Arabir duman olacaq .....                     Ultra liberalların əlində alətə çevrilmiş AŞPA da dəyişəcək .....                     AYNA rəhbərinin şübhəli villa əməliyyatı: Dövlətin düşməninə 1 milyon verib? .....                     Vəzifəyə keçər-keçməz bütün qohumlarına iş verdi .....                     Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb .....                     “Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir .....                     AKBA-ya Komitə Sədrləri təyin olunub .....                     Füzulidə məmur ata və oğul fermeri intihar həddinə çatdırıblar .....                     Həbsdəki dünya çempionu “Bir səhvdir, etmişik” dedi .....                     Nigar Fərhadın şirkətindən ŞİKAYƏT .....                     Azərbaycan Yaxın Şərqə qayıdır .....                     Ermənistan Müdafiə Nazirliyi ABŞ, Fransa və Yunanıstandan məsləhət xidməti alır .....                     “Ermənistanda Azərbaycan vassalı olan inzibati vahid qurulacaq” .....                     Paşinyanın saytında yayılan bu FOTO təşviş yaratdı .....                     “Meqa Sığorta”nın rəhbərliyinə təyinat olub .....                     Qohum evliliklərinə qoyulan qadağadan yayınmaq mümkündürmü? .....                     Yerli turistlər üçün `VADİ TRAVEL` tələsi... .....                     Xıdırlı sakini: “Bir az yağış yağan kimi sel evi aparır” .....                     Şəxsimə və intimimə heç kəs qarışa bilməz .....                     Paşinyan partiya rəhbərliyinə yeni şəxslərin seçilməsinə nail olub .....                     Anasının dolabda gizlənən sevgilisini bıçaqladı .....                     Ağdamlı məcburi köçkün niyə öz kəndinə qayıtmaq istəmir? .....                     Oğuzda narkotik satan ailə həbs olundu .....                     14 yaşlı oğlu zorlanan atanın FƏRYADI... .....                     Məcnun müəllim fermerlərə sahib çıxmazsa... .....                     35 manatlıq saatı 90 manata satmaları bir yana... .....                     "“FSB” gəmisi Bakıya bu vəzifə bölgüsünün müəyyənləşdirilməsi üçün gəlir...” .....                     "Kimsəyə yaltaqlanacaq gündə deyiləm..." .....                     “Şahdağ Turizm Mərkəzi” 116 minlik təmizlik vasitəsi alır .....                     Dövlət qurumu minlərlə ağac, gül və kollar aldı .....                     50 manatlıq şirkətin 1,85 milyon manat vergi borcu var .....                     Qazaxda antiterror şəhidlərinin xatirəsi anıldı .....                     Suraxanıda QANUNSUZ PUL YIĞIMI... .....                     BU NƏDİ BELƏ: Başçı hərbi hissə ərazisini SATIŞA ÇIXARIB? .....                     Tramp Kirkin anım günündə Maska nə deyib? .....                     Rusiya öz qırıcısının vurulmasını istəyirdi, çünki... .....                     "Çox xoşbəxt sənətkar idi ki, o yaşa qədər yaşadı" .....                     Rusiya anlayır ki, atışma dayansa, çətin olacaq... .....                     Diqqət: Bakıda ödənişli yollarla bağlı mühüm açıqlama .....                     İnflyasiya və işsizlik: birlərinin faciəsi – digərlərinin biznesi .....                 

"Universitetlər qalıb ərəbin, rusun, farsın ümidinə" - PROBLEM
Tarix: 1-08-2017, 14:15 | Çap et
"Universitetlər qalıb ərəbin, rusun, farsın ümidinə"
Son illər Azərbaycandan xaricə təhsil almaq üçün minlərlə abituriyent, tələbə üz tutur. Bu da ölkədən valyutanın xaricə çıxması deməkdir. Təsadüfi deyil ki, ötən il boş qalan plan yerlərinin bu il tamamilə doldurulması üçün Dövlət İmtahan Mərkəzi 2 mərhələli qəbul imtahanı sisteminə keçid etdi və qəbulun sonunda bəzi ixtisaslar üzrə müsabiqə balları da aşağı salındı.

