Su kanallarında boğulmalar artır .....                     Ceyhun Cəlilov Naxçıvanı rəsmən QARƏT EDİR... .....                     Həbsdəki icra başçısı İlham Əliyevdən əfv istəyib .....                     “Məni Bəhramın gözündən saldılar, direktor mənə “xalq artisti” fəxri adı vermədi” .....                     Paşinyan Görusdakı iclasda Zəngəzurdan Naxçıvana yol verilməsini müzakirə edib... .....                     Bakıda özbaşına tikinti işləri aparan şəxsə hökm oxundu .....                     Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur .....                     Əcnəbi seyrə balonlarla çıxır: Xəzər rayonunda isə zibili eşşəklə daşıyırlar... .....                     Jurnalist Rəşad Baxşəliyevə ağır itki üz verib .....                     Seyfəddin Hüseynlinin qardaşının həbs müddəti uzadıldı .....                     Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm... .....                     Bu şəhərdə 2 milyon manatlıq yol işləri hələ ki, kağız üzərində qaldı .....                     Ruslar Azərbaycandan gələn bu məhsullara da QADAĞA QOYDU .....                     Boksçumuz erməniyə qalib gəlib çempion oldu .....                     Şəmkirdə dəhşət: 24 yaşlı şəxs ona əmanət edilən bacılara qarşı zorakılıq etdi .....                     KAPİTAL BANK digər banklardan NİYƏ GERİDƏ QALIR? .....                     “Azercell” müştərilərini rəsmən BOĞAZA YIĞIB... .....                     Milli Azərbaycan mətbuatının yaranması və inkişafı .....                     Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - 150 .....                     Müəyyən səbəbdən iş yerində olmayan işçinin... .....                     Vilayətinin SURİYA SANCISI... .....                     Azərbaycanın Karapetyanı KİM OLACAQ? .....                     "İcraçı Kredit Agentliyi" BOKT ləğv olunur .....                     Sülh müqaviləsi üçün yeni tarix: niyə beş ay sonra... .....                     Trampın vaxt qoymaqlığı... .....                     Kodlaşdırma vaxtı çatır: Qiymət “göydə uçuşur” .....                     Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barədə cinayət işi açılıb, oğlu saxlanılıb .....                     Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI .....                     İrəvanla Bakı arasında yekun anlaşma... .....                     Azərbaycan-Ermənistan sülh danışıqları: Detallar üzə çıxır .....                     Göyçay sakinləri niyə narazılıq edir? .....                     Qusarda tənəzzül edən təhsil sistemi .....                     Ev tikmək istəyənlərə vacib xəbər .....                     "Bu təklifin reallaşması yaxşı müəllimlərin sistemdən sıxışdırılıb çıxarılmasına səbəb ola bilər" .....                     Orta məktəb şagirdi nazirə rəsmən DƏRS KEÇDİ .....                     Səbail məhkəməsinin icraçıları qanun tanımır .....                     "ARKOZ Qazax Sement Zavodu"nun yarım milyonluq borcu üzə çıxdı .....                     Paşinyan anlayır ki, Vardanyanla bağlı israr etsə... .....                     Ətin qiyməti bahalaşır: SƏBƏB NƏDİR? .....                     Ata Abdullayevin Amerikalı arvadı Ombudsman Aparatında .....                 

“Azərbaycan kosmosun 90 dərəcəlik bucağında yerləşir və bütün qitələrə yol buradan gedir” - Ekstrasens
Tarix: 11-07-2017, 11:11 | Çap et
“Azərbaycan kosmosun 90 dərəcəlik bucağında yerləşir və bütün qitələrə yol buradan gedir”
“Bizə “falçı” deyənlər anlamırlar ki, bir proqnozu hazırlamaq üçün minimum saat yarım vaxtım gedir”.

PİA.AZ “Qoroskop” qəzetinin baş redaktoru, tanınmış astroloq Səbuhi Rəhimli ilə müsahibəni təqdim edir:

- Səbuhi bəy, Azərbaycanın tanınmış astroloqlarından biri hesab olunursunuz. Çox-çox qədimdən insanlar arasında bəlli və məşhur olan müasir astroloji öngörmələr barədə nə deyə bilərsiniz? Müasir astroloji öngörmələr qədim astrologiyadan nəylə fərqlənir?

- Ümumiyyətlə, qədim insanların daha kamil biliyə malik olduqlarını düşünürəm. Bəzi elmi araşdırmaçılar da təsdiqləyir ki, sanki tarixin hansısa dönəmində Yer kürəsində olan biliklər sistemi pozulub, yaddaşlardan silinib. Tutaq ki, böyük alim İbn Sinanın hansısa tapıntısını bugünkü texnologiya ilə hələ təzəlikcə öyrənirik. Və yaxud qədim bilgilərdə 12 nəhəng planetin olduğu qeyd olunub, amma biz hələlik onun 9-nu təyin etmişik. Onlardan Pluton kimi aktiv planeti isə ləğv edib sayı azaltdılar.

Açığı, mən bilmirəm. Ola bilər ki, İsgəndəriyyə kitabxanası yandırılanda o bilgilər itib, yaxud da başqa fəlakətlər zamanı tarixin yaddaşından silinib. O baxımdan hesab edirəm ki, qədim bilgilər daha müfəssəl və daha dərin olub. Biz özfəaliyyət nəticəsində astrologiyanı müəyyən dərəcədə öyrənirik. Qədimdə Bağdaddan tutmuş Misirə qədər bütün ali məktəblərdə həm humanitar, həm də dəqiq elmlər bir yerdə tədris olunurdu. Bu baxımdan “vahid elm” adlanan astrologiya da təşəkkül tapa bilmişdi. Ancaq bu gün MDB məkanında elə bir universitet yoxdur ki, orada humanitar və dəqiq elmlər bir ixtisas kimi tədris olunsun. Bəzi ABŞ və Avropa universitetləri var ki, orada astrologiya, xüsusən də tibbi astrologiya elm kimi öyrənilir və araşdırılır. Bizdə isə astrologiyanın tədrisi sıfır həddindədir. Bu elmin inkişafı hazırda azsaylı astroloqların fərdi fəaliyyətindən və əldə etdikləri məhdud bilgilərdən ibarətdir.

- Deyə bilərsiniz astrologiyanın yaranma tarixi nə vaxt olub?

- İlk astroloji bilgilər Azərbaycanda bərqərar olmuş Avesta kitabında yazılıb. Bu kitabda göy cisimlərinin insan həyatına təsiri ilə bağlı məlumatlar yazılıb. Əslində dini mənbələrdə astrologiya elminin ilk dəfə Nuh Peyğəmbərin (ə) babası İdris Peyğəmbərə (ə) verilmiş bir elm olduğu göstərilir. Necə ki yuxuyozma elmi də Yusif peyğəmbərə (ə) verilmişdi. Sadəcə olaraq astrologiya gizli elm olduğuna görə açıq şəkildə kütləviləşdirmək də olmaz.

Elə zamanlar vardı ki, astrologiya və astronomiya bir yerdə idi. Ancaq elm inkişaf etdikcə astronomiya astrologiyadan ayrılmağa başladı. Astronomiya sırf planetlərin hərəkət trayektoriyasını, planetlərin kütləsini və orada həyatın olub-olmamasını öyrənir, digər məsələləri isə gözüyumulu inkar edirlər. Məsələn, nə qədər absurd olsa da, onlar Ayın bədirlənməsinin Yerdəki hadisələrə təsir etmədiyini, planetlərin paradının sadəcə göydə baş verən maraqlı görüntü olduğunu bildirirlər.

Deyirlər ki, Makedoniyalı İsgəndər Avestanı yandırıb. Əslində o, Avestada olan dini inancları yandırıb, tibbə, astrologiyaya, astronomiyaya və tarixə aid olan mənbələri isə özü ilə aparıb tərcümə etdirib. Bununla da Qərb dünyası yeni elmi intibaha başlayıb. Məhz Avestadan doğan bilgilər sayəsində Misir, Roma, Yunanıstan və Kabbala (Akkard) astrologiyasının əsası qoyuldu.

- Dediniz ki, astrologiya gizli elmdir. Gizli elm dedikdə əsasən nəyi nəzərdə tutursunuz və bu gizliliyi necə öyrənirlər?

- Yəqin ki, bu suala cavab verməsəm, çoxları mistikaya yozacaq. Əslində okkultik (gizli) deyilən elmlər və sahələr kütləvi şəkildə yayılmamaq üçündür. Burada hər hansı mistik dünyagörüşü yoxdur. Sadə bir misal, əsl siyasətçilər bədbinlik saçan olayları, gedişatı qorxulu olan prosesləri heç vaxt olduğu kimi təqdim etmir – bu, xaos yarada bilər, insanları gücdən sala və ya azdıra bilər. Ona görə də bəzən gedişatı olduğu kimi deyil, yaxşı bir şey kimi, sonu ümidli olan hadisə kimi təqdim edirlər. Tutaq ki, qənaətlərim bədbin bir hadisəni ortaya çıxarır və əgər mən onu mediaya bildirsəm, ziyandan başqa bir şey olmayacaq. Elə isə niyə deyim? Düzdür, bizdə alternativ variantlar, çıxış yolları daha çox olur. Amma fərdi qoroskoplardan tutmuş, ictimai-siyasi proqnozlara qədər xüsusi məqamlar olur ki, onu demək olmaz.

- Bəzi iddialara görə, astrologiya Şumerdə yaranan elmdir, doğurdanmı bu belədir, yoxsa astrologiya Şumerdən sonrakı dönəmdə yaranıb? Belə bir iddia var ki, astrologiyanı və bir çox başqa elmləri Yerdən kənar sivilizasiyanın nümayəndələri olan anunnakilər gətiriblər. Bu barədə nə deyə bilərsiniz?

- Açığı, düşünürəm ki, Şumer sivilizasiyası haqqında elə Atlantida, Lemuriya və Mağ sivilizasiyaları qədər bilirik, yəni çox az bilgimiz var. Tarixin kölgə və qaranlıqlarında qalan o dönəmləri müfəssəl şəkildə ortaya qoyan çox az mənbələr var. Onların da çoxusu elmdən daha çox müəllif fantaziyalarına söykənir. Dediklərinizi təkzib edəcək faktım yoxdur, o cümlədən inkar edəcək faktım. Biz konkretliyə, yazılı mənbəyə əsaslansaq, ortada bir şey tapmayacağıq. 2007-ci ildə çıxan bir kitabımda bu barədə fikirlərim var: “Şumerlər planetləri canlı varlıqlar kimi qəbul edirdilər. Bunun sayəsində qədim astroloqlar Yerdəki həyatla Göydəki yaşam tərzi arasında paralel surətdə müqayisə aparırdılar. Sonralar astrologiya öz hüdudlarını daha da genişləndirdiyindən bu elm digər xalqlara keçdi, Misirdə, Yunanıstanda, Midiyada, Hindistanda və Çində geniş surətdə yayıldı. Hətta Yukatan adlanan ərazidə məskən salmış mayya xalqının mədəniyyəti astroloji biliklər əsasında inkişaf etmişdi. Məsələn, burada dövlət əhəmiyyətli bayramlar avqust ayında - Şir bürcü zamanı keçirilirdi. Hesab edilirdi ki, Şir - dövlətçilik və hakimiyyətin səma simvoludur. Qurbankəsmə mərasimləri noyabr ayında - Əqrəb bürcü dövründə keçirilirdi. Çünki əqrəb ölüm işarəsi sayılırdı. Beləliklə, astrologiya elmi dövlətçilik dini kimi bütün şərqi Asiyada yayılandan sonra Sakit Okean vasitəsilə Cənubi və Şimali Amerikaya da keçdi”. Amma gördüyünüz kimi bilgilər azdır.

- Astrologiya elmi indiki texnologiya ilə daha çox inkişaf edib, yoxsa bu inkişaf ən qədim dövrlərdə daha çox inkişaf etmişdi?

- Hər dövrün öz qanunauyğunluqları olur. Bizim ən qədim dövrü öyrənmək imkanlarımız elə də geniş deyil. Ancaq o dövrdə şəhərlərin salınması, yürüşlərə, müharibələrə gedilməsi, əkin əkilməsi, hətta kütləvi xarakterli məişət işləri də sırf astroloqların məsləhətləri və onların araşdırmalarına əsasən həyata keçirilirdi. Yəni, ən qədim dövrdə astrologiya insanın sahib olduğu əsas elm hesab olunurdu. Orta əsrlərdə Avropada xristianlığın yayılması ilə astrologiya qadağan olundu və bu elm sehrbazlıqla əlaqələndirilərək şeytan əməli olaraq qələmə verildi. İnkvizisiya dönəmində buna görə xeyli adam edama və diri-diri yandırılmağa məhkum edildi. Onların arasında çoxlu sayda elm adamları da vardı. Məsələn, böyük İtaliya mütəfəkkiri Cordano Bruno Yerin kürə şəklində olduğunu dediyinə görə onu yandırdılar. Din adamları hətta ortada nəticə olduğunu görsə də, nədənsə qəbul etməyiblər.

