinikadan onun mobil telefonuna zəng edərək deyiblər ki, “VİP STYLE” MMC-dən nömrəsi “kupona düşüb”, ona görə də nömrə sahibini pulsuz kosmetik müayinə üçün klinikaya dəvət edirlər. Üstəlik bildiriblər ki, ilk prosedur pulsuzdur.

"Vip Style"də daha bir biabırçılıq...

“Mənim nömrəmi onlara klinikada pulsuz prosedur keçən, lakin təklif etdikləri kosmetik vasitələri almağa imkanı olmayan tanışım vermişdi. Ona şərt qoyublar ki, əgər bizim satdığımız kosmetik vasitələri almırsansa, azı 15 tanışının nömrəsini verməlisən. Mən də fikirləşdim ki, əgər o gedibsə, mən də üzümün dərisini müayinə etdirə bilərəm. Elə ilk müayinədən proseduraya dəvət etdilər və bildirdilər ki, üzümün dərisində problem var. Mənə dedilər ki, üzümün dərisindəki bütün problemlər aradan qaldırılacaq, bütün lazımi prosedurlar həyata keçiriləcək”, - deyə S. Əliyeva bildirir.

"Vip Style"də daha bir biabırçılıq...

850 manatlıq “Salvador Dali kursu”: başlayıb üzü qaralmağa

"Vip Style"də daha bir biabırçılıq...

Razılaşdıqdan sonra S. Əliyeva ilə 850 manatlıq müqavilə bağlayıblar və o da deyilən məbləği dərhal ödəyib. Bundan sonra ona müalicə metodu və qəbul günləri təyin edilib. Beləliklə beş gündən bir klinikaya gedərək prosedurları qəbul edən şikayətçinin üzündə elə ilk həftənin tamamında qızartı və qaşınma əmələ gəlib.

"Vip Style"də daha bir biabırçılıq...

“Əvvəlcə “Salvador Dali” kursu keçdilər. Sonra məni özünü həkim kimi təqdim edən Fidan adlı xanım müayinə etməyə başladı. O, mənə təklif etdi ki, üzümdəki qaralma və qaşınmanı aradan qaldırmaq üçün onların 2 min manat dəyərində olan kosmetikalarını almalıyam. Məni əmin etdi ki, həmin kosmetik vasitələr üzümdəki bütün problemləri aradan götürəcək. Guya bütün lazımi proseduralar aparılıb, artıq üzümün dərisi kösmetik vasitələrdən istifadəyə hazırdır. Onlara izah etdim ki, mənim dərim həssasdır, kosmetik vasitələrdən, özü də tez-tez istifadə zamanı problem yarana bilər. Ancaq heç bir müayinə aparmadan əmin etdilər ki, təklif edilən kosmetik vasitələr üzümün dərisinin sağalmasına kömək edəcək. Mən də razılaşıb təklif olunan kosmetik vasitələri aldım”-qadın danışır.

Əliyeva bir müddətdən sonra görür ki, sifətində əməlli-başlı qaralma baş verib. Təzədən həkimə müraciət edəndə resepti dəyişib yeni ona yeni dərmanlar yazıblar. Üstəlik bir aparat da veriblər ki, evdə özü proseduru davam etdirsin. Qadın ona təklif olunan bütün dərmanlardan və prosedurlardan istifadə edib. Lakin üzünün dərisi sağalmaq əvəzinə daha da qaralmağa başlayıb.

"Vip Style"də daha bir biabırçılıq...

“Salvador Dali-2” kursu: üzü daha da bərbad hala düşdü

Şikayətçinin sözlərinə görə, klinikada 4 aya yaxın prosedurlardan keçdikdən sonra üzündə ciddi problemlər əmələ gəlib. Artıq üz dərisinin rəngi o qədər qaralıb ki, onu kosmetik vasitələrlə də örtmək mümkün olmayıb. May ayında isə ona yenidən “Salvador Dali -2” kursu yazılıb. Ümumilikdə bu keyfiyyətsiz dərmanlara 3300 manat pul xərcləyib və əvəzində isə nəinki dərisi gözəlləşməyib, hətta üzü bərbad hala düşüb.

“Müalicədən imtina etmək qərarına gəldim, çünki artıq onlara inamım qalmamışdı. Nə baş verdiyinin araşdırılması məqsədilə klinikaya gedəndə mənə dedilər ki, “siz sifətinizi gündə yandırmısınız, bizim burada nə günahımız var?” Guya mən çimərliyə gedib sifətimi yandırmışam. Qəbul etmək istəmirlər ki, üzümün dərisini onların baha qiymətə satdıqları kimyəvi dərmanlar yandırıb”-S.Əliyeva deyir.

