Yasamalda Mehdiyevin torpaq qalmaqalı - 500 mini kim alıb?
Tarix: 11-05-2016, 11:05 | Çap et
 Bakının Yasamal Rayonu, Həsən bəy Zərdabi küçəsindəki problemlə bağlı dəfələrlə xəbər vermişik. Küçənin 89 ünvanındakı qanunsuz tikinti aparılması və ərazidə ağacların kəsilməsi ilə bağlı yayınladığımız araşdırmalar geniş rezonansa səbəb olmuşdu.
Məlumat üçün xatırladaq ki, Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin (Eksperimentalnı) yanındakı ərazidə iki ildi tikinti işi aparmaq istəyən sahibkarla bağlı qalmaqal böyüyür. Ramiz Cabbarlı adlı iş adamı hələ 2 il öncə bu ərazidə 53 ağac kəsdirib. Sakinlərin Prezident Adminstarsiyasına, Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, habelə digər dövlət orqanlarına müraciətindən sonra "ağac soyqırımı"nın qarşısı alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ramiz Cabbarlını 14400 manat cərimə edib.
Qaynarinfo.az-ın dövlət orqanlarına müraciətindən sonra əraziyə baxış keçirilmiş və tikintiyə qadağa qoyulmuş, həm də ağacların kəsilməsinin qarşısı alınmışdı.

Amma görünür ərazi üçün müxtəlif orqanlara "ətək-ətək" pul tökən Ramiz Cabbarlı geri çəkilmək niyyətində deyil. Belə ki, adıçəkilən ərazi yenidən hasara alınıb. Bu isə tikintiyə başlamağa hazırlaşdığını göstərir.
Təəssüf ki, hələ də bu ərazidə tikintiyə hansı dövlət orqanının icazə verməsi məlum deyil. Məsələdə Yasamal Rayon icrahakimiyyətinin və konkret olaraq icra hakimi İbrahim Mehdiyevin adı hallandırılsa da, qurumdan bir müddət əvvəl Qaynarinfo.az-a verilən rəsmi açıqlamada bu məlumat təkzib olunmuşdu. Hətta İcra Hakimiyyətinin belə bir səlahiyyətinin olmadığı da vurğulanmışdı.
Qeyd edək ki, qeyri-rəsmi söhbətlərdə sahibkarın hələ iki il əvvəl bu ərazidə tikinti aparmaq üçün İcra Hakimiyyətinə 500 min manat verildiyi iddiaları səslənirdi. Amma göründüyü kimi, İcra Hakimiyyəti bu məlumatı israrla təkzib edir.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə və Yasamal rayon bələdiyyəsinə də müraciət etmişdik. Amma hər iki qurum bu ərazidə tikintiyə icazə verilmədiyini rəsmi şəkildə açıqlamışdı. Hətta Əmlak Məsələləri Dövlət Komitəsindən həmin ərazidə tikintiyə qadağa qoyulduğu da bildirilmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə ağacların kəsilməsini qadağan edib. Hətta nazirlik Ramiz Cabbarlını buna görə də cəzalandırıb.
Bu cavablardan belə çıxır ki, Ramiz Cabbarlı həmin ərazini qanunsuz şəkildə zəbt edib və ağacları kəsərək tikintiyə cəhd edir. Əgər həqiqətən vəziyyət belədirsə, bu daha böyük biabırçılıqdır. Belə çıxır ki, Bakının mərkəzində kim harda istəyir torpaq hasarlaya, ağac kəsə, tikinti apara bilər.

Dəfələrlə qeyd etdiyimiz kimi burada ağacların kəsilməsinə və qanunsuz tikintiyə cəhdə görə birbaşa məsuliyyəti Yasamal rayon İcra Hakimiyyəti və onun başçısı İbrahim Mehdiyev daşıyır. Hər halda, tikintiyə icazə vermək və ya dayandırmaq hüququ nə Ekologiya və Təbii Sərvətlər Nazirliyində, nə də Əmlak Məsələləri Dövlət Komitəsində var. Torpağı doğrudan da İcra Hakimiyyəti satmayıbsa, onda ərazinin hasarlanmasının qarşısını niyə almır?
Onu da qeyd edək ki, Qaynarinfo.aza şikayət edən sakinlər bir neçə il əvvəl olduğu kimi yenidən ölkə prezidenti İlham Əliyevə müraciət etməyə hazırlaşırlar.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:02 |
|
|
|
| • Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:50 |
|
|
|
| • Evdən dişədək kredit: - Alıcı və satıcı üçün riskli gələcək
Bu gün, 12:48 |
|
|
|
| • Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43 |
|
|
|
| • “Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” - AKTUAL
Bu gün, 12:33 |
|
|
|
| • Bu film Azərbaycana milyardlar QAZANDIRA bilər
Bu gün, 12:31 |
|
|
|
| • Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar - "Tomoqrafiya bazarı"ndan tutmuş "ailə podratı"na qədər...
Bu gün, 12:24 |
|
|
|
| • Müştəridən “Kontakt Home”a ETİRAZ - “Qızıl zəmanətlə məhsul almışam, amma…”
Bu gün, 12:20 |
|
|
|
| • Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 12:07 |
|
|
|
| • Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Bu gün, 12:01 |
|
|
|
| • Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? - Naxçıvanda kadr islahatları, yoxsa kadrsız idarəçilik…
Bu gün, 11:55 |
|
|
|
| • Zakir Quliyevdən şübhəli anlaşma – Müqavilə Əfəndi İsmiyevin hansı şirkəti ilə bağlanır
Bu gün, 11:36 |
|
|
|
| • ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:22 |
|
|
|
| • Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Bu gün, 11:19 |
|
|
|
| • "Toylara o dəbi ilk dəfə mən gətirdim" - Mətanət İsgəndərli
Bu gün, 11:06 |
|
|
|
| • Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi - MƏHKƏMƏ
Bu gün, 10:57 |
|
|
|
| • Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı - "...mənim üçün çətin idi"
Bu gün, 10:51 |
|
|
|
| • İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? - İLGİNC
Bu gün, 10:45 |
|
|
|
| • "Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
| • SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
Bu gün, 10:35 |
|
|
|
| • Rusiyanın gələcəyi və dünya nizamı haqqında: -“Bu, ən vacib sualdır”
Bu gün, 10:18 |
|
|
|
| • “Biz İran üzərində güclü bir qələbə qazanırıq”
Bu gün, 10:16 |
|
|
|
| • Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb
Bu gün, 10:12 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Bu gün, 10:03 |
|
|
|
| • Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
Bu gün, 09:58 |
|
|
|
| • Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı – MƏHKƏMƏ
Bu gün, 09:53 |
|
|
|
| • "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb - "TRT Haber"
Bu gün, 09:43 |
|
|
|
| • “ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - NARAZILIQ VAR...
Bu gün, 09:24 |
|
|
|
| • Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib - Tramp belə deyir...
Bu gün, 08:36 |
|
|
|
| • Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - İsrafil Kərimovun yazısı
Bu gün, 08:15 |
|
|
|
| • Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 08:14 |
|
|
|
| • Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur - GƏLİŞMƏ
Bu gün, 08:08 |
|
|
|
| • Tıxaclar şairimizi də yorub... - FOTO
Bu gün, 08:05 |
|
|
|
| • "Artıq ikinci dəfədir ki.." - GİLEY
Bu gün, 07:52 |
|
|
|
| • Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... - BU BİZİK...
Bu gün, 07:41 |
|
|
|
| • Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... “Furia Roja"?
Bu gün, 07:36 |
|
|
|
| • Husilər İranın xahişinə "HƏ" dedilər - "Reuters"
Bu gün, 07:26 |
|
|
|
| • "Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." - BURA ƏSL BAZARDIR!
Bu gün, 07:22 |
|
|
|
| • Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... - MALƏSƏF...
Bu gün, 07:15 |
|
|
|
| • Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq - ARAŞDIRMA
Bu gün, 07:09 |
|
|
|
| • Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR - Ayağımızda milyardlıq borclar var...
Bu gün, 07:07 |
|
|
|
| • Feyziyevin aşıb-daşan sərvəti... - BU HƏLƏ HARASIDIR Kİ...
Bu gün, 06:56 |
|
|
|
| • Bölmək... bölünmək o qədər asandır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47 |
|
|
|
| • "Qarabağ" son nöqtəni də gözəl qoydu... - Ardı gəlsin!
Bu gün, 06:42 |
|
|
|
| • “İmişli”nin loqosu plagiatdır? - FOTO
Bu gün, 06:36 |
|
|
|
| • 6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? - FOTO
Bu gün, 06:29 |
|
|
|
| • Başçı Şabranı zibilxanaya çevirib - Asif Hüseynov hansı günə o kürsünü məşğul edir ki...
Bu gün, 06:25 |
|
|
|
| • ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? - Partiya sədrindən PROQNOZ
Bu gün, 06:19 |
|
|
|
| • Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir - ŞƏRH
Bu gün, 06:15 |
|
|
|
| • Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! - AKTUAL
Bu gün, 06:13 |
|
|
|
|