Buna baxmayaraq, istər özəl, istərsə də dövlət ali təhsil müəssisələrində illik təhsil haqları artırıldı. Bu, ötən illə müqayisədə xaricdə təhsil almaq üçün müraciət edənlərin sayına nə kimi təsir edib? Bununla əlaqədar paytaxtda fəaliyyət göstərən bir neçə xaricdə təhsil təşkil edən təşkilatlarla əlaqə saxladıq.

"GEMİ" (Gənclərin Elmi Mədəni İnkişaf Təşkilatı) təşkilatının rəhbəri Sərdar Yusifoğlu “Qaynarinfo”ya açıqlamasında müraciət edənlərin sayında artım olduğunu bildirdi və gənclərin daha çox hansı səbəbdən ölkəni tərk etmək istədiyini açıqladı:

"Ötən ildən müraciət edənlərin sayında artım var. Amma ola bilər ki, bu bəzilərinin sırf xaricə getmək istəmələri ilə əlaqədardır. Nəticə göstərir ki, hətta bu il keçid balını keçən abituriyentlər belə, hansı ki, topladığı ballar bəzi regionlarda yerləşən təhsil müəssisələrində oxumağa kifayət edir, burada təhsil almaq istəmirlər. Onlar fikirləşirlər ki, xaricdə zəif bir universitetdə belə təhsil alsalar, onlar üçün daha yaxşı olar. Buradakı universitetlərlə bağlı çoxlarının düşüncəsi belədir ki, əksəriyyətində həm təhsil haqqı bahadır, həm də təhsilin keyfiyyəti aşağıdır. Amma bu, o demək deyil ki, Azərbaycanda keyfiyyətli təhsil yoxdur. Sadəcə, inamsızlıq var və bu inamsızlığı aradan qaldırmaq üçün istər özəl, istərsə də dövlət universitetlərində təşkilatlanma aparılmalıdır. Bunun da əsas yolu xaricdən Azərbaycana tələbə axınını təşkil etməkdir. Buna nail olmaq mümkün olda, sosial və maddi-texniki bazanı inkişaf etdirməklə inamı bərpa etmək olar. Biz gənclər təşkilatı olduğumuz üçün əsasən aşağı büdcəli insanlar müraciət edir. Onların da əksəriyyəti Türkiyə və Ukrayna universitetlərinə maraq göstərirlər. Bəziləri yaşayış hüququnun olması, bəziləri də təhsil haqlarının aşağı olması ilə maraqlanır. Türkiyənin əksər universitetlərində ixtisaslar üzrə təhsil haqları 200-700 dollar civarındadır, bu da onlara daha cəlbedici görünür və müraciət edənlər düşünür ki, getdikdən sonra həm oxuyacaq, həm də dərsdən sonra hər hansısa bir fəaliyyətlə məşğul olaraq öz gündəlik xərclərinin bir hissəsini çıxarda biləcək".

"Megapolis Təhsil Mərkəzi"nin rəhbəri Elçin Əzizov əksinə, xaricdə təhsil almaq üçün müraciət edənlərin sayında 20-30 faiz azalma olduğunu qeyd etdi:

"İnsanların həm maddi durumu, həm də abituriyentlər üçün yeni yaradılan şəraitlərlə bağlı xaricdə təhsil üçün müraciət edənlərin sayında müəyyən qədər azalmalar var. Nəticələr onu göstərir ki, ötən ildən müraciət edənlərin sayı 20-30 faiz aşağı düşüb. Əvvəllər daha fərqli ölkələrə müraciət olurdusa, indi daha çox illik təhsil haqqı aşağı olan ölkələrə axın güclüdür. Bura əsasən Türkiyə və potsovet ölkələrini daxil etmək olar".

"Celt Colleges" xaricdə təhsil mərkəzi İçəri Şəhər filialının meneceri Hüseyn Məhərrəmov isə təhsil üçün xaricə getmək istəyənlərin sayının artdığını və axının əsasən Türkiyə universitetlərinə olduğunu dedi:

"Ötən ilki statistika ilə müqayisədə bu il xaricdə təhsil almaq üçün müraciət edənlərin sayında artım var. Belə deyək ki, əgər ötən il 100 nəfər müraciət etmişdisə, bu il bu göstərici bir o qədər də artıb, yəni 200 nəfər olub. Üstünlük də əsasən Türkiyə universitetlərinədir".