Klinikada qadına onu da deyiblər ki, kökdür və yəqin şəkərli diabeti də var. Hətta qara ciyərində problem ola biləcəyi haqda da xəbərdarlıq ediblər.

Buzlu su ilə limon şirəsi

“Mən isə irad bildirdim ki, əvvəldən sadalanan xəstəliklərin olub-olmadığını, baha qiymətə satdığınız dərmanların belə xəstələrə necə təsir edəcəyini müştəriyə bildirməli idiniz. Halbuki məndə sadalanan xəstəliklərin heç biri yoxdur. Əgər doğrudan da yaranan problem sadalanan xəstəliklərlə bağlıdırsa, nədən ancaq üzümün krem çəkilən hissəsi qaralıb? Bundan sonra mənə soyuq prosedura təyin etdilər. Artıq 500 manatlıq müalicəyə başladım. Müxtəlif kosmetik vasitələrdən istifadə etdilər. Yenə xeyri olmayanda təklif etdilər ki, bütün kosmetik prosedurları dayandırıb, yalnız buzlu su ilə limon şirəsinin qarışığından istifadə edim. Əgər üzümün dərisinin müalicəsi üçün buzlu su ilə limon suyu lazım idisə, nədən mənə təzədən 500 manatlıq dərman satırdılar?”, - deyə şikayətçi bildirir.

Bunun da xeyri olmadığını görəndə S.Əliyeva başqa bir klinikada müayinədən keçmək qərarına gəlib. Məlum olub ki, onun üzünün dərisini kosmetik vasitələr yandırıb. Qadın Klinikanın tibbi rəyi ilə “VİP STYLE” MMC-nin rəhbəri Aydın Cəfərova müraciət edib. Onu dinləyəndən sonra öz həkim heyətləri ilə ayrıca məşvərət aparıblar. Klinika rəhbəri deyib ki, dərinin qaralması onların təyin etdiyi kosmetik vasitələr üzündən olmayıb.

Şikayətçi daha sonra bunları nəql edir: “Dedilər yəqin siz üzünüzə başqa nəsə eləmisiniz. Sonra mənə təklif etdilər ki, 2 min manat qaytarırlar və məsələ bitmiş hesab olunur. Hansı ki, mən onlara 3300 manat pul ödəmişəm. Təbii ki, onların təklifi ilə razılaşmayıb, ödədiyin pulların hamısını geri tələb etdim. Vermədilər. Sonradan onların 2 min manat təklifi ilə razılaşdıqda bildirdilər ki, o pul da mənə çoxdur, mənə yalnız 1100 manat verə bilərlər”.

Şikayətçi deyir ki, klinikada bisavad və çox böyük ehtimalla ixtisasca həkim olmayanlar işlədiyindən onun dərisinin xüsusiyyətləri müəyyən edilməyib. Şikayətçinin sözlərinə görə, üz dərisinə edilən qızıl maska da belə problemə səbəb ola bilərdi: “Mənə qızıl maska edirdilər və onu dərimdən maqnitlə çıxarırdılar. Əslində heç bir metal mənim üzümə dəyməməli idi. 4 ay sanki hipnozda olmuşam…”

Maykl Cekson kimi...

S.Əliyeva başına gələnlərlə bağlı prokurorluğa müraciət edib. Deyir ki, ekspertiza ona “demodeks”, “foto dermatit” diqanozu qoysa da, bundan narazıdır. O, bir çox tanınmış dermatoloqların qəbulunda olub və üzündə “post inflamator hiper pigmentasiya” olduğu aydınlaşıb. Bu problemin həlli isə demək olar ki, mümkün deyil. Üzün əvvəlki vəziyyətini bərpa etmək bəlkə də illərlə sürən uzun müalicədən sonra mümkün ola bilər. Həkimlər ona bildiriblər ki, üzünü bir də müğənni Maykl Ceksonun dərisi kimi ağartmaq mümkündür ki, bu halda gərək ümumiyyətlə gün işığına çıxmasın.

"Vip Style"də daha bir biabırçılıq...
"Vip Style"də daha bir biabırçılıq...

Şikayətçi klinikanın ona dəyən maddi və mənəvi ziyanın ödəməsini istəyir. O bildirir ki, fırıldaqçılıqla məşğul olan klinika bağlanmalı və camaatın aldadılmasının qarşısı alınmalıdır: “ Mən təzədən ekspertiza keçirilməsini istəyirəm. İstəyirəm ki, bu tibb mərkəzinin lisenziyası əlindən alınsın. Çünki orada qadınları aldadıb prosedurlara razı salırlar. Bu klinikada istifadə olunan kosmetik vasitələr bura necə gətirilir, gömrükdən keçirmi, bunların arxasında kim dayanır? Mən klinika bağlanana qədər etirazımı davam etdirəcəyəm”,-, deyə şikayətçi bildirir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
50 manatlıq şirkətin 1,85 milyon manat vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 09:36
Qazaxda antiterror şəhidlərinin xatirəsi anıldı - FOTO
Bu gün, 09:32
Suraxanıda QANUNSUZ PUL YIĞIMI... - NARAZILIQ VAR...
Bu gün, 09:26
BU NƏDİ BELƏ: Başçı hərbi hissə ərazisini SATIŞA ÇIXARIB? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:18
Tramp Kirkin anım günündə Maska nə deyib? – ŞOK DETAL
Bu gün, 09:07
Rusiya öz qırıcısının vurulmasını istəyirdi, çünki... - Şok plan
Bu gün, 08:19
"Çox xoşbəxt sənətkar idi ki, o yaşa qədər yaşadı"
Bu gün, 07:22
Rusiya anlayır ki, atışma dayansa, çətin olacaq... - Kelloq
Bu gün, 07:18
Diqqət: Bakıda ödənişli yollarla bağlı mühüm açıqlama – Qiymətlər dəyişir?
Bu gün, 07:15
İnflyasiya və işsizlik: birlərinin faciəsi – digərlərinin biznesi - ARAŞDIRMA
Bu gün, 06:02
Azərbaycan təhlükəsizlik məsələlərində mərkəzi oyunçuya çevrilib - İNCƏLƏMƏ
Bu gün, 05:57
Müştərilər fırıldaqdan təngə gəlib... - GİLEY
Bu gün, 05:55
Neftçilər Gününü ac qarına qeyd edən neftçi... - NARAZILIQ VAR...
Bu gün, 05:43
Mikayıl Cabbarov bu işi bacarmadı... - FAKT BUDUR!
Bu gün, 05:32
Zeynəb Xanlarova Fədayə Laçını toya dəvət edib? - “Öz mahnılarını oxuyacam”
Bu gün, 05:14
Bölgələrimizin inkişafı bundan asılıdır... - partiya sədri AÇIQLADI
Bu gün, 05:09
İlham Əliyevin açıqlaması erməni KİV-nin diqqətində... - DETALLAR
Bu gün, 05:01
Tovuzda 64 yaşlı kişi döyülərək öldürüldü
Bu gün, 04:58
Tramp və Mask Çarli Kirkin anım mərasimində birlikdə görünüblər - FOTO
Bu gün, 04:49
Son çıxışında Putin Rusiyasını ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 04:46
BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025" festivalında qalib olub
Dünən, 22:03
"Onları teatrdan qovmaq lazımdır" - ÇAĞIRIŞ
Dünən, 17:35
Ermənistanda yeni partiya yaradıldı - "Dubinka"
Dünən, 17:31
“Dəbdə” olan xəstəlik: - Gecə başlayıb gündüzü “zəhər” edir
Dünən, 17:28
Ağlar günə qalan Azərbaycan təhsili... - BELƏ HARA GEDİRİK?
Dünən, 17:25
Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir
Dünən, 14:50
“Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək - Biznesmen vəd verdi
Dünən, 14:48
Pezeşkian ABŞ-a gedir - İSNA
Dünən, 14:43
Putin sülh yolu ilə həllə açıqdır - Peskov belə deyir...
Dünən, 14:31
Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... - Fərahim Mirzəyev yediklərinin hesabını verəcəkmi?
Dünən, 14:25
İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib
Dünən, 14:16
"Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır"
Dünən, 14:10
"Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." - Şəmistan Nəzirlinin qəfil ölümü...
Dünən, 14:06
Putin Paşinyana məktub göndərdi
Dünən, 14:03
“Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir - Görünəni odur ki...
Dünən, 12:25
Kamboca ilə müharibəyə həvəsimiz yoxdur – Poqosyan Trampa reaksiya
Dünən, 12:22
İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... - MÜRACİƏT
Dünən, 12:18
Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? - FAKT BUDUR!
Dünən, 11:49
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub
Dünən, 11:41
"Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." - NARAZILIQ VAR...
Dünən, 11:39
Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu
Dünən, 11:36
Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik - Paşinyan
Dünən, 11:34
Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq - Kuleba
Dünən, 09:51
Azərbaycana qarşı yeni təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:50
Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ - TENDERİ LƏĞV OLUNDU
Dünən, 09:48
«Kurort» QSC-nin qaranlıq üzü - Sağlamlığın əvəzinə FIRILDAQ...
Dünən, 09:40
Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı
Dünən, 09:27
Turistləri ölkədən qaçıran kimlərdir? - ARAŞDIRMA
Dünən, 09:17
"Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." - ONA GÖRƏ DƏ...
Dünən, 09:15
Azərbaycanlı vəkilə hücum etdilər - TƏFƏRRÜAT
Dünən, 09:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru