GEN-MMC QURBANLARI YENƏ DƏ AYAQDADIR
Tarix: 25-10-2011, 12:44 |
Çap et
PREZİDENT ADMİNİSTRASİYASI QARŞISINDA AKSİYA
Bu gün GEN MMC şirkəti tərəfindən aldadılan və pulunu ödədikləri mənzilləri ala bilməyən zərərçəkənlər Prezident Administrasiyası qarşısında növbəti aksiyalarını keçiriblər.
Hadisə yerində olan “Yeni Müsavat”ın əməkdaşı Fərahim İlqaroğlunun verdiyi məlumata görə, zərəçəkənlər Baklı Şəhər İcra Hakimiyyətinin onları yalan vədlərlə aldatmasından da şikaytçidirlər.
Reportyorumuzun bildirdiyinə görə, təxmijnən 100-ə yaxın GEN MMC qurbanı Filarmoniya bağında toplaşıblar, Səbayil rayon Polis İdarəsinin əməkdaşalrı onları dövrəyə alıb: "Əllərində müxtəlif plakat və transparantlar tutan aksiyaçılar Prezident Sarayına doğru yürüş etmək istədikdə polis onlara sərt şəkildə mane oldu. Daha sonra zərərçəkənlərin təmsilçiləri, 5 nəfər PA-ya getdi.
GEN MMC mağdurları musavat.com-a bildiriblər ki, BŞİH başçısı Hacıbala Abutalıbov prezidentin tapşırığını yerinə yetirmir: " "Muray" və Gen MMC zərrəçəkənlərinə Yasamalda 20 hektar ərazi ayrılıb. Orada bizə ev tikilməlidir. Abutalıbov isə bizi get-gələ salib".
Aksiya zamanı saxlanılan olmayıb.