ZAKİR QARALOV MƏZUNİYYƏTƏ ÇIXDI
Tarix: 26-10-2011, 12:29 |
Çap et
ONUN SƏLAHİYYƏTLƏRİNİ USUBOV İCRA EDİR
Azərbaycanın baş prokuroru Zakir Qaralov qısamüddətli məzuniyyətə çıxıb.
Bu barədə APA-ya açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, hazırda baş prokuror vəzifəsinin icrasını baş prokurorun birinci müavini Rüstəm Usubov həyata keçirir.
E. Sultanov qeyd edib ki, Baş prokuror Zakir Qaralov yaxın günlərdə xidməti vəzifəsinin icrasına başlayacaq.