Qeyd edək ki, DİM-in rəhbəri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında vakant yerlərlə bağlı statistikanı açıqlayıb və ötən illə müqayisədə vakant yerlərin 2 faiz artdığını qeyd edib. Onun sözlərinə görə, I qrupda bu göstərici 1 faiz, II qrupda 5 faiz artıb, III qrupda demək olar eyni qalıb, IV qrupda 3,5 faiz azalma, V qrupda isə təxminən 8 faiz artım olub. DİM rəhbəri bildirib ki, bu il ali məktəblər üçün 42 806 vakant yer təqdim olunsa belə, müəyyən yerlərin boş qalacağı istisna edilmir.

Məsələ ilə bağlı “Qaynarinfo”ya danışan təhsil üzrə ekspert Kamran Əsədov DİM-in 2 mərhələli qəbul imtahanı sisteminin heç bir nəticə vermədiyini və ötən il olduğu kimi, bu il də əksər plan yerlərinin boş qalacağını bildirib və bunun səbəblərini açıqlayıb:

"Bildiyiniz kimi, artıq 2017-2018 tədris ili üçün ali məktəblərə qəbul imtahanları geridə qalıb və bundan sonra ən ciddi bir proses - ixtisas seçimi başlayır. İlk növbədə abituriyentlərin sayına baxdıqda görürük ki, bu il məktəblərə sənəd verənlərin sayı əvvəlki illərlə müqayisədə azalıb. Yəni 2016-cı ildə bu say 85 min idisə, bu il 65 minə qədər düşüb. Halbuki, 2010-cu ildə bu rəqəm 110 min nəfər idi. İllər keçdikcə Azərbaycanda oxumaq üçün sənəd verənlərin sayında azalma, əksinə xarici ölkələrə təhsil almağa gedənlərin sayında artım olduğu görünür. Buna təsir göstərən müəyyən faktorlar var. Əsas səbəblərdən biri Azərbaycanda təhsil haqqlarının yüksək, təhsilin keyfiyyətinin isə aşağı olmasıdır. Bu ildən etibarən Dövlət İmtahan Mərkəzi qəbulu 2 mərhələdə həyata keçirdi və məqsəd də o idi ki, keçid balını toplayanların sayı çoxalsın. Hər il kifayət qədər boş plan yerləri qalırdı ki, onlar tutulsun, həmçinin xaricdə təhsil almaq üçün gedənlərin sayı azalsın. Amma real vəziyyət onu göstərir ki, 2 dəfə imtahan keçirməyin də nəticələrə heç bir təsiri yoxdur. Belə ki, 48 faiz abituriyent keçid balını topladı, lakin 52 faizi toplaya bilmədi. Həmin 52 faizin də müəyyən hissəsi əvvəlki illərdə olduğu kimi yenə xarici ölkələrə üz tutacaqlar. Bunun qarşını almaq üçün Təhsil Nazirliyi təklif etdi ki, ali təhsil müəssisələrində hazırlıq qrupları yaradılsın və abituriyentlər oxumaq istədikləri ixtisas üzrə 1 il təhsil alsınlar, sonra yenidən imtahan versinlər. Azərbaycandan kənara təhsil almaq üçün gedənlərin sayında azalma ola bilməz. Çünki proses hələ bundan sonra başlayır. Ümid var idi ki, DİM keçid ballarını aşağı salacaq, düzdü əvvəlcədən müəyyən olunmuşdu ki, keçid balında enmə olmayacaq və 200 bal olaraq qalacaq, lakin DİM sonradan dəyişiklik edərək 1-ci qrupda 30, 2-ci qrupda 32, 3-cü qrupda 9, 4-cü qrupda isə 8 ixtisas üzrə müsabiqə ballarını aşağı saldı. Bu da ötən illərdə boş qalan plan yerləri idi. Bununla belə həmin yerlərin illik təhsil haqlarının yüksək olması və seçim imkanı olan abituriyentlərin sayının az olması gələcəkdə yenə də həmin plan yerlərinin boş qalmasına gətirib çıxaracaq. Əgər biz xaricə oxumaq üçün gedənlərin qarşısını almaq istəyiriksə, ilk növbədə keçid ballarını və qəbul şərtlərini asanlaşdırmalı, həmçinin təhsil haqlarını da fantastik həddə yox, Azərbaycan vətəndaşının ödəyə biləcəyi şəkildə müəyyənləşdirməliyik".

