Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı .....                     Ömər Eldarov xəstəxanadan evə buraxıldı .....                     Paşinyan sülh istəyir, amma hazır deyil .....                     Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil .....                     Ruslar benzin növbəsində qırılırlar .....                     Bakıda azyaşlı bacı-qardaş itkin düşüb .....                     Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub .....                     Bütün arxivləri açacağıq .....                     "Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" .....                     "Qızıl oğlanlar"ın təhsil islahatı .....                     Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? .....                     BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... .....                     Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... .....                     Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? .....                     Azərbaycan neftinin qiyməti 91 dolları ötdü .....                     Avropanın bizə münasibəti siyasi terrorizmdir .....                     Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? .....                     Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... .....                     Partiya sədrindən TƏKLİF VAR .....                     Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” .....                     TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... .....                     "Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" .....                     Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... .....                     Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" .....                     Müəllim seçimində absurd əmsal sistemi .....                     “Oxu atıb, yayı gizlədən” AQTA... .....                     Yeni maşınlar əti daha da qiymətli edəcək? .....                     İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər .....                     Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı .....                     SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb .....                     Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? .....                     ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır .....                     Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib .....                     Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? .....                     TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR .....                     "RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" .....                     Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır .....                     Vardanyanın arvadına kim dəstək verəcək? .....                     “Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” .....                     300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı .....                 

İş adamının həyat yoldaşından ŞOK müraciət - "Cənab prezident, məni xilas edin"
Tarix: 4-05-2017, 10:51 | Çap et
İş adamının həyat yoldaşından ŞOK müraciət
Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində biznesmen Barat Abdullayevin keçmiş həyat yoldaşı Təyminə Abdullayevaya qarşı qaldırılmış cinayət işi üzrə proses başlayıb. Proses hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilir.

İttihamnaməyə görə, T.Abdullayeva saxta sənəddən istifadə etməklə özünə məxsus əmlakı başqasına satıb, dələduzluq edib və polisə müqavimət göstərib.

Bəzi məlumatlara görə, əslində bu iş keçmiş həyat yoldaşı və onun qardaşı tərəfindən Təyminə Abdullayevaya qarşı təşkil edilmiş məqsədli bir işdir. Məqsəd isə boşanmadan sonra T.Abdullayevaya qalmış əmlakları onun əlindən almaqdır.

Elə T.Abdullayevanın Prezident İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı müraciətdə də bunlardan bəhs olunur. “AzPolitika”ya daxil olmuş müraciətdə deyilir:

“Hörmətli Prezident İlham Əliyev cənabları və I vitse-prezident Mehriban xanım Əliyeva!

Bilirəm ki, ölkənin indiki vəziyyətində başınız dövlət işlərinə qarışıb. Çarəm olsaydı, Sizi əsla narahat etməzdim. Fəqət qarşılaşdığım bir sıra problemlər məni sizə üz tutub kömək istəməyə vadar edir.

Qeyd edim ki, mən bir anayam. Himayəmdə 14 yaşlı Neman adlı oğlum var. Onun ana himayəsində böyüməsi, sabah Azərbaycan ordusunda xidmət edəcək bir əsgərimizin gözünün yolda qalmaması, evindən, anasından arxayın olması üçün mənim başıma gətirilən müsibətlərə laqeyd qalmayacağınızı ümid edirəm.
Sözü çox uzatmadan mətləbə keçmək istəyirəm.

Mən, ötən il qaynım Nazim Abdullayev və artıq boşanmaq ərəfəsində olduğumuz həyat yoldaşım Barat Abdullayev tərəfindən böhtan və şantajlara məruz qalmışam. Onların məqsədi yoldaşım tərəfindən mənə hədiyyə edilən mənzilə və birgə yaşayış dövründə əldə edilmiş bütün əmlaka (bu əmlakın sayı və dəyəri olduqca böyükdür) sahib çıxmaqdır. Bunun üçün də əllərində olan bütün vasitələrdən istifadə edir, məni guya sənəd saxtakarlığında, öz mülkiyyətimdə olan əmlakı dələduzluq yoluyla (!) başqasına satmaqda, 3 polis əməkdaşlığına müqavimət göstərərək xəsarət yetirməkdə (!) günahlandıraraq, həbsimə çalışırlar. İndiyə qədər Respublika Prokurorluğunda əleyhimə hazırlanan istintaq materialından iş məhkəməyə getdikdən sonra xəbərdar olmuş və hüququmu müdafiə etmək məcburiyyətində qalmışam.

Hörmətli ölkə rəhbərləri!

Sizə bildirmək istəyirəm ki, haqqımda irəli sürülən ittihamların heç birinin əsası yoxdur. Əvvəla, mülkiyyətimdə olan əmlak yoldaşım tərəfindən öz səhvini əfv etdirmək üçün mənə bağışlanmışdır. Çünki onun başqa bir qeyri-qanuni ailəsinin mövcudluğu ortaya çıxmış və mənimlə qanuni nikahda olduğundan, boşansaq, mülkiyyətimizin bərabər bölünəcəyi ehtimalının qarşısını almaq üçün qanunən ortaq malımız sayılan əmlakdan kiçik bir hissəni hədiyyə edərək problemi yoluna qoymağı düşünmüşdür. Təəssüf ki, yoldaşım və qaynım boyunlarına götürdükləri bu öhdəliyi də sonuna qədər yerinə yetirməmiş, verdikləri hədiyyəni yenidən geri almaq üçün haqqımda ağlasığmaz ittihamlar irəli sürmüşlər. Bizim işə baxan hüquq-mühafizə orqanları, ələxsus müstəntiq Teymur Ağamirov da ittihamları araşdırmadan irəli sürüldüyü kimi qəbul etmiş və mənə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1, 320.2, 178.3.3 və 315.2-ci maddəsiylə cinayət işi açmışdır. Halbuki, qeyd edilən mənzilin hansı əsaslarla mənim adına keçirilməsi araşdırılmalı, bu məqsədlə Dövlət Reyestr Xidmətinə sorğu verilməli idi. Bu addımların heç biri atılmadan haqqımda bu cür ittihamların irəli sürülməsində isə adi məntiq qaydaları belə gözlənilməmişdir. Axı bir adam öz mülkiyyətini necə dələduzluq yoluyla ələ keçirə bilər? Yaxud öz mənzilinin başqasına satılması nə zamandan bəri dələduzluq sayılır?

İş adamının həyat yoldaşından ŞOK müraciət

Barat Abdullayev

Haqqımda irəli sürülən ən absurd ittiham isə guya mənim 3 polisə xəsarət yetirməyimlə bağlıdır.
Cənab Prezident, bunlar necə asayış keçikçiləridir ki, mənim kimi bir zəif qadın onlara xəsarət yetirməyi bacarır? Əgər Azərbaycanın asayişi bir qadına gücləri çatmayan polislərə həvalə edilibsə, ölkəmizin taleyinə necə bel bağlaya bilərik?

Mən, əlbəttə ki, Azərbaycan polisinin qüdrətsiz olduğunu irəli sürmürəm. Müstəqilliyimizin ilk dövründən indiyə qədər polis orqanlarının keçdiyi şanlı tarix onların hansı qüdrətə sahib olduğundan xəbər verir. Sadəcə haqqımda irəli sürülən ittihamların yalnız mənə deyil, həm də polisimizin qüdrətinə kölgə saldığını nəzərinizə çatdırıram.
İttihama görə, guya mən qeyd edilən mənzili 250.000 manata “özgəninkiləşdirərək” həyat yoldaşıma 890.000 manat zərər vurmuşam! Halbuki, mənə bağışlanan bu əmlak birgə mülkiyyətimizin cüzi bir qismidir və geri qalan hissə iddia edilən zərəri dəfələrlə kompensasiya edə bilər. Üstəlik, mənə bağışlanmış əmlakın ehtiyac üzündən satılması özümdən başqa kimə zərər vura bilərdi? Digər tərəfdən həmin əmlak artıq özümə qaytarıldığından mənzil itkisindən də söhbət gedə bilməz. O halda hansı zərərdən danışmaq olar?

Hazırda bu mənzilə görə yaranmış borcum isə boşandıqdan sonra qanunla müəyyənləşdirilmiş bölgüylə mənə düşən əmlakla 10 dəfələrlə ödənilə bilər.

Digər bir iddia isə sənəd saxtakarlığı ilə bağlıdır. İş materialları ilə müəyyən edilmişdir ki, həmin şəxsiyyət vəsiqəsi “ASAN-5” tərəfindən mənə verilmiş, sənəddəki “subay” sözü bu xidmət tərəfindən səhvən yazılmışdır. Bu halda da sənəddəki səhvin məsuliyyəti mənə şamil oluna bilməz.

Hörmətli ölkə rəhbərliyi!

Bu absurd ittihamlarla dolu cinayət işi hazırda məhkəmədədir. Müxtəlif yaxın çevrələrdən qulağıma çatan məlumatlara görə, qaynım Nazim Abdullayev yenə şəxsi əlaqələrini işə salıb bu işi məhkəmədə də öz xeyirlərinə çevirmək istəyir. Baxmayaraq ki, prosesin sifarişlə başa çatdırılması istiqamətində yürüdülən bu səylərin nəticə verməyəcəyinə inanıram. Məhkəmə işinin təcrübəli hakim Ramella Allahverdiyeva və təcrübəli prokuror Sabir Abdinov tərəfindən aparılması mənə bu ümidi verir. Təcrübəli hüquq adamlarının iştirakı ilə aparılan məhkəmənin çıxaracağı qərarla gələcəkdə əmlakların ədalətsiz bölgüsünə presedent yaratmayacağına əmin olmaq istəyirəm.
Bununla belə, sizin kimsəsiz bir Azərbaycan qadınına göstərəcəyiniz diqqət, məhkəmə prosesini xüsusi nəzarətə almağınız da ədalətli hökmün çıxarılmasına misilsiz yardım edərdi. Məhz bu səbəbdən son ümid yeri kimi Sizə üz tutub, yardım diləyirəm.

Hörmətlə: Təyminə Abdullayeva.
03.05.2017”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İLGİNC İDDİALAR
Bu gün, 10:53
Ömər Eldarov xəstəxanadan evə buraxıldı -Onun 99 yaşı var...
Bu gün, 10:45
Paşinyan sülh istəyir, amma hazır deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 10:38
Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil - Bakı gündəmi müəyyən edir...
Bu gün, 10:33
Ruslar benzin növbəsində qırılırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:28
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb
Bu gün, 10:14
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub - KİV
Bu gün, 10:13
Bütün arxivləri açacağıq
Bu gün, 09:03
"Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" - ETİRAZ VAR!
Bu gün, 09:00
"Qızıl oğlanlar"ın təhsil islahatı - İLGİNC FAKTLAR
Bu gün, 08:54
Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? - "Naxçıvana kənardan gətirilən..."
Bu gün, 08:49
BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... - Sakinlər kömək istəyir
Bu gün, 08:43
Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... - Azərbaycan idmançıları döyən bolqar gimnastdan niyə yaxa qurtara bilmir?
Bu gün, 08:39
Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? – ŞƏRH
Bu gün, 08:32
Azərbaycan neftinin qiyməti 91 dolları ötdü
Bu gün, 08:30
Avropanın bizə münasibəti siyasi terrorizmdir - Kaladze
Bu gün, 08:29
Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? - AKTUAL
Bu gün, 08:28
Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... - GƏLİŞMƏ
Bu gün, 08:23
Partiya sədrindən TƏKLİF VAR - "...gündə iki dəfə qatar reysləri təşkil etmək olar"
Bu gün, 08:18
Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” - ŞOK GƏLİŞMƏ
Bu gün, 08:03
TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... - MALƏSƏF...
Bu gün, 07:46
"Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" - Nura Suri
Bu gün, 07:30
Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... - ÇAĞIRIŞ
Bu gün, 07:21
Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" - MR-da NƏ BAŞ VERİR?
Bu gün, 07:15
Müəllim seçimində absurd əmsal sistemi - NARAZILIQ VAR...
Bu gün, 06:46
“Oxu atıb, yayı gizlədən” AQTA... - Keyfiyyətsiz yağların adını niyə açıqlamır?
Bu gün, 06:39
Yeni maşınlar əti daha da qiymətli edəcək? - Görünəni odur ki...
Bu gün, 06:37
İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər - AKTUAL
Bu gün, 06:33
Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı - FOTO
Bu gün, 06:30
SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Bu gün, 06:27
Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? – “Ağ qızıl” üzərində qara əməliyyatlar gedir
Bu gün, 06:24
ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır - KİV
Bu gün, 06:19
Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib
Dünən, 20:12
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 16:47
TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR - AÇIQLANDI
Dünən, 16:19
"RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."
Dünən, 16:16
Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır – 720 min xərcləmək istəyir
Dünən, 16:09
Vardanyanın arvadına kim dəstək verəcək? - KİV
Dünən, 16:07
“Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” - Aşıq Namiq Fərhadoğlu
Dünən, 16:05
300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 16:02
Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! - BU NƏDİ BELƏ?
Dünən, 15:56
ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? - ŞƏRH
Dünən, 15:51
“3+3” formatı yenidən gündəmdə - Lavrov açıqladı
Dünən, 15:49
Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
Dünən, 15:44
Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək
Dünən, 15:15
Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Dünən, 15:11
SKSP-nın rezidentinə yeni direktor gəlib - ƏMR
Dünən, 15:07
İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... - Əziyyət çəkən isə sakinlərdir...
Dünən, 14:57
“TuranBank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:54
Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb
Dünən, 14:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru