“Baş aksessuarımın üstündə 5 kiloqram ağırlığında zəncir var” - Rəqqasə Renka
Tarix: 14-07-2017, 13:00 |
Çap et
DİA.AZ: - Oriyental ulduz Renka imicində inanılmaz dəyişiklik edəcək.
DİA.AZ-a rəqqasə Renka yeniliklərindən danışıb:
"Bu yaxınlarda yeni fotossesiya təqdim edəcəyik. Çox az qalıb. Seviləcəyinə inanıram. Yeni imic üzərində çalışırıq. Fotosessiyada elə bir baş aksessuarda çıxacam ki, hamı təəccüblənəcək. Hazırlanan baş aksessuarın üstündə 60 metr zəncir vardı. Çəkisi isə 5 kiloqram idi. Bu imiclə hər kəsi təəccübləndirəm. Dünya ulduzları belə, məni görüb, şoka düşəcək. Sözügedən imicimi ilk dəfə bu proyekdə görə biləcəksiniz".