Ekspert həmçinin xaricdən təhsil almaq üçün Azərbaycana gələnlərin sayının da az olduğunu və universitetlərin bu sahədə heç bir iş görmədiklərini qeyd eetdi:

"Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisəsinin hər biri xaricdən attestatla tələbə qəbul etmək səlahiyyətinə malikdir. Yəni onlar bunu edə bilərlər, sadəcə özlərini əziyyətə salmaq istəmirlər. Türkiyənin 240 universitetində 800 min xarici tələbə təhsil alır. Bir şəhərdən ibarət olan Sinqapurda kimi ölkədə 80 min xarici tələbə oxuyur, ABŞ-da 10 milyon və s. Amma Azərbaycanın 54 ali təhsil müəssisəsinə gələnlərin sayı 3800-dür. Bu da hər bir universitet üçün 40-50 tələbədən artıq etmir. Ölkəyə 3 sahə pul gətirir: səhiyyə, təhsil və turizm. Təəssüf ki, bizdə bunların 3-də də qalmışıq ərəbin, rusun, farsın əlində. Onlar da çox az saydadır. Halbuki, universitetlər öz gəlirləri üçün xaricdən daha çox tələbə cəlb etməlidirlər. Yəni, bütün universitetlərimizdə xarici tələbələr üzrə prorektorlar, dekanlıqlar yaradılmalı, həmçinin istər Avropa, istərsə də MDB ölkələrində öz universitetlərini reklam etməlidirlər. Yəni biz sadəcə öz ölkəmizdən tələbə cəlb etməklə gəlirli təhsil sistemi qura bilmərik. Xaricdən tələbə qəbul etməklə universitetin reytinqini də artıra bilərik. Çünki, bu, reytinqə təsir edən əsas amillərdən biridir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:32
Ultra liberalların əlində alətə çevrilmiş AŞPA da dəyişəcək - MÜSAHİBƏ
Bu gün, 12:22
AYNA rəhbərinin şübhəli villa əməliyyatı: Dövlətin düşməninə 1 milyon verib? - TƏFƏRRÜAT
Bu gün, 12:20
Vəzifəyə keçər-keçməz bütün qohumlarına iş verdi - NARAZILIQ VAR...
Bu gün, 12:15
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb - QƏRAR
Bu gün, 12:09
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir - DİQQƏT...
Bu gün, 12:06
AKBA-ya Komitə Sədrləri təyin olunub - SİYAHI
Bu gün, 12:05
Füzulidə məmur ata və oğul fermeri intihar həddinə çatdırıblar - İTTİHAM VAR...
Bu gün, 11:59
Həbsdəki dünya çempionu “Bir səhvdir, etmişik” dedi - CİNAYƏT DOSYESİ
Bu gün, 11:53
Nigar Fərhadın şirkətindən ŞİKAYƏT – “Xaricdə təhsil adı ilə pulumu aldılar, geri vermirlər”
Bu gün, 11:47
Azərbaycan Yaxın Şərqə qayıdır - İNCƏLƏMƏ
Bu gün, 11:43
Ermənistan Müdafiə Nazirliyi ABŞ, Fransa və Yunanıstandan məsləhət xidməti alır - Papikyan
Bu gün, 11:41
“Ermənistanda Azərbaycan vassalı olan inzibati vahid qurulacaq” - Artur Xaçatryan
Bu gün, 11:29
Paşinyanın saytında yayılan bu FOTO təşviş yaratdı - "Sonunuzu görün, erməni xristianlar..."
Bu gün, 11:24
“Meqa Sığorta”nın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:17
Qohum evliliklərinə qoyulan qadağadan yayınmaq mümkündürmü? – Hüquqşünasdan açıqlama
Bu gün, 11:12
Yerli turistlər üçün `VADİ TRAVEL` tələsi... - AXI NİYƏ?
Bu gün, 11:02
Xıdırlı sakini: “Bir az yağış yağan kimi sel evi aparır” – Video
Bu gün, 10:54
Şəxsimə və intimimə heç kəs qarışa bilməz - Rövşanə
Bu gün, 10:50
Paşinyan partiya rəhbərliyinə yeni şəxslərin seçilməsinə nail olub - Ermənistan KİV-i
Bu gün, 10:44
Anasının dolabda gizlənən sevgilisini bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:42
Ağdamlı məcburi köçkün niyə öz kəndinə qayıtmaq istəmir? - AKTUAL
Bu gün, 10:38
Oğuzda narkotik satan ailə həbs olundu - Aralarında gəlin-qaynana da var...
Bu gün, 10:17
14 yaşlı oğlu zorlanan atanın FƏRYADI... - "Qorxuruq ki, yolda uşağa yenə ..."
Bu gün, 10:14
Məcnun müəllim fermerlərə sahib çıxmazsa... - AKTUAL
Bu gün, 10:05
35 manatlıq saatı 90 manata satmaları bir yana... - ETİRAZ VAR...
Bu gün, 10:02
"“FSB” gəmisi Bakıya bu vəzifə bölgüsünün müəyyənləşdirilməsi üçün gəlir...” - KİV
Bu gün, 09:51
"Kimsəyə yaltaqlanacaq gündə deyiləm..." - Murad Arif
Bu gün, 09:49
“Şahdağ Turizm Mərkəzi” 116 minlik təmizlik vasitəsi alır
Bu gün, 09:46
Dövlət qurumu minlərlə ağac, gül və kollar aldı - 229 MİN MANAT ÖDƏYƏCƏK
Bu gün, 09:43
50 manatlıq şirkətin 1,85 milyon manat vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 09:36
Qazaxda antiterror şəhidlərinin xatirəsi anıldı - FOTO
Bu gün, 09:32
Suraxanıda QANUNSUZ PUL YIĞIMI... - NARAZILIQ VAR...
Bu gün, 09:26
BU NƏDİ BELƏ: Başçı hərbi hissə ərazisini SATIŞA ÇIXARIB? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:18
Tramp Kirkin anım günündə Maska nə deyib? – ŞOK DETAL
Bu gün, 09:07
Rusiya öz qırıcısının vurulmasını istəyirdi, çünki... - Şok plan
Bu gün, 08:19
"Çox xoşbəxt sənətkar idi ki, o yaşa qədər yaşadı"
Bu gün, 07:22
Rusiya anlayır ki, atışma dayansa, çətin olacaq... - Kelloq
Bu gün, 07:18
Diqqət: Bakıda ödənişli yollarla bağlı mühüm açıqlama – Qiymətlər dəyişir?
Bu gün, 07:15
İnflyasiya və işsizlik: birlərinin faciəsi – digərlərinin biznesi - ARAŞDIRMA
Bu gün, 06:02
Azərbaycan təhlükəsizlik məsələlərində mərkəzi oyunçuya çevrilib - İNCƏLƏMƏ
Bu gün, 05:57
Müştərilər fırıldaqdan təngə gəlib... - GİLEY
Bu gün, 05:55
Neftçilər Gününü ac qarına qeyd edən neftçi... - NARAZILIQ VAR...
Bu gün, 05:43
Mikayıl Cabbarov bu işi bacarmadı... - FAKT BUDUR!
Bu gün, 05:32
Zeynəb Xanlarova Fədayə Laçını toya dəvət edib? - “Öz mahnılarını oxuyacam”
Bu gün, 05:14
Bölgələrimizin inkişafı bundan asılıdır... - partiya sədri AÇIQLADI
Bu gün, 05:09
İlham Əliyevin açıqlaması erməni KİV-nin diqqətində... - DETALLAR
Bu gün, 05:01
Tovuzda 64 yaşlı kişi döyülərək öldürüldü
Bu gün, 04:58
Tramp və Mask Çarli Kirkin anım mərasimində birlikdə görünüblər - FOTO
Bu gün, 04:49
Son çıxışında Putin Rusiyasını ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 04:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru