Dövlət Fitosanitar Xidmətinin rəhbəri dəyişdi, vəziyyət dəyişmədi - fermerlər narazılıq edir...
Tarix: 16-05-2016, 10:51 | Çap et
 Ekoloji problemlərdən əziyyət çəkən dünyada bu məsələyə ictimai nəzarət getdikcə aktuallıq kəsb etməyə başlayır. Xüsusilə kənd təsərrüfatı məhsullarının yetişdirilməsində fermerlərin qarşısına qoyulan tələblər xeyli ciddiləşib. İllər boyu formalaşdırılmış nəzarət sisteminin müsbət təzahürləri demək olar ki, bütün Avropa ölkələrində hiss edilməkdədir. Bu təcrübənin Azərbaycanda da yayılmasıma böyük ehtiyac var. Belə ki, hazırda ölkəmizə gətirilən gübrələrin növ və tərkibi fermerlər arasında müxtəlif suallar doğurur. Bundan əlavə son zamanlar ictimaiyyət arasında məsələ ilə bağlı narahatlıqlar xeyli artıb. Bazarlarda və digər satış məntəqələrində əldə edilən bitki mənşəli kənd təsərrüfatı məhsullarının tərkibindəki pestisid, nitrat və sair kimi insan orqanizminə zərərli maddələrin xüsusi çəkisindən xəbərsizlik müəyyən dərəcədə Kənd Təsərrüfatı Nazirliyində çalışan bəzi məmurların marağına xidmət edir. Düşünürük ki, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin fəaliyyətində ekoloji təhlükəsizliyimizin təminatı baxımından köklü dəyişikliklərə ehtiyac var. Gundelik-baku.com xəbər verir ki, uzun illər Xidmətin varlığı ilə yoxluğu da bilinməyib. Lakin son zamanlar DFNX-nin rəhbərliyinin dəyişməsi, bir sıra laboratoriyalarda və bitki karantini məntəqələrində tikinti və yenidənqurma işlərinin sürətlənməsi ümid verir ki, paytaxtda və regionlarda bitkilərin toksikoloci və ekspertiza müayinələrini operativ və professional şəkildə aparmaq üçün normal şərait yaradılacaq. Nəticədə isə DFNX-nin laboratoriyalarına müraciət edən fermer və digər kəndli təsərrüfatlarının da sayı artacaq. Fitosanitar xidmətin ötənilki məlumatlarında ölkə ərazisində hər il orta hesabla siçanabənzər gəmiricilərə qarşı 150-200 min hektar, çəyirtkəkimilərə qarşı 50 min ha sahədə, taxıl hafı, Amerika ağ kəpənəyi, Kolorado kartof böcəyinə qarşı hər biri 3 min ha sahədə olmaqla mübarizə tədbirlərinin aparıldığı göstərilir. Bütövlükdə bu rəqəmlərin ölkə ərazisinin olduqca kiçik bir hissəsini əhatə etdiyi göz abağındadır. Ziyanvericilərin yayıldığı əkin sahələrinin, meşə və çəmənliklərin ümumi miqyası bu rəqəmlərdən qat-qat yuxarıdırsa,zərərli orqanizmlərlə mübarizənin səmərəsindən danışmağa dəyməz. Bu məsələdə həmçinin mütəxəssis çatışmazlığı da bir təsiredici amil kimi nəzərə alınmalıdır. Belə ki, məlumata görə DFNX sistemində çalışan mütəxəssislərin böyük bir qisminin yaş həddi onların normal fəaliyyətinə əngəllər yaradır. Gənc və təcrübəli kadrlar isə çatışmır. Eyni zamanda fitosanitariya nəzarəti işi spesifik sahə olduğundan referens-toksikologiya və karantin ekspertizalarının aparılması üçün zəruri laboratoriya avadanlıqlarının quraşdırılması məsələsinin bu sahədə müəyyən biliklərə malik mütəxəssislərə tapşırılması zərurəti böyükdür. Qeyd edək ki, kənd təsərrüfatı nazirinin 24 noyabr 2014-cü il tarixli əmri ilə Quliyev Camal Alqulu oğlu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir. Yeni rəis ona göstərilən etimadı doğrultmaq üçün öz bilik və bacarığından, iş təcrübəsindən maksimum istifadə etməklə ölkədə fitosanitar sabitliyinin qorunması üçün Xidmətin kollektivi ilə birlikdə qarşıya qoyulan tapşırıqları vaxtında və yüksək keyfiyyətlə yerinə yetirmək üçün var gücü ilə çalışacağını bildirmişdi. Lakiin ötən müddət ərzində ölkənin fitosanitar təhlükəsizliyinin yetərli təminatı başlı-başına buraxılıb. Regionlarda fəaliyyət göstərən bitki mühafizə mərkəzlərində, karantin məntəqələrində və hətta bəzi bioloji laboratoriyalarda kadrların ixtisas uyğunluğu ilə bağlı ciddi problemlər var. Həmin problemlərin həlli DFNX-nin yeni rəhbərliyinin prioritet məsələsi olmalıdır. Qarşı tərəfi də dinləyə bilərik.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ruslar erməni güllərini TANIDILAR... - FIRILDAQ baş tutmadı...
Bu gün, 14:36 |
|
|
|
| • Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı MARAQLI DETALLAR
Bu gün, 13:38 |
|
|
|
| • Quzu əti bahalaşıb: - Qiymətlər 25 manata çatır
Bu gün, 13:28 |
|
|
|
| • Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:02 |
|
|
|
| • Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:50 |
|
|
|
| • Evdən dişədək kredit: - Alıcı və satıcı üçün riskli gələcək
Bu gün, 12:48 |
|
|
|
| • Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43 |
|
|
|
| • “Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” - AKTUAL
Bu gün, 12:33 |
|
|
|
| • Bu film Azərbaycana milyardlar QAZANDIRA bilər
Bu gün, 12:31 |
|
|
|
| • Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar - "Tomoqrafiya bazarı"ndan tutmuş "ailə podratı"na qədər...
Bu gün, 12:24 |
|
|
|
| • Müştəridən “Kontakt Home”a ETİRAZ - “Qızıl zəmanətlə məhsul almışam, amma…”
Bu gün, 12:20 |
|
|
|
| • Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 12:07 |
|
|
|
| • Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Bu gün, 12:01 |
|
|
|
| • Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? - Naxçıvanda kadr islahatları, yoxsa kadrsız idarəçilik…
Bu gün, 11:55 |
|
|
|
| • Zakir Quliyevdən şübhəli anlaşma – Müqavilə Əfəndi İsmiyevin hansı şirkəti ilə bağlanır
Bu gün, 11:36 |
|
|
|
| • ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:22 |
|
|
|
| • Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Bu gün, 11:19 |
|
|
|
| • "Toylara o dəbi ilk dəfə mən gətirdim" - Mətanət İsgəndərli
Bu gün, 11:06 |
|
|
|
| • Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi - MƏHKƏMƏ
Bu gün, 10:57 |
|
|
|
| • Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı - "...mənim üçün çətin idi"
Bu gün, 10:51 |
|
|
|
| • İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? - İLGİNC
Bu gün, 10:45 |
|
|
|
| • "Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
| • SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
Bu gün, 10:35 |
|
|
|
| • Rusiyanın gələcəyi və dünya nizamı haqqında: -“Bu, ən vacib sualdır”
Bu gün, 10:18 |
|
|
|
| • “Biz İran üzərində güclü bir qələbə qazanırıq”
Bu gün, 10:16 |
|
|
|
| • Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb
Bu gün, 10:12 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Bu gün, 10:03 |
|
|
|
| • Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
Bu gün, 09:58 |
|
|
|
| • Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı – MƏHKƏMƏ
Bu gün, 09:53 |
|
|
|
| • "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb - "TRT Haber"
Bu gün, 09:43 |
|
|
|
| • “ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - NARAZILIQ VAR...
Bu gün, 09:24 |
|
|
|
| • Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib - Tramp belə deyir...
Bu gün, 08:36 |
|
|
|
| • Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - İsrafil Kərimovun yazısı
Bu gün, 08:15 |
|
|
|
| • Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 08:14 |
|
|
|
| • Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur - GƏLİŞMƏ
Bu gün, 08:08 |
|
|
|
| • Tıxaclar şairimizi də yorub... - FOTO
Bu gün, 08:05 |
|
|
|
| • "Artıq ikinci dəfədir ki.." - GİLEY
Bu gün, 07:52 |
|
|
|
| • Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... - BU BİZİK...
Bu gün, 07:41 |
|
|
|
| • Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... “Furia Roja"?
Bu gün, 07:36 |
|
|
|
| • Husilər İranın xahişinə "HƏ" dedilər - "Reuters"
Bu gün, 07:26 |
|
|
|
| • "Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." - BURA ƏSL BAZARDIR!
Bu gün, 07:22 |
|
|
|
| • Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... - MALƏSƏF...
Bu gün, 07:15 |
|
|
|
| • Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq - ARAŞDIRMA
Bu gün, 07:09 |
|
|
|
| • Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR - Ayağımızda milyardlıq borclar var...
Bu gün, 07:07 |
|
|
|
| • Feyziyevin aşıb-daşan sərvəti... - BU HƏLƏ HARASIDIR Kİ...
Bu gün, 06:56 |
|
|
|
| • Bölmək... bölünmək o qədər asandır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47 |
|
|
|
| • "Qarabağ" son nöqtəni də gözəl qoydu... - Ardı gəlsin!
Bu gün, 06:42 |
|
|
|
| • “İmişli”nin loqosu plagiatdır? - FOTO
Bu gün, 06:36 |
|
|
|
| • 6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? - FOTO
Bu gün, 06:29 |
|
|
|
| • Başçı Şabranı zibilxanaya çevirib - Asif Hüseynov hansı günə o kürsünü məşğul edir ki...
Bu gün, 06:25 |
|
|
|
|