Ağsunu kimlər idarə edir? - NARAZILIQ VAR...
Tarix: 31-08-2015, 12:02 | Çap et
 Ağsu rayonunun 10 ilə yaxındır ki, nazir Səlim Müslümovun dayısı, icra başçısı Ənvər Seyidəliyev duğu əksəriyyətə məlumdur. Bu 10 ildə bürokrarik əngəllərin girdabında boğulan ağsulular dəfələrlə etirazlarını yazılı və şifahi surətdə bildiriblər. Lakin bu günəcən heç bir etiraz nəzərə alınmayıb. Çünki Ənvər Seyidəliyev bacoğlusuna arxalanıb Ağsunu şəxsi ərazisi və mülkü kimi idarə edir. Təfərrüatlara varaq. Beləki, azerinews.tv-yə daxil olan çoxsaylı şikayətlərə görə, Ağsuda əsas vəzifə sahibləri və pul gətirən sahələrin yönəlticiləri pirhəsənlilərdir. (Pirhəsənli, başçının kəndi-red.) Bunu mətbuat vasitəsilə ölkədə bilməyən az adam tapılar. Düzdü, bir müddət əvvəl S.Müslümovun qardaşı Radim Müslümov Ağsu rayon Maliyyə şöbəsinin müdirliyindən İsmayıllı rayonunun eyniadlı qurumuna transfer olundu. Bir növ, Pirhəsənli “mafiyası” narazılıqların fonunda siyasi gediş etdi ki, ictimai diqqəti üzərlərindən uzaqlaşdırsınlar. Lakin “bir gül ilə bahar olmaz” hikmətini yada salmadılar. Yəni, biri getdisə, yerində yüzü qaldı. İş onda deyil ki, camaat məhz Müslümovun qohumlarının rayon rəhbərliyində təmsil olunmasından narahatdı, əsla, məsələ onların rayon camaatını rəzil günə qoyub, istismar etmələrindədir. Yoxsa nə var ki; məmmədlər olmasın, ənvərlər olsun. Əvvəla, rayon mərkəzində yeni salınan dövlət obyektlərinin hamısının layihəsini Ənvər Seyidəliyev rayon mərkəzi ilə Pihəsənli kəndinin arasındakı əraziyə saldırıb. Məsələn, stadion, idman kursları, xəstəxana, uşaq əyləncə mərkəzi, Şəhidlər xiyabanı, hərbi komissarlıq, FHN-nin rayon şöbəsi və sairə. Hələ tikintilər davam edir. Buna da dözmək olardı, əgər… Əgər camaatın cibini hər gün müxtəlif vasitələrlə soymasaydılar Diqqət çəkək “Kapitalbank”ın Ağsu filialına. Təbii ki, bu qurumun rəhbəri Ənvər Seyidəliyevin qardaşı Fətulla Seyidəliyevdir. Çox uzun illərdir ki, Fətulla müəllim bu missiyanı yerinə yetirir. Özü də hacı adamdı, hərçənd ki, el arasında “seyid” çağırılır. Bütün rayonlarda pensiyalar, sosial müavinətlər, maaşlar veriləndən ən azı bir həftə sonra Ağsuda camaat bankomatdan pul çıxarır. Bir neçə gün bankdan pul buraxılmır, bir neçə gün isə ya bankomatlarda pul olmur, ya bankomatlar xidmət göstərmir, ya da işıqlar sönür və sairə. Onminlərlə pul başçının və qohumlarının ticarət obyektlərində, tikinti şirkətlərində, şadlıq saraylarında, restoranlarında, yukdaşıma servislərində dövriyyəyə buraxılır ki, bu da xeyli miqdarda təmiz gəlirin əldə olunması deməkdir. Digər tərəfdən, sözügedən bank filialının kassiri Əzizaga bəy ehtiyacı olan insanlara maaş, pensiya, sosial müavinətlər, torpaq subsidiyaları və s. verilənə qədər faizə pul buraxır ki, buna öz dillərində “möhür düzmək” deyirlər. Əlbəttə ki, bankomat kartlarının müqabilində buraxılır bu pullar. Kartlar sahiblərinə qaytarılanda isə 100 manata qədər verilmiş pulun müqabilində 10 manat, 200 manata görə isə 20 manat faiz saxlayır, Əzizağa kaccir. Nəzərə alsaq ki, yüzlərlə insan bu “şans”dan istifadə edir, onda hansı məbləğdən söhbət getdiyi məlum olur… Azerinews.tv-yə üz tutan şikayətçilərin dediyinə görə hazırda torpaq subsidiyalarının verilməsi dövrüdür. 15 günə yaxındır ki, hər gün subsidiyalar şayiələr şəklində verilir camaata. Amma əslində yenə onminlərlə manat şəxsi dövriyyələrdədir. Bunu əhali hər dəfə pul verilməsi qabağı başçının “Kapitalbank”-ın rayon filialını ziyarət etməsindən bilir. Əcəba, ancaq pul gələndən-gələnəmi qardaşlar hal-əhval tutur?.. İşgüzar görüşdüsə, niyə başqa zamanlarda gerçəkləşdirilmir bu görüşlər?.. Bəlkə də, başçının icazəsi ilə kənd ərazi komissiyalarının subsidiya “pripiska”larından əldə olunan gəliri ayırmaq üçün başçı cənabları bankı həssas vaxtlarda ziyarət edir!.. Bunun dəqiqini, yəqin ki, RİH başçısının Aqrar məsələlər üzrə keçmiş müavini (həmin postlar Prezidentin səsrəncamı ilə bir neçə aydır ki, ixtisara salınıb-red.), subsidiyaların müəyyən olunması üzrə rayon komissiyasının sədri Elxan Abdullayev bilir. Ancaq bu, o demək deyil ki, əhalinin bu işlərdən xəbəri yoxdur!.. P.S. Yuxarıda istinad etdiyimiz faktlar rayondakı maxinasiyaların yüzdən biridir. Yerli mənbələrdən əldə etdiyimiz digər diqqət çəkən karrupsiya faktlarını da tezliklə oxucularımızın və aidiyyatı dövlət qurumlarının ixtiyarına buraxacağıq. Məsələn: Bələdiyyələrə dövlət büdcəsindən ayrılan dotasiyalar Ağsunun başçısı tərəfindən necə əridilir? Ə.Seyidəliyevin paytaxtda ev, maşın alıb bağışladığı qızların hərəsinə bu pullardan nə qədər bölüşdürülür? Ə.Seyidəlievin deputatlıq istəyinin arxasında nələr gizlənir?.. Və sairə…

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" - Xalq artisti
Bu gün, 15:45 |
|
|
|
| • Siyasi tamaşa: - Minalanan torpaq Azərbaycanda, maşın isə Ermənistanda
Bu gün, 15:36 |
|
|
|
| • Separatçılar özlərinə “spiker” axtarır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:35 |
|
|
|
| • Paşinyan Rusiyadan əliboş döndü: - Həlledici “döyüş” başlayır
Bu gün, 15:28 |
|
|
|
| • Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib - SƏRƏNCAM
Bu gün, 15:24 |
|
|
|
| • “Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 15:21 |
|
|
|
| • “Türkiyədə qayda-qanun var, bizdə isə...” - Bələdiyyələrlə bağlı acı reallıq açıqlandı
Bu gün, 15:16 |
|
|
|
| • Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü - DETALLAR
Bu gün, 15:10 |
|
|
|
| • YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı: HAKİM PARTİYA İSƏ... - TƏFƏRRÜAT
Bu gün, 15:01 |
|
|
|
| • “Çiməndə qəfil sel aparıb” – çayda batan Nüşrəvanın qardaşı elə şeylər danışdı ki...
Bu gün, 14:59 |
|
|
|
| • İdarədən vətəndaşlara təhdid bildirişləri gəlir: "Qazınızı kəsəcəyik" – NƏ ETMƏLİ?
Bu gün, 14:55 |
|
|
|
| • Naxçıvanın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - AÇIQLADI
Bu gün, 14:51 |
|
|
|
| • AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat edib
Bu gün, 14:48 |
|
|
|
| • Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
Bu gün, 14:39 |
|
|
|
| • Kənan Seyidova birinci müavin təyin edildi - ƏMR
Bu gün, 14:36 |
|
|
|
| • "Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..." -ŞİKAYƏT
Bu gün, 14:33 |
|
|
|
| • Pezeşkian ABŞ-ı dünya çempionatına ev sahiblikdə rəqiblərə maneələr yaratmaqda ittiham edib
Bu gün, 14:28 |
|
|
|
| • Pit Heqset İsrailə səfərini ləğv edib
Bu gün, 14:27 |
|
|
|
| • Nazirliyin balansındakı heyvanları oğurladı - Dövlətə 6 mindən çox ziyan vurdu
Bu gün, 13:55 |
|
|
|
| • "Sizi vəzifəyə qoymayıblar ki, kef edəsiz, yeyəsiz, sonra boğmalanasız..." - ETİRAZ!
Bu gün, 13:47 |
|
|
|
| • DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb
Bu gün, 13:42 |
|
|
|
| • İran Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq - KİV
Bu gün, 13:40 |
|
|
|
| • “Bunu təkcə Rüfət Axundov bilirdi” – Tanınmış müğənninin gizli saxladığı toyuq biznesi...
Bu gün, 13:36 |
|
|
|
| • Zabil Qəhrəmanovun məhkəməsi başlayıb
Bu gün, 13:33 |
|
|
|
| • Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? – SEPAH-la bağlı “satqınlıq” mesajı
Bu gün, 13:24 |
|
|
|
| • Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır? - AKTUAL
Bu gün, 13:05 |
|
|
|
| • Gəlirləri 82 milyon manata çatan “Azərmaş Group”un mənfəəti 13%-dən çox AZALIB
Bu gün, 13:02 |
|
|
|
| • Azərbaycanda bu şirkətə 2,5 milyon manata yaxın “maya” qoyuldu
Bu gün, 13:00 |
|
|
|
| • UNEC-in mühafizəsinə 670 min xərclənəcək – TENDER NƏTİCƏSİ
Bu gün, 12:59 |
|
|
|
| • "Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib" - İran səfiri
Bu gün, 12:57 |
|
|
|
| • NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi: - Vacibdir
Bu gün, 12:50 |
|
|
|
| • BAKI-TİFLİS: bilet 240 manat, icazə verilən yük 20 kiloqram - NARAZILIQ VAR...
Bu gün, 12:45 |
|
|
|
| • Benjamin Kərimovu təhqir etdi, cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:34 |
|
|
|
| • İranla atəşkəs başa çatıb - Tramp BƏYAN ETDİ
Bu gün, 12:32 |
|
|
|
| • Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır - DİQQƏT
Bu gün, 12:21 |
|
|
|
| • Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni? - İNCƏLƏMƏ
Bu gün, 12:12 |
|
|
|
| • İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir?
Bu gün, 12:03 |
|
|
|
| • Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir
Bu gün, 11:53 |
|
|
|
| • Astaraya yeni baş memar təyin olundu - ƏMR
Bu gün, 11:36 |
|
|
|
| • Paşinyanı hakimiyyətdən “lom”la uzaqlaşdırmaq PLANI
Bu gün, 11:31 |
|
|
|
| • Vodolazkin və Vardanyan: - yeni “fəlsəfi” dostluq, "çarpayının altından məktublar"
Bu gün, 11:28 |
|
|
|
| • Emin Ağalarovun şirkəti İsrail klubunun əsas sponsoru olub – İldə 860 min dollar ödəyəcək
Bu gün, 11:25 |
|
|
|
| • Yüklədiyin pul niyə sayğacda əks olunmur ki? - GİLEY
Bu gün, 11:20 |
|
|
|
| • "Duzlu göl"lə bağlı TÜKÜRPƏDİCİ faktlar: - "Çirkab sular axıdılır, bədən səpə bilər"
Bu gün, 11:13 |
|
|
|
| • “Makler” saxta çıxarışlarla ev satışı görüntüsü yaradaraq 70 400 manatlıq dələduzluq etdi
Bu gün, 11:11 |
|
|
|
| • "Direktor təyin olunmağım üçün 60 min manat istənildi" - Milli Qəhrəmanın qızını işdən çıxardılar
Bu gün, 11:03 |
|
|
|
| • Nazir bu agentliyə sədr müavini təyin etdi - FOTO
Bu gün, 10:58 |
|
|
|
| • Lənkəranda bir məktəb yararsız vəziyyətdə, digərində ibtidai siniflər ləğv edilir - Rəsmilərsə deyir ki...
Bu gün, 10:50 |
|
|
|
| • İrandan Ermənistana verilən o VƏD... – Bakının gözləntisi
Bu gün, 10:43 |
|
|
|
| • İranın İrəvan şəbəkəsi çökdürüldü - “Üçbaşlı casus əjdaha”sının başı İranın adamı çıxdı
Bu gün, 10:39 |
|
|
|
|