MİSİR MƏRDANOV LİSENZİYA PAYLAYIR
Tarix: 22-07-2012, 12:49 |
Çap et
SON ALTI AYDA ALTI BAĞÇA RƏSMİLƏŞİB
DİA.AZ: - Bu ilin 6 ayında altı özəl məktəbəqədər təhsil müəssisəsinə lisenziya verilib. DİA.AZ bildirir ki, bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.
Lisenziya "Green Door" MMC-nin nəzdində "Qrin Dor" uşaq bağçası, "Ahu" körpələr evi-uşaq bağçası, "Möcüzələr evi" körpələr evi-uşaq bağçası, "Kaspi EC" MMC-nin nəzdində "Kaspi" uşaq bağçası, "Şən yuva" uşaq bağçası, "Rafa & Co" firmasının nəzdində "Şəkər bala" uşaq bağçasına verilib.
Qeyd edək ki, ötən il ümumilikdə 18 özəl məktəbəqədər təhsil müəssisəsinə lisenziya verilib.