Müğənni Yaşar Cəlilov pandemiya dövründə toyuq satdığını etiraf edib.
Yenicag.az xəbər verir ki, sənətçi bu barədə ilk dəfə olaraq “Efirdən kənar” verilişində danışıb.
O, pandemiyanın ağır dönəmlərində, konsert və toyların təxirə salındığı vaxtlarda dolanışığını təmin etmək üçün bunu edib:
“Pandemiya vaxtı çıxış yollarından biri toyuq satmağım olub. Bir restorana toyuq satıb, pul qazanmışam. Dostum Rüfət Axundov bunu bilirdi, başqa heç kimə deməmişdim. Onun işlətdiyi restoranlardan birinin toyuğunu mən verirdim. Toyuq satandan sonra bir restoranda piyar meneceri olmuşam. İndi həmin restoran çox məşhurdur”.







