Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı .....                     Quzu əti bahalaşıb: .....                     Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır .....                     Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi .....                     Evdən dişədək kredit: .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” .....                     Bu film Azərbaycana .....                     Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar .....                     Müştəridən “Kontakt Home”a ETİRAZ .....                     Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi .....                     Nəriman Həsənzadənin vəziyyəti ağırdır .....                     Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? .....                     Zakir Quliyevdən şübhəli anlaşma .....                     ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var .....                     Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? .....                     "Toylara o dəbi ilk dəfə mən gətirdim" .....                     Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi .....                     Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı .....                     İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? .....                     "Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” .....                     SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib .....                     Rusiyanın gələcəyi və dünya nizamı haqqında: .....                     “Biz İran üzərində güclü bir qələbə qazanırıq” .....                     Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb .....                     Azərbaycan neftinin qiyməti 88 dolları ötüb .....                     Rusiya bazarı Ermənistan üçün bağlanır .....                     Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı .....                     "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb .....                     “ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... .....                     Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib .....                     Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı .....                     Milli Azərbaycan mətbuatının yaranması və inkişafı .....                     Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur .....                     Tıxaclar şairimizi də yorub... .....                     "Artıq ikinci dəfədir ki.." .....                     Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... .....                     Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... .....                     Husilər İranın xahişinə "HƏ" dedilər .....                     "Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." .....                 

Azad Rəhimov və mənimsənilən milyonlar... - Nazirin şəxsi maraqlara qurban verdiyi öhdəlik
Tarix: 13-05-2016, 10:54 | Çap et
Azad Rəhimov və mənimsənilən milyonlar...
2-ci YAZI

Azərbaycanda bir sıra nazirlərin fəaliyyətinə nəzər salanda məlum olur ki, üst vəzifə sahibi sayılan bu şəxslər ölkədə və xaricdə böyük biznes şəbəkəsinə nəzarət edirlər. Onlar həm gizli biznesmen, həm də nazir olmaqla böyük var-dövlət sahibidirlər. Nazirlərimizin əksərinin biznesdə uğur qazanması təsadüfi deyil. Ölkənin qanunlarına məhəl qoymamaqla dövlətə milyonlarla borclu olan vəzifə sahiblərimiz istənilən halda haqlı tərəf olmaqla, istəklərini Azərbaycanda həyata keçirməkdə hər hansı bir maneə ilə üzləşmirlər. Onlar, sadəcə zənglə digər həmkarlarını da qanunları pozmağa çağırır və buna nail olurlar.
Dövlətin ən varlı biznesmenlərindən biri də Gənlər və İdman naziri Azad Rəhimov hesab olunur. Ötən yazımızda nazirin böyük biznes şəbəkəsindən və onun Fətullah Gülənə yaxın şəbəkə ilə sıx əlaqəsindən bəhs etmişdik.

Biznesdəki uğurun idmandakı fəsadları

Azərbaycanın Gənclər və İdman nazirinin biznesdəki uğuru rəhbəri olduğu dövlət sahəsində özünü yaxşı tərəfdən göstərmir. Biznesin bütün çalarlarını bilən Rəhimovun ölkənin idman sahəsində fəaliyyəti, sadə dillə desək, iflasa aparır. İdman sahəsində yaranmış problemlər, idmançıların məşq edib yarışa hazırlaşmaları üçün normal şəraitin olmaması nazirin narahatçılığına səbəb olmur. İdman sahəsini də biznesmen kimi idarə edən Azad Rəhimovun ölkə idmançılarına bir nazir olaraq dəstək verməməsi yaradılan şəraitdən aşkar görünür.
Gənclər və İdman nazirinin istər paytaxtda, istərsə də bölgələrdə idmançılara və gənclərin bu sahəyə marağının artmasına çalışmamasının arxasında hansısa maraqların durduğuna inanmaq istəməzdik. Lakin aparılan araşdırmalar göstərir ki, təkcə hər ay rəsmi sənədlərdə yarışların təşkili, nazirliyin tabeçiliyində olan məktəblərdə müxtəlif adlarla tədbirlərin keçirilməsi adı ilə dövlətin milyonlarla vəsaiti mənimsənilir. Azad Rəhimovun nəzarətində baş verən korrupsiyanın gənclərin sosial durumuna, sağlam yetişməsinə və ölkə idmanının inkşafına hansı çətinliklər yaratdığına faktların dili ilə nəzər yetirək.

Şəxsi maraqlara qurban verilən öhdəlik

Ilk öncə qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Nazirlik yaradılarkan qarşısına bir sıra tapşırıqlar qoyuldu. Həmin tapşırıqlardan biri də Azərbaycan Respublikası bədən tərbiyəsi sahəsində milli proqramın həyata keçirilməsidir. Bununla yanaşı gənclərin sosial durumunun yaxşılaşdırılması və onların idman sahəsinə cəlb edilərək bu sahədə inkşafına şərait yaratmaq nazirliyin başlıca vəzifələrindən sayılır. Bu mənada ölkədə onlarla olimpiya komplesləri tikildi və gənclərin idmana cəlb edilməsi üçün dövlət dəstəyi ifadə olundu. AZAD RƏHİMOV VƏ MƏNİMSƏNİLƏN MİLYONLAR
Lakin Azad Rəhimovun şəxsi maraqlara xidmət edən idarəetməsi bir zamanlar idmana böyük həvəs göstərən gənclərin indi çayxanalarda vaxt kecirməsinə səbəb olub. Belə ki, nazirliyin qarşısına qoyulan vəzifələrin icra edilməməsi və olimpiya komplekslərində idmançıların məşq etməsi üçün saatlara uygun olaraq rüşvət tələb edilməsi sağlam gəncliyə inanan insanların ümidlərini alt-üst edir. Yarıtmaz fəaliyyət nəticəsində nazirliyin balansında olan idman məktəbləri də baxımsızlıqdan idmançı yetişdirmək öhdəliyini icra edə bilmirlər. Olimpiya komplekslərinin, idman məktəblərinin uçulub dağılmaqda olan binalarının əziyyətini çəkən idmançı gənclərin taleyinə biganə qalmaq qarşıya qoyulan vəzifələrin necə “icra olunduğuna” nümunə ola bilər. Nazirliyin idmana “diqqəti” nəticəsində yaranmış vəziyyət sadəcə Azad Rəhimovun biznes imperiyasının möhkəmlənməsinə xidmət etmədədir.

Yalançı hesabtlardan milyonlar qazanan nazir

Qeyd etdiyimiz kimi, Azad Rəhimov nazir təyin olunandan sonra nazirlyin şəhər və rayonlarında yerləşən idman məktəblərində heç bir müsbət dəyişikliyin şahidi olmadıq. Əksinə rəsmi sənədlərdə və nazirliyin illik hesabatlarında idman məktəblərində təmirdən və yüksək şəraitdən, eləcə də idmançıların ehtiyaclarının ödənilməsindən bəhs edildiyinin şahidi oluruq. Lakin məktəbləri gəzdikcə Azad Rəhimovun verdiyi hesabatların sadəcə yalan olduğunu görmək çətinlik yaratmır. Hətta idman məktəblərinin bərbad vəziyyətdə olan zalları, idmançıların məşq etmək üçün məktəblərdə normal şəraitin olmamasından etdikləri gileyin və narazılığın səsi Gənclər və İdman Nazirliyinin binasının divarlarında keçilməz səddlə rastlaşmaqdadır. Nəzərə alsaq ki, yalançı hesabatlarla ildə küllü-miqdarda dövlət vəsaiti silinir və mənimsənilir, onda cənab nazirin dövlətə necə “sevgi” bəslədiyini anlamaq olur.
Təkcə illik tədbirlərin siyahısına baxsaq görərik ki, Gənclər və İdman Nazirliyi və bu qurumun yerlərdəki idarələri böyük fəaliyyət planı həyata keçirirlər. Təəssüf ki, sənədlərdə qeyd olunan bu rəqəmlərə reallıqda rast gəlmirik. Nazirliyin idarələrlə razılaşdıraraq həyata keçirdiyi bu saxtakarlığın yenə böyük vəsaitlərin mənimsənilməsinə şərait yaratdığına şübhə qalmır. Dövlətin milyonları yeyilir, amma gənclər idmanla məşğul olmaq üçün şərait axtarmaq zorunda qalıblar.

Ayda bir görüş və...

Yalançı statistika ilə cəmiyyətdə inkşafdan bəhs edən Azad Rəhimovun şəhər və rayonlara təyin etdiyi Gənclər və İdman idarələrinin rəhbərləri də şeflərinə sadiqdirlər. Hər ay tədbirlər planını sənədləşdirənlər nazirin şəriki kimi dövlətin varını talamaqdadırlar. Bəzi idmançılarla və məşqçilərlə söhbət zamanı məlum olur ki, onlar nəinki ayda, il ərzində belə tədbirlərin şahidi olmurlar.
Azad Rəhimovun yerlərdəki gənclər və idman idarələrinə üz tutub yardım istəmək və ya problemlərini ifadə etmək mümkün deyil. İdmançıların taleyinə biganə qalan nazirliyin rayon və şəhərlərdəki balaca rəhimovları ölkədə idmanın məhvinə aparan fəaliyyətə sadiqdirlər. Onlar rayon və şəhərlərdə idmanın inkşafına diqqət ayırmaq əvəzinə, ayda bir dəfə nazirliyə gəlib rəsmi sənədlərdə qeyd olunan “yardım” siyahısına imza atırlar. Özlərinin əlində gətirdiyi tədbirlər planını təsdiq edəndən sonra nazirliyin ayırdığı vəsaitin 30%-ni götürüb otaqlarına geri dönürlər. Azad Rəhimovun bu qaydaları ilə nazirliyə ayrılan və sadəcə sənədlərin dili ilə xərclənən milyonların hara getdiyini görən olmur. Beləcə batmaqda olan idman sahəsi sadəcə sənədlər üzərində inkşafda olduğunu təsdiq edir.

Azad Rəhimovun 3 min manatlıq vəsiqələri

Gənclər və İdman nazirinin bəzi məşqçilərə “Əməkdar məşqçi” adının verilməsində rolu böyükdür. Danmaq olmaz ki, bu gün ölkədə bu ada layiq məşqçilər var və onların bu adı əməkləri ilə qazandığına şübhə yoxdur. Lakin, Azad müəllim “əməkdar məşqçi” adına layiq olmayanları da razı sala bilir. Nazirliyin tələbi ilə 3000 manatı olan məşqçi bu adı qazana bilər. Onun idman sahəsində və ya ad aldığı sahədə uğurunun olması vacib şərt hesab olunmur. Bu mənada nazirin tələblərini icra edənlər çətinlik çəkmədən Azad Rəhimovun mübarək imzası ilə təsdiqlənmiş vəsiqəni əldə edirlər.
Bəzi məşqçilərin isə sahələrində uğurlar qazanmasına baxmayaraq kasıb olmaları onları “əməkdar məşqçi” adına həsrət qoyub. Nazirliyin qaydalarına əsasən, digər mükafatlar və ya fərqləndirilmiş adları almaq istəyənlər tələbləri icra etməlidirlər. Bu tələblər qanunlarla deyil, sadəcə Azad Rəhimovun istəkləri ilə irəli sürülür...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı MARAQLI DETALLAR
Bu gün, 13:38
Quzu əti bahalaşıb: - Qiymətlər 25 manata çatır
Bu gün, 13:28
Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:02
Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:50
Evdən dişədək kredit: - Alıcı və satıcı üçün riskli gələcək
Bu gün, 12:48
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43
“Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” - AKTUAL
Bu gün, 12:33
Bu film Azərbaycana milyardlar QAZANDIRA bilər
Bu gün, 12:31
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar - "Tomoqrafiya bazarı"ndan tutmuş "ailə podratı"na qədər...
Bu gün, 12:24
Müştəridən “Kontakt Home”a ETİRAZ - “Qızıl zəmanətlə məhsul almışam, amma…”
Bu gün, 12:20
Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 12:07
Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Bu gün, 12:01
Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? - Naxçıvanda kadr islahatları, yoxsa kadrsız idarəçilik…
Bu gün, 11:55
Zakir Quliyevdən şübhəli anlaşma – Müqavilə Əfəndi İsmiyevin hansı şirkəti ilə bağlanır
Bu gün, 11:36
ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:22
Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Bu gün, 11:19
"Toylara o dəbi ilk dəfə mən gətirdim" - Mətanət İsgəndərli
Bu gün, 11:06
Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi - MƏHKƏMƏ
Bu gün, 10:57
Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı - "...mənim üçün çətin idi"
Bu gün, 10:51
İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? - İLGİNC
Bu gün, 10:45
"Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” - TƏFƏRRÜAT
Bu gün, 10:36
SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
Bu gün, 10:35
Rusiyanın gələcəyi və dünya nizamı haqqında: -“Bu, ən vacib sualdır”
Bu gün, 10:18
“Biz İran üzərində güclü bir qələbə qazanırıq”
Bu gün, 10:16
Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb
Bu gün, 10:12
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Bu gün, 10:03
Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
Bu gün, 09:58
Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı – MƏHKƏMƏ
Bu gün, 09:53
"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb - "TRT Haber"
Bu gün, 09:43
“ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - NARAZILIQ VAR...
Bu gün, 09:24
Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib - Tramp belə deyir...
Bu gün, 08:36
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - İsrafil Kərimovun yazısı
Bu gün, 08:15
Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 08:14
Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur - GƏLİŞMƏ
Bu gün, 08:08
Tıxaclar şairimizi də yorub... - FOTO
Bu gün, 08:05
"Artıq ikinci dəfədir ki.." - GİLEY
Bu gün, 07:52
Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... - BU BİZİK...
Bu gün, 07:41
Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... “Furia Roja"?
Bu gün, 07:36
Husilər İranın xahişinə "HƏ" dedilər - "Reuters"
Bu gün, 07:26
"Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." - BURA ƏSL BAZARDIR!
Bu gün, 07:22
Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... - MALƏSƏF...
Bu gün, 07:15
Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq - ARAŞDIRMA
Bu gün, 07:09
Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR - Ayağımızda milyardlıq borclar var...
Bu gün, 07:07
Feyziyevin aşıb-daşan sərvəti... - BU HƏLƏ HARASIDIR Kİ...
Bu gün, 06:56
Bölmək... bölünmək o qədər asandır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
"Qarabağ" son nöqtəni də gözəl qoydu... - Ardı gəlsin!
Bu gün, 06:42
“İmişli”nin loqosu plagiatdır? - FOTO
Bu gün, 06:36
6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? - FOTO
Bu gün, 06:29
Başçı Şabranı zibilxanaya çevirib - Asif Hüseynov hansı günə o kürsünü məşğul edir ki...
Bu gün, 06:25
ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? - Partiya sədrindən PROQNOZ
Bu gün, 06:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru