RÖVNƏQ ABDULLAYEVİN ADI QALMAQALDA
Tarix: 12-07-2012, 12:57 | Çap et
ARDNŞ PREZİDENTİ MONTENEQROYA NECƏ NÜFUZ EDİB?
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Adriatik Dənizi sahilində yerləşən Monteneqro hərbi bazasını kurort məntəqəsinə çevirmək üçün 90 illik müqavilə imzalayıb. Bu barədə Monteneqronun Turizm və Dayanıqlı İnkişaf Nazirliyi xəbər verib.
ARDNŞ nümayəndələri və Monteneqro hökuməti tərəfindən imzalanmış müqaviləyə görə, Azərbaycan şirkəti növbəti səkkiz il ərzində Monteneqronun Kumbor ərazisindəki keçmiş barrakları yüksək keyfiyyətli otellərə çevirmək üçün 315 milyon dollar sərmayə yatıracaq.
Şirkət bazanın 240 min kvadrat metrlik ərazisinin arendası üçün 13 milyon avronu dərhal ödəyəcək. Frans Press agentliyi belə yazır. "Beynəlxalq turizmdə təcrübəsinin olmamasını nəzərə alaraq... indi ARDNŞ-nin bu razılaşmanı necə başa vuracağını gözləmək qalır" - Monteneqro-Azərbaycan müqaviləsi barədə yazan "Financial Times" qəzeti qeyd edir.
ARDNŞ nümayəndəsi Məmməd Nəzərəliyev qəzetə bildirib ki, şirkət artıq İspaniyanın Melia Hotels şirkətindən niyyət məktubu alıb və Vizzion Archtects şirkətilə işləmək istədiyini bəyan edib. Bu otellərin ARDNŞ işçiləri üçün nəzərdə tutulduğu, yoxsa hamı üçün açıq olacağı məlum deyil.
Uduzan şirkət məhkəməyə verir
Tenderi uduzan NCH Capital şirkəti Monteneqro Ali Məhkəməsinə müraciət edib və qərardan şikayət edib. Məhkəmə onun əleyhinə qərar çıxarıb. ABŞ investisiya fondu NCH Capital-ın Balkan regionunda böyük maraqları var.
NCH Capital ARDNŞ-dən daha artıq pul - arenda ərazisinin hər kvardat metri üçün 2 avro və mənfəətin 5.1 faizini təklif etmişdi, FT yazır.
Azərbaycan isə 45 illik arenda müqabilində hər kvardat metr üçün 1 avro və mənfəətin 5 faizini təşkil edən müxtəlif icarə haqqı ödəyəcək, FT yazır.
NCH Azərbaycanın təklifinə qarşı rəsmi şikayət ərizəsi versə də, Özəlləşdirmə Şurası ərizənin gecikdiyini deyərək onu rədd edib. İyunun sonunda isə məhkəmə onu haqsız çıxarıb. Şirkət deyib ki, iddiası iki məqama əsaslanır: ARDNŞ-nin təklifi texniki səbəblərə görə qəbul olunmamalı idi və kəmiyyət və keyfiyyət baxımından NCH-in tender təklifi daha üstün idi. "BP və ya Exxonu kurortlar tikən görməzsən və bunun üçün də səbəb var" - o, bildirib.
Ancaq Monteneqro rəsmiləri tender prosesinin şəffaf olduğunu deyir. Monteneqro İnvestisiya İnkişafı Agentliyinin baş icarçısı Petar İvanoviç FT qəzetinə deyib ki, dəbdəbəli otellrin tikilməsi hüququnun ARDNŞ-ə verilməsi qərarını bir çox Monteneqro institutları, o cümlədən parlament verib.
Azərbaycanın Monteneqrodakı səfiri Eldar Həsənov razılaşma imzalanması mərasimindən sonra jurnalistlərə deyib ki, bu tender "müstəsna şəffaf və təmiz prosedur nümunəsi" idi. "Bu, razılaşmaya necə şəffaf nail olunmasına bir misaldır" - deyib səfir.
"Pulu ARDNŞ vermir"
ARDNŞ-in məqsədi turizm şirkətlərinə dəstək göstərməkdir - bu sözləri bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev APA-ya bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bəzi turizm şirkətləri həmin layihədə tenderə qatılmaq istəsələr də, imkanları tenderdə qoyulan tələblərə cavab vermədiyindən, ARDNŞ onları dəstəkləmək üçün bu tenderə qatılıb.
Cənab Abdullayev deyib ki, ARDNŞ bu layihəyə investisiya qoymaq niyyətində deyil: “Layihənin idarə olunması ilə Azərbaycanın turizm şirkətləri məşğul olacaq. ARDNŞ-nin otel biznesi ilə məşğul olmaq planları yoxdur” (BBC Azərbaycanca).

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • " Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir..." - deputat
Bu gün, 08:45 |
|
|
|
| • ABŞ MKİ şefinin Rusiya səfərində Kremli hədələyib? - GƏLİŞMƏ
Bu gün, 08:41 |
|
|
|
| • Başınızı qaldırıb, bir az da camaatı dinləyin... - NARAZILIQ VAR...
Bu gün, 08:37 |
|
|
|
| • Bakıda 11 saylı “zon”da kütləvi dava: “Yeraz Camal”ı ölümcül döydülər - TƏFƏRRÜAT
Bu gün, 08:20 |
|
|
|
| • Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT
Bu gün, 08:14 |
|
|
|
| • Rusiya Baltikyanı ölkəsinə hücum edə bilərmi? - ŞƏRH
Bu gün, 08:08 |
|
|
|
| • 46 il öncə Zeynəb Xanlarova ilə bağlı Özbəkistanda nə baş verib? – Tarixi video
Bu gün, 08:07 |
|
|
|
| • Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət
Bu gün, 08:04 |
|
|
|
| • “Bizə erməni dilini bilən diplomatlar lazım olacaq” - deputat
Bu gün, 07:42 |
|
|
|
| • “Pulunu ödədiyim internet paketindən niyə istifadə edə bilmirəm?” – “Azercell”dən DAHA BİR şikayət
Bu gün, 07:39 |
|
|
|
| • Mingəçevirdə MilliÖN problemi - Rəqəmsal ödəniş dövründə niyə insanlar hələ də növbədə dayanmalıdır?
Bu gün, 07:35 |
|
|
|
| • FTB Epşteynin evinə dinləmə qurğusu yerləşdirən İsrail agentini saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 07:32 |
|
|
|
| • Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində... - AKTUAL
Bu gün, 07:30 |
|
|
|
| • “Landau School”un camaatla XADİMƏ MƏZƏSİ... - yəqin MIRT VURURLAR...
Bu gün, 07:28 |
|
|
|
| • Şəmkirdə dövlətin ayırdığı dərmanlara KİM ƏL QOYUR? - NARAZILIQ VAR...
Bu gün, 07:07 |
|
|
|
| • İmişlidə məscidin əmlakı mənimsənilib, icra başçısının adı çəkilir - şok korrupsiya ittihamları
Bu gün, 07:02 |
|
|
|
| • Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb - KİV
Bu gün, 06:55 |
|
|
|
| • Yusif Ələsgərovsayağı qohumbazlıq... - İTTİHAM VAR...
Bu gün, 06:50 |
|
|
|
| • Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? – Daxil Kərimovun "misilsiz xidməti"
Bu gün, 06:41 |
|
|
|
| • Maxaçevin "Azərbaycan dosyesi": Zaqatala-Balakəndə muxtariyyət tələbi, separatizm və Moskva planı — ŞOK FAKTLAR
Bu gün, 06:32 |
|
|
|
| • Paşinyan Qaregini də "küncə" sıxdı: Ya həbs, ya istefa - GƏLİŞMƏ
Bu gün, 06:30 |
|
|
|
| • İlqar Bayramlı ilə bağlı ilginc iddialar - “Capital Motors”dan təhsil sisteminə uzanan yol
Bu gün, 06:25 |
|
|
|
| • Laçındakı görüş Ermənistanda təşviş yaratdı – “Bakı işıqlarımızı söndürəcək”
Bu gün, 06:21 |
|
|
|
| • "Heç kəsin fikri mənim üçün önəmli deyi" - FOTO
Dünən, 18:09 |
|
|
|
| • “Vüqarın adından istifadə edib, oğluna toy edir, qələt edir, başını daşa döyür” -Meyxanaçının atasından SƏRT AÇIQLAMA
Dünən, 18:01 |
|
|
|
| • Telefon almaq adı ilə görüşdülər, bıçaqla hədələyərək qarət etdilər – QƏRAR
Dünən, 17:59 |
|
|
|
| • Dambrauskasın az bilinən başqa bir “oyunu” da varmış
Dünən, 17:57 |
|
|
|
| • Qəzənfər Paşayevin qızından maraqlı jest – 500 minlik qalmaqal gündəmi qarışdırdı
Dünən, 17:47 |
|
|
|
| • Əsədi ölüm gözləyirdi, ona görə qəbul etdik... - Zaxarova
Dünən, 17:42 |
|
|
|
| • Mərkəzi Bankda departament direktoru vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:36 |
|
|
|
| • “BakuBus”un Gəncə Avtoparkına yeni rəis təyin olunub - ƏMR
Dünən, 17:34 |
|
|
|
| • Məhkəmə hakimləri üçün əba alınır - QİYMƏT, TENDER...
Dünən, 17:30 |
|
|
|
| • Azərbaycanlı iş adamının deputatlığa namizədliyi ləğv olundu
Dünən, 17:24 |
|
|
|
| • Paşinyan Köçəryanı həbs etdirdi, indi Putinin qarşısına çıxır - Gələn həftə Kremlin sahibi baş nazirdən hesab soracaq...
Dünən, 17:20 |
|
|
|
| • Biləcəridə qanun hərləyən KİMDİR Kİ... - FAKT BUDUR
Dünən, 16:57 |
|
|
|
| • “Bosniya qəssabı” Ratko Mladiç ölüb
Dünən, 16:44 |
|
|
|
| • TƏBİB rəhbəri baş həkimi işdən azad etdi - FOTO
Dünən, 16:42 |
|
|
|
| • Ermənistanda Süni İntellekt Nazirliyi yaradıldı - KİV
Dünən, 16:40 |
|
|
|
| • Ermənilər SSRİ-ni unudurlar - Paşinyan belə deyir...
Dünən, 16:22 |
|
|
|
| • Ermənistan Azərbaycana müharibə elan edir? - Görünəni odur ki...
Dünən, 16:21 |
|
|
|
| • İrəvan İrana qarşı sanksiyalara qoşulur? – Paşinyan açıqladı
Dünən, 16:20 |
|
|
|
| • Nərimanov Tibb Mərkəzində narazılıq - “İllərlə bütün çətinliklərə bu ümidlə dözdük, amma...”
Dünən, 16:17 |
|
|
|
| • Azərbaycan-Rusiya birgə müəssisəsinin rəhbəri dəyişib - BUNDAN SONRA...
Dünən, 16:13 |
|
|
|
| • “Oğlunuzu evləndirməzdən əvvəl ondan psixoloji olaraq boşanın!” - AKTUAL
Dünən, 16:09 |
|
|
|
| • Agentlik sədri 3 nəfərə yüksək vəzifə verdi - ADLAR
Dünən, 16:02 |
|
|
|
| • Ruslar Azərbaycana axışır – səbəb nədir?
Dünən, 15:59 |
|
|
|
| • Kino Agentliyi iki filmin istehsalına görə İTV-yə 900 min manat ödəyəcək
Dünən, 15:36 |
|
|
|
| • Qarabağ Universiteti Şuşada 28 mənzili 1 illik kirayəyə götürüb – 201 min manata
Dünən, 15:34 |
|
|
|
| • Bakıdan keçərək Tiflisə gedən sərnişin külli miqdarda kokainlə TUTULDU
Dünən, 15:19 |
|
|
|
| • Paşinyan daha bir təhlükəli düşməninə "torba tikir" - Xocalı cəlladı...
Dünən, 15:16 |
|
|
|
|