- Deyə bilərsiniz, astrologiya elminin əsası nədən ibarətdir?

- Astrologiya bütün elmləri özündə birləşdirən vahid elmdir. Bu sahədə riyaziyyat, fizika, kimya, biologiya var, fəlsəfə, psixologiya, şeyriyyət var, anatomiya, kimya, astronomiya var. Bütün bunlar astrologiyanı tamamlayır. Bunu kim qəbul etmirsə, özü bilər. Bilirsiniz, günümüzdə dindən bir kitab belə oxumayanlar daha çox danışdığı kimi, astrologiya haqqında da heç bir elmi mənbə oxumayanlar danışır, öyrənmək əvəzinə inkarçı mövqedə dayanırlar. Astrologiya insanın daha az səhv etməsinə, özünün zəif-güclü tərəflərini tanımasına, uğurlu zamanlardan maksimum mənfəətlə, uğursuz zamanlardan minimal itki ilə çıxmasına xidmət edir. Bu elmin mahiyyəti məhz bundan ibarətdir. Sadəcə akademik elm hələ o qədər inkişaf etməyib ki, bütün sahələrə planetlərin və göy cisimlərinin təsirini faktlarla təsdiqləyə bilsin. Üstəlik, çox sahələrdə olduğu kimi astrologiyaya da yad ünsürlərin müdaxiləsi az deyil. Astromantiya, astrolapiya kimi qollar var ki, heç bir elmə əsaslanmır, yalnız xurafata söykənir, falçılığa söykənir, bir sözlə, “tək səbir”, “qara pişik” yanaşması. Tibbi astrologiya isə artıq elmdə qəbul olunub. Artıq Avropada, Moskvada ali tibb məktəblərində astrologiyanı bir elm kimi tədris edirlər. Yeri gəlmişkən, Hippokrat deyirdi ki, astrologiyanı bilməyən həkimi təbabətdən qovmaq lazımdır. İbn Sina yanına gələn insanlardan mütləq Ay bədirlənənə qədər, yaxud sonra xəstələndiyini soruşurdu.

- Demək olarmı ki, astrologiya elmi akademik elmdir? Ümumiyyətlə, bu elmin başlanğıcını öyrədən məktəb varmı?

- Məncə yuxarıda buna bir qədər aydınlıq gətirdim. Məsələ burasındadır ki, bu elmin ilkin dövrlərində olan vahid sistemi pozulub. Biz də çalışırıq ki, bu itirilənləri bərpa edək. Son bir neçə əsr ərzində texniki inkişaf artdıqca astrologiyanı gözdən salanlarla yanaşı, konkret nəticələrə gələnlər də var. Hətta sovet dövründə də astrologiya qadağan olunduğu üçün araşdırma aparmaq mümkün deyildi. Sosialistlər isə vətəndaşlarını iç azadlığına aparan sahələri qadağan edirdilər.

Astrologiyanın 140 qolu var. Fikrimcə, bunların içərisində laızmsız olan nəsnələr çıxarılmalıdır. Bir insanın bunların hamısını öyrənməsi də çətindir. Biz bacardığımız qədər astrologiya elmini daha yaxşı öyrənməyə çalışırıq, tədris etmək isə ən azından indi mümkün deyil. Rusiyada böyük və ciddi mərkəzlər var, çox gözəl elmi disskusiyalar gedir, efirlərdə elmi nəticələr ortaya qoyulur. Bizdə isə astroloqları daha çox şou-proqramlara dəvət edirlər, sifarişli proqnoz istəyirlər və s. Üstəlik, ictimaiyyətin maariflənməsi də ləng inkişaf edir, dinə olduğu kimi bu sahəyə də səthi yanaşır, dərinliyində itib-batmaqdan qorxurlar. Bütün bunlara görə də astrologiyaya hələlik akademik elm demək mümkün deyil. Buna baxmayaraq, işlər də gedir, Sankt-Peterburqda, ABŞ-da, Parisdə, Avstriyada də astrologiya akademiyaları var.

- Siz özünüz astrologiyanı necə öyrənmisiniz? Bunun üçün fitri istedada ehtiyac varmı?

- Məndə qeyri-adi heç bir fitri istedad yoxdur. Sadəcə olaraq, sovetlər dağılandan sonra əvvəl hamı kimi həvəs göstərdim. Amma bu, ötəri olmadı. 1991-ci ildən Avestanın tədqiqatı ilə məşğul olmağa başladım. Gördüm ki, astrologiya sistemini bu kitab açıb ortaya qoyub. O qədər dərinliyinə vardım ki, artıq özüm proqnoz tərtib etməyə, hadisələri qabaqlamağa başladım. Düz 6 il fərdi olaraq, ictimaiyyətə bildirmədən saysız proqnozlar tərtib edir, dəftərə yazır, zamanı çatanda da reallıq dərəcəsini yoxlayırdım. Nəhayət, 1997-ci ildə “mağaradan” çıxdım. Qəzetlərdə jurnalist kimi fəaliyyət göstərsəm də, ara-sıra astrologiya barədə elmi məqalələr də yazırdım, azsaylı siyasi-ictimai proqnozlar verirdim. Maraq doğurduğu üçün media rəhbərləri digər yazılarımı da astroloji mövzularla əvəz etməyimi istədilər. Daha sonra bürc proqnozlarına böyük ehtiyac yarandı. Beləliklə də jurnalistliyim tədricən arxa fona keçdi, düz 20 il. Məhz bu ildən çalışıram ki, hər iki sahəni balanslı aparım.

- Ulduzların insan həyatına təsiri necə baş verir? Nəyə görə hər bir fərdə, həmçinin ailəyə, bir topluma, hətta bir ölkəyə ayrılıqda bir ya da bir neçə ulduz təsir göstərməlidir? Bunun anlamı nədir və nə qədər inandırıcıdır?

- Hər bir bölgəni bürclər sisteminə bölmək olar. Məsələn, Azərbaycan əqrəb bürcü altındadır. Ancaq Azərbaycanın özünü bölsək, hər bölgəsi bir bürc altında olur. Bakı şir bürcü altındadır. Siz Bakıda olan qədim binalara fikir versəniz, görəcəksiniz ki, hamısının başında şir başı var. Bu, ona işarədir. Bilirsiniz, bu məsələdə mütləq həqiqətə söykənən reallıqlar var. Bu məsələ ilə bağlı informasiyalar da çoxdur. Ulduzlar insane həyatına təsir eləmir, sadəcə tövsiyə verirlər. Astroloqlar planetar quruluşa görə, hansı hadisələrin baş verəcəyi barədə məlumat verirlər.

Məsələn, Hindistanda varlının varlı, kasıbın kasıb münəccimi var. Hətta uşaq doğulanda belə onun taleyi ilə bağlı fikirlər söyləyə bilirlər. Ancaq bizdə bu yoxdur. Planetar bucaqda Azərbaycana “cənnət” deyirlər. Çünki Azərbaycan kosmosun 90 dərəcəlik bucağında yerləşir və bütün qitələrə yol buradan gedir. Bu baxımdan fitri istedadlı insanlar bizdə çoxdur. Ona görə dünyanın gözü Azərbaycandadır.

- Siz özünüz verdiyiniz astroloji proqnozlara tam inanırsınız?

- Məncə, bu sual doğru olmadı (gülür- red). Çünki mən inanıb yazıram. Mənim verdiyim 20-25 proqnozdan cəmi bir və ya iki proqnoz səhv çıxa bilər. Əslində buna inanıb yazmaq da demək olmaz, sən sadəcə ortaya çıxan nəticəni bölüşürsən. Bəzi insanlar var ki, öz emosiyasını proqnozlara qoyur, amma bu məsələdə soyuqqanlı olmaq lazımdır. Bəzi siyasi proqnozlar olur ki, mən onların olmasını istəməzdim, amma bu, baş verir. Məsələn, bir neçə gün öncə jurnalistlərlə bağlı bir paylaşım etmişdim və nəticəsini gördük.

- Hə. Yazmışdınız ki, yeni həftədə “sükut” pozulacaq. Ona görə də jurnalistlər bu istirahət günlərini səmərəli keçirsin ki, işləri arta bilər…

- Elədir. Ancaq hələ ki, bu, təzə başlayır.

- Gələcəyi ulduzlar vasitəsilə görmək mümkündürsə, “tale”, “alın yazısı” nə üçün var?

- Dinimiz deyir ki, hər şey Allahın əlindədir. Onda belə çıxır ki, biz hərəkət etməyək, çünki yaşayacağımız hadisələr alnımıza yazılıb. İnsanın şüuruna, əxlaqına, iradəsinə təsir eləmək olmur. Amma elə deyil axı. İnsanlar böyük ölçüdə öz talelərini özləri yazırlar. Öz hərəkətləri və ağıllarıyla.

- Astroloqlar arasında fırıldaqçılıq olurmu?

- Azərbaycanda elə bir astroloq yoxdur ki, fırıldaqçılıqla məşğul ola bilsin. Firudin Qurbansoy var, onun da başı elmi işlərə qarışıb. Azərbaycanda astrologiya tam yetişmədiyi üçün bu sahə üzrə fırıldaqçılar da yoxdur. Bəzən astroloqları şou üçün istifadə etmək istəyirlər, amma şəxsən mən bu addıma qarşıyam.

Əslində bizə “falçı” deyənlər də az olmur. Halbuki mənim bir proqnozu hazırlamaq üçün minimum saat yarım vaxtım gedir. Çünki 90-cı illərdə “Qoroskopa görə siz kimsiniz?” kitabı var idi. Kitabda sizin ulduz fallarınız sözü yazılırdı. Ondan sonra hər yerdə “fal” sözü yayılmağa başladı.

- 2011-ci ildə belə bir proqnoz vermişdiniz ki, “10 korifey sənətkarımız 4 aya öləcək”. Bu proqnozunuz özünü doğrultdumu?

- O proqnozu 4 ay üçün yox, həmin il üçün demişdim. Və deməmişdim ki, öləcək, demişdim ki, 10-a yaxın korifey sənətkarımız sənətdən uzaqlaşacaq və ola bilsin ki, onların içərisində dünyasını dəyişənlər də olsun. Mətbuatda isə mənim fikrim bir qədər konteksdən çıxarılmışdı. Sadəcə sensasiya olsun deyə, başlığı o formada qoymuşdular.

- Ümumiyyətlə, astrologiyada ölüm tarixini dəqiq bilmək olur?

- Bəli, olur. Ancaq mən o qədər inkişaf eləməmişəm ki, ölüm tarixini dəqiq söyləyə bilim. Çünki bunu proqnozlaşdırmaq çox çətin işdir.

- Bəs, baş verəcək hansısa hadisənin qarşısını almaq mümkündür? Yəni, mütləq şəkildə baş verəcək hadisədə bir fərdi oradan uzaqlaşdırmaq olur?

Ardı var…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Su kanallarında boğulmalar artır – Deputatdan qurumlara VACİB ÇAĞIRIŞ
Bu gün, 11:29
Ceyhun Cəlilov Naxçıvanı rəsmən QARƏT EDİR... - ŞOK FAKTLAR...
Bu gün, 11:19
Həbsdəki icra başçısı İlham Əliyevdən əfv istəyib - 4 ildən artıqdır ki...
Bu gün, 11:10
“Məni Bəhramın gözündən saldılar, direktor mənə “xalq artisti” fəxri adı vermədi” - Vahid Əliyev kimlərdən gileyləndi?
Bu gün, 11:06
Paşinyan Görusdakı iclasda Zəngəzurdan Naxçıvana yol verilməsini müzakirə edib... -“Johovurd”
Bu gün, 10:31
Bakıda özbaşına tikinti işləri aparan şəxsə hökm oxundu
Bu gün, 10:29
Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR
Bu gün, 10:26
Əcnəbi seyrə balonlarla çıxır: Xəzər rayonunda isə zibili eşşəklə daşıyırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:24
Jurnalist Rəşad Baxşəliyevə ağır itki üz verib
Bu gün, 10:19
Seyfəddin Hüseynlinin qardaşının həbs müddəti uzadıldı - AÇIQLAMA
Bu gün, 10:17
Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm... - İTTİHAM VAR...
Bu gün, 10:13
Bu şəhərdə 2 milyon manatlıq yol işləri hələ ki, kağız üzərində qaldı
Bu gün, 10:04
Ruslar Azərbaycandan gələn bu məhsullara da QADAĞA QOYDU - Rosselxoznadzor İŞ BAŞINDA
Bu gün, 09:59
Boksçumuz erməniyə qalib gəlib çempion oldu - FOTO
Bu gün, 09:55
Şəmkirdə dəhşət: 24 yaşlı şəxs ona əmanət edilən bacılara qarşı zorakılıq etdi - TƏFƏRRÜAT
Bu gün, 09:53
KAPİTAL BANK digər banklardan NİYƏ GERİDƏ QALIR? - BU DA FAKT!
Bu gün, 09:47
“Azercell” müştərilərini rəsmən BOĞAZA YIĞIB... - ETİRAZ VAR...
Bu gün, 09:41
Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 09:31
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - 150 - İsrafil Kərimovun yazısı...
Bu gün, 09:27
Müəyyən səbəbdən iş yerində olmayan işçinin... - ekspert danışır...
Bu gün, 09:22
Vilayətinin SURİYA SANCISI... - Molla rejimi sərsəmləməkdə davam edir...
Bu gün, 09:17
Azərbaycanın Karapetyanı KİM OLACAQ? - belə birisi VARMI?
Bu gün, 09:07
"İcraçı Kredit Agentliyi" BOKT ləğv olunur
Bu gün, 09:04
Sülh müqaviləsi üçün yeni tarix: niyə beş ay sonra... - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 08:55
Trampın vaxt qoymaqlığı... - NƏ BAŞ VERİR?
Bu gün, 08:52
Kodlaşdırma vaxtı çatır: Qiymət “göydə uçuşur” - NƏ ETMƏLİ?
Bu gün, 07:56
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barədə cinayət işi açılıb, oğlu saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI - Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ
Bu gün, 07:44
İrəvanla Bakı arasında yekun anlaşma... - AN MƏSƏLƏSİDİR...
Bu gün, 07:38
Azərbaycan-Ermənistan sülh danışıqları: Detallar üzə çıxır - GƏLİŞMƏ
Bu gün, 07:36
Göyçay sakinləri niyə narazılıq edir? - VİDEOMÜRACİƏT
Bu gün, 07:20
Qusarda tənəzzül edən təhsil sistemi - AXI NİYƏ?..
Bu gün, 07:15
Ev tikmək istəyənlərə vacib xəbər – Bunu mütləq edin, əks halda…
Bu gün, 07:11
"Bu təklifin reallaşması yaxşı müəllimlərin sistemdən sıxışdırılıb çıxarılmasına səbəb ola bilər" - ÇÜNKİ...
Bu gün, 07:08
Orta məktəb şagirdi nazirə rəsmən DƏRS KEÇDİ - MÜRACİƏT
Bu gün, 07:06
Səbail məhkəməsinin icraçıları qanun tanımır - NAZİRƏ AÇIQ MƏKTUB
Bu gün, 07:02
"ARKOZ Qazax Sement Zavodu"nun yarım milyonluq borcu üzə çıxdı - 600 minlik yük kimin çiynindədir?
Bu gün, 06:39
Paşinyan anlayır ki, Vardanyanla bağlı israr etsə... - Azərbaycanla sülh əldə etmək çətin olacaq
Bu gün, 06:35
Ətin qiyməti bahalaşır: SƏBƏB NƏDİR? - AKTUAL
Bu gün, 06:32
Ata Abdullayevin Amerikalı arvadı Ombudsman Aparatında - FOTO
Bu gün, 06:21
Trampın Zəngəzur planı - GƏLİŞMƏ
Bu gün, 06:18
" “Qafqaz Evi” ideyası praktikada mümkün deyil..." - partiya sədri
Bu gün, 06:11
İrəvan rədd etdi, Türkiyə “bilmirik” dedi, Bakı susdu – Regionu silkləyən TƏKLİF
Bu gün, 06:06
"Anam mənim evimdir" - FOTO
Bu gün, 05:36
"Qumar kralı"nın adamları azadlığa çıxdılar - 8 illik hökm ləğv edildi
Bu gün, 05:31
Oğul Şıxlinskinin həbsi buna görə imiş - TƏFƏRRÜAT
Bu gün, 01:00
Ermənistan Fransaya hərbi attaşe təyin edib
Dünən, 18:00
Əmək məcəlləsinin pozulması halları... - Ekspert danışır...
Dünən, 17:47
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb – 239 min ayrıldı
Dünən, 17:43
Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı – rusiyalı idmançıya gözlənilməz qadağa
Dünən, 17:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru