Cümə, 11 iyul 2025, 06:15:04  
   Dövlət Turizm Agentliyinin daha bir milyonluq tenderi ləğv edildi .....                     İcra başçısı onu özünə müavin təyin etdi .....                     Zəngəzur dəhlizinə yaşıl işıq .....                     Rusiya ilə gərginlik müğənnilərin toy bazarına təsir edibmi? .....                     Bu şirkət 15 milyon manatlıq dərman müqaviləsinə sahib çıxdı .....                     İran SQ-nin Baş Qərargah rəisi öldürülüb .....                     AZERCEL: Müştəri oğurlayır, amma... .....                     “Xalq Kapital” çökür? .....                     Naxçıvanda imtahan önəmli deyil: Rüşvət verməsən İŞ DƏ YOXDUR! .....                     ABŞ-ın yeni Yaxın Şərq projesi .....                     "Bu nə qədər absurd, bu nə qədər anormal bir yanaşmadır?" .....                     Paris Məhkəməsi Makronun xanımını kişi adlandıran jurnalistə bəraət verib .....                     Vaşinqtonun həm Zəngəzur, həm sülh sənədinə ciddi marağı bölgədə gərginliyi artıra bilər .....                     GDU rektoru nazirə qarşı CƏBHƏ AÇIB? .....                     "Terrorsuz Türkiyə" üçün kritik dönüş nöqtəsi: .....                     Pentaqon bu məhdudiyyətləri ləğv etdi: Çin və Rusiyaya qarşı... .....                     Məhbəs sisteminin SEYİDOV BƏLASI... .....                     Cənubi Qafqazda sülh gündəliyi: hazırkı danışıqların siyasi fəlsəfəsi .....                     "Biz qalib tərəf kimi öz mövqelərimizi, təkliflərimizi bəyan etmişik" .....                     Əliyev onunla görüşmədi: Moskvadan gözlənilməz etiraf .....                     Rusiyanın Ermənistandakı hərbi bazasının əsgəri özünü güllələyib .....                     Uzun danışıqların başlanğıcı və: Ukraynada müharibəyə son qoymağın açarı .....                     Əbu-Dabi görüşü: Böyük sülhə doğru mühüm addım... .....                     "Elə şeylər var ki, onları danışmaq istəmirəm" .....                     Rəsmi İrəvan yola gəlir... .....                     Rusiya Azərbaycanın daxili işlərinə BURUN SOXMAĞA HAZIRLAŞIR .....                     Əliyev-Paşinyan görüşü "vasitəçilik oyunu"nu yenə pozdu: .....                     Partiya sədrlərindən Əliyev-Paşinyan görüşünə .....                     Azərbaycanlı hərbi jurnalist Gülbəniz Arifqızı vəfat etdi .....                     130 dollara ChatGPT planı satıldı .....                     Əbu-Dabidə üç mühüm məsələ üzrə razılıq əldə edilib .....                     İrəvanda çağırış: .....                     Ermənistanda Sünikdəki yolun üçüncü tərəfə verilməsini mümkün hesab ediblər .....                     Azərbaycanın Liderliyi: Cənubi Qafqazda davamlı sülhün yeni üfüqləri .....                     Ruslar Azərbaycan səfirliyinin yanında PARTLAYIŞ TÖRƏTDİ .....                     “Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” .....                     Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib .....                     İşdən çıxarılan müəllimlərin yerinə əlavə kadr götürülməlidirmi? .....                     Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı .....                     Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır? .....                 

“Vüsalənin maşınında oturub pulları sayanda...” - UCUZ İPHONE ALVERÇİLƏRİ GENERALLARLA ÜZ-ÜZƏ
Tarix: 28-04-2017, 12:08 | Çap et
“Vüsalənin maşınında oturub pulları sayanda...”
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Aprelin 27-də keçirilmiş iclas bütünlüklə “Star GSM” mağazasının sahibi, zərərçəkmiş Bəxtiyar Musayevin və mağazanın işçilərinin iddiası üzrə epizoda həsr edildi.

Mağaza sahibi: “Dedim satıcıyam, aradan çıxdım”

Zərərçəkmiş Bəxtiyar Musayev ifadəsində bildirdi ki, 2014-cü ilin noyabr ayının 7-də “28 May” metro stansiyasının yaxınlığında yerləşən və ona məxsus olan “Star GSM” telefon mağazasına bir qrup MTN əməkdaşı daxil olub və işçiləri sıraya düzərək, satış məntəqəsində axtarış aparıblar.

Zərərçəkmişin sözlərinə görə, o, özünü MTN əməkdaşlarına satıcı kimi təqdim edib və mağazanı tərk edərək “aradan çıxıb”. Bəxtiyar Musayev sonradan mağazanın 3 işçisinin MTN-ə aparıldığını deyib. O bildirdi ki, işçilərin MTN-də saxlanıldığı 3 gün ərzində telefonlarını söndürüb və heç kimlə əlaqə saxlamayıb. Yalnız noyabrın 9-da ona MTN işçisi “Skayp” messenceri vasitəsilə zəng edib və 100 min dollar pulun ödənilməsini tələb edib. Zərərçəkmişin ifadəsinə əsasən, pul ödənildikdən sonra işçilər sərbəst buraxılıb.

“Bir var firma telefonu, bir də var bazar malı”

Vəkillərin suallarını cavablandıran Bəxtiyar Musayev qeyd edib ki, hadisə baş verməzdən bir həftə əvvəl mağazaya Vüsalə adlı bir qadın gələrək, “5-10 ədəd” o zaman yenicə satışa çıxmış “iPhone 6” markalı telefon alıb. Bir neçə gündən sonra həmin qadın zəng edərək, daha 100 ədəd telefon almaq istədiyini bildirib.

Bəxtiyar Musayev sözlərinə görə, həmin vaxt “iPhone 6”nın rəsmi alış qiyməti 790-810 manat, satış qiyməti isə 899 manat olub. Lakin onlar əldən həmin telefonu 590-610 manata alaraq, öz müştərilərinə “bazar malı” olaraq, 630 manata satıblar.

Vəkil Adil İsmayılov zərərçəkənə bir neçə sual verdi və Bəxtiyar Musayevin həmin suallara verdiyi cavablardan aydın oldu ki, mağazada mühasibat işi və ümumiyyətlə, rəsmi kargüzarlıq, yumşaq desək, ürəkaçan vəziyyətdə deyil. Mağazanın sahibi işçilərlə əmək müqavilələrinin mövcudluğu, daxil olan vəsaitlərin uçotunun aparılması və vergi ödənişləri ilə bağlı suallara səlis cavab verə bilmədi. “Bizə hər telefondan 20-30 manat pul qalır, onu da mədaxil etsək, heç xərci borcunu ödəmir ki...”, “Vergilərlə partnyorluq müqaviləmiz var idi – hər ay 1000 manat ödəyirdik” kimi absurd cavablar səsləndi.

Vəkil Adil İsmayılovun telefonların bilavasitə mağaza işçiləri tərəfindən qaçaqmalçılıq yolu ilə gətirilib-gətirilməməsi ilə bağlı suala zərərçəkmiş “xeyr, əldən alırıq” cavabını verdi.

Bəxtiyar Musayev “bazar malı” anlayışına aydınlıq gətirərək qeyd etdi: “İndi də belədir, çantalarla mağazaya daxil olub, ucuz qiymətə telefon təklif edirlər. İstəyirsiniz, mənə bir az vaxt verin, gedim bu saat 60-70 ədəd ucuz qiymətə “iPhone” telefonu alım gətirim”.

Zərərçəkmiş Mantaşov: “Sığorta kartı bizdə niyə olsun ki?”

Epizod üzrə ifadə verən digər zərərçəkmiş Gəray Mantaşov “Star GSM” mağazasında satıcı-menecer işlədiyini bildirdi. Onun sözlərinə görə, Vüsalə adlı xanıma telefonları bilavasitə özü satıb.

“Noyabrın 7-də, Vüsalə xanımın istədiyi 100 ədəd telefonu toplaya bilməsək də, 50 ədəd telefonu sata biləcəyimi dedim. Mənə mağazaya gələ bilməyəcəyini söylədi və keçmiş çay fabrikinin yanına gəlməyimi xahiş etdi. Görüşdük və maşında pulu saymağa başladı. Sayıb qurtarandan sonra bir də saydı və mənə də təklif etdi ki, verəcəyi pulun miqdarını kalkulyatorda hesablayım, buna ehtiyac olmadığını bildirdim. Pulu bir də saymağa başlayırdı ki, Turalın maşını və mən oturduğum, Vüsalə xanıma məxsus olan avtomobilə tanımadığım adamların yaxınlaşdığını gördüm.

Özlərini MTN əməkdaşları kimi təqdim etdilər və telefonların yerdə qalanının harada olduğunu soruşdular. Bizi maşınlara əyləşdirdilər və mağazaya getdik. Orada axtarış həyata keçirdilər. Sonra məni, Turalı və Elnuru nazirliyə apardılar”, - zərərçəkmiş deyib.

G.Mantaşovun sözlərinə görə, nazirlikdə onlarla yaxşı davranıblar, hətta hər dəfə yaxınlıqdakı “Sultan” kafesində yemək də veriblər. “3 gün saxladıqdan sonra bizi buraxdılar”, - zərərçəkmiş qeyd etdi.

Gəray Mantaşov onlardan nazirlikdə izahat alındığını dedi və əlavə etdi ki, izahatda onlardan telefonların ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsini etiraf etmələrini bildiriblər.

Vəkil Adil İsmayılov zərərçəkmişdən iş yerində rəsmi qeydiyyatda olub-olmamasını soruşdu.

Vəkil: Sizin sığorta kartınız var?

Zərərçəkmiş: O kart məndə niyə olsun ki? Mühasibdə olar yəqin.

İki bacısı MTN-də işləyən zərərçəkmiş

Zərərçəkmiş Tural Qafarov ifadəsində qeyd etdi ki, “Star GSM” mağazasında kompüter və planşet bölməsinə cavabdehdir və telefon satışından anlayışı yoxdur. Onun sözlərinə görə, noyabrın 7-də Əhmədli qəsəbəsində yerləşən mağazalardan birinə 10 ədəd noutbuk aparmaq üçün yola düşəcəkmiş və Gəray Mantaşov ondan çay fabrikinin yanına birlikdə getmələrini xahiş edib.

“Maşında oturmuşdum, Gəray Vüsalə xanımın maşınında idi. Bu vaxt bir nəfər mənə yaxınlaşıb MTN əməkdaşı olduğunu bildirdi və maşının açarları ilə telefonumu verməyimi tələb etdi. Sonradan məni “Audi” markalı maşına oturtdular. Sürücü yerində Natiq Alıyev, sərnişin yerində isə Füzuli Əliyev oturmuşdu. Natiq Alıyev bərk əsəbi idi və mənə bir sillə vurdu. Füzuli Əliyev onu sakitləşdirdi və belə etməməsini istədi. Sonradan mağazaya gəldik”, - Tural Qafarov deyib.

Onun sözlərinə görə, mağazada axtarış aparılıb və onu da digər zərərçəkmişlərlə birlikdə 3 gün MTN-də saxlayıblar.

Vəkil Adil İsmayılovun suallarına cavab verən zərərçəkmiş iki bacısının həmin vaxt MTN-də işlədiyini qeyd edib. Onun sözlərinə görə, atasının ürəyi xəstə olduğundan, Füzuli Əliyevdən noyabrın 8-də onu evə buraxmalarını xahiş edib, polkovnik buna etiraz etməyib. Ertəsi gün səhər saat 9-da isə zərərçəkmiş yenidən MTN-ə gəlib.

“Noyabrın 9-da bizə bildirdilər ki, “cındır müdiriniz prokurorluğa şikayət edib”. Məndən Baş Prokurorluğun “qaynar xətt”inə zəng etməyimi, özümü təqdim edərək, MTN-də olmadığımızı deməyimi istədilər, mən də zəng edərək, belə bildirdim”, - zərərçəkən deyib.

Şahid: “Füzuli Əliyev mənə telefonunu təmir etdirdi”

Epizod üzrə üç şahid ifadəsi dinlənildi. Şahid qismində ifadə verən “Star GSM” mağazasında nömrə satışı ilə məşğul olmuş Günay Məmmədova qeyd etdi ki, hadisə baş verən gün işdə olmayıb. “Mənə zəng edib dedilər ki, 3-4 gün iş olmayacaq. Həmin vaxt mənə “Nar Mobile”dan iş təklifi olmuşdu, mən də iş yerimi dəyişdim və bir də o mağazaya işə çıxmadım”, - G.Məmmədova deyib.

Şahid İdris Mustafayev “Star GSM”də telefon təmiri ilə məşğul olduğunu bildirib. “Həmin gün telefon düzəldirdim, içəriyə MTN əməkdaşları daxil oldular. Füzuli Əliyev mənə yaxınlaşıb dedi ki, telefonumun işığı sönmür, düzəldə bilərsən? Sonradan 3 nəfər işçini MTN-ə apardılar, mənə toxunmadılar”, - İ.Mustafayev bildirib. “Yəqin telefonunu düzəltmisən, ona görə”, - vəkillərdən biri zarafat etdi.

Şahid Rüfət Aydəmirov mağazaya ara-sıra gəlib getdiyini və lazım olan təmir-tikinti işlərini yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə, hadisə baş verən zaman mağazada olmayıb və baş verənləri sonradan öyrənib.

“80 min dollar və 20 min manatı gətirib qoydum seyfə”

Epizod üzrə daha bir zərərçəkmiş Elnur Abbasov “Star GSM” mağazasında kassir işlədiyini deyib. Onun sözlərinə görə, noyabrın 7-də mağazada axtarış aparılan zaman seyfdə və kassada olan pulların götürülməsi ona tapşırılıb.

Seyfdən 80 min dollar və 20 min manat, kassadan isə 2 min manata yaxın vəsaiti götürərək, MTN-ə aparıldığını deyən Elnur Abbasov noyabrın 9-da götürülən pulları geri qaytardığını və seyfə yerləşdirdiyini bildirib.

Vəkil Adil İsmayılov zərərçəkmişdən ucuz qiymətə satılan telefonların necə və hansı yollarla əldə edildiyini soruşub. “Rəsmi dilerdə telefon 810 manata satılırdı və biz onu 899 manatdan ucuz sata bilməzdik, cərimə edərdilər. Amma elə adamlar var idi ki, onlar kreditə telefonu götürür və bizə onu daha ucuz qiymətə verirdilər. Həmin telefonları ucuz sata bilirdik”, - zərərçəkmiş bildirib.

Pul niyə geri qaytarıldı və ifadələrdəki uyğunsuzluqlar

Proses başlayandan zərərçəkmişlərin çıxışlarındakı uyğunsuzluqlar bəzən əndazəni aşsa da, bugünkü epizod bu baxımdan çox nümunəvidir. Belə ki, mağaza sahibi, zərərçəkmiş Bəxtiyar Musayev ifadə verərkən təqsirləndirilənlər, vəkillər və məhkəmə zalında əyləşmiş şəxslər gülüşlərini gizlədə bilmirdilər. İş adamının söylədiklərində xeyli uyğunsuzluq var idi.

Bəxtiyar Musayev qeyd etdi ki, axtarış vaxtı seyfdən və kassadan ümumilikdə 80 min dollar və 22 min manat pul götürülüb və 2 gündən sonra geri qaytarılıb. Lakin, demək olar ki, elə həmin gün MTN əməkdaşları ondan 100 min dollar gətirilməsini tələb ediblər və yalnız bundan sonra mağazanın 3 əməkdaşı nazirlikdən sərbəst buraxılıb.

Vəkillər məntiqi sual verdilər: “Pul istəyirdilərsə, təxminən elə həmin məbləğdə pulu niyə geri qaytarırdılar?”

Zərərçəkmiş B.Musayev əməkdaşlarını mağazada qoyub qaçdıqdan sonra 3-4 gün telefonunu söndürdüyünü və heç kimə zəng etmədiyini bildirib. Lakin bundan 3-4 dəqiqə sonra ifadəsində qeyd edib ki, Ərəstun adlı vəkilə zəng edib və bir neçə dəfə telefonla danışdıqdan sonra onunla birlikdə Baş Prokurorluğa şikayət edib. Eyni zamanda, o, telefondakı “Skayp” messenceri vasitəsilə MTN əməkdaşı ilə ünsiyyətdə olduğunu da əlavə edib.

“Star GSM” mağazasındakı əməliyyat hansı səbəbdən keçirilib?

Təqsirləndirilənlər məsələ ilə bağlı növbəti iclasda ifadə verəcəklər, lakin bu gün onların zərərçəkmişlərə ünvanladıqları suallardan və yerdən replikalarından aydın olur ki, söhbət xeyli sayda mobil telefonun ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsindən, heç bir qeydiyyata alınmadan müştərilərə satılmasından gedir. Təqsirləndirilənlər bu barədə öz ifadələrində geniş məlumat verəcəklərini bildirdilər.

Füzuli Əliyevin “gümüşü” tapançası

Bu gün ifadə vermiş bütün zərərçəkmişlər bir adam kimi axtarış vaxtı təqsirləndirilən Füzuli Əliyevin özünə məxsus olan “gümüşü rəngli” tapançasını nümayiş etdirdiyini və bu yolla təzyiq göstərdiyini qeyd ediblər.

Xatırladaq ki, ilk dəfə prosesdə F.Əliyevin “qeyri-adi rəng”ə məxsus tapançası barədə qızıl-brilyant məmulatlarının satışı ilə məşğul olan zərərçəkmişlər bildirmişdilər. Təqsirləndirilən polkovnik əməliyyatlara gedərkən tabel silahını özü ilə götürmədiyini və bu ifadələrin onu quldurluqda ittiham etmək üçün qeyd olunduğunu bildirib.

Prosesə sədrlik edən hakim Həbib Həsənov növbəti məhkəmə iclasının çərşənbə axşamı, mayın 2-də keçiriləcəyini elan edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Turizm Agentliyinin daha bir milyonluq tenderi ləğv edildi
Bu gün, 10:12
İcra başçısı onu özünə müavin təyin etdi - ƏMR
Bu gün, 10:10
Zəngəzur dəhlizinə yaşıl işıq - Əbu-Dabi görüşü tarixi dönüş nöqtəsi ola bilər
Bu gün, 09:56
Rusiya ilə gərginlik müğənnilərin toy bazarına təsir edibmi? – İki məşhur danışdı
Bu gün, 09:49
Bu şirkət 15 milyon manatlıq dərman müqaviləsinə sahib çıxdı - DETALLAR
Bu gün, 09:41
İran SQ-nin Baş Qərargah rəisi öldürülüb - KİV
Bu gün, 09:39
AZERCEL: Müştəri oğurlayır, amma... - BU DA AXIRI...
Bu gün, 09:33
“Xalq Kapital” çökür? - Dövriyyədə 100 FAİZLİK AZALMA
Bu gün, 09:28
Naxçıvanda imtahan önəmli deyil: Rüşvət verməsən İŞ DƏ YOXDUR! - ETİRAZ VAR...
Bu gün, 09:11
ABŞ-ın yeni Yaxın Şərq projesi - Osmanlı imperiyasının millətlər sistemi
Bu gün, 09:08
"Bu nə qədər absurd, bu nə qədər anormal bir yanaşmadır?" - İFŞA!!!
Bu gün, 09:04
Paris Məhkəməsi Makronun xanımını kişi adlandıran jurnalistə bəraət verib
Bu gün, 08:52
Vaşinqtonun həm Zəngəzur, həm sülh sənədinə ciddi marağı bölgədə gərginliyi artıra bilər - hədəfdə iki region ölkəsi...
Bu gün, 08:51
GDU rektoru nazirə qarşı CƏBHƏ AÇIB? - İLGİNC İDDİALAR
Bu gün, 08:48
"Terrorsuz Türkiyə" üçün kritik dönüş nöqtəsi: - PKK bu gün silahı yerə qoyacaq
Bu gün, 08:06
Pentaqon bu məhdudiyyətləri ləğv etdi: Çin və Rusiyaya qarşı... - NƏ BAŞ VERİR?
Bu gün, 07:20
Məhbəs sisteminin SEYİDOV BƏLASI... - Məmurlar sanki sanatoriyalarda qalır...
Bu gün, 07:18
Cənubi Qafqazda sülh gündəliyi: hazırkı danışıqların siyasi fəlsəfəsi - İNCƏLƏMƏ
Bu gün, 06:29
"Biz qalib tərəf kimi öz mövqelərimizi, təkliflərimizi bəyan etmişik" - deputat
Bu gün, 06:17
Əliyev onunla görüşmədi: Moskvadan gözlənilməz etiraf – 10 il əvvəl Putin…
Bu gün, 06:12
Rusiyanın Ermənistandakı hərbi bazasının əsgəri özünü güllələyib - “Factor.am”
Bu gün, 06:09
Uzun danışıqların başlanğıcı və: Ukraynada müharibəyə son qoymağın açarı - Görünəni odur ki...
Bu gün, 01:00
Əbu-Dabi görüşü: Böyük sülhə doğru mühüm addım... - GƏLİŞMƏ
Bu gün, 00:57
"Elə şeylər var ki, onları danışmaq istəmirəm"
Bu gün, 00:52
Rəsmi İrəvan yola gəlir... - AKTUAL
Bu gün, 00:50
Rusiya Azərbaycanın daxili işlərinə BURUN SOXMAĞA HAZIRLAŞIR - BU NƏDİ BELƏ?
Bu gün, 00:46
Əliyev-Paşinyan görüşü "vasitəçilik oyunu"nu yenə pozdu: - Qafqaz Rusiya, ABŞ və Avropa Birliyinin maraqlarına "girov" düşmədi
Dünən, 21:11
Partiya sədrlərindən Əliyev-Paşinyan görüşünə REAKSİYA
Dünən, 18:00
Azərbaycanlı hərbi jurnalist Gülbəniz Arifqızı vəfat etdi
Dünən, 17:57
130 dollara ChatGPT planı satıldı - Dietoloqu hansı cəza gözləyir?
Dünən, 17:55
Əbu-Dabidə üç mühüm məsələ üzrə razılıq əldə edilib - AÇIQLAMA
Dünən, 17:51
İrəvanda çağırış: - Daşnaksütyunu terror təşkilatı etməyin vaxtıdır
Dünən, 17:48
Ermənistanda Sünikdəki yolun üçüncü tərəfə verilməsini mümkün hesab ediblər
Dünən, 17:44
Azərbaycanın Liderliyi: Cənubi Qafqazda davamlı sülhün yeni üfüqləri - İNCƏLƏMƏ
Dünən, 17:27
Ruslar Azərbaycan səfirliyinin yanında PARTLAYIŞ TÖRƏTDİ - Hücum zamanı...
Dünən, 17:23
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
Dünən, 17:18
Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib - TƏFƏRRÜAT
Dünən, 17:13
İşdən çıxarılan müəllimlərin yerinə əlavə kadr götürülməlidirmi? - AKTUAL
Dünən, 17:00
Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı
Dünən, 16:55
Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır? - Sumqayıt Hospitalının həkimindən ŞİKAYƏT
Dünən, 16:45
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib - FOTO
Dünən, 16:36
DTX-nin saxladığı "Vaqner"də döyüşmüş iki azərbaycanlı barəsində həbs qətimkan seçilib - TƏFƏRRÜAT
Dünən, 16:30
Məhşur blogerin “Papaq” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
Dünən, 16:28
Tramp Ukrayna məsələsində daha çox tərəqqinin olmamasından məyusdur - Rubio
Dünən, 16:14
Bu, sanki Allaha rüşvət verməkdir - Elşad Miri
Dünən, 16:13
Generalın adı ilə 2500 manatlıq dələduzluq edildi - TƏFƏRRÜAT
Dünən, 16:12
Bakcell istifadəçiləri bu tətbiqdən pulsuz istifadə edəcək - DİQQƏT!
Dünən, 16:09
Bakıda həbs edilən ruslar fərari imiş
Dünən, 16:04
ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub - AÇIQLAMA
Dünən, 16:00
Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər - Rusiya XİN
Dünən, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru