"Ay “Azercell”... bəsdirin də... indiyədək belə şey olmamışdı... Niyə axı... niyə?" "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Eli Murad adlı istifadəçi qeyd edib.
Narazı abunəçi daha sonra özünü ölkənin "ən böyük mobil operatoru" kimi təqdim edən "Azercell"ə belə etiraz edir:
"İnternet qiymətləri qalxdı... konturun istifadə müddəti azaldı.
Balansda 5 manat var... deyirəm, 9 manatlıq tarifi ləğv edin... ucuz tarifə qoşulum. Deyir ən ucuzu odu elə... başqasına qoşula bilməzsən.
İndi də bu 59 qəpik... Bir azdan balansa pul yükləyəndə komisiyya-falan da tutacaq... 1 manat yükləyəcəyik 80 qəpik oturacaq..."