"İnsanları o qədər bezdirmisən ki, sən stoldan gedəndən sonra üzlərinə cırmaq atırlar" - Röyadan Hacı Nurana
Tarix: 7-11-2016, 09:34 |
Çap et
Əməkdar artist Röya Ayxan aparıcı Hacı Nuranla küsülüdür.
Axşam.az-ın məlumatına görə, müğənni bu haqda “ASAN radio”da aparıcı Emin Musəvinin qonağı olarkən deyib.
Röya bildirib ki, artıq 1 aydır danışmırlar:
“Hansısa mahnını oxuyanda, sonra başlayırsan orda olanları yaşamağa, həmin hadisələr sənin də həyatına keçir. Hacı Nurana deyirəm ki, o qədər xəstələr çəkib göstərdin ki, özün də xəstələndin.
Hacı Nuran heç yorulmur. Bir aydır onunla danışmıram. Foto çəkdirməsinə görə ona hirslənmişəm. Burdan da ona deyirəm: insanları o qədər bezdirmisən ki, sən stoldan gedəndən sonra üzlərinə cırmaq atırlar".