Elçin Əfəndiyev vəfat edib .....                     “Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir .....                     Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? .....                     Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? .....                     "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." .....                     "Heç olmasa, Türkiyədən öyrənin..." .....                     Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... .....                     Prezident Administrasiyasının əməkdaşı vəfat etdi .....                     "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." .....                     UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq .....                     “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” .....                     Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... .....                     Deputatlarımızın MOSKVA QORXUSU .....                     Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? .....                     FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır .....                     Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir .....                     Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər .....                     "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." .....                     Şahin Şıxlinski könüllü təslim olub .....                     Banklardan kredit almaq daha da çətinləşdi: .....                     Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... .....                     "Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" .....                     Rusiya sərt üzünü kimə göstərir? .....                     Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... .....                     CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun .....                     Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? .....                     Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı .....                     Azərbaycanda problemli kreditlər artır .....                     Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü .....                     Zəngəzur sadəcə yol deyil .....                     Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? .....                     Tehranda su qıtlığına görə daha bir problem: .....                     Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi .....                     Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı .....                     Putin-Tramp dialoqu: Dünya buna köklənib... .....                     Bolqarıstandan azərbaycanlı iş adamına .....                     Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… .....                     Rusiya Köçəryanı yenidən aktivləşdirir: .....                     “Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası .....                     ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək .....                 

Belə yeyənin... min azdır, milyon da deyəni olar - Pirverdiyev milyonları necə talan edib
Tarix: 25-05-2016, 10:35 | Çap et
Belə yeyənin... min azdır, milyon da deyəni olar
Məlum olduğu kimi, Hesablama Palatasının "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəyə əsasən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin hazırda 780 milyon manat borcu var. Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, bu ölkənin irti vergi ödəyiciləri arasında ən yüksək borclardan biridir. Bəs Etibar Pirverdiyevin rəhbərlik etdiyi qurumun belə fantastik məbləğdə borclanmasının səbəbi, daha doğrusu, səbəbləri hansılardır?

Qeyri-şəffaflıq

“Azərenerji”nin külli miqdarda borclanmasına əsas səbəblərdən biri kimi, uzun müddətdir bu qurumun gəlirləri üzərində şəffaflığın təmin edilməməsi göstərilir. Kiçik bir fakt: 2004-2012-ci illərdə Azərbaycan 71 layihə üzrə 9 milyard 545,9 milyon dollar kredit alıb, bunun 24,09%-i və ya 2,3 milyard dolları "Azərenerji"nin payına düşür. Bunun üzərinə yüz milyonlarla manat dövlət investisiyasını gəldikdə ötən illər ərzində Pirverdiyevin rəhbəri olduğu quruma fantastik məbləğdə pulların yönəldiyinə heç bir şübhə qalmır. Buna baxmayaraq, həmin vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənmədiyi mübahisə mövzusudur. Belə mübahisələri anlayışla qarşılamamaq mümkün deyil: məsələn, “Azərenerji” həmin milyardlarla dollara rəğmən ölkənin fasiləsiz elektrik enerjisi ilə təchizatına nail ola bilməmişdi. Bunu ötən illərdə paytaxt Bakı da daxil olmaqla, az qala ölkənin hər yerindən davamlı şəkildə işıqla bağlı şikayətlərin səngiməməsindən aydın təxmin etmək olar. Bir sözlə, “Azərenerji”nin qeyri-şəffaf fəaliyyəti və qurumda hesabatlılığın demək olar ki, yoxluğu sözügedən ASC-yə yönələn vəsaitlərin taleyindən narahat olmaq üçün ciddi əsaslar yaradır. Səhmdar Cəmiyyətin açıqlanan yüksək borcu da həmin əsasları bir az da qüvvətləndirir.

“Azərenerji” - yeyinti deməkdir…

Etibar Pirverdiyevin rəhbərlik etdiyi ASC-nin adı daim korrupsiya qalmaqallarında hallanır. Bunlardan ikisini xatırladaq: 1. Ötən ilin dekabrında Hesablama Palatası “Azərenerji” ASC-də aparılmış auditin nəticələrinə dair məlumat yayıb. Nəticələrdən isə sözün həqiqi mənasında korrupsiya qoxusu gəlir. Belə ki, audit “Azərenerji”yə ayrılan büdcə vəsaitlərinin xərclənməsində ciddi pozuntular üzə çıxarıb. Məlum olub ki, “Azərenerji” ASC tərəfindən dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib edilməyib. Birbaşa layihə-smeta sənədlərinin hazırlanması, layihənin texniki iqtisadi əsaslandırılması və qiymətləndirilməsi aparılmayıb. Tikinti layihələri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması, həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi üçün ekspertizadan keçirilməyib. Habelə müvafiq qaydaların tələblərinə uyğun olaraq tikintilərin cari qiymətlər səviyyəsində ehtimal olunan dəyəri müəyyən edilməyb. Auditor bir neçə halda paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması layihəsi üzrə obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatın sifarişinə əsasən hazırlandığını müəyyən edib. Həmçinin layihə-smeta sənədlərinin hazırlanması xərclərinin podrat müqaviləsinə daxil edildiyini, işlərin yerinə yetirilməsi zamanı podratçıya artıq vəsait ödənildiyini üzə çıxarıb. Yoxlamalar nəticəsində müəyyən olunub ki, “Azərenerji” ASC işlərin və xidmətlərin satın alınması zamanı bəzi hallarda satınalma proseduru tətbiq edilmədən podratçılarla birbaşa müqavilələr bağlayıb. Hesablama Palatası həmçinin müəyyən edib ki, bir neçə obyektin tikintisi başa çatdırılsa da Dövlət qəbul Komissiyası tərəfindən istismara qəbul edilməyib. Ancaq həmin obyektlərin dəyərinin ASC-nin maliyyə hesabatlarında aktivlərə aid edildiyi üzə çıxıb. 2. Bu ilin aprelində Hesablama Palatasının 2015-ci il üzrə açıqladığı hesabatda da “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) dövlət vəsaitini mənimsəmə və digər maliyyə pozuntuları, qanuna ziddi hallar aşkarlandığı bildirilirdi. Hesabatda deyilirdi ki, ümumilikdə 2013-2014-cü illərdə podratçılar və layihə təşkilatları ilə cəmi vəsaitin 95%-i olmaqla 8 satınalma müqaviləsi bağlanıb. Amma təhlillər göstərir ki, həmin müqavilələrin 7-si və cəmi vəsaitin 76,4 %-i birbaşa müqavilələrin bağlanması ilə icra edilib. Qurumda dövlət satınalamalarını tənzimləyən normative hüquqi aktların tələblərinə tam əməl edilməyərək 2013-2014-cü illərdə cəmi vəsaitin 58,6%-i satınalma proseduru tətbiq edilmədən xərclənib. Audit sübutları ilə “Azərenerji” ASC tərəfindən 2013-2014-cü illər üzrə dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunub. ASC tərəfindən Azərbaycan Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisya təkliflərinin tərtib edilmədiyi aşkarlanıb. İki obyektin layihə-smeta sənədlərinin hazırlanması xərcləri podrat müqaviləsinə daxil edilib, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə artıq vəsait ödənilməsi hesabına debitor borcun formalaşmasına, bununla yanaşı üç layihə üzrə kreditor borcun yaranmasına yol verilib. Göstərilən hər iki fakt “Azərenerji”də korrupsiyanın nə qədər dərin kök saldığının rəsmi ifadəsidir. Belədə isə Etibar Pirverdiyevin qurumunun 780 milyon manat kimi ciddi bir məbləğdə borclanmasına təəccüblənmək yersizdir.

Pirverdiyevin biznesi: Bu dəyirmanın suyu hardan gəlir?

O da maraqlıdır ki, “Azərenerji” külli miqdarda borclanarkən, ASC prezidenti özünə böyük bir biznes qura bilib. Onun tikinti biznesinin, dəvə fermalarının olduğuna dair KİV uzun illərdir yazır. Bundan başqa, Pirverdiyevin ölkənin şimal bölgəsində istirahət mərkəzlərinin varlığı da sirr deyil. Həmçinin real bazar dəyəri iki il öncə təxminən 500 milyon manat dəyərində qiymətləndirilən və 7 min nəfərin çalışdığı deyilən “Azenco” şirkətinin səhmlərinin təxminən 97 faizini əlində saxlamış “İnter-Enerji” MMC də Pirverdiyevin nəzarətində olub. Həmin vaxt KİV yazırdı ki, Etibar müəllimin MMC-si həmin şirkətin səhmlərini 6,4 milyon manata – yəni real qiymətindən 78 dəfə ucuz qiymətə əldə edib. Pirverdiyev “İnter-Enerji” vasitəsilə Sumqayıtdakı Texnologiya Parkına (STP) da nəzarəti ələ keçirib. Nəticədə hazırda STP-nin fəaliyyəti demək olar, iflic vəziyyətdədir. “Azərenerji” rəhbərinin ölkədən kənarda da biznesinin olduğuna dair iddialar səsləndirilir. Maraqlıdır ki, deyilənlərin və yazılanların heç biri indiyədək rəsmi olaraq təkzib olunmayıb. Bəs şəxsi varidatı ötən illərdə xeyli artmış Etibar Pirverdiyevin “dəyirmanına su hardan gəlib?” Fikrimizcə, bu sualın cavabını tapmaq üçün yenə də “Azərenerji”nin 780 milyon manatlıq borcuna nəzər salmaq lazımdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elçin Əfəndiyev vəfat edib
Bu gün, 13:12
“Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Bu gün, 09:17
Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Bu gün, 09:15
Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Bu gün, 09:10
"Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Bu gün, 09:05
"Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Bu gün, 07:30
Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Bu gün, 07:12
Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Bu gün, 07:05
"Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Bu gün, 07:03
UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Bu gün, 06:00
“İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 05:57
Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Bu gün, 05:55
Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Bu gün, 05:48
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Bu gün, 05:36
FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Bu gün, 05:20
Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:18
Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Bu gün, 05:05
"Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Bu gün, 05:03
Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Bu gün, 04:58
Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
Dünən, 21:19
Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
Dünən, 21:17
"Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
Dünən, 17:02
Rusiya sərt üzünü kimə göstərir?
Dünən, 16:51
Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
Dünən, 16:45
CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
Dünən, 16:26
Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
Dünən, 16:14
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
Dünən, 16:13
Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
Dünən, 16:00
Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
Dünən, 15:57
Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
Dünən, 15:40
Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
Dünən, 15:36
Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
Dünən, 15:29
Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
Dünən, 15:25
Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
Dünən, 15:21
Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
Dünən, 15:18
Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
Dünən, 12:54
Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
Dünən, 12:51
Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
Dünən, 12:48
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
Dünən, 12:32
ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Dünən, 12:28
Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
Dünən, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:19
Ənvər Seyidov vəfat etdi
Dünən, 12:16
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" - ETİRAZ
Dünən, 12:12
“Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” - FAKT BUDUR...
Dünən, 11:47
İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
Dünən, 11:41
Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ - TƏFƏRRÜAT
Dünən, 11:37
Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? - Rəsmi açıqlama
Dünən, 11:35
Krım türkləri Moskvanı yandırdı... - Tofiq Zülfüqarovun şifrəli mesajının açması...
Dünən, 11:28
Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir - GİLEY
Dünən, 11:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru